Dərslik II hiSSƏ 2


Azərbaycan  xanlıqlarının   Rusiya ilə münasibətləri



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə34/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   142

 
68 
Azərbaycan  xanlıqlarının   Rusiya ilə münasibətləri 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  hərbi-siyasi  və  iqtisadi  cəhətdən    möhkəmlənməmiş  xanlıqlarının  yaranması 
Rusiyanın   təcavüzkarlıq planlarının  həyata keçirilməsi üçün əlverişli şərait  yaradırdı. Rusiyanın XVIII əsrin ikinci yarısındakı bu 
işğalçılıq siyasəti I Pyotrun müvafiq planı ilə oxşarlıq təşkil edirdi. Bu zaman Azərbaycanda Rusiyanın   təcavüzkarlıq planlarının  
həyata  keçirilməsinə  Osmanlı  imperiyası  mane  olurdu.  Ona  görə  də  Rusiya  işğalçılıq  planlarını  həyata  keçirmək    üçün  hərbi 
strateji  tədbirlərə  üstünlük verirdi.  Bu dövrdə Rusiyanın həmin hərbi strateji  tədbirləri  aşağıdakılardan ibarət idi: 
1.
 
Qafqaz  xəttini möhkəmləndirirdi. 
2.
 
Qafqazda rus qoşunlarının  sayı  artırırırdı. 
3.
 
İşğal edilmiş torpaqlarda  rusları məskunlaşdırırdı. 
4.
 
Azərbaycanın şimal  xanlıqları ilə  zahiri dostluq  münasibətləri yaratmağa cəhd edirdi. 
5.
 
Osmanlı ilə müharibələrində xanlıqların birətərəfliyinə nail  olmağa çalışırdı. 
Azərbaycan xanlıqlarından bəziləri xarici siyasətdə Rusiyaya meyl edirdilər. Məsələn, Qubalı Fətəli xan, Lənkəran hakimi 
Qara xan, Naxçıvan hakimi Kəlbəli xan, Bakı hakimi Hüseynqulu xan, Qarabağ hakimi İbrahimxəlil xan müəyyən vaxtlarda 
rusiyameyilli  xarici  siyasət  yürütmüşdülər.    Qubalı  Fətəli  xan  1775,  1782    və    1787-ci  illərdə  Rusiya  sarayına  elçilər  heyəti 
göndərmişdi. Qubalı Fətəli xanın 1775-ci  ilin yazında Dərbənd hakimi  Mirzəbəy Fərhadbəylinin başçılığı ilə  Rusiya sarayına  
göndərdiyi birinci elçilikdə məqsədi aşğağıdakılardan ibarət idi: 

 
Quba xanlığının müstəqilliyinin Rusiya tərəfindən tanınmasına nail olmaq. 

 
Gavduşan döyüşündəki  məğlubiyyətdən  sonra əvvəlki vəziyyəti  bərpa etmək. 

 
Rusiya ilə diplomatik  münasibətləri canlandırmaq. 
Qubalı  Fətəli  xanın  o  zaman  hakimiyyətdə  olan  rus  çarı  II  Yekaterinaya  yazdığı  məktubda    -  xanın  nəslinin    keçmiş 
zamanlardan  rus    sarayı  ilə  dostluq    münasibətlərində    olduğu    göstərilirdi.    Fətəli  xan  bu    dostluğa  sadiq  qalacağını  və 
Rusiyanın  elçilərinə,  tacirlərinə  və  bütün    müsafirlərinə  kömək  edəcəyini  bildirirdi.  Eyni  zamanda,  xanlığın  müstəqilliyi  
əsaslandırılırdı. Fətəli xan möhkəm əmin olduğunu bildirirdi ki, Quba xanlığına  münasibətdə  general  Medemə göstəriş veriləcək 
ki,  yaranmış  vəziyyətdə    xanın  düşmənlərini  cəzalandırsın  və  susdursun,    Şirvan  ölkəsini,  Kür  çayının    bu  tərəfini  bütünlüklə 
düşməndən geri alsın və ona versin ki,  bu vilayətlərdə o, böyük işlərin  idarəsi  ilə  sakit və  müstəqil ola  bilsin.  Bununla birlikdə, 
xan Dərbəndi Rusiyaya güzəştə gedərək  şəhərin açarını  çariçaya  göndərmişdi. Qubalı Fətəli xanın bu məktubunun diplomatik  
sənəd   kimi  əhəmiyyəti  aşağıdakılardan ibarət idi: 

 
Birincisi - Fətəli xan  müstəqil  hökmdar  kimi  Rusiyaya  müraciət edirdi. 

 
İkincisi  -  Quba  xanlığının  Rusiyanın    himayəsini  qəbul    etməsinə    baxmayaraq,    müstəqilliyini    saxlamaq 
niyyətində olduğu bildirirdi. 
Quba xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi barədə Fətəli xanın təklifini  II Yekaterina rədd etdi. Quba xanlığının 
Rusiyanın himayəsinə qəbul edilməsi barədə Fətəli xanın təklifinin II Yekaterina tərəfindən rədd edilməsinin əsas səbəbi bunlar idi:  

 
Fətəli  xanın irəli sürdüyü təklif  Rusiyanı  təmin etməməsi. 

 
Rusiynın  Quba xanlığının müstəqilliyini  tanımaq istəməməsi. 
Rus diplomatiyasının öz  işğalçılıq planını məharətlə  pərdəliyərək təklifi rədd edərkən aşağıdakı bəhanəni gətirmişdi: 

 
Rusiya guya Quba xanlığının  İranın tərkib hissəsi olduğunu bildirirdi. 

 
Rusiya İranla qonşuluq  münasibətlərinə hörmət  edildiyini nəzərə alırdı. 
Beləliklə, Azərbaycan xanlarının rus sarayına ilk elçiliyi uğursuzluqla nəticələndi. 
Kərim xan Zəndin  ölümündən sonra İranda  ara müharibələrinin yenidən kəskinləşməsindən istifadə  edən Rusiya 1781-ci 
ilin  iyununda  qraf  Voynoviçin  komandanlığı  altında  Xəzəryanı  bölgələrə  yürüşə  başladı  və  bu  məqsədlə  Həştərxandan 
Astrabada  eskadra    göndərdi.  Bu,  general  Medemin  yürüşündən  sonra  (1775)    Rusiyanın  bölgədə  hərbi  qüvvə  tətbiqi    sahəsində   
mühüm addım idi.  Voynoviçin  ekspediyası geri qayıdarkən 1782-ci ilin avqustunda  Bakı  limanına daxil   oldu. Yalnız  Fətəli 
xanın diplomatik səyi nəticəsində  gərginlik aradan qaldırıldı.  
1782-ci ildə  Quba xanlığının 12 nəfərdən ibarət  elçisi  görkəmli  diplomat  Mirzə  Sadıq  Məmmədvəliyevin  başçılığı ilə 
Peterburqa  ikinci  elçiliyə  getdi.  Bu  elçilikdə  də  Fətəli  xanın  məqsədi  Quba  xanlığının  müstəqilliyini  saxlamaqla  Rusiya 
himayəsinə qəbul edilməsi  idi.  Fətəli  xan  II  Yekaterinaya  məktubunda  yenə  də  Rusiyaya  sadiq  qalacağını    bildirirdi.   Lakin    bu  
elçilik  də uğursuzluqla  nəticələndi. 
 
 
 
 
 
 


 
69 
Xarici siyasətdə müəyyən vaxtlarda Rusiyaya meyl edən Azərbaycan xanları 
 
 
 
 
1883-cü il Georgiyevsk müqaviləsi və Azərbaycan xanlıqları 
1783-cü    il  iyulun  24-də  Georgiyevskdə  Gürcüstanın  Rusiyanın  himayəsinə    keçməsi  haqqında  traktat    imzalandı. 
Georgiyevsk traktatının (müqaviləsinin) şərtlərinə görə: 
1.
 
II İrakli  özünün  və  varislərinin adından Rusiya  çarının ali  hakimiyyətini qəbul etdi. 
2.
 
Rusiya II İrakli çarlığının  bütövlüyünə və  Kartli-Kaxetiya  tacının  qorunmasına  təminat verdi. 
3.
 
Rusiya  Gürcüstanı  xarici  hücumlardan  qormalı  idi. 
4.
 
Gürcüstan taxt-tacının  vəliəhdi   Peterburqda rus çarı tərəfindən təsdiq  etməli idi. 
5.
 
II  İrakli  daxili    idarəetmə    işlərində    müsətəqilliyini  saxlayır,  xarici    siyasətdə    isə  Tiflisdə    otruracaq    rus  
məmuru  ilə  hesablaşmalı idi. 
Qafqazda  rus  qoşunlarının  baş  komandanı    P.S.Potyomkin 
1783-cü    il    avqustun  20-də
    traktat  bağlanması  haqqında 
fərmanla    Azərbaycan  xanlarına    müraciət    etdi.    Fərmanda  Gürcüstanın  Rusiyanın  himayəsi  altında    olmasını    nəzərə  almaq 
Azərbaycan xanlarına təklif olunurdu. 
 
Azərbaycan  xanlıqlarının   Gürcüstan ilə münasibətləri 
Azərbaycan xanlıqlarının Gürcüstanla münasibətləri onların xarici  siyasətinin əsas istiqamətlərindən biri idi. Azərbaycanın 
Şəki, Quba və Gəncə xanlıqlarının Gürcüstanla münasibətləri  gərgin idi. XVIII əsrin 50-ci  illərində  böyük nüfuza malik olan 
Şəki xanlığının  Gürcüstanla münasibətləri  daha gərgin idi. Bunun əsas səbəbi Kartli-Kaxetiya çarı II İraklinin Şəki  xanlığını ələ 
keçirmək  niyyəti idi. Lakin Şəki hakimi Hacı Çələbi gürcüləri məğlubiyyətə uğratmışdı. 
Cənubi Qafqazda Kartili-Kaxetiya çarlığından başqa  heç bir hökmdarın güclənməsini istəməyən rus çarı II Yekaterina 1770-
ci  ildə  Quba  xanlığı  ilə Gürcüstanın münasibətlərini nizama salmaq haqqında xarici  işlər kollegiyasına  göstəriş verdi. Buna 
baxmayaraq,  Quba  xanlığının  Gürcüstanla  münasibətləri  gərgin  olaraq    qalırdı.  1773-cü    ildə    Dağıstan,  Şəki    Şamaxı 
hakimlərinin  Quba xanlığına hücumlarında Gürcüstan da iştirak edirdi. 
Fətəli  xanın  Gürcüstanın  Quba  xanlığının  daxili  işlərinə  qarışmağı  hərbi  yolla  nizama  salmasını  və  geniş  əraziyə  malik 
xanlığın  yaradılmasını  Gürcüstanın  Rusiya  ilə  yaxınlığı  çətinləşdirirdi.  Ona  görə  də  Fətəli  xan  Rusiya  vasitəsilə  II  İraklinin 
təcavüzkarlıq niyyətinin qarşısının alınmasına cəhd edilirdi. 
Gəncə xanlığı ilə Gürcüstan arasında münasibətlər də xeyli gərgin idi. Gəncə xanlığı müəyyən vaxtlarda Gürcüstandan asılı 
vəziyyətə düşmüşdü. Yalnız 1786-cı ildə Gəncə xanlığı Gürcüstanın asılı vəziyyətinə son qoyuldu.  
Qarabağ xanlığı ilə Gürcüstan arasında “dostluq” və müttəfiq münasibətləri var idi. İbrahimxəlil xan II İrakli ilə 
1780-ci 
ildə
  Gəncə  xanlığını  ələ  keçirərək,  onun  gəlirindən  birlikdə  istifadə  edirdilər.  Lakin  II  İrakli  1783-cü  ildə  Georgiyevski 
müqaviləsinə  arxalanaraq  İbrahimxəlil  xanı  Gəncədən  sıxışdırmağa  başladı.  Odur  ki,  İbrahimxəlil  xan  gürcü  çarının 
nümayəndələrini Gəncədən qovulmasına nail oldu. 
Beləliklə,  ayrı-ayrı  xanlıqlar  varlıqlarını  qorumaq  üçün  fəal  xarici  siyasət  yeritməyə  çalışsalar  da  hərbi-strateji  və  iqtisadi 
cəhətdən zəif olduqları üçün belə siyasət yeritmək uzun müddət onlara müəssər olmurdu. Odur ki, XVIII əsrin sonu  - XIX əsrin 
əvvəllərində  ölkədə  vahid  mərkəzləşmiş  dövlətin  olmaması  Azərbaycanın  vahid  xarici  siyasət  xətti  həyata  keçirməsinə  mane 
olurdu. Mərkəzləşmiş dövlətin yaradılmasına isə qonşu dövlətlər imkan vermirdi. 
 
 
 
 
 
 
 
Rusiya 
 
Bakı hakimi Hüseynqulu xan 
 
Lənkəran hakimi Qara xan 
 
Kəlbəli xan 
Naxçıvan xanlığı 
 
İbrahimxəlil xan 
Qarabağ xanlığı 
 
Qubalı Fətəli xan 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə