Dərslik II hiSSƏ 2


AZƏRBAYCAN TORPAQLARININ İŞĞALI



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə35/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   142

 
70 
 
AZƏRBAYCAN TORPAQLARININ İŞĞALI 
 
İranda Qacarlar sülaləsinin hakimiyyətə gəlməsi. Ağa Məhəmməd xan Qacarın Azərbaycana 
birinci yürüşü 
  
Ağa Məhəmməd xan Qacarın İranda hakimiyyəti ələ alması 
XVIII əsrin ikinci yarısında Azərbaycandan fərqli olaraq, İranda hakimiyyət uğrunda mübarizə mərkəzləşdirilmiş dövlətin 
yaranması ilə başa çatdı. Bu dövlətə Ağa Məhəmməd xan (1779-1797) başçılıq  edirdi. Ağa Məhəmməd xan Kərim xan Zəndin 
ölümündən (1779) sonra: 

 
Tehrana gəlib qoşun yığaraq ilk zərbəni qardaşı Murtuzaqulu xana  vurdu. 

 
Ardıcıl olaraq Şirazı, İsfahanı, Mazandaranı və 1781-ci ildə  Gilanı tutdu. 

 
İranda mərkəzi hakimiyyəti ələ aldı. 
Ağa Məhəmməd xan 
1785-ci ildə
 Tehranı  paytaxt elan etdi. 
XVIII əsrin 90-cı illərinin əvvəllərində Ağa  Məhəmməd xan Azərbaycanın cənub ərazilərini tabe etməyə başladı. Sərab 
xanı Sadıq xan Qacara itaət etməyə bəcbur oldu.Sərab xanlığından sonra Qaradağ, Xoy  Urmiya xanlıqlarını da özünə tabe 
etdi. Beləliklə, Azərbaycanın cənub torpaqları  Ağa  Məhəmməd xanın hakimiyyəti altına düşdü. 1796-cı ildə Ağa Məhəmməd xan 
özünü  İran  şahı  elan  etdi.  Bununlada  1779-cu  ildə  İranda  hakimiyyəti  ələ  alan  Qacarlar  sülaləsinin  ölkədə  rəsmi  hakimiyyəti 
başlandı (1796-1925)
 
 
Ağa  Məhəmməd xanın ilk olaraq ələ keçirdiyi ərazilər 
 
Sərab xanlığını tabe edildikdən sonra  Ağa  Məhəmməd xanın özünə tabe etdiyi xanlıqlar 
 
 
 
 
 
Qacarlar sülaləsinin mənsubiyyəti 
Qacarlar sülaləsinin mənşəyi türk idi. Qacarlardan olan Ağa Məhəmməd xanın hakimiyyətə gəlməsində türk  soyları  başlıca 
rol  oynasınlar  da,  onun    dövləti  Nadir  şahın  dövründə  olduğu  kimi,  İran  dövləti  adlanırdı.  Qacarlar  dövlətinin  İran  dövləti 
adlanmasının səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Ağa Məhəmməd xan Qacarın İran dövləti  yaratmaq  uğrunda mübarizə  aparması. 

 
Ağa Məhəmməd xan Qacarın yaratdığı dövlətin İran torpaqlarını  əhatə etməsi və paytaxtı İran şəhəri olması. 

 
Ağa  Məhəmməd  xan  Qacarın  özünü  İranın  hökmdarı  hesab  etməsi  (Şuşada  sui-qəsd  zamanı  onun  söylədiyi  fikiri  də 
bunu təsdiq edir. O, ölüm ayağında qatillərə demişdi: “Məlunlar...Nə edirsiniz?!...Siz İranı viran eliyirsiniz!”). 
Ağa Məhəmməd xan Qacar özünü şah elan edəndən sonra  
(1796)
 dövlətçilik ənənələrinə sadiq qalaraq, I Şah Abbas kimi 
keçmiş  Səfəvilər    dövlətinin  sərhədlərini,  demək  olar  ki,  bərpa  etdi.  Odur  ki  Qacarın  Səfəvilər    dövlətinin  əvvəlki    sərhədlərini 
bərpa etməsi onunla I Şah Abbas arasında oxşarlıq təşkil edir. 
 
Səfəvilər  dövlətinin əvvəlki  sərhədlərini bərpa edən hökmdarlar 
 
 
  Mazandaran
 
İsfahan
 
Gilan 
 
Şiraz
 
Xoy 
 
Qaradağ 
 
Urmiya 
 
I Şah Abbas 
 
Ağa Məhəmməd şah 
 
IV BÖLMƏ 


 
71 
XVIII əsrin ikinci yarısında, Qacarın yürüşü ərəfəsində Azərbaycanda siyasi vəziyyət 
XVIII əsrin ikinci yarısında İran və Rusiyanın işğalı ərəfəsində Azərbaycanda siyasi vəziyyət aşağıdakı kimi idi: 

 
Xanlıqların mövcud olması ölkənin sosial-iqtisadi və siyasi inkişafına mane olurdu 

 
Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilməsi baş tutmamışdı 

 
Azərbaycanın xarici təcavüzdən müdafiəsi təhlükə altına alınmışdı. 

 
İran,  Osmanlı,  Rusiya    Qərbi  Avropa    dövlətlərinin  burada    mənafelərinin  toqquşmasının  nəticəsi  olaraq 
mərkəzləşmiş dövlət yaratmaq mümkün olmadı. 
XVIII əsrin 90-cı illərində Ağa Məhəmməd xan Qacar İranda hakimiyyətini möhkəmlətdikdən sonra Şimali Azərbaycan 
torpaqlarına yürüşə başladı. Ağa Məhəmməd xanın yürüşü ərəfəsində Azərbaycanın şimalında siyasi vəziyyət aşağıdakı kimi idi: 

 
Daxili siyasi vəziyyət son dərəcə gərgin idi və Azərbaycan xanlıqları arasında çəkişmələr  artmışdı. 

 
Qarabağ xanlığı Azərbaycanın şimalında hərbi-siyasi baxımdan ən güclü xanlıq  idi. 

 
Xanlıqların Osmanlı  imperiyası, Gürcüstan və  Rusiya ilə münasibətləri  ön plana çıxmışdı. 

 
Qarabağ xanı İbrahimxəlil xan və İrəvan  xanı Məhəmmədhəsən xan  Osmanlı  ilə əlaqələr saxlayırdılar 

 
Şimal xanları Qacarın hücumundan xilas 
olmaq üçün Rusiya ilə əlaqələri genişləndirmişdilər.
 

 
Rusiya Azərbaycan xanları ilə Georgiyevsk müqaviləsi kimi bir müqavilə bağlamaq niyyətində idi. 

 
Rusiya hökuməti Cənubi Qafqazı tutmaq barədə  tədbirlər planı  hazırlamışdı. 
Ağa Məhəmməd xan Qacar da diplomatik əlaqələrini  genişləndirərək Osmanlı imperiyası  ilə yaxınlıq etməyə başladı və bu 
məqsədlə Osmanlı  sarayına  elçi göndərdi. Osmanlı sultanı isə Ağa  Məhəmməd xan Qacarı Gürcüstanı ələ keçirəcəyi halda onu 
İran şahı kimi tanıyacağını bildirdi. 
Qeyd olunduğu kimi Rusiya hökuməti də bu vaxt  Cənubi Qafqazı, o cümlədən Azərbaycanı tutmaq barədə  tədbirlər planı  
hazırlamışdı. Lakin aşağıdakı bir çox amillər Rusiyanın həmin  planı  həyata   keçirməsinə  imkan vermədi: 

 
Azərbaycanın  şimal xanlıqlarının Rusiyaya etimad göstərməməsi 

 
Bu planı həyata  keçirmək üçün  çarizmin  hərbi  qüvvələrinin  kifayət etməməsi 

 
İngiltərə  və Fransanın Şərqdə ona  qarşı  çıxması 

 
Ağa Məhəmməd xan Qacarın  Azərbaycana hücumu. 
Lakin 1787-1971-ci  illərin  Rusiya-Osmanlı  müharibəsi  nəticəsində  bağlanmış Yassı  sülhünün  Rusiya   üçün  əlverişli  
şərtlərlə   imzalanması onun  əl-qolunu açdı  və  Cənubi Qafqazı,  xüsusilə Azərbaycanı ələ keçirmək planını reallaşdırmağa imkan 
verdi. 
 
Ağa Məhəmməd xan Qacarın Azərbaycana birinci yürüşünün başlanması (1795) 
Ağa  Məhəmməd  xan  Qacarın  1795-ci  ildə  Azərbaycana  birinci  yürüşünün  məqsədi  Azərbaycanın  şimal  torpaqlarını  öz 
hakimiyyətinə  tabe  etmək  idi.  Ağa  Məhəmməd  xan  Qacar  Azərbaycanın  şimal  torpaqlarını  öz  hakimiyyətinə  tabe  etmək  üçün 
əvvəlcə geniş  təbliğat  aparır, xanları  danışıqlar yolu ilə  itaətə  gətirməyə  çalışırdı. Bu məqsədlə Qarabağ hakimi İbrahimxəlil 
xana  xələt, qılınc, qızıl yəhərli at göndərib itaətə  dəvət etdi. Lakin İbrahimxəlil xan  onun qasidinə belə cavab vermişdi:  “Mənim 
atam vəsiyyə edib ki, heç kəsə xərac verməyim, heçb bir dövlətə də tabe olmayım”.  Bu  baş  tutmadıqda  isə Qacar geniş miqyaslı  
hücuma    hazırlaşmağı  planlaşdırdı.  Ağa  Məhəmməd  xan  Qacarın  Azərbaycanın  şimal  torpaqlarına  yürüşü  zamanı  xanların 
əksəriyyəti kömək üçün Rusiyaya müraciət etmiş və sadəlövhcəsinə onun vədlərinə inanmışdılar. 
Ağa  Məhəmməd  xan  xanların  cavablarından  və  Rusiyaya  müraciətlərindən  qəzəblənərək  1795-ci  ilin  yayında  100  min 
nəfərlik   qoşunla üç  istiqamətdə  Azərbaycanın  şimalına  hücuma başladı: 

 
Birinci dəstə - Muğandan  Şirvandan  keçib Dağıstana  zərbə vurmalı idi. 

 
İkinci  dəstə - Naxçıvan və İrəvan xanlıqlarını  tabe etməli idi. 

 
Üçüncü dəstə -  Qarabağı  tutduqdan sonra Gürcüstana hücum edib oranı tabe etməli idi. 
Üçüncü    dəstəyə  Qacarın    özünün  başçılıq  etməsi  bu    istiqamətin    mühüm    hərbi-  strateci    əhəmiyyətə  malik  olduğunu 
göstərirdi. Bu zaman Qacarın  yürüşünə  mane olmaq üçün İbrahimxəlil xan Xudafərin körpüsünü  dağıtmağı əmr etdi. Bunu 
görən  Ağa  Məhəmməd  xan  körpülər    hazırladıb  Araz    çayını  keçərək  Şuşa  qalasına  doğru    hərəkət    edərək  1795-ci  il  iyunun 
sonunda    oranı    mühasirəyə  aldı.  Şuşalılar  müdafiəyə  ciddi  hazırlaşdılar  və  qalaya    edilən  hər  bir  həmlə  müdafiəçilər  tərəfindən 
qətiyyətlə  dəf  olundu. Qaladakı müdafiəçilər müdafiə olunmaqla kifayətlənmir, fürsət düşdükcə əks-hücuma da keçirdilər. İyulun 
1-də İbrahimxəlil xanın başçılığı ilə böyük bir dəstə düşmən qüvvələrinə əks həmlə edərək onlara ağır zərbələr endirmişdi. 
Ağa  Məhəmməd xan  Şuşanı  33 günlük  mühasirədə saxlasa da heç nəyə nail ola bilmədi. Qacar İbrahimxəlil xanı yola 
gətirmək  üçün  sonuncu  vasitəyə  -  danışıqlara  əl  atdı  və  elçilər  vasitəsilə  danışıqlara  başladı.  Bu  danışıqlar  da  heç  bir  nəticə 
vermədi. Beləliklə, Ağa Məhəmməd xan Qacarın 1795-ci ildə Şuşaya hücumu nəticəsində güclü müqavimətlə qarşılaşır və Şuşanın 
mühasirəsindən əl çəkir. Ağa  Məhəmməd xan  Şuşanın  33 günlük  mühasirəsindən əl çəkdikdən sonra 1795-ci  ilin avqustunda 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə