Dərslik II hiSSƏ 2


Xanlıqların inzibati quruluşu və məhkəmə sistemi



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə33/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   142

 
66 
Xanlıqların inzibati quruluşu və məhkəmə sistemi 
Xanlıqlar  inzibati  cəhətdən    mahallara,    mahallar  isə  kəndlərə  bölünürdü.  Mahalların    idarəsi  ilə  iri  torpaq  sahiblərindən  
təyin olunan mahal bəyləri və naiblər məşğul olurdu. Bu vəzifə irsi olsa da, hər dəfə  xan tərəfindən təsdiq edilməli idi. Kəndlər 
yüzbaşı    kətxudalar,  şəhərlər  kələntər    qalabəyi  tərəfindən  idarə  olunurdu.  Xanlığın  idarəetmə    sistemində  çalışanlar  maaş 
almırdılar. Onların xidmətinin əvəzi xəzinə üçün toplanan  vergi hesabına ödənilirdi. 
Xanlığın idarə olunmasında məhkəmə orqanlarının böyük rolu vardı. Burada başlıca yeri şəriət məhkəməsi tuturdu. Bununla 
yanaşı,  bu  sahədə  xanın  müstəsna  hüququ  vardı.  Bəzən  mahal    naibləri  də  hakim  vəzifəsini  yerinə  yetirirdilər.  Xanlıqların 
idarəetmə sistemi bütövlükdə aşağıdakılara əsaslanırdı: 

 
Xanın qeyri-məhdud hakimiyyətinin  qorunmasına 

 
Xanın iradəsinin sözsüz yerinə yetirilməsinə 

 
Məmurların öhdəsinə düşən hər cür  vəzifəni lazımınca yerinə yetirilməsinə 
 
 
Azərbaycan xanlıqlarının xarici siyasəti. Beynəlxalq vəziyyət 
 
 
Azərbaycan xanlıqlarının xarici siyasətinin əsas istiqamətləri 
Azərbaycanın geosiyasi mövqeyi onun beynəlxalq münasibətlərdə öz yerini tutmasına səbəb olurdu.  Azərbaycan xanlıqların 
timsalında öz dövlətçiliyini bərpa  etdikdən sonra müstəqil xarici siyasət  yeritməyə  başlamışdı. Azərbaycan xanlıqlarının həyata 
keçirdiyi daxili və xarici siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarət idi: 
1.
 
Xanlıq hakimiyyətini möhkələndirməyə nail olmaq və qorumaq. 
2.
 
Xarici iqtisadi əlaqələri təmin etmək. 
Urmiya, Şəki, Quba  Qarabağ  xanları xarici  siyasətlərində Azərbaycan torpaqlarının  birləşdirilməsinə  nail olmağa xüsusi 
diqqət  yetirirdilər.  XVIII  əsrin  40-80-cı  illərində  Azərbaycan  xanlıqlarının  həyata  keçirdikləri  fəal  xarici  siyasət  xəttinin  əsas 
məqsədi xanlıqların müstəqilliyini və varlığını qorumaq idi. Azərbaycan xanlıqlarının xarici siyasət məqsədlərini həyata keçirmək 
üçün İran, Osmanlı, Rusiya   Gürcüstanla münasibətlər qurmağa çalışırdılar. 
 
Azərbaycan xanlıqlarının xarici siyasətinin əsas istiqamətləri 
 
 
          Xarici siyasətində Azərbaycan torpaqlarının birləşdirilməsinə xüsusi diqqət yetirən xanlıqlar 
 
 
 
Azərbaycan xanlıqlarının İranla münasibətləri 
Nadir şahın ölümündən sonra Kərim xan Zənd dövləti (1747-1760-cı illər) yaranana qədər Fətəli xan Əfşar başda olmaqla 
Urmiya xanlığı mərkəzi hakimiyyət uğrunda mübarizə aparırdı. Lakin Kərim xan Zənd çevik hərəkət edərək Azərbaycanın cənub 
xanlarını əsasən özündən asılı vəziyyətə  salmış və  Azərbaycanın şimal xanlıqlarını da işgal etməyə çalışırdı. 1663-cü ildə  Kərim 
xan “Şiraz qonaqlığı” adı ilə bir çox şimal xanlıqlarını, o cümlədən Qarabağ xanlığını özündən asılı vəziyyətə salmışdı. 
XVIII ədrin 60-cı illərinin sonundan etibarən Qarabağda İbrahimxəlil xanın mövqeyinin möhkəmlənməsi onun müstəqil 
xarici siyasət yeritməsinə  İran təcavüzünü dəf edə biləcək qüvvəyə çevrilməsinə səbəb oldu. 
Kərim  xan  Zənd  Quba  xanlığına  qarşı  düşmən  münasibət  bəsləyirdi.  Qubalı  Fətəli  xan  da  Kərim  xanın  Quba  xanlığının 
daxili  işlərinə  qarışmasının  əleyhinə  çıxış  edirdi.  Quba  hakimi  Fətəli  xanın  aşağıda  göstərilən  siyasəti  Kərim  xan  Zəndin  Quba 
xanlığına düşmən münasibət bəsləməsinə səbəb olmuşdu: 
1.
 
Fətəli xanın öz ərazisini genişləndirməsi. 
2.
 
Fətəli xanın Şimali Qafqazda möhkəmlənən Rusiya ilə yaxınlaşması. 
Kərim  xan  Zənd  Fətəli  xanın  dinc  yolla  tabe  edilməsinə  cəhd    göstərirdi.  Bu  məqsədlə  “nikah  diplomatiyası”na  əl  ataraq 
Fətəli xanın bacısı Fatma xanımı oğluna almaq  istəyirdi. Fətəli xan isə Kərim xan Zəndin işğalçılıq niyyətini anladığı üçün onunla 
Xanlıq hakimiyyətini möhkələndirmək 
 
Xarici iqtisadi əlaqələri təmin etmək 
 
Urmiya xanlığı 
 
Qarabağ xanlığı 
 
Şəki xanlığı 
 
Quba xanlığı 
 


 
67 
qohum olmaqdan imtina etdi. Fətəli xanın belə bir qohumluqdan imtina  etdiyinə görə Kərim xan Zənd xanlığa qarşı yürüş təşkil 
etdi.  Lakin, Kərim xan Zəndin  Quba xanlığına yürüşü nəticəsində məğlub olaraq geri çəkildi. Qubalı Fətəli xan belə bir şəraitdə 
diplomatik  məharət  göstərərək  İran,  Osmanlı    Rusiya  arasında  manevir  etməli  oldu.  Belə  ki,  Gavduşan  döyüşündəki 
məğlubiyyət  xana İranla ehtiyatlı olmağı tələb etdiyi üçün 1775-1776-cı illərdə Fətəli xanla Kərim xan arasında elçilər  mübadiləsi 
oldu.  Lakin  Fətəli  xan  heç  bir  müstəqilliyini  itirmək  istəmədiyindən  elçilər  mübadiləsi  nəticəsiz  qaldı.  Kərim  xan  isə  diplomatik 
yolla  Quba  xanlığını özündən  asılı  etmək  siyasəti    baş  tutmadıqda  o,  hərbi  vasitələrə  əl  ataraq  Gilan      xanı  Hidayət  xanı  Quba 
xanlığına açıq müdaxiləyə başlamağa vadar etdi. Hidayət xan 1788-ci il ərzində  Salyana qədər olan əraziləri işğal etdi. 
Kərim  xanın  ölümündən  sonra  ölkəsində  ara  müharibələrin  genişlənməsi  İranın  xarici  siyasət  xəttinə  mənfi  təsir  göstərdi. 
Lakin  Ağa  Məhəmməd  xan  Qacarın  İranda  kakimiyyətə  gəlməsi  ilə  Cənubi  Qafqazın  siyasi  həyatında  İranın  rolu  artmağa 
başladı. 
 
Kərim xan Zəndin Şimali Azərbaycan torpaqlarına hücum etməkdə məqsədi 
 
 
 
Azərbaycan xanlıqlarının Osmanlı imperiyası ilə münasibətləri 
XVIII  əsrin  40-cı  illərindən  etibarən  Azərbaycan  xanlıqları  ilə  Osmanlı  imperiyası  arasındakı  münasibətlər  xüsusi 
əhəmiyyət  kəsb edirdi.  Azərbaycan xanlıqları  ilə  Osmanlı  imperiyası arasındakı  münasibətlərin  yaranmasında  1768-1774-cü illər 
Rusiya – Osmanlı müharibəsi mühüm yer tuturdu. 
Osmanlı imperiyasının xanlıqlarla bağlı siyasətinin mahiyyəti ondan ibarət idi ki, o, xanlıqları Qafqazda  Rusiya-Gürcüstan 
blokuna qarş hərbi-siyasi ittifaqa (bloklara) cəlb etməyə çalışırdı. Belə ki, Osmanlı imperiyası Qafqazda Rusiya-Gürcüstan blokuna 
qarşı müsəlman dövlətlərinin ittifaqını  yaratmağa  çalışırdı. Bu məqsədlə Azərbaycan xanlarına elçilər göndərir, onlara çatdırılan 
fərmanlarda Rusiya ilə mübarizəyə qoşulmağın vacibliyi əsaslandırılırdı. 
Rusiya  Osmanlı  imperiyasının  bu  istiqamətdəki  fəaliyyətinə  qarşı  müvafiq  tədbirlər  görməyə  çalışırdı.  Həmin  plana  görə 
xanlıqlarla  Osmanlı  imperiyası  arasındakı  münasibətlərində  iqtisadi  və  siyasi  mənafelər    üstünlük  təşkil  etdiyi  üçün  Rusiya  bu 
münasibətləri pisləşdirmək istəyirdi. Bu məqsədlə, hətta hərbi vasitələrə də əl atılırdı. 
Osmanlı imperiyası ilə Azərbaycan xanlıqları  arasında  yaxınlaşma Kiçik Qaynarca müqaviləsindən sonra (1774) daha da 
artdı.  Osmanlı  imperiyası  Rusiya  ilə  münasibətlərin  yenidən  kəskinləşəcəyi    halda  Azərbaycan  xanlıqlarından  istifadə  etmək  
niyyətində  idi.  Azərbaycan  xanlıqları  da  Rusiya  təcavüzünün    genişlənəcəyi  halda  Osmanlı  imperiyasının    himayəsinə  keçmək 
istəyirdi. Qarabağ, Şəki  Quba xanları bu istəklərini həyata keçirmək üçün 1785-ci ildə İstanbula elçilər heyəti göndərmişdilər. 
Lakin Osmanlı  imperiyası Rusiya ilə münasibətləri  mürəkkəbləşdirmək istəmədiyinə görə rəsmi münasibət bildirməkdən  çəkindi 
və Qarabağ, Şəki və Quba xanlarını himayəsinə keçirməkdən imtina etdi. Qarabağ, Şəki və Quba xanlarını himayəsinə keçirməkdən 
imtina etməsinin Osmanlı dövləti üçün aşağıdakı ağır nəticələri oldu: 

 
1787-1791-ci ildə Osmanlı Rusiya ilə apardığı müharibədə xanlıqların köməyindən məhrum oldu. 

 
Azərbaycanda Rusiya təcavüzünün güclənməsinə imkan yarandı. 
 
1785-ci ildə Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün İstanbula elçilər göndərmiş xanlıqlar 
 
 
 
 
 
 
 
Fətəli xanın xanlığın ərazisini 
genişləndirməsinə mane olmaq 
 
Rusiyanın Cənubi Qafqazda 
möhkəmlənməsinin qarşısını 
almaq 
 
Quba xanlığının Rusiya 
yaxınlığına mane olmaq 
 
Qarabağ  
Şəki  
Quba  


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə