Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə30/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   142

 
60 

 
Əhalisi ipəkçilik  əkinçiliklə məşğul olur, arpa, buğda, çəltik becərilirdi. 

 
Azərbaycanın bir sira şəhərlərinə gedən ticarət yolları buradan keçirdi 
Ərəş sultanlığına aiddir: 

 
Səfəvilər dövründə təşkil edlmişdi. 

 
Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinini tabeliyində idi. 

 
Sultanlığı sultan titulu daşıyan nəsli hakimlər idarə edirdi. 

 
Əhalisi əkinçilik, ipəkçilik, maldarlıq  bağçılıqla məşğul olurdu. 

 
Buradan bir çox ölkələrə ipək ixrac edilirdi. 

 
XVIII əsrin 50-ci illərində Şəki xanlığından asılı vəziyyətə düşmüşdü. 

 
Sonuncu sultanı Şəhabəddin Sultan olmuşdu. 

 
1795-ci ildə  ləğv edilərək  mahal kimi Şəki xanlığına qatılmışdı. 
İlisu sultanlığına aiddir: 

 
XVI əsrin ikinci yarısında yaranmışdı. 

 
Sultanlığın mərkəzi İlisu idi. 

 
İlisu sultanlığının hakimlərinə sultan titulunu Səfəvi şahları vermişdilər. 

 
XVII əsrin sonu – XVIII əsrdə müstəqilliyi qorunub saxlanılmışdır. 
 
QEYD:  Qazax,  Şəmşəddil,  Ərəş,  Qəbələ  və  İlisu  sultanlıqları  oxşar  cəhətlərə  malik  idi.  Belə  ki,  həmin  sultanlıqlar 
Azərbaycanın  şimal  ərazilərində  yaranmışdı,  hakimləri  sultan  titulu  daşıyırdı,  İlisu  sultanlığı  istisna  olmaqla,  digər  sultanlıqlar 
(Qazax,  Şəmşəddil,  Ərəş,  Qəbələ  )  və  Car-Balakən  camaatı  XVIII  əsrin  50-ci  illərində  Şəki  xanı  Hacı  Çələbi  II  İrakli  üzərində 
qələbə çaldıqdan sonra Şəki xanlığından asılı vəziyyətə salınmışdı. 
 
 
Məlikliklər 
 
XVIII  əsrin  ikinci  yarısında  Şimali  Azərbaycanda  Xaçın,  Vərəndə,  Dizaq,  Gülüstan  (Talış)  Çiləbörd  məliklikləri 
mövcud olmuşdu. Məlikliklərə aiddir: 

 
Qarabağ xanlığının ərazisində yerləşirdi və ondan asılı idilər. 

 
Onları çox vaxt “xəmsə” (beşlik) məlikləri adlandırırdılar. 

 
Məlikliklərin adı Qarabağın beş mahalının adı ilə adlandırılmışdı. 

 
Qarabağ xanlığında bölüşdürücülük (seperatçılıq) fəaliyyəti ilə məşğul olurdular. 

 
Qarabağda pərakəndəliyi təmsil edən qüvvələri təmsil edirdilər. 

 
Qarabağ hakimi Pənahəli xan tərəfindən xanlığa tabe edilmişdir. 

 
Onlar heç bir dövlət birləşməsi yarada bilməmişdilər. 

 
Məliklərin əhalisi bu əraziyə başqa yerlərdən gəlmişdi. 

 
Onlardan yalnız Xaçın mahalının əhalisi yerli, qalanları isə xristian albanları idilər 
 
Qeyd olunduğu kimi məliklərin əhalisi bu əraziyə başqa yerlərdən gəlmişdi. Məsələn, Dizaq məliyi Qarabağa Loridən qaçıb 
gəlmiş,  Nadir  şaha  y  itaətinə  görə  Dizaqda  ona  məliklik  verilmişdi.  Vərəndə  məliyi  Şahnəzər  Göyçədən,  Çiləbörd  məliyi 
Allahqulu  Mağavızdan,  Talış  məliyi  Usub  Şirvandan  qaçaraq  Qarabağda  özlərinə  sığınacaq  tapmış  və  Nadir  şaha  itaətə  görə 
müvafiq ərizələrə məlik təyin edilmişdilər. 
 
Məliklərin bölüşdürücülük (seperatçılıq) fəaliyyəti Qarabağ xanlığında mərkəzləşmə işimə mane olur, onun müstəqilliyi üçün 
təhlükə  yaradırdı.  Buna  görə  də  məliklərin  müqavimətini  qırmaq  üçün  görülən  tədbirlər  Qarabağ  xanlığının  müstəqilliyi  uğrunda 
mübarizə idi. 
 
Məliklərin əvvəllər yaşadığı ərazilər: 
  
 
 
 
 
Xaçın 
mahalı 
Xaçın 
 
Vərənd
ə 
Dizaq 
 
Göyçə 
mahalı 
 
Şirvan 
vilayəti 
 
Lori 
vilayəti
 
Talış 
 
Çiləbör

Mağavız 
vilayəti 
 


 
61 
 
Xanlıqların iqtisadi və sosial həyatı. Dövlət idarəçiliyi 
 
 
Azərbaycan iqtisadiyyatının xarakterik xüsusiyyətləri 
 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycan  iqtisadiyyatı  müəyyən  xarakterik  xüsusiyyətlərə  malik  idi.  Həmin  xüsusiyyətlər 
aşağıdakılardır: 

 
Xanlıqların iqtisadi həyatında əsas yeri kənd təsərrüfatı tuturdu. 

 
Əhalinin çoxu kəndlərdə yaşayır, əkinçilik, maldarlıq, bağçılıq, bostançılıq və arıçılıqla məşğul olurdu. 

 
Gəncə, Şəmkir və Xəzəryanı bölgələrdə əkinçilik tədricən ticarət səciyyəsi daşıyırdı 

 
Kənd təsərrüfatı alətləri və aqrotexniki mədəniyyət hələ lazımi səviyyədə deyildi. 

 
Kənd təsərrüfatı alətləri xış  kotandan ibarət idi. 

 
Torpaqların becərilməsində süni suvarmadan istifadə olunurdu. 

 
Kənd təsərrüfatında məhsuldarlığın artırılmasında süni suvarma xüsusi rol oynayırdı 

 
Suvarma şəbəkəsində arxlar  kəhrizlər böyük yer tuturdu. 

 
Xəzər dənizi və Kür çayı sahillərinə yaxın ərazilərdə balıqçılıq inkişaf etmişdi. 

 
Balıq ovu rus və yerli tacirlərə iltizama verilirdi. 

 
Daxili və xarici ticarət genişlənməkdə idi. 

 
Maddi sərvətin böyük hissəsi xanların əlində cəmləşmişdi. 

 
Azərbaycan kəndində aqrar münasibətlərdə ciddi dəyişiklik olmamışdı. 

 
Ümummilli daxili bazar üçün hələ tam şərait yaranmamışdı. 

 
Regionlarda bəzi təsərrüfat sahələri üzrə ixtisaslaşma gedirdi. 
 
XVIII əsrin ikinci yarısında təsərrüfat sahələri üzrə ixtisaslaşmış regionlar bunlar idi: 

 
Dənli bitkilər – Quba, Qarabağ, Şamaxı  Şəki xanlıqları. 

 
Çəltik– Lənkəran xanlığı və Şirvanın Bərgüşad mahalı. 

 
Qızılboya, zəfəran -  Quba, Dərbənd  Bakı xanlıqları. 

 
İpəkçilik – Şəki, Şirvan  Gəncə xanlıqları. 
 
Qızılboya  və zəfəran yetişdirildiyi xanlıqlar 
 
 
 
 
Azərbaycan xanlıqlarında torpaq mülkiyyət formaları 
 
XVIII  əsrin  ikinci  yarısında  –  xanlıqları  dövründə  Azərbaycanda  xan,  mülk,  tiyul,  vəqf    icma  torpaq  mülkiyyət 
formaları  mövcud  idi.  XVIII  əsrin  ikinci  yarısında  Azərbaycan  xanlıqlarında  mülk  torpaq  mülkiyyətinin  səciyyəvi  cəhətlərinə 
aşağıdakılar daxil idi: 

 
Mülk üzərində mülk sahibinin tam mülkiyyət hüququ var idi. 

 
Mülk sahibi mülkü sata və ya ala bilərdi. 
Azərbaycan xanlıqlarında tiyul  torpaq sahibliyinin səciyyəvi cəhətləri isə bunlar idi: 

 
Şərti xarakter daşıyırdı və xan tərəfindən müəyyən xidmətlərə görə verilirdi. 

 
Xan tiyul verərkən onu xüsusi sənədlə təsdiq edirdi. 

 
Tədricən nəsli səciyyə alırdı. 

 
Mülkə çevrilməsi prosesi getdikcə genişlənirdi. 
 
Tiyulun mülkə çevrilməsi prosesinin getdikcə genişlənməsi aşağıdakı amillərlə izah olunur: 
-
 
İqtisadi inkişafın nəticəsi olması. 
-
 
Tiyuldarın ictimai-siyasi həyatda mühüm rol oynaması. 
Azərbaycan xanlıqlarında vəqf  torpaq sahibliyinin səciyyəvi cəhətlərinə aiddir: 

 
Məscidlərə və dini idarələrə məxsus idi. 

 
Evlər, karvansara və dükanlar da vəqf ola bilərdi. 

 
Belə torpaqlar xan xəzinəsinə vergi verməkdən və mükəlləfiyyətdən azad idi. 
Azərbaycan xanlıqlarında icma torpaq sahibliyinin səciyyəvi cəhətlərinə aiddir: 
Dərbənd
 
Quba 
 
Bakı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə