Dərslik II hiSSƏ 2


Bakı xanlığında mövcud olan vergilər



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə28/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   142

 
56 
Bakı xanlığında mövcud olan vergilər 
 
 
 
Bakı xanlığı I Mirzə Məhəmməd xan və onun varisləri dövründə  
Bakı xanlığının banisi I Mirzə Məhəmmədin (1748-1768) dövründə: 

 
Bakı xanlığının iqtisadiyyatı dirçəldi. 

 
Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət yetirildi. 
I Mirzə Məhəmməd xanın oğlu Məlik Məhəmməd xanın (1768-1784) dövründə Bakı xanlığı müstəqilliyini itirərək Quba 
xanlığının asılılığına düşdü.  
QEYD:  1767-ci  ildə  Qubalı  Fətəli  xan  Bakı  xanı  Məlik  Məhəmmədin  bacısı  ilə  evlənmiş,  beləliklə  “nigah  diplomatiyası” 
vasitəsilə  Bakı  xanlığını  özündən  asılı  vəziyyətə  salmışdı.    II  Mirzə  Məhəmməd  xanın  dövründə  (1784-1792),  Fətəli  xanın 
ölümündən sonra (1789) Bakı xanlığı yenidən müstəqil oldu.  
 
         Bakı xanları 
 
 
 
Bakı xanlığı Hüseynqulu xanın dövründə (1792-1806) 
II  Mirzə  Məhəmməd  xanın  dövründə  Bakı  xanlığında  onun  əmisi  oğlu  Hüseynqulu  xan  arasında  hakimiyyət  uğrunda 
mübarizə başlamışdı. Bu mübarizədə Hüseynqulu xan qalib gələrək hakimiyyəti ələ aldı.  
Hüseynqulu xanın hakimiyyət dövrünə (1792-1806) aiddir: 

 
Bakı xanlığı Rusiyaya meyilli siyasət yeridirdi. 

 
Bakı xanlığını işğal etməyə çalışan Rusiya və İran arasında manevr etməyə çalışırdı. 

 
II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanı ilə Bakı xanlığı Rusiyanın himayəsinə keçdi. 

 
1796-cı ildə V.Zubovun Azərbaycana yürüşü zamanı Bakı qalasının açarlarını ona təslim etdi  

 
I  Pavel  tərəfindən  rus  qoşunu  Azərbaycandan  geri  çağırılandan  sonra  (1796)  xarici  siyasətdə  Ağa  Məhəmməd  xan 
Qacara meyil etdi. Qacarın Şuşada öldürülməsinə sonra (1797)  Bakı xanlığı müstəqilliyi bərpa etdi. 

 
1803-cü ildə Bakı xanlığı ikinci dəfə  Rusiyanın himayəsini qəbul etsədə 1804-cü ildə Rusiya asılılığından imtina etdi 
Bu dövrdə Hüseynqulu xanın dəyişkən və ikili siyasət yeritməsinin əsas səbəbi Rusiya və İranın təcavüzkar siyasətinin 
kəskinləşməsi idi. 

 
1806-cı ilin oktyabrında Bakı xanlığı Rusiya tərəfindən işğal edilərək ləğv edildi, xan isə İrana qaçdı. 
 
Bakı xanlığında hakimiyyət uğrunda mübarizə mübarizə aparan xanlar 
 
 
 
 
 
 
 
 
 
 
Darğalıq 
 
Töycü 
 
Vəzirlik 
 
Malcəhət 
 
II Mirzə Məhəmməd 
(1784-1791) 
 
Hüseynqulu xan 
(1792-1806) 
 
Məlik Məhəmməd 
(1768-1784) 
 
I Mirzə Məhəmməd 
(1748-1768) 
 
II Mirzə Məhəmməd xan 
 
Hüseynqulu xan 
 


 
57 
Gəncə xanlığı (1747-1804) 
 
 
Gəncə xanlığının yaranması, ərazisi və əhalisinin məşğuliyyəti 
Gəncə xanlığına aiddir: 

 
XVIII əsrin ortalarında yaranmışdı. 

 
Murovdağ silsiləsindən Kür çayınadək olan ərazini əhatə edirdi. 

 
Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. 

 
Xanlığının təsərrüfatında maldarlıq, əkinçilik, bağçılıq, üzümçülük, bostançılıq, ipəkçilik əsas yer tuturdu. 

 
Toxuculuq, xalçaçılıq, zərgərlik, boyaçılıq, dulusçuluq kimi sənətkarlıq sahələri inkişaf etmişdi. 

 
Xanlığın mərkəzi Gəncə şəhərində pul kəsilir, müxtəlif ölkələrdən bura tacirlər gəlirdi. 

 
Xanlıqda bütün hakimiyyət xana məxsus idi. 
Bakı xanlığının əhalisindən əsasən aşağıdakı vergilər toplanırdı: 
1.
 
Bəhrə  
2.
 
Darğalıq  
3.
 
Malcəhət 
QEYD:  Bakı  xanlığı  Gəncə  xanlıqlığı  ilə  oxşar  cəhətlərə  malik  olmuşdur.  Belə  ki,  hər  iki  xanlığın  mərkəzlərində  pul 
kəsilirdi,  xanlıqlar  Qacarın  hücumuna  məruz  qalmışdı  və  hakimləri  hücum  zamanı  ona  qarşı  çıxmamışdılar,  hər  iki  xanlıqda 
məlcahət və darğalıq vergiləri toplanılırdı. 
 
Gəncə xanlığının yaranması. II Şahverdi xan Ziyadoğlu 
Gəncə  xanlığını  qacar  tayfasından  olan  Ziyadoğlular  nəsli  idarə  edirdi.  Ziyadoğlular  1736-cı  ildə  Nadir  xanın  şah 
seçilməsinə qarşı çıxdıqları üçün Gəncədən sürgün edilmişdilər. Onlar, Nadirin ölümündən sonra Gəncəyə qayıdıb dövlət yaratdılar.   
Gəncə xanlığının banisi qacar tayfasının yerli nəslinin nümayəndəsi  II Şahverdi xan Ziyadoğlu (1747-1760) olmuşdu. II Şahverdi 
xan  Nadir  şahın  Gəncədəki  qarnizonunu  darmadağın  etməkdə  ona  yardımçı  olan  gürcü  çarı  II  İrakliyə  10  min  tümən  qızıl  pul 
verməyi öhdəsinə  götürmüş  və Kartli-Kaxetiya çarlığından  asılılığı qəbul etmişdi. Şahverdi xandan  sonra  hakimiyyətə  gələn onun 
oğlu Məhəmmədhəsən xanın (1760-1780) hakimiyyəti dövründə: 

 
Sələfi II Şahverdi xanın II İrakli qarşısında öhdəsinə götürmüş xəracı verməkdən imtina etdi. 

 
Gəncə xanlığının Kartli-Kaxetiyadan asılılığa son qoydu. 
Qardaşını öldürürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirirdi. 
 
Gəncə xanlari 
 
 
 
Gəncə xanlığında ikihakimiyyətliliyin yaranması (1780-1783) 
II  Şahverdi  xandan  sonra  Gəncə  xanlığında  hakimiyyətə  gələn  oğulları  atalarının  II  İrakli  qarşısında  öhdəsinə  götürmüş 
pulu verməkdən imtina etməsi II İraklinin Qarabağ hakimi İbrahinxəlil xanla birləşib 1780-cı ildə Gəncə xanlığına hücum etməsinə 
səbəb oldu. 1780-cı ildə II İrakli və İbrahimxəlil xanın birləşmiş qoşununun Gəncəyə hücumu  nəticəsində: 

 
Xanlığın mərkəzi Gəncə şəhəri tutuldu. 

 
Yenicə taxta çıxmış Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı. 

 
Xanlıqda ikihakimiyyətlilik yarandı. 
QEYD:  II  İrakli  və  İbrahimxəlil  xan  Gəncə  xanlığını  idarə  etmək  üçün  hərəsi  öz  nümayəndəsini  bura  təyin  etdi.  Həmin 
nümayəndələr birlikdə  Gəncə  xanlığını idarə  etməyə  başladılar.  II İrakli və  İbrahimxəlil xanın Gəncə  xanlığını idarə  etmək  üçün 
bura  iki  nümayəndə  təyin  etməsi 
1780-cı
  ildə  Gəncə  xanlığında  ikihakimiyyətliliyin  yaranmasına  səbəb  oldu  və  bu  vəziyyət  üç 
ilədək davam etdi. 
 
 
 
 
Məhəmmədhəsən 
xan (1760-1780) 
 
Cavad xan  
(1786-1804) 
 
Şahverdi xan 
(1747-1760) 
 
Məhəmməd xan 
(1783-1785) 
 
Rəhim xan 
(1785-1786) 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə