Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə27/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   142

 
54 
Naxçıvan xanları 
 
 
 
Lənkəran xanlığı (1747-1826) 
 
Lənkəran xanlığının ərazisi, əhalisi və təsərrüfatı 
Lənkəran xanlığı XVIII əsrin ortalarında Xəzərin cənub-qərb sahilində
 
yaranmışdı. Xanlığın ərazisi Azərbaycanın cənub-
şərqi,  Talış  dağları,  Xəzər  dənizi  və  Muğan  düzü  arasındakı  torpaqları  əhatə  edirdi  və  Gilan,  Ərdəbil,  Salyan  və  Şamaxı 
xanlıqları ilə həmsərhəd idi.  Lənkəran xanlığının mərkəzi əvvəllər Astara1736-cı ildən isə Lənkəran şəhəri olmuşdu. 
Xanlığın  əhalisi  əkinçilik  (xüsusilə  çəltikçilik)  və  maldarlıqla  məşğul  idi.  Balıqçılıq  və  arıçılıq  da  təsərrüfat  həyatında 
mühüm  yer    tuturdu.    Xanlıqda  yüksək  keyfiyyətli  düyü  növləri  (sədri,  akula,  ənbərbu  və  s.)  yetişdirilirdi.  Lənkəran,  Astara  və 
Qızılağac  xanlığın  əsas  ticarət  mərkəzləri  idi.  Lakin  xanlıqda  kənd  təsərrüfatı  zəif  inkişaf  etmişdi.  Xanlıqda  19  adda  vergi  və 
mükəlləfiyyətlər mövcud olması  kəndlilərin feodal torpaqlarından qaçmasına səbəb olurdu. 
 
Lənkəran xanlığın əsas ticarət mərkəzləri 
 
 
 
Lənkəran xanlığının yaranması 
Lənkəran xanlığının yaranması şəraiti digər Azərbaycan xanlıqlarından fərqlənirdi. Səfəvilər dövlətinin dağıldığı bir şəraitdə  
nüfuzlu  Lənkəran  əyanlarından  biri  olan  qızılağaclı  Musa  Lənkəranda  hakimiyyəti  ələ  keçirmişdi.  Lakin  Nadir  şahın  dövründə 
(1736-1747)  mərkəzi  hakimiyyət  gücləndiyi  üçün  Musa  hakimiyyətdən  əl  çəkməli  oldu.  Onun  yerinə  hakimiyyət  Səfəvilər 
nəslindən olan ərdəbilli Seyid Abbas bəy ələ aldı. Seyid Abbasın hakimiyyəti dövrü üçün aşağıdakı xüsusiyyətlər xarakterik idi: 

 
Nadir şah rəsmi fərmanla Seyid Abbas bəyi Lənkəranın nəsli hakimi elan etdi. 

 
Xanlığın mərkəzi Lənkərana köçürüldü (1736-cı ildə). 

 
1736-cı ildə Nadir şahın hakimiyyətini tanıyaraq oğlu Cəmaləddin Mirzə bəyi onun xidmətinə göndərdi. 
 
Lənkəran xanlığı Cəmaləddin Mirzə bəyin dövründə (1747-1786) 
Nadir  şahın  ölümündən  sonra  Cəmaləddin  Mirzə  bəy  (1747-1786)  Lənkəran  xanlığını  müstəqil  idarə  etməyə  başladı  və 
xanlığın iqtisadi və siyasi qüdrətini möhkəmləndirmək üçün aşağıdakı tədbirləri həyata keçirdi:  

 
Daimi qoşun təşkil etdi. 

 
Xan nəslindən  olmayanlanın torpaq sahələrini müsadirə etdi. 

 
Lənkəranın sosial-iqtisadi və mədəni həyatında bir sıra dəyişiklik etdi. 

 
İran təhlükəsindən qorunmaq məqsədi ilə xarici siyasətdə Rusiyaya meyl etdi. 
Cəmaləddin  Mirzə  bəyin  (Qara  xanın)  xarici  siyasətdə  Rusiyaya  meyl  etməsi  1768-ci  ildə    gilanlı  Hidayət  xanın  ciddi 
narahatlığına və və güclü qoşunla Lənkəran xanlığına hücum etməsinə səbəb oldu. Bu mübarizədə Kərim xan Zənd  Hidayət xana, 
Qubalı Fətli xan isə Qara xana kömək edirdi. 1768-ci ildə Hidayət xanın  qoşunla Lənkəran xanlığına hücumu nəticəsində: 

 
Şindan qalasına çəkilən Qara xan təslim oldu. 

 
Qara xan Hidayət xana böyük xərac verib azad edildi. 
Kərim xanın ölümündən sonra Gilan xanının Lənkəran xanlığına hücumları səngidi. 
1785-ci ildə
 Lənkəran xanlığı Qubalı Fətəli xandan asılı vəziyyətə düşdü. 
 
 
Heydərqulu xan 
(1747-1763) 
 
Kəlbəli xan  
(1787-1797) 
 
II Kəlbəli xan 
(1816-1820) 
 
Cəfərqulu xan 
(1783-1785) 
Abbasqulu xan 
(1797-1808) 
 
Ehsan xan  
(1827-1828) 
 
Hacı xan 
 (1764–1765)
 
Rəhim xan  
(1765–1770) 
 
Astara
 
Lənkəran
 
Qızılağac
 


 
55 
Cəmaləddin Mirzə bəyin Lənkəran xanlığını  möhkəmləndirmək üçün gördüyü tədbirlər 
 
 
 
Lənkəran xanlığı Mir Mustafa xanın dövründə (1786-1814) 
Qara xandan sonra onun oğlu Mir Mustafa xan (1786-1814) hakimiyyətə gəldi. Mir Mustafa xanın hakimiyyəti dövründə: 

 
Sələfi Qara xan kimi xarici siyasətdə Rusiyaya yaxınlaşdı. 

 
Lənkəran xanlığı Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. 

 
Lənkəran əhalisinin bir hissəsi Sarı adasına köçürüldü. 

 
Rusiya-İran müharibəsində İran tərəfdən vuruşdu. 
QEYD: 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Lənkəran xanlığına hücum edərkən Mir Mustafa xan Lənkəran əhalisini Sarı 
adasına  köçürüb  müdafiə  mövqeyi  tutmuş  və  ona  qarşı  Rusiya  ilə  yaxınlaşmaq  üçün  öz  nümayəndələrini  Şimali  Qafqaza  və 
Peterburqa göndərmişdi. 
 
Cəmaləddin Mirzə xanın dövrü (1747-1786) 
Mir Mustafa xanın dövrü (1786-1814) 

 
Lənkəran xanlığı heç bir xanlığın hakimiyyəti 

 
 altına düşmədi 

 
Xarici siyasətdə Rusiyaya yaxınlaşdı 

 
Xanlıq  gilanlı Hidayət xanın hücumuna məruz qaldı 

 
Xanlığın mərkəzində bir sıra sosial-iqtisadi və 
mədəni dəyişiklik edildi 

 
Xanlıq  Qubalı Fətəli xanın hakimiyyəti altına düşdü 

 
Qara xan kimi xarici siyasətdə Rusiyaya yaxınlaşdı 

 
Lənkəran əhalisinin bir hissəsi Sarı adasına 
köçürüldü 

 
Lənkəran xanlığı Ağa Məhəmməd xan Qacarın 
hücumuna məruz qaldı 

 
Rus-İran müharibəsində İran tərəfindən vuruşdu 
 
 
 
Bakı xanlığı (1747-1806) 
 
Bakı xanlığının yaranması. Ərazisi və təsərrüfatı 
XVIII əsrin 40-cı illərdə yaranmış Bakı xanlığı Quba, Şamaxı  Cavad xanlıqları ilə həmsərhəd idi. 
Bakı xanlığı  Quba 
və  Dərbənd  xanlıqları  kimi  Azərbaycanın  şimal-şərqində,  Xəzər  dənizi  sahillərində  yerləşirdi. 
Bakı  xanlığına  39  kənd  daxil  idi. 
Xanlığın təsərrüfatında neft, duz və zəfəran istehsalıbalıqçılıq, maldarlıq əsas yer tuturdu. Burada toxuculuq, zərgərlik, boyaçılıq, 
misgərlik kimi sənətkarlıq sahələri inkişaf etmişdi. Bakı xanlığında aşağıdakı sahələr müqatiəyə (iltizama) verilirdi: 
1.
 
Neft quyuları. 
2.
 
Bazarlar və dükanlar. 
Xanlığın  mərkəzi  Bakı  şəhəri  Avropa  ölkələri,  Rusiya,  İran,  Hindistan  ilə  tranzit  ticarətində  mühüm  rol  oynayırdı. 
Xanlığın mərkəzi Bakıda pul kəsilirdi. Xanlıqda mövcud olan  malcəhət, töycü, darğalıq, vəzirlik adlı vergi növləri var idi ki, bu 
vergilər də əhali üçün ağır yükə çevrilmişdi.  
Bakı xanlığına bütün hakimiyyət, torpaq, yeraltı və yerüstü sərvətlər xana  onun ailə üzvlərinə mənsub idi. 
 
Bakı xanlığının iqtisadiyyatını təşkil edən təsərrüfat sahələri 
 
 
 
 
 
Daimi qoşun təşkil etdi 
 
Xan nəslindən olmayanların 
torpağını müsadirə etdi 
 
Xarici siyasətdə Rusiyaya 
meyl etdi 
 
zəfəran istehaslı 
 
neft hasilatı 
 
balıqçılıq 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə