Dərslik II hiSSƏ 2


Bakı xanlığının Quba xanlığına birləşdirilməsi (1767)



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə23/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   142

 
46 
Bakı xanlığının Quba xanlığına birləşdirilməsi (1767) 
Dərbənd xanlığının Qubaya birləşdirilməsindən sonra Fətəli xan əsas diqqətini  Bakı xalığına  yönəltdi. Bunun əsas səbəbi 
hərbi cəhətdən zəif olan Bakı xanlığının digər xarici hücumlara məruz qalmasının Quba xanlığı üçün də təhlükə yarada bilməsi 
idi. Buna görə də Fətəli xan, Bakı xanlığını tabe etmək üçün tədbirlər həyata keçirməyə başladı. Belə ki, Fətəli xan Bakı xanlığını 
tabe etmək  üçün  “nikah diplomatiyası”na əl atdı. Qohumluq  münasibətləri  Quba  və Bakı  xanlıqları arasında siyasi baxımdan  da 
etibarlı şərait yaratmışdı.   Beləliklə, 
1767-ci ildə
  “nikah diplomatiyası”  vasitəsilə Bakı  və Abşeron   torpaqları Quba xanlığının 
təsir  dairəsinə düşdü.  Dövrün rəsmi sənədlərində Fətəli xan  artıq Quba, Dərbənd, Bakı  Salyan hakimi adlandırılırdı. 
 
Şamaxı və Cavad xanlıqlarının Quba xanlığına birləşdirilməsi (1768) 
Şamaxı xanlığı  uğrunda ardıcıl mübarizənin başlanması ilə Şimal-şərqi Azərbaycan torpaqlarınının Quba xanlığına qatılması 
işi ikinci mərhələyə qədəm qoydu. Şamaxı xanlığı  barədə  Fətəli xanın konkret planları var idi. Həmin plana görə Fətəli xan Şimal-
şərqi Azərbaycan torpaqlarını tutduqdan sonra dövlətin  paytaxtını Şamaxı şəhərinə köçürmək istəyirdi. Bu həm iqtisadi, həm də 
siyasi tələblərdən irəli gəlirdi: 

 
Şamaxının  iqtisadi  cəhətdən  tutulmasının  Quba  xanlığı  üçün  əhəmiyyəti  ondan  ibarət  idi  ki,  Şamaxı    əlverişli  ticarət 
yolları üzərində yerləşirdi və yaxşı  təsərrüfat  imkanlarına malik idi. 

 
Şamaxının  siyasi  cəhətdən  xanlığa  birləşdirilməsinin  əhəmiyyəti  isə  ondan  ibarət  idi  ki,  ,  Şamaxı  xanlığı    Şəki  və 
Qarabağ  xanlıqlarının  birləşdirilməsində, Azərbaycanın  cənub torpaqlarına doğru  irəliləyişdə  mühüm siyasi mərkəz 
rolunu oynamalı idi. 
1768-ci  ildə  Şamaxı  xanlığı  Qubaya  birləşdirildi.  Uzun  mübarizə  nəticəsində  Fətəli  xan  Şəki  xanı  Hüseyn  xan  üzərində 
qələbə  çaldıqdan  sonra  Şimal-şərqi  Azərbaycanın,  o  cümlədən  Şamaxı  xanlığının    torpaqlarının  Quba  xanlığına  qatılması  prosesi  
başa  çatdırıldı.  Quba  xanlığını  möhkəmləndirmək  üçün  böyük  əhəmiyyətə  malik  olan  bu  hadisə  (Şamaxı  xanlığının  Qubaya 
birləşdirilməsi) Fətəli xanın dövlətçilik fəaliyyətində mühüm nailiyyət idi. 
1768-ci ildə 
Cavad xanlığı (Muğan torpaqları) da Quba xanlığının tabeliyinə keçdi. İstər coğrafi mövqeyi, istərsə də  hərbi-
strateci baxımdan Muğanın Quba  xanlığına qatılması xanlığın getdikcə güclənməsi demək idi.  Özünə dayaq yaratmaq məqsədi ilə 
Fətəli xan Dərbənd xanlığı əhalisinin bir hissəsini buraya köçürmüşdü.  
QEYD: 
1779-1789-cu illərdə
 Şəki xanlığı da Quba xanlığından asılı vəziyyətə düşdü. 1789-cu ildə Fətəli xanın vəfatından 
istifadə edən Şəki hakimi Məhəmmədhəsən xan Quba xanlığının asılılığından çıxdı və Şəkinin müstəqilliyini bərpa etdi. 
 
Fətəli xanın hakimiyyəti dövründə Quba xanlığına birləşdirilmiş xanlıqlar: 
 
 
 
Şimal-şərqi Azərbaycan torpaqlarınının birləşdirilməsinin əhəmiyyəti 
Azərbaycanın  şimal-şərq  torpaqlarının  vahid  bir  xanlıqda  birləşdirilməsinin  o  dövr  üçün  böyük  əhəmiyyəti  var  idi.  Şimal-
şərqi Azərbaycan torpaqlarınının vahid dövlətə - Quba xanlığına birləşdirilməsinin əhəmiyyəti aşağıdakılar idi: 

 
Bu ərazilərdə ara müharibələrinə nisəbətən son qoyuldu 

 
Təsərrüfatın  inkişafı üçün əlverişli şərait yarandı 
Şimal-şərqi Azərbaycan torpaqlarınının  birləşdirilməsinin Quba xanlığı üçün əhəmiyyəti isə bunlar idi: 

 
Quba xanlığının iqtisadi və hərbi-siyasi gücü artdı 

 
Quba xanlığı ölkənin siyasi həyatında mühüm rol oynamağa başladı 
Lakin  yerli  separatçı  qüvvələr  tamamilə  ləğv    edilməmişdir.  Bu  qüvvələrin  aradan  götürülməsi    qarşıda  duran  mühüm 
vəzifələrdən biri  idi. 
 
 
 
Bakı xanlığı 
(1767

 
Şamaxı xanlığı 
(1768) 
 
Cavad xanlığı 
(1768

 
Dərbənd xanlığı 
(1759) 
 
Şəki xanlığı 
(
1779)
 
 
Lənkəran xanlığı 
(1785) 
 


 
47 
Gavduşan döyüşü (1774) 
Quba  xanlığının  qüdrətinin  artması  bir  sıra  Azərbaycan    xanlarını  və  Dağıstan  hakimlərini  təşvişə    satlmışdı.  1773-cü  ilin 
noyabr-dekabr aylarında Şəki  Qarabağ xanlıqlarınınhəmçinin Avar hakiminin birləşmiş qüvvələri Quba  xanlığın üzərinə 
yürüş etdilər. Bu yürüşdə Gürcüstan da onlara kömək edirdi. Lakin Fətəli  xan bu yürüşə  dəf etməyə müvəffəq oldu. 
1774-cü  ilin  iyul  ayında  Xudat  yaxınlığındakı    Gavduşan  çölündə  Quba  xanlığı  ilə  Qaraqaytaq  üsmisi  Əmir  Həmzə    və 
Şamaxı xanı Ağası xanın başçılıq  etdiyi bir sıra Azərbaycan  Dağıstan hakimlərinin birləşmiş qüvvələri arasında qanlı döyüş 
baş verdi.  Tarixə Gavduşan döyüşü kimi düşən bu döyüş nəticəsində: 

 
Fətəli xan məğlub olaraq Salyana tərəf çəkildi. 

 
Düşmənləri Quba və Şamaxını tutaraq Dərbəndi  mühasirəyə aldılar. 
Gavduşan  döyüşünün    səbəbi  Qubalı  Fətəli  xanın  birləşdirmə  siyasətinə  Azərbaycan  xanlarının  öz  torpaqlarının  işğalı 
kimi baxmaları idi. 
Bu zaman Dərbəndin müdafiəsinə Fətəli xanın arvadı Tuti Bikə rəhbərlik edirdi. Onun qardaşı Əmir Həmzə şəhəri hiylə ilə 
ələ keçirmək üçün Tuti Bikəyə ərinin ölüm xəbərini çatdırıb matəm mərasimi düzəltdi. Bu vaxt Fətəli xan gizli yolla Dərbəndə gəlib 
çıxdı. Fətəli xan düşmənlərinə qarşı mübarizə aparmaq üçün 1775-ci ildə Rusiya sarayına elçilər göndərərək Rusiyaya müraciət etdi 
və ondan kömək istədi1775-ci ilin martında Dərbəndə çatan rus qoşununun köməyi ilə Fətəli xan: 

 
Düşmənlərinin üzərində qələbə çaldı. 

 
Gavduşan döyüşündəki məğlubiyyətin əvəzini çıxdı. 

 
Dərbəndin mühasirə təhlükəsini aradan qaldırdı. 
Beləliklə,  Rusiyanın  göndərdiyi  kömək  Qubalı  Fətəli  xana  öz  düşmənlərindən  Gavduşan  məğlubiyyətinin  qisasını  almağa 
yardım etdi. 
 
Gavduşan döyüşündə məğlubiyyətdən sonra Qubalı Fətəli xanın yeritdiyi siyasət 
 
 
 
Fətəli xanla Qarabağ xanlığı arasında münasibətlərin gərginləşməsi 
Fətəli xan Dərbəndin mühasirəsini aradan qaldırdıqdan sonra mövqelərini daha da möhkəmləndirdi və işğal siyasətini davam 
etdirdi. Bu zamanı Fətəli xanın əsas diqqəti Qarabağ xanlığına yönəlmişdi. 
Fətəli xan Qarabağ xanlığını tabe etmək üçün əvvəlcə diplomatik yola əl ataraq  1779-cu ildə Bakı xanı Məlik Məhəmmədi 
müqavilə bağlamaq təklifi ilə Qarabağa göndərdi. Qarabağ xanı İbrahimxəlil xan bu müqaviləni onu asılı vəziyyətə salacağını hiss 
edərək  Məlik  Məhəmməd  xanı  həbs  etdi.  Fətəli  xanın  Qarabağ  xanlığına  qarşı  diplomatik  tədbiri  uğursuzluğa  uğradıqdan  sonra  
1780-1781-ci illərdə bir neçə dəfə Qarabağa yürüş etdi. Bu yürüşlər də uğursuz oldu. 
 
Fətəli xanın Azərbaycanın cənubunda möhkəmlənmək cəhdlərinin baş tutmaması 
Fətəli xanın planlarına Azərbaycanın cənub torpaqlarını da öz dövlətinə qatmaq daxil idi. Bu məqsədlə Fətəli xan 1784-cü 
ilin yayında Azərbaycanın cənub ərazilərinə hücum etdi. Bu hücum nəticəsində Ərdəbil və Meşkin şəhərləri ələ keçirsə də Fətəli 
xan  Azərbaycanın  cənub  torpaqlarında  möhkəmlənə  bilmədi.  Fətəli  xanın  Azərbaycanın  cənub  torpaqlarında  möhkəmlənə 
bilməməsinin  səbəbi  onun  yürüşünün  Rusiyanın  narazılığına  səbəb  olması  idi.  Çünki,  Rusiya  Quba  xanlığının  daha  da 
güclənməsindən  ehtiyyat  edirdi  və  Rusiyanın  sərhədlərinə  yaxın  bir  regionda  güclü  Azərbaycan  dövlətinin  mövcudluğu 
Rusiyanın  gələcəkdə  Cənubi  Qafqazdakı  işğalçılıq  siyasətinə  mane  ola  bilərdi.  Odur  ki,  Rusiya  ilə  münasibətləri  korlamaq 
istəməyən Fətəli xan geri qayıtmağa məcbur oldu. 
Beləliklə, Qubalı Fətəli xanın Qarabağ  Cənubi Azərbaycan xanlıqlarını birləşdirmək siyasəti uğursuzluqla nəticələndi. 
 
Şimali Azərbaycan torpaqlarının birləşdirilməsinin baş tutmaması 
Fətəli  xan  Şimal-şərqi  Azərbaycan  torpaqlarını  Quba  xanlığı  ətrafında  birləşdirsə  də  bütün  Azərbaycan  torpaqlarını 
birləşdirə bilmədi. Fətəli xanın Azərbaycan torpaqlarını vahid dövlətdə  birləşdirmək planının baş tutmamasının bir sıra səbəbləri 
var idi. Həmin səbəblərə aşağıdakılar daxil idi: 

 
Ölkədə siyasi pərakəndəliyin mövcud olması. 

 
Azərbaycan xanlarının  “birləşdirmə” məsələsinə öz tarpaqlarının işğalı kimi baxmaları. 
Əvvəlki vəziyyətini bərpa 
etməyə çalışdı 
 
Rusiya ilə münasibətləri 
canlandırdı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə