Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə22/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   142

 
44 
60-cı illərində Məhəmməd Səid xanla Şəki xanı Hüseyn xan arasında yaranan münaqişədən Qubalı Fətəli xan istifadə etdi. Fətəli  
xan    Hüseyn  xana    Şamaxı    torpaqlarını    işğal    edib    bölüşdürmək  barədə    sazişə    girməyi  təklif  etdi.  1767-ci  ildə    müttəfiqlərlə 
Məhəmməd Səid xan və Ağası xan  arasında baş vermiş döyüş nəticəsində: 

 
Məhəmməd Səid xan və Ağası xan  məğlub  oldular. 

 
Şamaxı xanlığının torpaqları Quba və Şəki xanlıqları arasında bölüşdürüldü. 

 
Şamaxı xanlığının   qərb hissəsi Şəki xanlığına birləşdirildi. 

 
Şamaxı xanlığının başq əraziləri Quba xanlığına  birləşdirildi. 
Lakin  Fətəli  xan  Şirvanın  bir  hissəsinin    Şəki    xanlığına    qatılmasına    razı  deyildi.  Vəziyyəti    belə  görən  Fətəli  xan  Ağası 
xanla  barışmağa    qərar    verdi.  Şəki  xanı  Hüseyn  xan  isə  Avar  xanı    ilə  ittifaqa  girdi.  1768-ci  ilin    sentyabrında  Fətəli    xanla 
mütəffiq qoşunları arasında qanlı döyüş baş verdi. Döyüş nəticəsində: 

 
Fətəli xan qalib gəldi 

 
Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirildi 
Şəki hakimi Hüseyn xanın Quba xanlığı ilə əvvəlki vəziyyəti bərpa etmək təşəbbüsləri heç bir nəticə vermədi  və döyüşlər 
onun məğlubiyyəti ilə nəticələndi. 
Şəki və Şamaxı xanlığı yalnız 1790-cı  ildə   Quba xanlığının asılılığından çıxaraq müstəqilliyini 
bərpa etdi.  
 
Şamaxı xanlığının torpaqlarını öz aralarında  bölüşdürürən xanlıqlar 
 
 
 
 
Quba xanlığı (1726-1810) 
 
Quba xanlığının yaradılması. Hüseynəli xan 
Quba xanlığının banisi Hüseynəli xan (1726-1758)  hələ 1726-cı ildə  Rusiya çarı tərəfindən bu vəzifəyə  təyin edilmişdir. 
Quba xanlığının iqamətgahı əvvəlcə Xudat qalası, 
1735-ci  ildən etibarən isə 
Quba şəhəri olmşdur. Bu dövrdə Quba  şəhərində   
zərbxana    və    çoxlu    silah  emalatxanaları    var  idi.  Oranın  münbit  torpaqları  müxtəlif  kənd  təsərrüfatı  bitkiləri  becərməyə  imkan 
verirdi.  Şəhər  qala  divarları  ilə  əhatə  olunurdu.  Hüseynəli  xan  burada  möhtəşəm  bir  saray  da  tikdirmişdir.  Quba  xanlığının 
təsərrüfatı  inkişaf  edir,  əhalisinin sayı  artırdı. Bunun  əsas  səbəbləri aşağıdakı amillərlə bağlı  idi: 

 
Xanlığın əlverişli coğrafi-strateii  mövqedə yerləşməsi. 

 
Nadir şahın yürüşləri zamanı Quba  torpaqlarının  nisbətən  az ziyan çəkməsi. 
 
Hüseynəli xanın Salyan  nahiyəsinin Quba xanlığına birləşdirməsi 
1756-cı  ildə
  Salyan    nahiyəsi  Quba  xanlığına  birləşdirildi.  Azərbaycanın  təsərrüfat  həyatında    mühüm  rolu  olan  Salyan  
nahiyəsi  Hüseynəli  xan  tərəfindən  Quba  xanlığına  qatılmasının  böyük  əhəmiyyəti  var  idi.  Belə  ki,  Salyan    nahiyəsinin  Quba 
xanlığına  qatılması  sonralar  Quba  xanlığının  birləşdirmə    siyasətində  mühüm  dayaq  nöqtəsi  oldu.  XVIII  əsrin  əvvəllərində 
Salyan  Quba  xanlığına  tabe  idi.  Lakin  Nadir  şah  Quba  xanlığını  zəiflətmək  məqsədi  ilə  Salyanı    Qubadan  ayırmış  və  öz 
nümayəndələrini bura naib təyin etmişdi. Nadirin ölümündən xeyli sonra Hüseynəli xan yaranmış siyasi vəziyyətdən istifadə edərək 
Salyanı Quba xanlığının ayrılmaz bir hissəsinə, mühüm siyasi dayağına, həmçinin gəlir mənbəyinə çevirdi.  
 
  Quba xanları 
 
 
 
 
 
Şəki xanlığı
 
Quba xanlığı 
 
Əhməd xan 
(1789-1791) 
 
Şeyxəli xan 
(1791-1810) 
 
Fətəli xan 
(1758-1789) 
 
Hüseynəli xan 
(1726-1758) 
 


 
45 
Quba xanlığında Fətəli xanın hakimiyyətə gəlməsi  
Hüseynəli  xandan  sonra  hakimiyyətə  gələn  Fətəli  xan  (1758-1789)  xanlığın  mövqeyini  daha  da  möhkəmləndirdi.  Fətəli 
xanın Quba xanlığını möhkəmləndirmək üçün aşağıdakı  tədbirləri  həyata keçirdi: 

 
Vergi islahatı  keçirtdi.  Fətəli xanın  vergi  islahatına  əsasən  vergilərin  mahal  naibləri  tərəfindən  toplanması  qaydası 
ləğv olundu, hər bir  kətxuda kəndlilərdən vergini xan xəzinəsinə və  anbarlarına özü şəxsən təhvil verməli idi; yerli  
hakimlərin  özbaşınalığına    son  qoymaq  üçün  bəzi  mükəlləfiyyətlər  yalnız    xan  yasavullarının  tələbi  ilə  yerinə 
yetirilməli  idi  (  Vergilərin  toplanması  işinin  qaydaya  salınması  –  Salari  Mərzban  ibn  Məhəmməd,  Ağqoyunlu  Uzun 
Həsən və Qubalı Fətəli xan üçün oxşar cəhət təşkil edir). 

 
Köçürmə  siyasəti  həyata  keçirdi.  Fətəli  xanın  köçürmə  siyasətinə  əsasən    xanlığın  əhalisini  artırmaq  məqsədilə 
Cənubi  Azərbaycandan  xeyli  əhalini  köçürüb    Şabranda  və  ətraf    ərazilərdə    yerləşdirdi,  dövlətin  sərhədlərini 
möhkəmləndirmək üçün Muğandan cəngavər şahsevən tayfalarının  bir hissəsini xanlığın  ərazisinə köçürdü, özünə 
dayaq yaratmaq məqsədi ilə 1768-ci ildə  Dərbənd xanlığı əhalisinin bir hissəsini Cavad xanlığnın ərazisinə - Muğana 
köçürdü (Vaxtı ilə I Şah Abbas və Nadir şah da köçürmə siyasəti həyata keçirmişdi). 

 
Xanlığı möhkəmləndirmək və ərazisini genişləndirmək üçün xanlığın ərazisini genişləndirmək siyasəti yeritdi. 
  
 
 
 
Fətəli xanın xanlığın ərazisini genişləndirmə siyasətinə başlaması 
Fətəli  xan  atasının  xanlığın  ərazisini  genişləndirmək    siyasətini  müvəffəqiyyətlə  həyata  keçirməyə    başladı.  Onun  qonşu 
əraziləri işğal etmək üçün gördüyü tədbirlər geniş miqyas aldı və bütün Şimal-şərqi  Azərbaycan torpaqlarının Quba xanlığına 
qatılması ilə nəticələndi. Quba xanlığının hərbi cəhətdən güclü olması və Fətəli xanın birləşdirmə siyasəti onu digər Azərbaycan 
xanları içərisində fərqləndirirdi.  
Hüseynəli xan tərəfindən Salyanın birləşdirilməsindən (1756) sonra  qarşıda mühüm vəzifə  Şamaxı xanlığını tabe etdirmək 
idi. Lakin Şəki xanlığı  ilə kəskin rəqabət bu işə mane oldu. Buna görə də  Dərbənd xanlığını ələ keçirmək ön plana çəkildi.  
QEYD: Azərbaycan torpaqlarının birləşdirilməsi siyasəti aparması Urmiyalı Fətəli xan,  Qubalı Fətəli xan və Hacı Çələbi 
xan üçün səciyyəvi cəhət idi. 
 
Dərbəndin Quba xanlığına birləşdirilməsi (1759) 
XVIII əsrdə Dərbənd şəhər-qala və mühüm ticarət mərkəzi idi. Fətəli xan bu şəhərin əhəmiyyətini yüksək qiymətləndirirdi. 
XVIII  əsrin  50-ci  illərində  Dərbənddə  xanlığın    banisi  Məhəmmədhüseyn  xan  hökmranlıq  edirdi.  Xanlıqda  hökm  sürən 
özbaşınalıq xalq kütləsini, eləcə də hakim dairələrin bir hissəsini Quba xanlığına  rəğbət bəsləməyə sövq  edirdi. Belə bir şəraitdə 
Fətəli xan Dərbənd xanlığını xanlığa birləşdirmək üçün aşağıdakı diplomatik tədbirləri həyata keçirdi: 
1.
 
Cənubi Dağıstan hakimləri ilə Şamaxı xanının ittifaq yaratmasına mane oldu. 
2.
 
Dərbəndin tutulmasında Cənubi Dağıstan əmirlərini öz müttəfiqinə çevirdi. 
1759-cu ildə Fətəli xan Dərbənd şəhəri üzərinə hücuma keçdi. İki aylıq mühasirədən sonra Dərbəndi ələ keçirilərək və Quba 
xanlığına birləşdirildi. Şəhərin mühafizəsi isə Fətəli xanın arvadı  Tuti  Bikə xanıma tapşırıldı. 
 
 
 
 
 
Vergilərin mahal naibləri 
tərəfindən toplanması qaydası 
ləğv olundu 
Hər bir  kətxuda vergini özü 
şəxsən təhvil verməli idi 
Bəzi mükəlləfiyyətlər yalnız  
xan yasavullarının tələbi ilə 
yerinə yetirilməli idi 
 
Birləşdirmə siyasəti 
 
Köçürmə siyasəti 
 
Vergi islahatı
 
 
Xanlığın əhalisini artırmaq 
məqsədilə Cənubi Azərbaycandan  
Şabrana  əhali köçürdü 
Xanlığın sərhədlərini 
möhkəmləndirmək üçün Muğandan 
şahsevən tayfalarını köçürdü 
Özünə dayaq yaratmaq məqsədi ilə 
Dərbənd xanlığı əhalisinin bir 
hissəsini Muğana köçürtdü 
 
Xanlığı möhkəmləndirmək 
və ərazisini genişləndirmək üçün 
xanlığın ərazisini genişləndirmək 
siyasəti yeritdi. 
Bu siyasət nəticəsində Dərbənd, 
Bakı, Şamaxı, Cavad, Şəki və 
Lənkəran xanlıqları Qubaya 
birləşdirildi 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə