Dərslik II hiSSƏ 2


Fətəli xan Əfşarın xanlığın ərazisini genişləndirmək siyasəti



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə18/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   142

 
36 
Fətəli xan Əfşarın xanlığın ərazisini genişləndirmək siyasəti 
Fətəli xan Əfşar Təbrizi Urmiya xanlığına birləşdirməklə Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəyə başladı. 
Fətəli xan xarici hücumlardan qorunmaq və yeni torpaqlar zəbt etmək məqsədilə aşağıdakı 
addımları
 atdı: 

 
Nadir şahın sərkərdələrindən olan əfqanlı Azad xanı öz tərəfinə çəkdi. 

 
Dünbuli tayfasından olan Xoy xanı  Şahbaz xanla ittifaqa girdi. 

 
Qaradağ, Marağa  Sərab xanlıqlarına qoşun yeridərək onları özürdən asılı vəziyyətə saldı. 
XVIII  əsrin  50-ci  illərində  Fətəli  xan  Əfşar  tabe  etdiyi  torpaqlarda  öz  hakimiyyətini  möhkəmləndirmək  əvəzinə,  digər 
Azərbaycan  ərazilərini  və  İran  torpaqlarını  da  ələ  keçirtmək  uğrunda  Kərim  xan  Zərd  və  Məhəmmədhəsən  xan  Qacarla 
mübarizəyə başladı. Bu məqsədlə o, ayrı-ayrı hökmdarlara müraciət edib onları ittifaqa çağırdı. Lakin rədd cavabı aldıqdan sonra, 
1751-ci ilin sonunda
 müttəfiqi əfqanlı Azad xanı İrəvan xanlığı üzərinə göndərdi. Bu zaman İrəvan xanı Mir Mehdi xan kömək 
üçün Kartli çarı II  İrakliyə müraciət etdi. II İrakli Qazax və Borçalı azərbaycanlılardan qoşun toplayıb İrəvan xanına köməyə 
göndərdi. Birləşmiş qüvvələr Azad xanın qoşununu geri oturtdu. 
 
XVIII əsrin 50-ci illərində Azərbaycan və İranda mərkəzi hakimiyyət uğrunda mübarizə aparan qüvvələr 
 
 
 
Fətəli xan Əfşarın Kərim xan Zəndlə hakimiyyət uğrunda mübarizəsi 
XVIII əsrin 50-ci illərində 
Azərbaycan və İranda 
taxt-tac uğrunda  mübarizədə Kərim  xanın (1705-1779)  başçılığ etdiyi  
Zənd  tayfası      xüsusilə  fərqlənirdi.    Kərim  xan  Zənd  İranın  cənub  torpaqlarını  tutduqdan  sonra  1752-ci  ilin    sonunda 
Azərbaycana hücum etdi. 1752-ci ildə baş vermiş Miyana döyüşü  nəticəsində: 

 
Fətəli xan Əfşarın qoşunu qalib gəldi. 

 
Kərim xan məğlub olaraq cənuba – Fars vilayətinə  qaçdı. 
1752-ci ildə
 tərəflər yenidən baş vermiş Qəmşə döyüşü nəticəsində: 

 
Fətəli xan Əfşarın qoşunu yenə də qalib gəldi. 

 
Kərim xanın qardaşı  İsgəndər xan əsir alınaraq edam edildi. 
Lakin,  Azərbaycanda  baş  verən  hadisələr  Fətəli  xana  Kərim  xanı  axıra  qədər  təqib  etməyə  imkan  vermədi  və  o  geriyə  - 
Urmiyaya qayıtdı.  
 
Məhəmmədhəsən xanın İranda mərkəzi hakimiyyət uğrunda mübarizəsi 
İranın  şimalında  möhkəmlənəndən sonra Məhəmmədhəsən xan Qacar da  mərkəzi  hakimiyyət uğrunda  mübarizəyə başladı. 
Narir  şahın  xələfi  Əliqulu  xan  Əfşar  (Adil  şah)  qacar  tayfasını  öz  tərəfinə  çəkmək  məqsədi  ilə  Məhəmmədhəsən  xan  Qacarı 
Məşhəddə  öz  sarayına  eşikağası  təyin  edir.  Adil  şah  öldürüldükdən  sonra  mübarizəyə  başlayır.  Daha  sonra  Məhəmmədhəsən  xan 
Astrabad, Mazandaran və Gilanı tutaraq, İsfahana yürüşə hazırlaşdı. Lakin Kərim xan Zənd onu qabaqlamaq məqsədilə 1753-cü 
ildə hücuma başlasa da məğlub olub geri – Tehrana qayıtdı. Lakin sonra qüvvə toplayıb yenidən yürüş edərək Təbrizi mühasirəyə 
aldı. Lakin ikinci dəfə də müvəffəqiyyətsizliyə uğrayıb Şiraza çəkilməyə məcbur oldu. 
Fətəli xan Əfşar isə 1753-cü ilin sonu - 1754-cü ilin əvvəllərində  öz hakimiyyətini  Mərkəzi  Cənubi İrana  yaya bildi. 
Bu illərdə Fətəli xanın idarə etdiyi ərazilərin sərhədləri İranın cənubuna qədər uzanırdı. Lakin İran hakim dairələrinin  Kərim  xana 
köməyi sayəsində əvvəlcə Şiraz, sonra isə İsfahan əldən çıxdı. Bununla da, Fətəli xanın mərkəzi hakimiyyət uğrunda mübarizəsi 
zəiflədi.  Bundan  istifadə  edən  Məhəmmədhəsən  xan    Qacar  1755-ci  ilin  yazında  zəndlər  üzərində  qələbə  çaldı  və  1756-cı  ilin 
martında İsfahana daxil oldu. Kərim xan yenidən Şiraza qaçdı. 1757-ci ildə Məhəmmədhəsən xan Qacar isə Rəşti tutduqdan sonra 
Ərdəbil və Lənkəran xanlıqlarının ərazisindən və Muğan düzündən keçərək Qarabağ xanlığı üzərinə yürüş etdi. Məhəmmədhəsən 
xan Qacar Qarabağ xanlığının mərkəzi olan Şuşanı bir ay ərzində ərzində mühasirədə saxlasa da, onu ala bilmədi və geri çəkilərkən 
Təbrizi, sonra isə Urmiyanı tutdu.   
 
 
 
 
Fətəli xan  
Əfşar 
Kazım xan  
Zənd 
Məhəmmədhəsən 
xan Qacar 


 
37 
Fətəli xan əfşarın ölkəni  birləşdirmək siyasətini davam etdirməsi 
1759-cü ilin  fevralında 
Məhəmmədhəsən xan  Qacarın zəndlərlə döyüşlərin birində  öldürülməsindən sonra Fətəli xan Əfşar 
Təbrizə  qayıdaraq  hakimiyyətini  möhkəmləndirməyə  başladı  və  Azərbaycanın  digər  ərazilərini  birləşdirmək  siyasətini  davam 
etdirdi. Fətəli xan  Əfşar 
1759-cü ilin  yazında
  Qarabağa hücum etdi və Şuşanı mühasirəyə  aldı. Şuşanın alınması üçün ciddi 
təhlükə  yarandığı  üçün  Qarabağ  xanı  Pənahəli  xan    Fətəli    xanla  sazişə  gəlməyə  məcbur  oldu.    Beləliklə,  Fətəli  xan    Əfşarın 
1759-cü ildə 
Qarabağa hücum nəticəsində: 

 
Qarabağ xanlığı Fətəli xan Əfşardan (Urmiya xanlığından) asılı vəziyyətə düşdü. 

 
Qarabağ xanı Pənahəli xan Fətəli xan Əfşardan asılılığı qəbul  etmək əlaməti olaraq oğlu İbrahimxəlil  ağanı  girov 
kimi onun sarayına göndərdi. 
Qarabağ  xanlığının  Urmiya  xanlığına    tabe  edilməsi  Fətəli  xana  İrəvan,  Şəki  və  Ərəşi  də  tabe    etməyə    imkan    verdi. 
Qarabağ xanlığından başqa, Təbriz, Xoy, Qaradağ, Marağa  Sərab xanlıqları, Urmiya xanlığına birləşdirilir (Ərdəbil  Maku 
xanlıqları istisna olmaqla) və bir müddət ondan asılı vəziyyətdə qaldı. Lakin bu vaxt  Kərim xan Zəndin əsas  rəqibə  çevrilməsi, 
onun şahlıq iddiasına düşməsi Fətəli xan Əfşarın  bütün planlarını alt-üst etdi. 
 
Fətəli xan Əfşarın özündən asılı vəziyyətə saldığı Cənubi Azərbaycan xanlıqları 
 
 
 
Fətəli xan Əfşarın Kərim xan Zəndlə hakimiyyət uğrunda yeni mübarizəsi 
Kərim xan Fətəli xan Əfşarın güclü dövlət yaratmasını istəmədiyinə görə1760-cı ilin payızında Azərbaycanın cənubuna 
hücum  edərək  Təbrizi  mühasirəyə  aldı.  Kərim  xan  Təbrizi  dörd  ay  mühasirədə  saxlasa  da,  uğursuzluğa  düçar  oldu. 
1761-ci  ilin
 
yayında Kərim xan yeri qüvvə ilə Təbrizə hücuma keçdi

Lakin, 
1761-ci ildə
 Qaraçəmən kəndi yaxınlığındakı döyüş nəticəsində 
Kərim xan Zəndl məğlub oldu. 
Qaraçəmən  kəndi  yaxınlığındakı  qələbə
   
Fətəli  xan  Əfşarı  və  Təbriz  xanı  Nəcəfqulu  xanı  arxayınlaşdırdı.  Bundan  istifadə 
edən Kərim xan yeni gücləndirilmiş qoşunla hücuma keçdi. Bu zaman Fətəli xan Əfşar Urmiya qalasına çəkilməyə məcbur oldu. 
 
Kərim  xan  Fətəli  xana  qarşı  mübarizədə  Azərbaycan  xanları  arasında  olan  ziddiyyətlərdən  məharətlə  istifadə  etdi.  Kərim 
xan Fətəli xanın düşmənlərinə, birinci növbədə Pənahəli xana göndərdiyi məktubunda yazırdı: “Fətəli xan sadəcə düşmən deyil, o, 
eyni zamanda bizimlə qanlıdır. Gərək birləşmək uğrunda bütün qüvvəni əsirgəməyəsən. Məhz bu yolla həm intiqam almaq, həm 
də oğlunuzu xilas etmək mümkün olar”. 
 Bu çağırışa cavab olaraq Pənahəli xan və başqa qonşu xanlar da qoşunu ilə Kərim xan Zəndin düşərgəsinə gəldi. Müttəfiqlər 
birlikdə Urmiya qalasına  hücum etdilər. 
1763-cü ilin ortalarında 
9 aylıq  mühasirədən sonra Urmiya  şəhəri alındı.  Fətəli xan əsir 
düşdü,  onun  xəzinəsi  ələ  keçirilirdi.  Kərim  xan  əsir  götürülmüş  Fətəli  xanı  Şiraza  aparmaq  haqqında  göstəriş  verdi  və  onu  edam 
etdirdi. Bununla da qardaşının qisasını almış oldu. Urmiya xanlığının idarəsi Rüstəm bəy Əfşara tapşırıldı.  
 
Urmiyalı Fətəli xan əfşarla Kərim xan Zənd arasında baş vermiş döyüşlər 
 
 
 
Kərim xan Zəndin “Şiraz qonaqlığı”nı təşkil etməsi 
Kərim xan Zənd Fətəli xan üzərindəki qələbədə ona kömək etmiş xanlarla birlikdə qələbəni qeyd etmək bəhanəsi ilə onlara 
Şiraza getməyi təklif etdi. Bu tarixə “Şiraz qonaqlığı” kimi axil oldu. “Şiraz qonaqlığı”nda Qarabağ xanı Pərahəli xan, Xoy xanı 
Şahbaz  xan  və  başqaları  iştirak  edirdilər.  Xanlar  Şiraza  Çatdıqdan  sonra  “ziyafətin”  əsl  mahiyyəti  bir  daha  aydınlaşdı.  “Şiraz 
qonaqlığı”nda  Kərim  xanın  məqsədi  -  bu  yolla  xanları  vətənlərindən  uzaq  salmaq  və  beləliklə  onları  özündən  asılı  vəziyyətə 
Təbriz 
 
Sərab 
 
 
Xoy 
 
Şəki 
 
Qarabağ 
 
 
Fətəli xan əfşar Kərim 
xan Zəndi məğlub etdi
 
Miyanə döyüşü 
(1752) 
Qəmşə döyüşü 
(1752)
 
Qaraçəmən 
döyüşü (1761)
 
Urmiyalı Fətəli xan əfşar 
Kərim xan Zəndin qardaşı 
İsgəndər xanı məğlub etdi 
 
Fətəli xan əfşar Kərim 
xan Zəndi məğlub etdi 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə