Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə19/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   142

 
38 
salmaq idi. Kərim xan Urmiya xanlığını işğal etdikdən və Azərbaycan xanlarını  girov apardıqdan sonra da bu xanlar müstəqil idilər 
Girov  götürülmüş  Azərbaycan  xanları  “qonaqlığ”ın  zahiri  cəhətlərinə  aldanmayaraq  öz  xanlıqları  ilə  əlaqə  saxlamağa  və  onu 
möhkəmləndirməyə  səy  göstərir,  müxtəlif  yolla  xilas  olub  vətənə  qayıtmağa  çalışırdılar.  Beləliklə,  “Şiraz  qonaqlığı”  gözlənilən 
nəticələri vermədi. 
 
          “Şiraz qonaqlığı”nda iştirak etmiş xanlıqlar 
 
 
Fətəli xan Əfşar 
Kərim xan Zənd 
Məhəmmədhəsən xan Qacar 

 
Urmiya xanlığının  əsasını 
qoymuşdu 

 
Paytaxtı Təbrizə köçürmüşdü 

 
Xanlığın ərazisini 
genişləndirmək siyasəti yeridirdi 

 
Azərbaycanı birləşdirmək 
uğrunda mübarizə aparırdı 

 
Xoy xanı  Şahbaz xanla ittifaqa 
girmişdi  

 
Hakimiyyətini  Mərkəzi və 
Cənubi İrana  yaymışdı 

 
Sərhədlərini İranın cənubuna 
qədər genişləndirdi 

 
Ərdəbil və Maku xanlıqları 
istisna olmaqla bütün Cənubi 
Azərbaycan xanlıqlarını özünə 
birləşdirdi 

 
İranın cənub torpaqlarını tutmuşdu 

 
1752-ci ilin  sonunda Şimali 
Azərbaycana hücum etdi 

 
1752-ci ildə baş vermiş Miyana 
döyüşü  nəticəsində Fətəli xan 
Əfşara məğlub oldu 

 
1752-ci ildə baş vermiş Qəmşə 
döyüşü nəticəsində Fətəli xan 
Əfşara məğlub oldu 

 
1861-ci ildə Qaraçəmən kəndi 
yaxınlığındakı döyüşdə məğlub 
oldu  

 
1863-cü ildə Urmiya şəhərini tutdu 

 
“Şiraz qonaqlığı”nı təşkil etdi 
 

 
İranın şimalında möhkəmləndi 

 
Astrabad, Mazandaran və Gilanı 
tutdu 

 
1753-cü ildə Kərim xan Zəndi 
məğlub etdi 

 
1755-ci ildə  zəndlər üzərində 
qələbə çaldı  

 
1756-cı ilin martında İsfahanı 
tutdu 

 
Qarabağ xanlığı üzərinə uğursuz 
yürüş etdi 

 
Təbrizi və Urmiya xanlıqlarını 
tutdu 
 
 
 
 
Xoy, Təbriz, Qaradağ və Ərdəbil xanlıqları 
 
Xoy xanlığı 
Xoy xanlığına aiddir: 
 

 
Azərbaycanın cənub xanlıqları içərisində nisbətən fərqlənirdi. 

 
Hakimiyyət Dünbuli tayfa başçılarının əlində idi. 

 
“Şiraz qonaqlığı”nda Kərim xan Zənd tərəfindən iştirak etmişdir. 

 
Xanlığın əsası Şahbaz xan (1747-1763) tərəfindən qoyulmuşdur. 

 
Xanlıq şimaldan – Naxçıvan xanlığı, şərqdən Təbriz və Qaradağ xanlıqları, Cənubda Urmiya xanlığı və qərbdə Osmanlı 
imperiyası ilə həmsərhədd idi. 
             Xoy  və  Təbriz  xanlıqlarının  Dünbuli  tayfa  başçılarının  əlində  olması  bu  tayfanın  şöhrətinin  artmasına  səbəb  olmuşdur. 
Dünbuli tayfasının tanınmış xanlarından biri Dünbuli Əhməd xan (1763-1786) idi. Dünbuli Əhməd xan: 

 
Azərbaycanın bir sıra xanlıqları və Kartli çarlığı ilə diplomatik əlaqə saxlayırdı. 

 
Bir müddət İrəvan, Naxçıvan  Qaradağ xarlıqlarını özündə asılı vəziyyətə salmışdı. 

 
Urmiya xanlığını tabe etməyə çalışırdı. 

 
Təbriz  xanı  Nəcəfqulu  xan  Dünbuli  ilə  müttəfiqlik  münasibətləri  saxlayırdı.  Nəcəfqulu  xan  ona  canlı  qüvvə  və  pulla 
kömək etmiş, onlar birlikdə Qaradağ xanlığının ərazisini işğal edərək öz aralarında bölüşdürmüşdülər. 

 
Təbriz  xanı  Nəcəfqulu  xanın  ölümündən  sonra  onun  oğlu  Xudadad  xanı  hakimiyyətə  gətirdi  və  onunla  Urmiyalı 
İmamqulu xan Əfşara, həmçinin onun müttəfiqi Sərablı Əli xan Şəqaqiyə qarşı çıxdı 

 
1783-cü ildə
 Təbriz yaxınlığındakı döyüşdə Urmiyalı İmamqulu xan Əfşar və onun müttəfiqi Sərablı Əli xan Şəqaqi 
üzərində qələbə qazandı.Təbriz yaxınlığındakı döyüşdəki qələbə Xoy xanlığının nüfuzun daha da artırdı
Xoy xanı Şahbaz xan 
 
Qarabağlı Pənahəli xan 
 
Qaradağlı Kazım xan 
 


 
39 
 
 Kərim  xan  Zənd Xoy  xanlığını  gələcəkdə daha da güclənərək təhlükəyə çevriləcəyindən ehtiyat etdiyinə görə Əhməd xanı 
aradan götürməyə çalışdı. Bu məqsədlə Şiraza girov aparılan və orada vəfat edən Xoy xanı Şahbaz xanın oğlanları ilə Əhməd xan 
arasında  büşmənçilik  yaratdı,  onları  əmilərinin  üstünə  qaldırdı.  Beləliklə  Xoy  xanlığında  hakimiyyət  uğrunda  gedən  mübarizə 
nəticəsində: 

 
Nəcəfqulu xan qardaşları ilə mübarizədə qalib gələrək hakimiyyəti ələ keçirdi. 

 
Xoy xanlığı əvvəlki mövqeyini itirdi. 

 
İrəvan xanlığı və digər xanlıqlar Xoy xnlığından asılılıqdan çıxdılar. 

 
Xanlıqlararası müharibələr yenidən genişləndi. 
 
Xoy xanlığından asılı vəziyyətə salınan Azərbaycan xanlıqları 
 
 
 
 
 
Təbriz xanlığı 
 
XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Təbriz xanlığı idi. Təbriz xanlığına aiddir:
 

 
Urmiya xanlığından şimal-şərqdə yerləşirdi 

 
Xoy, Qaradağ, Sərab və Marağa xanlıqları ilə həmsərhədd idi 

 
Hakimiyyət Dünbuli tayfa başçılarının əlində idi. 

 
Mövcud olduğu ilk vaxtlar mərkəzi hakimiyyət uğrunda gedən mübarizə mərkəzinə çevrilmişdi. 

 
Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd mahallarına bölünürdü. 

 
Mahalları bəylər, naiblər, kəndlərisə kəndxudalar idarə edirdi. 

 
Xanlığın təqribən 10 min nəfərlik daimi qoşunu vardı. 

 
Əhalisi əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdu. 

 
Xanlıqda sənətkarlıq və ticarət inkişaf etmişdi. 

 
Əvvəllərdə olduğu kimi, beş növ torpaq mülkiyyət forması qalmaqda idi. 

 
Kəndlilər və şəhər sənətkarları vergi verir və mükəlləfiyyətlər daşıyırdılar. 

 
Mərkəzi Təbriz şəhəri olan xanlıq bir müddət Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. 

 
Urmiyalı Fətəli xan Əfşarın ölümündən sonra yenidən müstəqil olmuşdu. 

 
Xanlığın banisi Əmiraslan xan idi 
 
Əmiraslan xana aiddir: 

 
Nadir şahın ölümündən sonrakı illərdə  müstəqil dövlət yaratdı. 

 
III Sam Mirzə üsyanını yatırtdı, onun özünü isə edam etdirdi. 

 
Təbriz, Xalxal, Ərdəbil xanlıqlarını və bir sıra cənub əyalətlərini özünə tabe etdi. 

 
Nadirin ölümündən sonra hakimiyyətə gəlmiş qardaşı oğlu Adil şahın hakimiyyətini  tanımadı. 
1748-ci  ilin  sonunda  Adil  şahın  öz  qardaşı  İbrahim  Mirzə  tərəfindən  hakimiyyətdən  üzaqlaşdırılması  vəziyyəti  xeyli 
dəyişdi.  İbrahim  Mirzə  Əmiraslan  xanın  üzərinə  hücum  edib  Təbrizə  daxil  oldu.  Lakin  Məşhəd  və  İsfahanda  baş  vermiş  üsyan 
xəbərini eşidən İbrahim şah böyük hərbi qüvvə ilə oraya  yola düşdü. Onun bu yürüşü uğursuz oldu. Məşhəddəki döyüşdə İbrahim 
şah  həlak oldu.  Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmək siyasəti  yürüdən Fətəli xan Əfşar  yaranmış şəraitdən 
istifadə edərək, bir sıra ərazilərə və Təbrizə yürüş etdi. Fətəli xan Əfşarın Təbriz xanlığına yürüşü nəticəsində: 

 
 Təbriz şəhərini ələ keçirib şəhərin idarəsini Nəcəfqulu xan Dünbuliyə tapşırdı. 

 
 Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətə düşdü. 
 
QEYD: Bu hadisədən sonra Nəcəfqulu xan Təbriz xanlığını Urmiya xanlığının naibi kimi idarə edirdi. 1763-cü ildə Fətəli 
xan Əfşarın öldürülməsindən sonra Təbriz xanlığı tam müstəqillik əldə etdi.  
 
Dünbuli tayfasının idarə etdiyi xanlıqlar 
 
 
Naxçıvan 
xanlığı 
 
İrəvan  
xanlığı 
Qaradağ 
xanlığı  
 
Xoy xanlığı 
 
Təbriz xanlığı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə