Dərslik II hiSSƏ 2


Hacı Çələbi xan tərəfindən vurulmuş zərbə Kartili çarı II İrakli üçün ibrət olmadı və 1752-ci ilin



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə21/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   142

 
42 
 
Hacı Çələbi xan tərəfindən vurulmuş zərbə Kartili çarı II İrakli üçün ibrət olmadı və 1752-ci ilin yazında Cara hücum etdi. 
Bu zaman Hacı Çələbi xan Car camaatının köməyinə gəldi və gürcü çarını əvvəlkindən daha ağır məğlubiyyətə uğratdı. “Qızılqaya 
xəyanəti”  isə  bir  daha  göstərdi  ki,  Azərbaycan  xanları  birləşməli  və  ümumi  düşmənə  qarşı  vahid  cəbhədə  mübarizə 
aparmalıdılar. 
 
Hacı  Çələbi  xanın  1755-ci  ildə  Şamaxı  xanlığını  tabe  etmək  planı  isə  baş  tutmadı.  Ağsunun  müvəffəqiyyətsiz  mühasirəsi 
Hacı Çələbinin geri qayıtması ilə nəticələndi. Bu hadisə Şəki xanlığının ərazisini genişləndirməyə mane oldu. 
QEYD: 1763-cü ildə baş verən “Şiraz qonaqlığı” ilə 1752-ci ildə baş verən “Qızılqaya xəyanəti” oxşar cəhətlərə malik idi. 
Məhz  hər  iki  hadisədə  Azərbaycan  xanları  əsir  (girov)  vəziyyətinə  salınmış,  ümümi  mənafeləri  naminə  qüvvələrini  birləşdirməyi 
bacarmayan  xanlar ağır vəziyyətə düşmüşdü. 
 
Hacı Çələbiyə qarşı ittifaq 
yaratmış xanlıqlar
 
“Qızılqaya xəyanəti”ndə 
iştirak etmiş xanlıqlar
 
“Şiraz qonaqlığı”nda iştirak 
etmiş xanlıqlar
 
Qarabağ 
Qaradağ 
Gəncə 
Xoy
 
Qaradağ (Kazım xan) 
Gəncə (Şahverdi xan) 
Naxçıvan (Heydərqulu xan) 
İrəvan (Hüseynəlixan)
 
Qaradağ (Kazım xan) 
Qarabağ ( Pərahəli xan) 
Xoy (Şahbaz xan) 
 
 
 
 
 
 
 
 
Şəki xanlığı Hacı Çələbi xandan sonrakı dövrdə 
 
Hacı Çələbidən sonra hakimiyyətə onun oğlu Ağakişi bəy (1755-1759) gəldi. Lakin o Dərbənddə hökmranlıq edən qayınatası 
Məhəmmədhəsən xan tərəfindən öldürüldü. Qubalı Fətəli xan bu hadisəyə müdaxilə etməli oldu. Bu müdaxilə nəticəsində: 

 
Məhəmmədhəsən xan Şəkidən qovuldu. 

 
Hacı Çələbinin nəvəsi Hüseyn xan (1759-1779) Şəki xanı elan edildi. 

 
Şəki xanlığı Quba xanlığından siyasi asılılığı qəbul etdi. 
1779-cu ildə Hüseyn xan öldükdən bir qədər sonra Məhəmmədhəsən xanın Şəkidə yenidən hakimiyyətə gəlməsi Şəki xanlığı 
ilə Fətəli xan arasında münasibətlərin kəskinləşməsinə səbəb oldu. Məhəmmədhəsən xanın 
 (1779-1795, 1797-1805) dövründə Şəki 
xanlığı  ilə  Fətəli  xan  arasında  münasibətlər  müharibə  həddinə  çatdı.  1785-ci  ildə  baş  vermiş  döyüşdə  Qubalı  Fətəli  xan 
Məhəmmədhəsən  xanı  məğlub  etdi  və  Şəki  xanlığı  Fətəli  xandan  asılı  vəziyyətə  düşdü.  Tərəflər  “nigah  diplomatiyası”  ilə 
münasibətləri  nizama  saldılar.  Lakin  bu  ittifaq  da  uzunömürlü  olmadı.  İrakli  ilə  ittifaqa  girən  Məhəmmədhəsən  xan  1788-ci  ildə 
Şamaxı yaxınlığında Fətəli xanla döyüşə girdi. Şamaxı yaxınlığında baş vermiş döyüş nəticəsində: 

 
Məhəmmədhəsən xan məğlub oldu. 

 
Şəki xanlığı yenidən Fətəli xandan asılı vəziyyətə düşdü. 
 
  1789-cu  ildə  Fətəli  xanın  vəfatından  istifadə  edən  Məhəmmədhəsən  xan  Quba  xanlığının  asılılığından  çıxdı  və  Şəkinin 
müstəqilliyini bərpa etdi. Hətta bəzi ətraf əraziləri də öz nüfuz dairəsinə aldı. 
 
  1795-ci ildən etibarən Şəki xanlığında hakimiyyətə Səlim xan (1795-1806) gəldi. 
  
Hacı Çələbi 
xanın 
hakimiyyəti
 
 
“Bayat savaşı”nda Qarabağ 
hakimi Pənahəli xana 
məğlub olmuşdu 
 
 
Şeyx Nizaminin qəbri 
yaxınlığında döyüşündə 
qalib gəlmişdi 
 
 
Şamaxı xanlığını tabe 
etmək planı baş tutmamışdı 
 
 
Təbriz və Qarabağ 
xanlıqlarına uğursuz 
yürüş etmişdi 
 
 
Nadir şaha qarşı mübarizə 
aparmış, Şəki xanlığının 
əsasını qoymuşdu 
 
Qazıqumuxu, Qəbələ və 
Ərəş sultanlıqlarını, Qazax 
və Borçalı ərazilərini Şəki 
xanlığına birləşdirmişdir
 
 
Azərbaycan torpaqlarını 
birləşdirmək siyasəti 
yürüdürdü 
 


 
43 
         Şəki xanları 
 
 
 
 
Şəki xanlığının ərazisi və təsərrüfat həyatı 
 
Şəki xanlığı xeyli geniş ərazini əhatə edirdi. XVIII əsrin sonlarında bu ərazi 8 mahala (Şəki, Xaçmaz, Qəbələ, Ərəş, Padar, 
Ağdaş, Alpout və Göynük) bölünmüşdür. Mahalları xan tərəfindən təyin edilmiş naiblər idarə edirdilər. 
 
Şəki xanlığının təsərrüfatın aiddir: 

 
Əhalisi ipəkçilik, sənətkarlıq  ticarətlə məşğul olurdu. Daxili və xarici ticarət inkişaf etmişdi. 

 
İpək istehsalı və ipək emalı şəhər təsərrüfatında mühüm yer tuturdu. 

 
Boyaqçılıq, misgərlik və metal əşyaları istehsalı müəyyən istehsal mərhələsinə çatmışdı. 

 
Xanlıqda gümüş yarımabbası və abbası adlı pul kəsilirdi 

 
Kənd təsərrüfatı məhsullarını və xaricdən gətrilmiş malları satmaq üçün bazarlar təşkil edilirdi 

 
Mahalların əhalisinin başlıca məşğuliyyəti isə əkinçilik və maldarlıq idi 

 
Xanlıqda ipəkqurdu bəslənilir, taxıl, düyü, meyvə, tütün becərilirdi 
 
Şəki xanlığında inkişaf etmiş sənət sahələri 
 
 
 
Şamaxı xanlığı (1747-1820) 
 
Şamaxı xanlığının yaranması. İkihakimiyyətlilik 
Şirvanın ən güclü xanlıqlarından biri olmuş Şamaxı xanlığının əsasını Hacı Məhəmmədəli bəy  Xançobanı tayfasından 
olan Məhəmməd Səid  Ağası qardaşları  qoymuşdur. Xanlıq şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə 
Qarabağ xanlığı və Kür çayı ilə həmsərhədd idi. Xanlığın 8-10 min nəfərlik  hərbi qüvvəsi var idi.  
 
Şamaxı  xanlığını  digər xanlıqlardan fərqləndirən  başlıca cəhət burada  ikihakimiyyətliliyin mövcud  olması idi.  Belə ki, 
Şirvan torpaqlarının  bir hissəsini  əhatə  edən Şamaxı  xanlığında  həm  Məhəmmədəli  xanın  (mərkəz Yeni  Şamaxı idi),  həm də 
Məhəmməd Səid  və Ağası  qardaşlarının hakimiyyəti (mərkəz Şamaxı)  mövcud idi.   
 
Şamaxı xanlığında ikihakimiyyətliliyin ləğvi 
Şamaxı xanlığında hakimiyyət uğrunda gedən daxili çəkişmələr: 

 
Xanlığın birliyinə mane olurdu 

 
Təsərrüfatın inkişafını ləngidirdi 

 
İqtisadi və əhərbi-strateji mövqeyini zəiflədirdi  
1763-cü    ildə      Məhəmməd  Səid    xan    Şamaxı  xanlığında  ikihakimiyyətliliyi  ləğv  etmək  üçün  tabeliyində  olan   
elatlara  
arxalanaraq
  Yeni Şamaxıya hücum etdi. 1763-cü  ildə   Məhəmməd Səid xanın Yeni Şamaxıya hücumu nəticəsində: 

 
Yeni Şamaxı tutuldu və Məhəmmədəli  xan  əsir  alındı. 

 
Şamaxı xanlığında ikihakimiyyətliliy ləğv edildi. 

 
Xanlıqda bütün hakimiyyət Məhəmməd Səid xanın əlinə keçdi. 

 
Yeni Şamaxı köhnə  Şamaxıya  birləşdirdi və Şamaxı yenidən xanlığın mərkəzi oldu. 
 
Şamaxı xanlığının Quba xanlığından asılı vəziyyətə düşməsi (1768-1790) 
Şamaxı xanlığında təkhakimiyyətliliyin  yaradılmasına  baxmayaraq,  dövlət  daxilən zəifləmişdi və xarici qüvvələrdən özünü 
yaxşı yaxşı müdafiə edə bilmirdi. Bu da Şamaxı xanlığının öz müstəqilliyini qoruyub saxlaya bilməməsinə səbəb oldu. XVIII əsrin 
Ağakişi bəy 
(1755-1759) 
 
Səlim xan 
(1795-1806)
 
Hacı Çələbi 
(1743-1755) 
 
Hüseyn xan 
(1759-1779)
 
Məhəmmədhəsən 
xan (1779-1805) 
 
Metal əşyaları istehsalı 
 
Boyaqçılıq 
 
Misgərlik 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə