Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə24/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   142

 
48 

 
İqtisadi əlaqələrin zəifliyi. 

 
Daxili çəkişmələr və xarici müdaxilə. 
 
Fətəli  xanın  vəfatından  sonra  hakimiyyətə  gələn  oğlanları  Əhməd  xan  (1789-1791)  və  Şeyxəli  xan  (1791-1810) 
dövründə: 

 
Xanlığın qüdrətini qoruyub saxlamaq mümkün olmadı. 

 
Şəki, Bakı və Şamaxı xanlıqları Quba xanlığının tabeliyindən çıxdılar. 
 
 
Qarabağ xanlığı (1748-1822) 
 
Qarabağ xanlığının yaranması. Əhalisi və ərazisi 
Muğanda Suqovuşan qurultayında (1736) Nadirə tacqoyma mərasimi keçirilərkən Qarabağda yaşayan Otuzikilər, Kəbirli 
  Cavanşir  tayfalarının  başçıları  Nadir  xanın  şah  seçilməsinin  əleyhinə  çıxaraq  Səfəvi  taxtında  yalnız  Səfəvilər  sülaləsi 
nümayəndələrinin oturmaq ixtiyarına malik olduqlarını bildirməsi səbəbi ilə Nadir xan şah elan olunduqdan sonra qarabağlıları 
cəzalandırmaq aşağıdakı tədbirləri həyata keçirdi: 

 
Oonları ailələri  ilə birlikdə Xorasan vilayətinə və Əfqanıstanın sərhədlərinə sürgün etdi 

 
Qarabağlı Pənahəli bəyin qardaşı Fəzləli bəy edam edildi. 
Nadir şahın öldürülməsindən sonra Pənahəli bəy 1748-ci ildə yaxın adam ilə birlikdə şah sarayını tərk edib Qarabağa getdi və 
keçmiş  Qarabağ  bəylərbəyliyinin  qərbində  Qarabağ  xanlığının  əsasını  qoydu.  Qarabağ  xanlığının  əhalisini  cavanşir,  iyirmi  dörd, 
otuzikilər,  kəbirli,  ziyadoğlu,  baharlı,  kolanı  adlı  türk  tayfaları  təşkil  edirdi.  Xanlığın  ərazisi  Arazla  Kür  çayları  arasındakı 
ərazidə yerləşirdi. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad, Şamaxı xanlıqları ilə həmsərhəd idi. 
Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri idi. Xanlığın əhalisi əkinçilik  maldarlıqla məşğul olurdu. Bağçılıq, bostançılıq, 
arıçılıq, toxuculuq və sənətkarlıq inkişaf etmişdi. 
Qarabağ  xanlığında  “Pənahabad”  adlı  pul  kəsilirdi.  Qarabağ  xanlığında  17  adda  əsas  vergi  və  mükəlləfiyyət  növünün 
mövcud olması xanlıqda  əhalinin vəziyyətini ağırlaşdırır və vaxtaşırı ciddi narazılığa səbəb olurdu. 
 
Nadir şahın qarabağlıları cəzalandırmaq üçün həyata keçirdiyi  tədbirlər 
 
 
Qarabağ xanlığının əhalisini təşkil edən türk tayfaları 
 
 
 
Pənahəli xanın (1748-1763) xanlığı   möhkəmləndirmək üçün həyata keçirdiyi tədbirlər 
Qarabağ  xanlığının  banisi  Pənahəli  xan  hakimiyyətini  bərqarar  etdikdən  sonra  xanlığı  hərbi  siyasi  və  iqtisadi  cəhətdən 
möhkəmləndirmək üçün aşağıdakı tədbirləri həyata keçirdi: 

 
Qalalar tikdirdi. 

 
Məlikləri özünə tabe etdi. 
Pənahəli xan, Qarabağ xanlığını  yerli feodalların  cənubdan gözlənilən basqınlardan müdafiə etmək məqsədilə aşağıdakı 
aşağıdakı qalaları tikdirmişdi: 

 
Kəbirli mahalında Bayat qalasını (1748-ci il). 

 
Ağdamda Şahbulağı qalası (1751-ci il). 

 
Şuşa qalasını (1752-ci il). 
Pənahəli  xan  Bayat  qalasını  tikdirdikdən  sonra  bütün  ailəsini,  Qarabağ  əyanlarını  qalaya  köçürtdü,  Ərdəbil  və  Təbriz 
şəhərlərindən  buraya  xeyli  sənətkar  köçürdü.  Hacı  Çələbi  xan  qoşun  toplayıb  müttəfiqləri  ilə  Qarabağa  yürüş  edən  zaman  Bayat 
qalasını  mühasirəyə  almış,  bir  ay  mühasirədə  saxlasa  da,  qalanı  ala  bilməmişdir.  Lakin  Bayat  savaşı  qalanın  yerinin  düzgün 
Xorasan vilayətinə və Əfqanıstan 
sərhədlərinə sürgün etdi 
 
Qarabağlı Pənahəli bəyin qardaşı 
Fəzləli bəyi edam etdirdi 
 
ziyadoğlu 
 
baharlı 
 
kolanı 
 
cavanşi

otuzikilər 
 
kəbirli 
 
iyirmidörd 
 


 
49 
seçilmədiyini göstərdi. Ona görə də “Şahbulağı” adı ilə tanınan Tərnəkütdə ikinci qalanın inşasına başlnıldı. Şahbulağı qalası hazır 
olanda Pənahəli xan oranı dövlətin paytaxtı etdi. 
Bayat və Şahbulağı qalalarının coğrafi baxımdan əlverişli yerdə olmaması səbəbi ilə 50-ci illərin əvvəlində yeni qala - Şuşa 
qalası  tikildi  və  hələ  monqollar  tərəfindən  dağıdılan  Şuşa  şəhərində  qısa  bir  müddətdə  bərpa  işləri  aparıldı.  Pənahəli  xanın 
Qarabağda müdafiə qalaları tikdirməsi və şəhərsalma işinə xüsusi əhəmiyyət verməsinin böyük əhəmiyyəti var idi. 
QEYD: Bayat savaşından sonra Pənahəli xan Qarabağ xanlığının ərazisini xeyli genişləndirdi, Gəncə, İrəvan, Naxçıvan  
Ərdəbil  xanlıqlarını  ələ  keçirərək  onların  idarəsini  öz  adamlarına  tapşırdı.  Sarıcalı  Dərgahqulu  bəyi  Ərdəbilə  hakim  təyin  etdi. 
Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənahəli xanla yaxınlaşmağa çalışdılar. 
 
     Pənahəli xan Qarabağ xanlığının müdafiəsini yüksəltmək üçün tikdirdiyi qalalar 
 
 
        Pənahəli xanın özündən asılı vəziyyətə saldığı xanlıqlar 
 
 
 
Pənahəli xanın Qarabağ məlikliklərini xanlığa birləşdirməsi 
Qeyd  olunduğu  kimi  Nadir  şah  öldürüldükdən  sonra  Azərbaycan  xanlıqlara,  sultanlıqlara  və  məlikliklərə  parçalandı. 
Məliklikliklər  Qarabağ  xanlığı  ərazisində  yerləşirdi  və  “Xəmsə”  (Beşlik)  məlikləri  kimi  tanınırdı.  Pənahəli  xan  gücləndikcə 
Qarabağ məliklərinin ona qarşı müqaviməti artırdı. Xan isə məlikliklərin bölüşdürücülük (separatçılıq) siyasətinin qarşısını almağa 
çalışırdı. XVIII əsrin ikinci yarısında Qarabağ məlikliklərinin pozuculuq fəaliyyəti özünü  mərkəzləşmə prosesinə mane olmaqda, 
Qarabağ  xanlığına  qarşı  hücumların  təşkilində  iştirak  etməkdə  büruzə  verirdi.  Məlikliklər  bu  yolla  Qarabağ  xanlığının 
müstəqilliyini  sarsıtmağa  çalışırdı.  Ona  görə  məlikləri  tabe  etdirmək  məsələsi  mahiyyətcə  Qarabağın,  bütövlükdə  Azərbaycanın 
istiqlaliyyət uğrunda mübarizə demək idi. 
Pənahəli xanın hakimiyyətini 
birinci olaraq Vərəndə məliyi Məlik Şahnəzər tanıdı
. Xaçın məliyi Məlik mirzə xan Ulubab 
Balıqqayadakı  məğlubtyyətindən  sonra  Pənahəli  xanın  hakimiyyətini  tanıdı.  Dizaq,  Çiləbörd,  Talış  (Gülüstan)  məlikləri  xana 
qarşı bir müddət düşmənçilik etsələr də, sonra xan hakimiyyətinə tabe oldular.  
Bununla  belə  məlikliklər  öz  niyyətlərindən  əl  çəkmirdilər.  Çiləbörd  məliyi  Allahqulu  sultan  xəyanətdə  ittiham  edilərək 
öldürülmüşdü.  Onun  qardaşı  Məlik  Hatəm  Talış  məliyi  Usubla  ittifaqa  girib  Pənahəli    xana  qarşı  çıxmışdılar.  Lakin  Ağdərə 
döyüşündə Pənahəli xan Çiləbörd məliyi Məlik Hatəm Talış məliyi Usubu məğlub etdi. Ağdərə döyüşündən sonra həmin məliklər 
Tərtər  çayının  yaxınlığındakı  Çiləbörd  mahalında  yerləşən  Cermux  qalasına  çəkilmişdilər.  Yaranmış  siyasi  vəziyyətlə  əlaqədar 
olaraq Pənahəli xan da məliklərə qarşı mübarizəyə fasilə verdi. Pənahəli xanın məliklərə qarşı mübarizəyə fasilə verməsinin səbəbi 
aşağıdakı amillər idi: 

 
Məhəmmədhəsən xan Qacarın Azərbaycana, o cümlədən Qarabağa hücum etməsi. 

 
Xanlıqlar arasında çəkişmələr  gücləndiyi üçün əsas diqqəti xanlığın müdafiəsinə yönəldilməsi. 
 
 
 
 
 
Bayat qalası 
 
Şuşa qalası  
 
Şahbulağı qalası
 
 
Pənahəli xan
 
Naxçıvan xanlığı 
 
Ərdəbil xanlığı 
 
İrəvan xanlığı 
 
Gəncə xanlığı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə