Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə32/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   142

 
64 
 
QEYD:  Azərbaycan  sosial  zümrəsində  maaflar  imtiyazlı  təbəqə  olsa  da  ali  zümrəyə  daxil  deyildilər.  Lakin  maafların 
başçıları olan elbəyilər ali zümrəyə daxil idi. Maaflara aiddir: 

 
Maaf rütbəsi xan tərəfindən verilirdi. 

 
Maaflar xanlıqda asayiş qoruyucusu idilər. 

 
Xanlıqda qoşunun əsasını təşkil edirdilər. 

 
Maaflıq irsən atadan oğula keçirdi. 

 
Maafların üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün xan onları vergilərdən azad edirdi. 
 
Aşağı zümrə 
Aşağı zümrəni kəndlilər təşkil edirdilər. Kəndlilər hüquq və mülki vəziyyətlərinə görə aşağıdakı qruplara bölünürdülər:
 
1.
 
Rəiyət    -  pay  torpağına  və  şəxsi  təsərrüfata  malik  olan,  feodala  ,  həm  də  dövlətə  vergi  və  mükəlləfiyyətlər  ödəyən 
kəndlilər idi. Rəiyyətə aiddir: 

 
Divan, mülk və vəqf torpaqlarında yaşayırdılar. 

 
Bir qismi kənd icmasının ayırdığı torpaqları əkib-becərirdilər. 

 
Dövlət və sahibkar rəiyyətlərinə bölünürdülər. 
 
QEYD:  Dövlət  rəiyyətlərinə  nisbətən  sahibkar  rəiyyətlərinin  vəziyyəti  daha  ağır  idi.  Çünki  onlar  həm  xəzinə,  həm  də 
sahibkarlar tərəfindən istismar olunurdu. 
2.
 
Rəncbər  - təsərrüfatı - torpağı və əmək alətləri olmayan kəndlilər idi. Rəncbərlərə aiddir: 

 
Lənkəran xanlığında belə kəndlilər əkər adlanırdı 

 
Ali zümrə nümayəndələrinə məxsus mülklərdə çalışırdı. 

 
Əldə edilən məhsulun çox az bir hissəsini alırdılar. 
3.
 
Elat  -  Qarabağ,  Şamaxı  və  başqa  xanlıqlarda  yarımköçmə  maldarlıqla  məşğul  olub  köçmə  həyat  sürən  əhali  idi. 
Elatlara aiddir: 

 
Bəyin sürüsünü otarır, başqa mükəlləfiyyətləri yerinə yetirirdi. 

 
Peşkəş şəklində vergilər verirdi. 

 
Xan qoşununun əsas hissəsini təşkil edirdi. 
 
Elatın  vəziyyəti  rəiyyətə  niqsbətən  yüngül  idi.  Elatın  vəziyyətinin  rəiyyətə  niqsbətən  yüngül  olmasının  səbəbi  aşağıdakı 
amillərlə bağlı idi: 

 
Hakim təbəqənin əsas gəlirinin əkinçi əhalidən toplanması. 

 
Xan qoşununun əsas hissəsinin elatın təşkil etməsi ilə onların vergidən azad edilməsi. 
 
Kəndlilər  Azərbaycanda  hüquqi  baxımdan  sahibkarlardan  şəxsən  asılı  olmadıqlarına  görə  təhkimçilik  münasibətləri 
olmamışdır. Sahibkarlarla kəndli arasındakı münasibət kəndlinin onun torpaqlarından istifadə etməsi ilə müəyyən olunurdu və 
feodal-asılı münasibətlər mövcud idi. 
 
Kəndlilərin və şəhər yoxsullarının ağır güzəranı, bəzən onların hakim zümrəyə qarşı mübarizəyə qalxmağa səbəb olurdu. Bu 
dövrdə kəndlilərin əsas  mübarizə və etiraz formaları aşağıdakılar idi: 

 
Ərizə ilə divana şikayət etmək. 

 
Yaşayış yerlərini tərk etmək. 

 
Çıxıçlar etmək və üsyan qaldırmaq. 
 
XVIII əsrin ikinci yarısında rəiyyətin yaşadığı torpaqlar 
 
 
 
Azərbacan xanlıqlarında elatların vəziyyətinin rəiyyətə nisbətən yaxşı olmasının səbəbləri 
 
 
 
 
Mülk 
 
Divan 
 
Vəqf 
 
Hakim təbəqənin əsas gəlirinin əkinçi 
əhalidən toplanması 
 
Xan qoşununun əsas hissəsinin 
elatlardan təşkil olunması
 


 
65 
 
Xanlıqlar dövründə idarəetmə sistemi 
 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda
 
xanlıqların  idarəetmə  sistemi  özünəməxsus  səciyyəvi  xüsusiyyətlərə  malik  idi. 
Həmin xüsusiyyətlər bunlar idi: 

 
Xanlıq hakimiyyətin siyasi qurumu kimi təkhakimiyyətliliyə əsaslanırdı. 

 
Xanlığı qeyri-məhdud qanunverici, məhkəmə və icra hakimiyyətinə malik olan xan idarə edirdi. 

 
Bir sıra xanlıqlarda, 
xanın yanında məşvərətçi səsə malik divan və ya xan şurası fəaliyyət göstərirdi.
 

 
Divanın, yaxud şuranın mövqeyi xanın çıxardığı qərara təsir göstərə bilirdi. 

 
Xanlıqların idarəetmə sistemində saray məmurları geniş yer tuturdu. 

 
Saray məmurları içərisində vəzirin rolu daha böyük idi 

 
Xan  sarayında  vəzirdən  başqa,  sərkərəli  (maliyyə  işlərinə  baxan),  eşikağası  (xanın  şəxsi  təsərüfatını  idarə  edən), 
sandıx ağası (xəzinədar), anbar ağası vəzifələr də vardı. 
QEYD: Maliyyə işlərinə baxmaları XVII əsrdə vəzir və XVIII əsrdə sərkərəli üçün ortaq cəhət təşkil edir. 
 
Məşvərətçi səslə divan və ya xan şurası fəaliyyət göstərən xanlıqlar 
 
 
 

 
      Xanlıqlar dövründə idarəetmə sistemi 
 
 
 
 
 
 
Xanlıqların maliyyə sistemi və ordu 
 
  Xanlıqların maliyyə sisteminin əsasını aşağıdakılar təşkil edirdi: 

 
Pul sisteminin yaradılması. 

 
Pul – maliyyə sisteminin tənzimlənməsi.
 
 
  Maliyyə  sahəsində  naib,  yasavul,  kətxudalar  və  xanın  təyin  etdiyi  sərkərlər  mühüm  rol  oynayırdılar.  Natural  vergilərin 
yığılması ilə darğalar məşğul olurdu. Onlar vergi məmurları da adlanırdı. 
 
Xanın hakimiyyətinin əsasını ordu təşkil edirdi. Xan qoşununun əsas hissəsini elatlardan toplanan maaflar təşkil edirdilər. 
Maaf rütbəsi xan tərəfindən verilirdi. Qeyd olunduğu kimi maaflıq irsən atadan oğula keçirdi. Maafların üzərinə qoyulan vəzifələri 
layiqincə yerinə yetirmək üçün xan onları vergilərdən azad edirdi. Onlar xanlıqda asayiş qoruyucusu idilər. Asayiş xidməti xanın 
buyruqlarını vaxtında yerinə yetrilməsinə kömək edir, cəza tədbirlərini icra edirdilər. Müharibələr zamanı xanlığın qoşununun əsas 
hissəsi yeni silahlı qüvvələr hesabına artırılırdı. Döyüşçülərin  silahlandırılması  və xərci əhali hesabına ödənilirdi. 
 
Şəki xanlığı 
Divan (xan) 
şurasının fəaliyyət 
göstərdiyi 
xanlıqlar 
Şirvan xanlığı 
Qarabağ xanlığı 
Quba xanlığı 
Saray məmurları 
 
Divan (xan şurası) 
Məhkəmə və ordu 
 
Xan 
Vəzir 
Sərkərəli 
Eşikağası 
Sandıxağası 
Anbar ağası 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə