Dərslik II hiSSƏ 2


-cü il üsyanı. Gəncə xanlığında ikihakimiyyətliliyə son qoyulması



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə29/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   142

 
58 
1783-cü il üsyanı. Gəncə xanlığında ikihakimiyyətliliyə son qoyulması 
Gəncə  xanlığında  ikihakimiyyətlilik  zamanı  II  İrakli  və  İbrahimxəlil  xanın  təyin  etdikləri  nümayəndələr  xanlığı  soyub 
talamağa başladılar. Bunun da ağırlığı xalqın üzərinə düşdüyü üçün 1783-cü ildə əhali gürcü çarı və Qarabağ xanlığının buradakı 
hakimlərinə qarşı üsyan qaldırdı.  
1783-cü ildə
 Hacı bəyin başçılığı ilə Gəncədə başlayan xalq üsyanı nəticəsində: 

 
Gürcü çarı və Qarabağ xanlığının buradakı hakimləri Gəncədən qovuldular 

 
Gəncə xanlığında ikihakimiyyətliliyə son qoyuldu 
1784-cü ilin payızında II İrakli rus polkovniki S.Burnaşovun başçılıq etdiyi rus qoşunu ilə birlikdə Gəncəyə hücum etdi. 
Lakin Dağıstan hakimlərinin köməyi ilə Gəncə xanlığı təcavüzdən xilas oldu. Yerli əyanların bir hisssinin Şuşa qalasında həbsdə 
olan Məhəmməd xanı  yenidən Gəncə taxtında görmək istəyinin  həyata  keçirməsinə  mane olmaq üçün İbrahimxəlil xan onu edam 
etdirdi. Lakin onun qarqdaşı Rəhim bəy (1785-1786) Şuşa qalasından Gəncəyə qaçaraq hakimiyyəti ələ almağa  nail oldu. Bu işdən 
narazı olan İbrahimxəlil xan və II İrakli 1786-cı ildə Gəncəyə yeni hücum təşkil etdilər və müəyyən məbləğdə xərac ödəməyə razı 
olan Cavad xan hakimiyyətə gəldi.  
 
Müəyyən dövrdə ikihakimiyyətlilik mövcud olmuş xanlıqlar 
 
 
 
Gəncə xanlığı Cavad xanın dövründə (1786-1804) 
Sonuncu Gəncə xanı Cavad xanın hakimiyyəti dövrünə aiddir: 

 
1786-cı ildə Gürcü (Kartili-Kaxetiya) çarlığı və Qarabağ xanlığına ödədiyi xəracı 1795-ci ildə verməkdən imtina etdi. 

 
Kartili-Kaxetiya  asılılığa  son  qoymaq  məqsədilə  1795-ci  ildə  Ağa  Məhəmməd  şah  Qacar  Tiflisə  hücum  edərkən  ona 
qoşun və ərzaqla yardım etdi. 

 
1796-cı ildə rus generalı V.Zubovun Cənubu Qafqaza, o cümlədən Azərbaycana yürüşü zamanı xərac verərək xilas oldu. 

 
1796-cı  ilin  noyabrında  II  Yekaterinanın  ölümündən  sonra  rus  qoşununun  geri  çağırılmasından  istifadə  edərək,  Nadir 
şahın  vaxtında  Kartli  çarlığına  verilmiş  Şəmşəddil,  Qazax  və  Borqçalı  mahallarını  geri  aldı  (Bu  məqsədlə  o,  gürcü 
şahzadəsi Aleksandrı himayə etmişdi). 

 
Gəncə xanlığının Gürcüstan və Rusiya münasibətləri kəskinləşdi, rusların Gəncəni tutmaq planı reallaşdı (Gəncə xanlığı 
ilə  Rusiya  və  Gürcüstan  arasında  münaibətlərin  pisləşməsinin  səbəbi    xanın  Nadir  Şahın  Kartili  çarlığına  verdiyi 
Şəmşəddil, Qazax və Borçalı torpaqlarını geri qaytarmaq məqsədi olmuşdu). 
 
Cavad xanın dövründə Kartili-Kaxetiya çarlığından geri alınan Azərbaycan torpaqları 
 
 
 
 
 
 
 
Şamaxı xanlığı 
 
Gəncə xanlığı
 
 
Qazax
 
Şəmşəddil
 
Borçalı
 
 
Xanlıqda bütün hakimiyyət xana məxsus idi 
Qacarın hücumları zamanı ona qarşı çıxmadılar 
 
Nadirin ölümündən sonra yaranmışdı 
 
Eyni vaxtda meydana gəlmişdi 
 
V.Zubovun yürüşünə məruz qalmışdı 
 
Bakı və Gəncə xanlıqları üçün oxşar cəhətlər 
 
Mərkəzlərində pul kəsilirdi 
 
 
Varlığına Rusiya tərəfindən son qoyulmuşdu 
 
Məlcahət və darğalıq vergiləri toplanılırdı 
 


 
59 
Azərbaycanın Şimali-qərb camaatı, sultanlıqlar, məlikliklər 
 
 
 
Car-Balakən camaatı 
 
Car-Balakən camaatı  Azərbaycanın  şimal-qərbində qan qohumluğu əlaqələri  əsasında yaradılmış beş azad  cəmiyyətləri 
özündə birləşdirən sosial-siyasi qurum idi. Car-Balakən camaatını təşkil edən həmin azad cəmiyyətlər Car, Balakən, Katex, Tala, 
Muxax    Cənik  idi.  Car-Balakən  camaatında  birləşən  cəmiyyətlər  öz  sosial-siyasi  quruluşuna  görə  başqa  vilayətlərindən 
fərqlənirdi. XVIII əsrin ikinci yarısında Car-Balakən camaatlığının ictimai-siyasi quruluşunun özünəməxsus xüsusiyyətləri var idi: 

 
Bu cəmiyyətlərin əhalisinin xeyli hissəsini türksoylu avarlar təşkil edirdilər. 

 
Hər bir cəmiyyət camaat adlandırılan bir neçə kənd icmasından ibarət idi. 

 
Kənd icmasını ağsaqqalar idarə edirdilər. 

 
Cəmiyyətdə rühanilərin nüfuzu  yüksək idi. 

 
Ruhanilər məhkəmə işlərində şəriət qanunlarına əsaslanırdılar. 

 
Camaatlığın ali orqanı qərarları qanun qüvvəsinə malik olan xalq yığıncağı idi. 
Car-Balakən camaatlıqlarında  ali orqan olan xalq yığıncağının fəaliyyətinə aşağıdakılar daxil idi: 
1.
 
Xalq yığıncağında yaşlılarla bərabər həddə buluğa çatmış oğlanlar da iştirak edə bilərdi 
2.
 
Xalq yığıncağında cammatın bütün daxili və xarici məsələlər, həmçinin müharibə və sülh məsələləri müzakirə 
edilirdi. 
  
XVIII əsrin 50-ci illərində Car-Balakən camaatı Şəki xanlığından asılı vəziyyətə düşmüş, yalnız XVIII əsrin sonlarında 
müəyyən müstəqillik əldə etmişdi. 
 
 
XVIII əsrin II yarısında Car-Balakən camaatlığının icimai-siyasi quruluşunun xüsusiyyətləri 
 
 
 
 
  Sultanlıqlar 
 
XVII əsrin ikinci yarısında Azərbaycanın şimal ərazisində QazaxŞəmşəddil, ƏrəşQəbələİlisu sultanlıqları mövcud 
olmuşdur.  Nadirin  tacqoyma  mərasimindən  sonra  onun  şah  seçilməsinə  qarşı  çıxdığına  görə  Ziyadoğluları  cəzalandırmaq  üçün 
Azərbaycanın Qazax, Şəmşədil  Borçalı ərazilərini  Kartli çarı Teymuraza  vermişdi. Nadir şahın ölümündən xeyli sonra,  yəni 
XVIII əsrin sonlarında ayrı-ayrı qurumlar olan Qazax və Şəmşəddil sultanlıqları yarandı.
 
 
Qazax sultanlığına aiddir: 

 
Azərbaycanın şimal-qərbində xırda torpaq sahibliyi idi. 

 
Səfəvilər dövründə sultanlığın ərazisi Qarabağ bəylərbəyiliyindən asılı olmuşdu. 

 
Hakimlərin irsi hakimiyyətə malik sultan titulu daşıyırdı. 

 
Burada Qazax tayfası yaşayırdı. 
 
QEYD:  Qazax  tayfası  türksoyulu  tayfa  olub,  XI-XII  əsrlərdə  Azərbaycanın  şimal-qərb  torpaqlarında  məskunlaşmışdılar. 
XVIII əsrin əvvəllərində isə onların bir hissəsi Qarabağa köçürülmüşdü.
 
 
Şəmşəddil sultanlığına aiddir: 

 
Azərbaycanın şimal-qərbində xırda torpaq sahibliyi idi. 

 
Zəyəm mahalı, və ondan qərbdəki ərazini əhatə edirdi
 (Bu vilayət Zülqədər tayfasının bir qolu olan Şəmşəddil tayfasının 
irsi vilayəti hesab olunurdu). 

 
Səfəvilər dövründə sultanlığın ərazisi Qarabağ bəylərbəyiliyindən asılı olmuşdu. 

 
Hakimlərin sultan titulu daşıyırdı. 

 
XVIII əsrin əvvəllərində Şəmşəddil tayfasının başçısı Səlim xan Səfəvi qoşununun köməyi ilə Ahalsixini Osmanlılardan  
alıb öz ərazisinə qatmışdı. 
Qəbələ sultanlığına aiddir: 

 
XVIII əsrin ortalarında yaranmışdı. 

 
Şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdən Göyçay, qərbdən Əlican çayı ilə əhatələnmişdi . 

 
XVIII əsrin 50-ci illərində müəyyən imtiyaza malik olmaqla, bilavasitə Şəki xanlığına tabe idilər. 

 
XVIII əsrin sonlarında Qəbələ mahal adlanır, onu Şəki xanının naibləri idarə edirdilər. 
Camaatlıqda 
ruhanilər 
əhəmiyyətli rol 
oynayırdı 
 
Camaatlıqda aıi 
orqan xalq 
yığıncağı idi 
 
Camaatlıq 
ağsaqqallar 
tərəfindən idarə 
olunurdu 
 
Məhkəmə 
işlərində şəriət 
qanunlarına 
əsaslanırdı 
 
Hər bir cəmiyyət 
camaat 
adlandırılan kənd 
icmasından ibarət 
idi 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə