Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə26/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   142

 
52 
XVIII əsrin 80-ci illərində, Hüseynəli xanın ölümündən sonra İrəvan xanlığı xeyli zəiflədi.  Bu dövrdə xanlığın zəifləməsi 
səbəbləri əsasən bunlar idi: 

 
Kartil-Kaxetiya çarlığının xanlığı öz hakimiyyəti altına almaq cəhdləri. 

 
Xanlıqda baş verən daxili çəkişmələr. 

 
Ağır feodal istismarı. 

 
Ağa Məhəmməd xan Qacarın yürüşü. 
 
İrəvan xanlığında üsyan baş verməsi (1783)  
XVIII  əsrin  60-80-ci  illərində  İrəvan  xanlığı  ilə  Gürcüstan  (Kartili-Kaxetiya  çarlığı)  arasındakı  münasibətlər  ziddiyyətli 
xarakter daşıyırdı. Çar II İrakli Rusiyaya arxalanaraq İrəvan xanlığına qarşı qəsbikarlıq siyasəti yeridirdi. 
Çar  II  İrakli  1783-cü  ildə  Rusiya  ilə  Georgiyevsk  traktatı  bağlandıqdan  sonra  Tiflisdə  olan  rus  qoşununa  arxalanaraq 
Hüseynəli xanı hakimiyyətdən devirərək, onu qardaşı Məhəmmədhəsən xanla əvəz etməyə çalışırdı. Lakin 1783-cü ilin sonunda 
İrəvanda üsyan baş verdi. Bu üsyan nəticəsində: 

 
Hər iki qardaş, Hüseynəli xanla Məhəmmədhəsən xan qətlə yetirildi 

 
Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə (1783-1785) gəldi. 
 
İrəvan xanlığında saray çevrilişi və onun nəticələri (1785) 
1785-ci ildə İrəvan xanlığında II İrakli tərəfindən təşkil edilmiş saray çevrilişi nəticəsində: 

 
İrəvan xanı Qulaməli xan öldürüldü. 

 
Hakimiyyətə onun qardaşı Əliməhəmməd xan keçdi. 
1785-1786-cı illərdə İrəvan xanlığı Avar xanı Ümmə xanın dağıdıcı hücumlarına məruz qaldı. 
QEYD:  XVIII  əsrin  80-ci  illərində  İrəvan  xanlığının  əhalisinin  çox  az  hissəsini  təşkil  edən  erməni  əhalisi  Qarabağ 
məlikləri  ilə  əlbir  olub  Cənubi  Qafqazda  “xristian  dövləti”  yaratmaq  planlarını  gerçəkləşdirməyə  çalışırdılar.  Onlar  dəfələrlə  bu 
barədə II Yekaterinaya müraciət etmişdilər. Lakin 1787-1791-ci illər Rusiya – Osmanlı müharibəsi buna imkan vermədi. 
 
Ağa Məhəmməd xan Qacarın İrəvan xanlığına yürüşləri 
İrəvan  xanlığı  gürcülərin,  Qarabağ,  Avar    xanlığından  başqa  Ağa  Məhəmməd  xan  Qacarın  da  iki  dəfə  (1795  və  1797-ci 
illərdə)  yürüşünə  məruz qalmışdı. 1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacarın  Cənubi  Qafqaza  birinci  yürüşü  vaxtı İrəvan 
xanlığı da onun tərəfindən tutuldu. Belə ki, bir aylıq  mühasirədən sonra İrəvan xanı Əliməhəmməd (Məhəmməd) xan aşağıdakı 
öhdəlikləri öz üzərinə götürdü: 
1.
 
Tabelik rəmzi olaraq Ağa Məhəmməd xanın düşərgəsinə girov göndərməyi. 
2.
 
İran xəzinəsinə xeyli pul və lazım gəldikdə İrana qoşun verməyi. 
Lakin Ağa Məhəmməd xan sonra Məhəmməd xanı həbsə edərək xanlığın idarəsini Əliqulu xana tapşırdı. 1797-ci ildə Ağa 
Məhəmməd şahın ölümündən sonra əhali Əliqulu xanı şəhərdən qovdu. İranın yeni şahı Fətəli şah Məhəmməd xanı həbsdən azad 
edərək  yenidən  xan  təyin  etdi.  Bundan  sonra  Məhəmməd  xan  müstəqil  siyəsət  yeritməyə  çalışırdı.  Lakin  ağır  feodal  istismarı  və 
daxili çəkişmələr xanlığı xeyli zəiflətdi. 
 
 
 
 
 
 
 
 
 
 
Hüseynəli xan 
(1764-1783)
 
Qulaməli xan 
(1783-85) 
 
 Hüseynqulu xan 
 (1807-1827) 
 
Mir Mehdi xan 
(1749-1764)
 
 
Əhməd xan 
 (1806-1807) 
 
Əliməhəmməd xan 
(1785-1805) 
 


 
53 
İrəvan xanlığı üzərinə yürüş etmiş qüvvələr 
 
 
 
 
 
Naxçıvan xanlığı (1747-1828) 
 
Naxçıvan xanlığının yaranması 
XVIII  əsrin  ortalarında  yaranmış  və  kəngərli  tayfasının  idarə  etdiyi  Naxçıvan  xanlığının  ərazisi  Zəngəzur  dağlarından 
Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. Xanlıq İrəvan, Qarabağ, Maku xanlıqları ilə həmsərhəd idi. Xanlığı 
əsasənı Heydərqulu xan (1747-1763) qoymuşdu. 
Nadir şahın ölümündən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan

 
   Yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi. 

 
   Hərbi cəhətdən zəif olduğu üçün Pənahəli xanın Bayatdakı qələbəsindən sonra ondan asılılığı qəbul etdi. 

 
   Şəki xanı Çələbi xana qarşı ittifaqa qoşuldu. Bu ittifaq isə istənilən nəticəni vermədi. 
QEYD: Türksoylu tayfa olan kəngərli tayfası Naxçıvan ərazisində V əsrdən məskunlaşmışdı. Səfəvilər dövründə isə ustaclı 
tayfasının tərkibində ölkənin sosial-siyasi həyatında fəal iştirak etmişlər. 
 
Naxçıvan xanlığının zəifləməsi və qonşu xanların hücumuna məruz qalması 
1763-cü ildə Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Hacı xanın dövründə xanlıq xeyli 
zəiflədi, oğlu Rəhim xanın hakimiyyəti illərində isə xanlıqda daxili çəkişmələr başladı. 
XVIII  əsrin  60-80-ci  illərində  Naxçıvan  xanlığı  xeyli  zəiflədi.  Bu  dövrdə  Naxçıvan  xanlığının  zəifləmə  səbəbi  daxili 
çəkişmələr  qonşu xanların aramsız hücumları idi.  
1783-cü ildə Xoy hakimi Əhməd xan (1783-1787) öz adamı Cəfərqulu xanı Naxçıvanda hakimiyyətə gətirdi. 1787-ci ildə 
Qarabağlı İbrahimxəlil xan Naxçıvana hücum etdi. Yenicə hakimiyyətə gələn Kəlbərli xan İbrahimxəlil xanın hücumunun qarşısını 
ala bildi. Xoy  İrəvan xanlıqları ilə münasibətləri yaxşılaşdıran Kəlbərli xan 1792-ci ildə İbrahimxəlil xanın ikinci yürüşünü də 
dəf etdi. Naxçıvanla Qarabağ xanlığı arasındakı ziddiyyətləri İran təhlükəsinə qarşı birgə mübarizə azaltdı.  
1795-ci  ilin  yayında  Ağa  Məhəmməd  xan  Qacarın  qoşunu  Naxçıvan  xanlığına  soxuldu.  Bu  hadisədən  sonra  Kəlbərli  xan 
ruslara meyl etdi .  
Naxçıvan  xanlığı  1797-ci  ildə  Ağa  Məhəmməd  şah  Qacarın  ikinci  yürüşünə  məruz  qaldı.  Ağa  Məhəmməd  şah  Qacarın 
Naxçıvan xanlığına ikinci yürüşü zamanı: 

 
Qacar Kəlbəli xanı həbs etdirib bir gözünü çıxartdırdı. 

 
Naxçıvan xanlığının əhalinin bir qismini İrana köçürtdü. 

 
Abbasqulu xan Kəngərli taxta çıxarıldı. 
QEYD: Ağa Məhəmməd xan Qacarın ikici yürüşü zamanı Naxçıvan xanı Kəlbəli xanı həbs edib, xanlığın əhalisinin bir 
hissəsini İrana köçürməsinin səbəbi Kəlbəli xanın  xarici siyasətdə ruslara meyil etməsi idi. 
 
 
 
 
 
 
Gürcülər  
(1765  1769)
 
 
II İrakli 
(1779)
 
Ermənilərin yaxından köməyi ilə xanlığı soyub taladılar 
 
Güclü müqavimətə rast gələrək geri çəkildi və geri çəkilərkən 
Gercüstana xeyli əsir apardı
 
Ümmə xan 
(1785-1786)
 
İrəvan xanlığı xeyli dağıntıya məruz qaldı
 
 
Ağa Məhəmməd 
xan  (1795) 
 
İrəvan xanlığı tutuldu və idarəsi Əliqulu xana tapşırıldı
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə