Dərslik II hiSSƏ 2


Məliklərin Qarabağ xanlığına birləşdirilməsi (arıcıllıqla)



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə25/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   142

 
50 
Məliklərin Qarabağ xanlığına birləşdirilməsi (arıcıllıqla) 
 
 
 
Məhəmmədhəsən xan Qacarın və Urmiyalı Fətəli xanın Qarabağ xanlığına yürüşü 
XVIII əsrin 50-ci illərində Azərbaycan ərazilərini və İran torpaqlarını ələ keçirtmək uğrunda Məhəmmədhəsən xan Qacar
Fətəli xan Əfşar  Kərim xan Zərd mübarizəyə başladı.  
Məhəmmədhəsən xan Qacar 1757-ci ildə Qarabağa hücum etdi. Elə həmin ildə Məhəmmədhəsən xan Qacarla Pənahəli xan 
arasında  “Xatın  arxı”  döyüşü  baş  verdi.  “Xatın  arxı”  döyüşü  nəticəsində  Pənahəli  xan  qalib  gəldi  və  düşmənin  iki  topu  ələ 
keçirdi. Beləliklə, Məhəmmədhəsən xan Qacar  məğlub olaraq geri qayıtdı. 
1759-cu  ildə 
Məhəmmədhəsən  xan    Qacarın  öldürülməsindən  sonra  Urmiyalı  Fətəli  xan  Əfşar  Azərbaycan  torpaqlarını 
birləşdirmək  siyasətini  davam  etdirdi  və  Şuşa  üzərinə  hücum  etdi.  1759-cu  ildə  Urmiyalı  Fətəli  xan  Əfşarın  Qarabağa  yürüşü  və 
Şuşanı səkkiz ay mühasirədə saxlaması Pənahəli xanın Urmiya xanlığından asılılığı qəbul etməsi ilə nəticələndi.  
Qarabağ xanlığı 1759-1763-cü illərdə Urmiya xanlığından asılı vəziyyətdə qaldı. 1763-cü ildə Kərim xan Zəndin Fətəli xan 
üzərinə  hücumu  və  Pənahəli  xanı  öz  müttəfiqinə  çevirməsindən  sonra  Qarabağ  xanlığının  Urmiya  xanlığından                           
asılılığına son qoyuldu. Urmiya alındıqdan sonra 
Kərim xan burada dustaq olan İbrahimxəlil ağanı zindandan buraxdırıb hakimiyyət 
fərmanı  ilə  Qarabağa  yola  saldı,
  Pənahəli  xan  isə  “Şiraz  qonaqlığı”na  apardı.  “Şiraz  qonaqlığı”nın  Qarabağ  xanlığı  üçün  isə 
aşağıdakı ağır nəticələri oldu: 

 
Qarabağ xanlığı Kərim Xan Zəndin asılılığına düşdü. 

 
Pənahəli xan hakimiyyətdən uzaqlaşdırılaraq dusdaq kimi Şirazda saxlanıldı. 

 
Qarabağı idarə edən Mehrəli bəylə qardaşı İbrahimxəlil ağa arasında çəkişmə başladı. 
 
Qarabağ üzərinə yürüş edən qüvvələr 
 
 
 
Qarabağ xanlığı İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1805) 
“Şiraz qonaqlığı”ndan İbrahimxəlil xan Qarabağa qayıtdıqdan sonra 1763-cü ildə Mehrəli bəyə qarşı mübarizədə ona qalib 
gəldi.  Mehrəli  bəy  Qubalı  Fətəli  xanın  yanına  qaçdı  və  sonralar  Qarabağ  xanlığına  qarşı  hücumlarda  iştirak  etdi.  Bu  mübarizəyə 
1785-ci ildə Mehrəli bəyin öldürülməsi ilə son qoyuldu. 
İbrahimxəlil xan hakimiyyəti tam əlinə keçirdikdən sonra  ölkənin birləşdirilməsi sahəsində müəyyən işlər görməyə başladı 
və  özünə  müttəfiqlər  tapdı.  Avar  xanı  Ümmə  xanın  bacısı  ilə  evləndi.  Avar  xanı  ilə  qohumluğu  sonralar  güclənən  basqınların, 
mərkəzdənqaçma  qüvvələrin  qarşısını  qarşısını  almaqda  ona  kömək  etdi.  İbrahimxəlil  xan  müəyyən  vaxtlarda  öz  nüfuzunu 
Naxçıvan, Gəncə  Təbriz xanlıqlarına da yaya bildi. 
İbrahimxəlil  xan  hakimiyyəti  dövründə  Pənahəli  xan  kimi  Qarabağ  xanlığının  sərhədlərini  genişləndirmək,  məliklərin 
separatçılığına qarşı mübarizə  aparmaq siyasəti  yeritdi və bu sahələrdə  müvəffəqiyyət  əldə  etdi.  İbrahimxəlil  xanın hakimiyyəti 
dövründə də Qarabağ məlikləri mərkəzdənqaçma –separatçılıq fəaliyyəti ilə xanlığın bütövlüyünə təhlükə törətdiyi üçün məlikləri 
tabe etmək vacib tədbir  hesab edilirdi. 
 
 
 
Vərəndə
 
Xaçın 
 
Dizaq 
 
Çiləbörd 
 
Talış 
 
Uğursuz oldu və məğlub olaraq geri qayıtdı 
 
Qarabağ 
xanlığı 
 
Qarabağ Urmiya xanlığından asılılığı qəbul etdi
 
Məhəmmədhəsən xan 
(
1757
)
 
 
Urmiyalı Fətəli xan
 
(1759) 
Qubalı Fətəli xan
 
(1780-1781) 
Məqsədinə nail ola bilməyərək geri qayıtdı 
Hacı Çələbi xan 
(1748)
 
Qələbə qazana bilməyətək geri çəkildi
 


 
51 
İbrahimxəlil xanın öz nüfuzunu yayadığı xanlıqlar 
 
 
 
Məlikliklərin Qarabağ xanlığına “xaç yürüşü” təşkil etməsi (1787) 
İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra Vərəndə məliyi Şahnəzər və Xaçın məliyi Mirzə xan onunla ittifaqa sadiq 
qalsalar da, Dizaq, Çiləbörd və Gülüstan məlikləri xana tabe olmaqdan imtina etdilər. 
1783-cü  ildə  İbrahimxəlil  xan  müttəfiqləri  ilə  birlikdə  Dizaq  məlikliyini  özünə  tabe  etdi  və  hakimiyyətə  yaxın  adamını 
gətirdi. Lakin o da bir qədər sonra xana qarşı çıxdı. 
1783-ü  ildən  etibarən  İbrahimxəlil  xanla  onun  hakimiyyətindən  boyun  qaçıran  məliklər  arasında  Rusiyanın  təhriki  ilə 
mübarizə daha da kəskinləşdi. Rusiya özünün müəyyən planlarının həyata keçirilməsində məliklərin köməyindən istifadə etmək və 
burada “Xristian dövləti” yaratmaistəyirdi. ğa çalışırdı). 
İbrahimxəlil  xan  yüksək  diplomatik  bacarığı  ilə  məlikləri  Şuşaya  toplaya  bildi    və  onların  ikisinin  Qarabağ  xanlığına 
xəyanətini sübuta yetirib həbsə aldı. Digəri isə siyasi məhbus kimi Ərdəbil xanına verildi. Sonra isə xəyanətkar məliklərin müttəfiqi 
Qansazar monastırının katalikosu beş qardaşı ilə birlikdə ələ keçirdi və layiqli cəzalarını aldı. 
Lakin, Şuşa həbsxanasındakı məliklər həbsdən qaça bildilər. Onlar Tiflisə gələrək burada 1787-ci ildə gürcü çarı II İrakli 
 rus polkovniki Burnaşovun köməyi ilə Qarabağ xanlığına qarşı təşkil olunmuş qəsdi – “xaç yürüşü”nü yerinə yetirmək üçün 
hazırlığa  başladılar.  Lakin  1787-1791-ci  illərin  Rusiya-Osmanlı  müharibəsinin  başlanması  “xaç  yürüşü”nə  mane  oldu  və  baş 
tutmamasına səbəb oldu. Beləliklə, İbrahimxəlil xan Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlamağa nail oldu. 
 
 
İrəvan xanlığı (1747-1828) 
 
İrəvan xanlığının yaranması. Ərazisi, əhalisi və təsərrüfatı 
İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmış feodal dövləti idi. Xanlığın əsasını Mir Mehdi xan (1748-1763) qoymuşdu. 
İrəvan  xanlığı  Ağrı  vadisi,  Dərələyəz  və  Göyçə  gölü  arasındakı  torpaqlarda  yerləşirdi    keçmiş  Çuxursədd  bəylərbəyiliyin 
yerində yaranmışdı. Xanlıq Naxçıvan, Maku, Qarabağ xanlıqlarıBorçalı, Qazax sultanlıqları, Osmanlı imperiyası və Kartili 
xaxetiya  çarlığı  ilə  həmsərhəd  idi.  Xanlıq  naiblərin  idarə  etdiyi  14  mahala  bölünmüşdü.  İrəvan  xanlığın  əhalisinin  hamısı 
Azərbaycan  türklərindən  ibarət  idi.  Buradakı  yer  adları  da  Azərbaycan-türk  mənşəlidir.  Bütün  bunlar  Azərbaycan  türklərinin 
İrəvanın yerli xalqı olduğunu sübut edir. 
Xanlığın  əhalisi  əkinçilik,  maldarlıq,  bağçılıq,  tərəvəzçilik  ilə  məşğul  idi.  Əhali  çoxsaylı  vergi  verir  və  mükəlləfiyyət 
daşıyırdı. Xanlığın mərkəzi İrəvan şəhəri idi. 
QEYD: İrəvan şəhərinin adını bəzi tədqiqatçılar Şah I İsmayılın sərkərdəsi Rəvanqulu xanın adı ilə bağlayırlar. Əslində bu 
şəhərin tarixi VII əsrə aiddir. Ağqoyunlu və Qaraqoyunlu hökmranlığı dövründən isə coğrafi mövqeyi və yerli şəraitinə görə İrəvan 
şəhəri Çuxursəd vilayətinin, Səfəvilər dövründə isə Çuxursədd bəylərbəyiliyinin inzibati mərkəzi olmuşdur. 
 
İrəvan xanlığı Hüseynəli xanın dövründə (1764-1783) 
Mir Mehdi xandan sonra hakimiyyətə Hüseynəli xan gəldi. Hüseynəli xanın (1764-1783) dövründə gürcülər 1765  1769-
cu illərdə hücum edərək xanlığı soyub taladılar. Bu işdə ermənilər gürcülərə yaxından kömək etmişdi. 
1779-cu ildə gürcü çarı II İrakli (1762-1798) İrəvan xanlığına hücum etsə də, güclü müqavimətə rast gələrək geri çəkildi. II 
İrakli geri çəkilərkən Gercüstana xeyli əhali əsir apardı. 1780-cu ildə II İrakli Hüseynəli xanla müqavilə bağladı. Hüseynəli xanla II 
İrakli arasında bağlanan müqavilənin şərtlərinə əsasən: 
1.
 
Hüseynəli xan II İrakliyə ildə müəyyən məbləğdə pul verməyi vəd etdi. 
2.
 
Bunun müqabilində II İrakli Gürcüstana köçürdüyü əhalini qaytarmağı və İrəvan xanlığının ərazi bütövlüyünü 
qorumağı öhdəsinə götürdü. 
Lakin  bu  müqavilə  İrəvan  xanlığı  ilə  Kartili-Kaxetiya  çarlığı  arasındakı  ziddiyyətləri  həll  etmədi.  Odur  ki,  Hüseynəli  xan 
Azərbaycan xanları ilə əlaqələri möhkəmləndirərək II İrakliyə xərac verməkdən imtina etdi. Bununlada İrəvan xanlığı ilə Kartili-
Kaxetiya çarlığı arasında münasibətlər yenidən kəskinləşdi. 
İrəvan  xanlığının  Osmanlı  imperiyası  ilə  həmsərhəd  olması  müstəsna  əhəmiyyət  kəsb  edirdi.  Çünki  Osmanlılar  İrəvanı 
gürcü və erməniləri himayə edən Rusiyanın təcavüzündən müdafiə edirdilər
Gəncə
 
Naxçıvan
 
Təbriz
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə