Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə17/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   142

 
34 
incəsənətə hamilik edirdilər. Təbrizdə və Ərdəbildə zəngin şah kitabxanaları (kitab evi) var idi. II Şah Abbas da saray kitab evinə 
xüsusi qayğı göstərmişdi. 
Avropadan fərqli olaraq, Azərbaycanda kitab çapı işi zəif idi və mətbəə yox idi. II Şah Abbasın vaxtında Avropadan mətbəə 
avadanlığı gətirilməsinə təşəbbügöstərmiş, lakin aşağıdakı  amillər bu təşəbbüsün baş tutmamasına səbəb olmuşdu: 

 
Bu işə kifayət qədər vəsaitin ayrılmaması. 

 
II Abbasın ölümü və onun xələfi I Süleyman şahın bu işə biganəliy. 
Kitabların  üzünün  köçürülməsi  işi  geniş  yayılsada,  hər  halda  kitab  çapını  əvəz  edə  bilmirdi.  Kitabın  üzünü  köçürənlər 
içərisində yüksək ixtisaslı xəttar və mirzələr var idi. Onlar yalnız sifariş ilə işləyirdilər. Bu dövrdə kitabların üzünün köçürülməsi 
işinin geniş yayılması xəttatlığın inkişafına səbəb olmuşdu. Kitabların dəyəri təkcə onun məzmununa görə deyil, həm də xəttinə və 
həcminə görə müəyyən edilirdi. 
 
 
 
İncəsənət və Rəssamlıq 
XVII əsrin ikinci yarısı- XVIII əsrin birinci yarısında Azərbaycan incəsənəti bütün Yaxın Şərqdə tanınmış Təbriz rəssamlıq 
məktəbi əsasında inkişaf edirdi. Səfəvilərin idarə etdikləri hər yerdə gözəl rəssam-miniatürçülər nəsli yetişmişdir. Təbriz miniatür 
məktəbi ənənələrinini davamçıları, xəttat-miniatürçü rəssam  nəqqaşlarıları aşağıdakılar idi: 

 
Əli Rza Təbrizi. O, həm də incə ornomentçi idi. 

 
Mir Əbdülbaqi Təbrizi. O,  Baqi təxəllüsü ilə şeirlər yazan şair, istedadlı alim idi. 

 
Seyid Əli Təbrizi. O, 16 cilddən ibarət nağıllar kitabı tərtib etmiş, bu cildlərin hər səhifəsini rəsam fırçası ilə müxtəlif 
rəsmlərlə bəzəmişdir 
Təbriz  və  Qazvin  məktəblərinin  bədii  ənənələri  əsasında  İsfahan  rəssamlıq  məktəbi  yaranmışdır.  Onlar  zəngin  Təbriz 
məktəbinin  qədim  ənənəsinə  sadiq  qalaraq,  yeni  İsfahan  rəssamlıq  məktəbini  yaratdılar.  İsfahan  rəssamlıq  məktəbi  XVII  əsrdə 
Yaxın və Orta Şərq miniatür inkişafında mühüm rol oynamışdır. 
 
Musiqi 
Səfəvi  hökmdarları,  xüsusən  Şah  Sultan  Hüseynin,  musiqini  qadağan  edən  fərmanlar  verməsinə  baxmayaraq,  XVII  əsrin 
ikinci yarısında musiqi mədəniyyəti inkişaf edirdi. Hətta Təbriz, Gəncə Şamaxı bəylərbəyiliyinin şəhərlərindəki saraylarında teatr 
kollektivi  var  idi.  Səyyah  Şarden  XVII  əsrin  ortalarında  İrəvanda  olarkən  xan  sarayında  üçhissəli  tamaşaya  baxmış  və  onu 
“Şərqin  operası”  adlandırmışdır.  Bəhs  edilən  dövrdə  şəhərlərdə  xalqın  real  həyat  tərzini  və  vəziyyətini  tərənnüm  edən  aşıq 
musiqisi də geniş yayılmışdır. 
 
Memarlıq 
XVII əsrdə Azərbaycanda aşağıdakı memarlıq abidələri inşa edilmişdi: 
1.
 
Gəncədə Şah Abbas (Cümə) məscidi. 
2.
 
Suraxanıda hind atəşpərəstlərinin məbədi. 
3.
 
Şamaxının Kələxana kəndində məqbərə - xatirə kompleksi (1863). 
4.
 
Nardaran kəndində məscid (1863). 
5.
 
Sanqaçalda ovdan və Təbrizin cənub-şərqində tikilmiş Şibli karvansarası. 
Şamaxının  Kələxana  kəndində  inşa  edilmiş  məqbərələr  XVII  əsrin  xatirə  kompleksləri  içərisində  xüsusi  yer  tutur. 
Məqbərənin birinin üzərindəki yazıdan aydın olur ki, məqbərə 1663-cü ildə Sərkər Əbdüləzimin  rəhbərliyi altında inşa edilmişdir. 
Kələxana məqbələrinin səciyyəvi xüsusiyyəti onların səkkizguşəli olmaları və gözəl yonulmuş yerli daşlardan tikilməsidir. 
Bu  dövrdə  şəhərsalmada  da  dəyişikliklər  baş  vermişdir.  Şəhərlərdə  çoxsaylı  məscidlərin  inşası  səciyyəvi  idi.  XVII  əsrdə 
əvvəllərdən fərqli olaraq əsrin sonlarında birminarəli məscidlər inşa edilirdi. Nardaran kəndində 1663-cü ildə tikilmiş məscid öz 
quruluşuna görə simmetrik memarlıq obyektidir.  
XVII əsrin ikinci yarısında körpü, kəhriz, buzxana, ovdan, hamam  karvansara tikintisi işləri də geniş miqyasda aparılırdı. 
Dövrün karvansara tikintisində diqqəti cəlb edən nümunə Təbrizin cənub-şərqində Şibli adlı yerdə tikilmiş karvansaradır. 
 
1663-cü illərdə inşa olunmuş memarlıq abidələri 
 
 
 
Nardaran kəndində məscid 
 
1663-cü 
il
 
Şamaxının Kələxana kəndində məbəd 
 


 
35 
 
AZƏRBAYCAN XVIII ƏSRİN İKİNCİ YARISINDA 
XANLIQLAR DÖVRÜ 
 
Azərbaycan xanlıqlarının yaranması 
XVIII  əsrin  ikinci  yarısı  Azərbaycan  tarixində  xanlıqlar  dövrü  kimi  xarakterizə  olunur.  XVIII  əsrin  ikinci  yarısı 
Azərbaycan tarixi  IX-XI əsrlərdə  olduğu kimi   feodal dağınıqlığı  dövrünü  yaşayırdı.  XVIII əsrin ikinci  yarısında  Azərbaycanda 
feodal dağınıqlığının əsas səbəbi xırda feodallar arasında mübarizənin kəskinləşməsi idi. 
XVIII  əsrin  40-cı  illərinin  ikinci  yarısında  -  Nadir  şahın  ölümündən  sonra  Azərbaycan    xanlıqlara,  sultanlıqlara  və 
məlikliklərə parçalandı. Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri aşağıdakı amillərlə bağlı idi: 
1.
 
Nadir şahın ölümündən sonra yaratdığı dövlətinin süqutu ilə yaranmış feodal pərakəndəliyi. 
2.
 
Natural təsərrüfatın hökmuranlığı və ayrı-ayrı vilayətlər arasında iqtisadi əlaqələrin zəifləməsi. 
Şimali  Azərbaycan  torpaqları  Şəki,  Qarabağ,  İrəvan,  Şamaxı,  Quba,  Bakı,  Dərbənd,  Naxçıvan,  Gəncə,  Cavad, 
Lənkəran  xanlıqlarına  parçalandı.  Qarabağ  xanlığının  tabeliyində  olan  Xaçın,  Vərəndə,  Dizaq,    Çiləbörd,  Talış(Gülüstan) 
məliklikləri  yarandı.  Azərbaycanın şimal-şərq torpaqlarında  isə  İlisu,  Qəbələ, Ərəş, Borçalı,  Qazax və  Şəmşəddil  sultanlıqları 
yarandı. 
 
 
 
 
 
Urmiya xanlığı 
 
Urmiya xanlığının yaranması 
Azərbaycanda yaranmış feodal dövlətlərdən biri olan Urmiya xanlığı  - Xoy, Marağa, xanlıqları və Osmanlı imperiyası ilə 
həmsərhədd  idi.  Xanlığın  əsasını  Nadir  şahın  əmisi  oğlu,  Əfşar  tayfasından  olan  Fətəli  xan  (1747-1763)  qoymuşdur.  Urmiya 
xanlığının mərkəzi əvvəl Urmiya sonra isə Təbriz şəhəri olmuşdur. Fətəli xan mərkəzi hakimiyyət uğrunda mübarizədən istifadə 
edərək  Təbrizi  tutdu  və  paytaxtı  buraya  köçürdü.  Fətəli  xanın  paytaxtı  Təbrizə  köçürməsinin  səbəbi  -  buradan  digər  vilayətlərlə 
əlaqə  saxlamaq  və  ona  nəzarət  etməyin  nisbətən  əlverişli  olması  idi.  Bundan  sonra  cənub  torpaqlarının  işğal  edilib  Fətəli  xan 
Əfşarın hakimiyyəti altında birləşdirilməsi işində Təbrizin əhəmiyyəti xeyli artdı. 
 
 
Xanlıqlar 
Məlikliklər 
• Urmiya  
• Xoy  
• Təbriz 
• Qaradağ 
• Mərənd 
• Ərdəbil 
• Maku 
• Sərab 
• Marağa 
Sultanlıqlar 

İlisu 

Qəbələ 

Ərəş 

Borçalı 

Qazax və                           
Şəmşəddil  

Xaçın 

Vərəndə 

Dizaq 

Çiləbörd 

Talış 

(Gülüstan) 
 
XVIII əsrin II yarısında Azərbaycan torpaqlarının parçalanması 
Şimal xanlıqlar 
Cənub xanlıqlar 

Şəki 

Qarabağ 

Şamaxı 

Quba 

Bakı 

Dərbənd 

Naxçıvan 

Gəncə 

Cavad 

Lənkəran 

İrəvan 
III BÖLMƏ 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə