Dərslik II hiSSƏ 2


Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747)



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə14/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   142

 
28 
 
Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747) 
 
Səfəvilər dövlətində saray çevrilişi. II Təhmasibin taxtdan salınması (1732) 
XVIII əsrin 30-cu illərinin əvvəllərində Səfəvilər dövlətinin daxili siyasi vəziyyəti xeyli kəskinləşmişdi. Bundan istafadə edən 
Nadir  xan  Xorasandan  qayıtdıqdan  sonra, 
1732-ci  ilin  avqustunda
  dövlət  çevrilişi  etdi.  Çevriliş  nəticəsində  Nadir  xan  öz 
tərəfdarlarının  – feodal  əyanlarının köməyi ilə Şah II Təhmasibi taxtdan  salıb, onun oğlu Abbas Mirzəni III Abbas (1732-1736) 
adı ilə şah, özünü isə onun qəyyumu elan etdi. Bu vaxtdan etibarən Əfşar tayfasının nümayəndəsi Nadir xan faktiki olaraq Səfəvilər 
dövlətinin tam səlahiyyətli hakimi oldu. Nadir xanın faktiki olaraq Səfəvilər dövlətində hakimiyyəti ələ keçirməsindən sonra  atdığı 
ilk addımlar bunlar oldu: 

 
II Təhmasiblə  Osmanlılar arasında bağlanmış 1732-ci il Kirmanşah müqaviləsinin şətrlərini ləğv etdi. 

 
Osmanlı dövlətindən 1723-cü ildən bəri işğal  etdiyi torpaqları Səfəvilərə qaytarmağı tələb etdi. 

 
Hərbi xərcləri ödəmək üçün külli miqdarda vəsaitə ehtiyacı olduğu üçün yeni vergi siyasəti yeritdi. 
Lakin uzun sürən dağıdıcı müharibələr Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurduğundan var-yoxdan çıxdığı üçün əhalinin 
vergiləri vermək imkanı yox idi. 
QEYD: Dövlət idarəçiliyində zəif olmaları Məhəmməd Xudabəndə ilə II Təhmasib üçün oxşar cəhət təşkil edir. 
 
Azərbaycanda Nadir şah hakimiyyətinin bərqərar olması. Suqovuşan qrultayı (1732) 
Osmanlı  və  Rus  qoşunlarının  Azərbaycandan  çıxarılması  və  Azərbaycanda  Səfəvi  hakimiyyətinin  bərpa  edilməsi  ilə  xalq 
yenidən zülmə məruz qaldı. Ölkədə ciddi hərbi-feodal rejimi yaradıldı, kənd əhalisi var-yoxdan çıxarıldı. 
1735-1736-cı illərdə Azərbaycanda ona qarşı müqavimətin qeyri-mütəşəkkilliyindən  istifadə edən Nadir xan öz hakimiyyətini 
bərqərar etməyə nail oldu. 1736-cı ilin  əvvəllərində Nadir özünü şah elan etmək üçün münasib şərait yaratdı. Sonuncu azyaşlı 
Səfəvi hökmdarı Şah III Abbası öldürtdürdü. Bundan sonra o, Kürlə Arazın qovuşduğu yerdə  - Suqovuşan qurultayı çağırdı. 
1736-cı ilin  martında çağrılan Suqavuşan  qurultayı nəticəsində: 

 
Nadir xan özünü İranın şahı elan etdi. 

 
Bununla  Səfəvilərin sülaləsinin hakimiyyətinə son qoyuldu. 
Lakin aşağıdakı  Azərbaycan feodalları Nadirin şah seçilməsinə  qarşı çıxdılar: 

 
   Ziyadoğlu kimi tanınan Gəncə bəylərbəyi. 

 
   Qarabağın  - Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları
Nadirin şah seçilməsinə  qarşı çıxan feodallarına qarşı Nadir şah aşağıdakı tədbirləri gördü: 

 
Həmin Azərbaycan feodallarının başçıları,  ailələri  ilə birlikdə Xorasana sürgün etdi. 

 
Qazax, Şəmşəddil və Borçalı mahallarını Kartli hakiminin tabeliyinə  verdi. 

 
Qarabağın  xristian məlikliklərini (Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın) Gəncə bəylərbəyliyinə tabe ttdi. 
Nadir şah ona sadiq qalan feodal əyanları isə öz  yerlərində saxladı. 
 
Nadir xanın şah seçilməsinə razı olmayan Azərbaycan feodalları 
 
 
 
Nadir şahın daxili siyasəti və onun nəticələri 
Nadir şahın daxili siyasətinin əsasını feodalların iqtisadi nüfuzunu sarsıtmaq təşkil edirdi. Nadir şah elan edildikdən sonra 
hakimiyyətinin ilk günlərindən etibarən bir-çox tədbirlər həyata keçirtdi: 
1)
 
Vergi toplanması işini  qaydaya salmaq  üçün  vəzifə bölgüsü apardı. Bu işə  ciddi nəzarət dövlətin gəliri xeyli artırdı. 
Belə ki, xalqdan toplanılan vəsait indi ayrı-ayrı adamlar tərəfindən mənimsənilmədən xəzinəyə daxil edilirdi. Xəzinəyə 
daxil olan vergilərin  çox hissəsi ordunun saxlanılmasına  xərclənirdi. 
2)
 
Yeni vəzifələri yaxın adamlarına  tapşırdı (dövlət aparatında  əfşar-türk  tayfasından olanlara  üstünlük verdi). 
3)
 
Şirvan,Qarabağ,  Çuxursəd  və  Təbriz  bəylərbəyiliklərini  Azərbaycan  bəylərbəyi  adı  altında    birləşdirərək  vahid 
inzibati bölgü  yaratdı. Azərbaycan bəylərbəyinin mərkəzi  Təbriz, hakimliyinə  isə qardaşı İbrahim xan təyin  olundu. 
4)
 
Vergi  və  mükəlləfiyyətlər  artırıldı.  Vergi  və  mükəlləfiyyətlər  artırılması  əhalinin  –  xüsusilə  kəndlilərin  var-yoxdan 
çıxmasına səbəb oldu. Kəndlilər əldə etdikləri bütün məhsulu vergi şəklində xəzinəyə verməli olurdular. 
Kəbirlilər 
 
Otuzikilər
 
Cavanşirlilər 
 
Ziyadoğlular 
 


 
29 
5)
 
Sənətkar və tacirləri Xorasan vilayətinə köçürüldü. Bu tədbir  Azərbaycanda şəhər həyatına ağır zərbə vuruldu. 
6)
 
Şahın əmri ilə rəiyyət (kəndlilər) hərbi qulluğa çağrıldı. 1737-ci ildə Astara hakiminin sərəncamı ilə 6 min kəndli zorla 
səfərbərliyə alınmışdı. 
Nadir  şahın daxili siyasəti  nəticəsində  - ayrı-ayrı feodallar  iqtisadi  cəhətdən  sarsıldı. Bu da onların böyük narazılığına 
səbəb  oldu.    Nadir  şahın  ölkədə  həyata  keçirdiyi    siyasət  Azərbaycana    fəlakət  gətirmiş,  təsərrüfat  həyatı    tənəzzülə  uğramışdı. 
Müharibələr, quraqlıq və kəndlilərin öz yurdlarını tərk etməsi nəticəsində Azərbaycanın çox yerini aclıq bürümüşdü. 
 
 
 
 
Azərbaycanın şimal-şərqində Nadir şaha qarşı üsyanlar 
XVIII  əsrin  30-40-cı  illərində  Azərbaycanın  təsərrüfat  həyatı  tənəzzülə  uğramışdı.  Əhali  vergi  vermək  və  mükəlləfiyyət 
daşımaq iqtidarında deyildi. Mövcud hakimiyyətə qarşı çıxışlar artırdı. Ümumiyyətlə, XVIII əsrin 30-40-cı illərində Azərbaycanda 
Nadir şah hakimiyyətinə qarşı xalq çıxışlarının səbəbləri bunlar idi: 

 
Nadir şahın əsarəti (ağır vergi siyasəti, vergilərin artırılması və.s. 

 
Yerli feodalların zülmü. 
Nadirə qarşı üsyanlar ilk dəfə 
1734-cü ildə
 Astaranın yoxsul  kəndliləri  ayağa  qalxmaqla  başlamışdı. Bir qədər sonra Şəki 
bölgəsində  Biləcik  kəndinin  əhalisi  üsyana  başlamışdı.  Üsyançılar  qonşu  Cənik  və  Tala  kəndlərinin  sakinlərini  köməyə 
çağırmışdılar.  Nadir  xan  1735-ci  ilin  fevralında  oraya  böyük  cəza  dəstələri  göndərdi.Nəticədə  üsyan  yatrıldı.  Sonra  şahın  cəza 
dəstələri Şəki və Ərəş istiqamətində hərəkət edərək Dərbəndə qədər olan ərazilər hakimiyyət əleyhinə olan qüvvələrdən təmizlədi. 
 
Nadir şaha qarşı Car üsyanı və onun nəticələri 
Yerli əhalinin qismən tabe olması ilə kifayətlənən Nadir şah 1737-ci ildə böyük ordu ilə Hindistan və Mərkəzi Asiyaya yürüş 
etdi. Nadir şahın ölkədə olmamasından istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi 1738-ci ildə yenidən silaha əl atdı. 
Nadir şaha  qarşı  ən  böyük  üsyan  isə  Carda  baş  verdi. Carlılara  yerli  əhali    arasında  şöhrət    qazanmış  Divanə  İbrahim  və  Xəlil  
başçılıq edirdilər. Car üsyançıları Cənubi Dağıstandan  kömək aldılar. Üsyanı  yatırmaq üçün Nadir şahın qardaşı  İbrahim  xan  
böyük ordu ilə Car üsyanını yatırmaq üçün buraya gəlsədə qanlı döyüş nəticəsində - şahın qouşun darmadağın edildi və İbrahim 
xan  öldürüldü. XVIII əsrin 30-cu illərinin sonunda üsyançılar Şirvandakı bütün karvan yollarına nəzarət edirdilər. 
Nadir şahın oğlu Rzaqulu Mirzə üsyanı  yatırtmaq üçün sərdar Əmiraslan  xanı Cara göndərildi, lakin bu da nəticəsiz qaldı. 
Üsyan yalnız 1739-cu ilin  yayında yatırıldı. Belə ki, Rzaqulu Mirzə böyük qoşun topladı və Mirzə  Səfi xanın başçılığı ilə Şirvana 
göndərdi. Car üsyanı 1739-cu  ilin sonunda qismən yatırıldı. XVIII əsrin 30-cu illərinin sonunda Azərbaycanın şimal və şimal-
şərq bölgələrində  Nadir şaha  qarşı çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğundan 
üsyanlar yatırılır, üsyançılara isə amansız divan tutulurdu.  
XVIII  əsrin  40-cı  illərinin  əvvəllərində  Azərbaycanın  şimal-şərqində  Nadir  şah  əleyhinə  üsyanlar  o  qədər  qüvvətləndi  ki, 
Cənubi Qafqazı itirməkdən qorxan  Nadir şah   üsyançılara qarşı  yürüşə özü başçılıq etməli  oldu. 1741-ci ilin yayında Nadir şah  
100 minlik  ordusunu  Car vilayətinə və Azərbaycanın şimal-şərq  bölgəsinə yeritdi. Lakin, Nadir şahın əhalinin  müqavimətini az  
bir vaxtda qırmaq niyyəti boşa çıxdı.  
 
 
 
Vergi toplanması işini  qaydaya 
salmaq  üçün  vəzifə bölgüsü 
apardı 
Nadir şah 
Əfşarın 
tədbirləri 
 
Sənətkar  və  tacirlər  Xorasan 
vilayətinə köçürüldü 
 
Yeni 
vəzifələri 
yaxın 
adamlarına, 
 
əfşar-türk  
tayfasından olanlara  tapşırdı 
Vergi və mükəlləfiyyətlər xeyli 
artırıldı 
Şahın 
əmri 
ilə 
rəiyyət 
(kəndlilər) 
hərbi 
qulluğa 
çağrıldı 
Azərbaycan  bəylərbəyi  adı 
altında    birləşdirərək  vahid 
inzibati bölgü  yaratdı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə