Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə10/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

 
20 
Peterburq  müqaviləsinin  bağlanması  ilə  1722-1723-cü  illərdə  Xəzəryanı    bölgələrin  Rusiya  tərəfindən  işğalının  birinci 
mərhələsi başa çatdı. Lakin Peterburq müqaviləsini Şah II Təhmasib təsdiq  etmədi.  
 
Azərbaycan torpaqlarına yiyələnmək uğrunda  Rusiya-Osmanlı mübarizəsi 
XVIII əsrin birinci yarısında Şərqdə  öz müstəmləkə   siyasətini  həyata keçirməyə çalışan İngiltərə və Fransa Rusiyanın 
Cənubi  Qafqazdakı    nüfuzunun  güclənməsinə  hər  vasitə  ilə  mane  olurdular.  Osmanlı  imperiyasının  hakim  dairələri  də  Cənub 
Qafqazın ruslar tərəfindən işğalına  mane olmağa çalışırdı. 1722-ci ilin payızında İstanbuldakı rus səfiri də bunu öz məlumatında 
təsdiq  edir.  İngilis  nümayəndəsi  bildirmişdi  ki,  Osmanlılar  Rusiya  ilə  müharibəyə  başlayarsa  Britaniyadan  maliyyə  yardım 
alacaqdır.  
Beləliklə,  XVIII  əsrin  20-ci  illərində  Qərbi  Avropa  ölkələri  Osmanlı  imperiyasını  və  Səfəviləri  Rusiyaya  qarşı  hərbi 
münaqişəyə sövq etməklə Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə zərbə vurmağa çalışırdılar. 
Rusiya  Xəzəryanı  vilayətləri  ələ  keçirən  zaman  Osmanlı  qoşunu  Cənubi  Qafqazın  digər  torpaqlarının  da  rusların  əlinə 
keçməsinin qarşısını almaq üçün bütün qüvvələrini səfərbər edərək Azərbaycana yürüşə başladılar. Bu zaman əhalinin Osmanlıya 
meyl etməsi tarixi sənədlərdən aydın olur. Misal üçün, İrəvan azərbaycanlıları o dövrdə Ərzurum paşasına  göndərdiyi məktubda 
yazırdılar:  “Niyə  oturubsunuz?  Sizdə  türksünüz,  biz  də.  Gavurun  əlinə  düşməkdənsə  sizin  əlinizə  düşmək  yaxşıdır.  Vaxtında 
gəlin, şəhəri zəbt edin və rusu şəhərə buraxmayın”. XVIII əsrin birinci  yarısında  Azərbaycanın şimal-qərb bölgəsinin əhalisinin 
türklərə müraciət etməkdə məqsədi yadellilərin, Rusiyanın işğallarından qurtarmaq idi. 
1723-cü  ilin  oktyabrında  türk  qoşunu  Gəncəyə  həmlə  etdi,  ancaq  qalanı  ala  bilmədi.  1724-cü  ilin  iyununda  Osmanlı 
qoşunları müqavimət görmədən  İrəvana daxil oldular. 
 
Rusiyanın Cənubi Qafqazda  nüfuzunun güclənməsinə mane olan dövlətlər 
 
 
 
Rusiya və Osmanlının Azərbaycan torpaqlarını bölüşdürməsi. II İstanbul sülhü 
XVIII  əsrin  20-ci  illərində  Osmanlı  qoşununun  Cənubi  Qafqazda  irəliləməsi  Rusiya  ilə  Osmanlılar  arasında  toqquşmaya 
gətirib çıxıra  bilərdi. Bu zaman Cənubi Qafqazda üç dövlətin - Rusiya, Səfəvilər  Osmanlı  dövlətlərinin mənafeyi toqquşurdu. 
Səfəvilər və Osmanlı  dövlətlərinə qarşı mübarizədə bu ərazidə məskunlaşmış xristianlara arxalanan Rusiyanın vəziyyəti nisbətən 
əlverişli  idi.  Lakin,  İsveçlə  müharibəni  təzəcə    qurtarmış  Rusiya  yeni  müharibəyə  başlaya  bilmədiyi  üçün,  Osmanlılarla  sülh 
müqaviləsi bağlamağa məcbur idi. İngiltərə və Fransanın Osmanlı sultanına  təzyiqi üzündən sülh danışıqları bir qədər uzandı.  
1724-cü il iyulun 12-də İstanbulda Rüsiya ilə Osmanlı arasında müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə: 
1.
 
Rusiya  Peterburq  müqaviləsinin  (1723)    şərtlərinin  (Dərbənd,  Bakı,  Salyan,  Lənkəran,  Rəşt  və  Ənzəlinin 
Rusiyaya  ilhaq edilməsi  faktının) təsdiq  edilməsinə nail oldu. 
2.
 
Rusiya Xəzəryanı bölgələr istisna  olmaqla, bütün Azərbaycan ərazisinin Osmanlılara verilməsinə razılıq verdi. 
3.
 
Şirvan Osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq elan olundu. Hacı Davud isə Şirvan xanı təsdiq edildi. 
Şirvanın sahilyanı hissəsi isə  Rusiyanın tabeliyinə verildi. 
4.
 
Kürdən  şimaldakı    torpaqlarda  Osmanlılara  hərbi  qüvvə  saxlamağa    icazə    verilmirdi  və  bu  ərazilər  yerli 
hakimlər tərəfindən idarə olunmalı idi 
Beləliklə, XVIII əsrin 20-ci illərində Azərbaycan ərazisi üç dövlət Rusiya, Səfəvi, Osmanlı dövlətləri arasında bölündü 
 
Osmanlıların Azərbaycan torpaqlarını ələ keçirməsi (1724-1725) 
İstanbul müqaviləsindən sonra Osmanlı dövləti bütün sərhəd  boyu Cənubi Qafqaza öz qoşununu yeritdi və müqaviləyə görə 
Osmanlı  işğal  zonasına  daxil  olan  əraziləri  tutmağa  başladı.  1724-cü  ilin  yayında  Osmanlılar  Salmas,  Xoy  və  Mərəndə  
yiyələndilər.  Osmanlı  sərkərdəsi  Abdulla  paşa  1724-cü  ilin  avqustunda  Təbrizi  mühasirəyə  alsa  da  II  Təhmasibin  Təbrizin  
müdafiəsi üçün göndərdiyi xüsusi dəstə Osmanlı qoşununu  geri çəkilməyə məcbur etdi. Həmin ilin sentyabrında əhalisinin, demək 
olar ki, hamısı Azərbaycan türklərindən ibarət olan İrəvan qalası, az sonra Naxçıvan   Ordubad  şəhərləri, eləcə də Qazax  
Borçalı    elləri  könüllü  olaraq  Osmanlı  hakimiyyətini  qəbul  etdilər.  Lakin,  Rus  qoşununun  Dərbənd,  Bakı    Salyanda,  rus 
donanmasının  isə  Xəzər  dənizində  olması    həm  də  Cənubi  Qafqazda  xristianların  müqaviməti    türklərin  hücumlarının  sürətini 
azaltmağa məcbur etdi. 
İngiltərə
 
Fransa 
 


 
21 
İşğalçıların zülmündən xilas olma məqsədilə 1723-1725-ci illərdə və sonralar Azərbaycanın şimal-qərb bölgələrinin əhalisi 
osmanlılara müraciət edərək onlardan kömək istədi. Ermənilər isə Rusiya ilə bilavasitə əlaqə saxlayır, Cənubi Qafqazın, o cümlədən 
Azərbaycanın  digər  bölgələrinin  işğal  edilməsində  onlara  kömək  edəcəklərinə  vəd  edirdilər.  1724-cü  ilin  may-avqust  aylarında 
Cənubi Qafqazda yaşayan ermənilər kömək üçün I Pyotra və Bakıdakı rus komandanlığına məktubla müraciət etdilər. 
Cənubi Qafqazın xristian əhalisinin müqaviməti Osmanlıların ölkənin içərilərinə irəliləməsini ləngitsə də, onun qarşısını ala 
bilmədi.  1725-ci  ilin  mayında  Osmanlı  qoşunları  Abdulla  Köprülü  paşanın    komandanlığı  altında  Təbriz  şəhərini  mühasirəyə 
aldılar  və  iyulun  27-də    oranı  qismən  zəbt  edə  bildilər.  Osmanlı  sərkərdəsi  Sarı  Müstafa  paşa  40  minlik  qoşunla  1725-ci  ilin 
avqustunda  Gəncəni  tutdu  və  Qarabağ  istiqamətində    hərəkət  etdi.  1725-ci  ilin    sonlarında  Osmanlı  əsgərləri,  İstanbul 
müqaviləsinə  görə  Osmanlı  işğal  zonasına  daxil  olmayan 
Ərdəbil  şəhərini
  tutdular.  Ərdəbilin  alınması  münasibətilə  1725-ci  il 
dekabrın 28-də İstanbulda atəşfəşanlıq keçirildi. 
Beləliklə, 
1724-cü ildə
 Salmas, Xoy, Mərənd, İrəvan, Naxçıvan   Ordubad   şəhərləri, o cümlədən  Qazax  və Borçalı  
elləri
1725-ci ildə
 Təbriz, Gəncə  Ərdəbil şəhərləri Osmanlılar tərəfindən işğal edildi. 
Osmanlı  qoşunlarının    bu  vaxt  Səfvilərin  xeyli  ərazisini  işğal  etmiş  əfqanların  da  müqavimətinə  rast  gəlirdi.  Bir  sıra  hərbi 
toqquşmalardan  sonra  əfqanlı  Əşrəf  Cənubi  Qafqazdakı  ərazilər,  həmçinin  Təbriz,  Həmədan,  Kirmanşah  üzərində  Osmanlı 
dövlətinin  hakimiyyətini tanıdı.  
İstanbul  müqaviləsindən  sonra  Azərbaycanın  böyük  bir  hissəsini  Osmanlılar  tutdular  və  Dağıstan,  Səfəvilərin  Xəzəryanı 
bölgələrini tutmaq  üçün qızğın  hazırlığa  başladılar. Osmanlı qoşunlarının hücum əməliyyatları bu vaxt Səfəvilərin xeyli ərazisini 
işğal etmiş əfqanların da müqavimətinə rast gəldi. Osmanlılarla əfqanlar arasında bir sıra hərbi toqquşmalardan sonra əfqanlı Əşrəf 
Cənubi Qafqazdakı ərazilər, həmçinin Təbriz, Həmədan, Kirmanşah üzərində Osmanlı dövlətinin hakimiyyətini tanıdı. 
 
XVIII əsrin 20-ci illərində osmanlıların Cənubi Qafqaza hücumlarının sürətinin azalmasının səbəbləri 
 
 
 
Osmanlı hakimiyyətini könüllü qəbul etmiş bölgələr 
 
 
 
 
Azərbaycan torpaqlarında Osmanlı idarəçiliyinin qurulması (1724-1735) 
XVIII əsrin 20-30-cu illərində Osmanlı hakim dairələri Azərbaycanın işğal edilən ərazilərində yeni idarə üsulu yaratdılar. 
Osmanlı idarə üsuluna aiddir: 

 
Osmanlılar Səfəvilər dövründə olan inzibati-ərazi bölgüsünü qismən saxlamaqla, Azərbaycan torpaqlarını hərbi-inzibati 
vahidlərə - vilayətlərə və bəylərbəyiliklərə  böldü. 

 
Vilayətlər sancaqlardan ibarət idi, Sancaqların ərazisi isə keçmişdə mövcud olmuş mahalların ərazisinə uyğun gəlirdi. 

 
Sancaqlar da dahak kiçik inzibati vahidlərə –mahal   nahiyələrə bölünürdü. 

 
Hərbi  əməliyyatlar  zamanı  vilayətlərdə    iri  hərbi-inzibati,  habelə  siyasi  və  maliyyə  işləri    sultan    tərəfindən  təyin 
edilmiş - sərəsgərin əlində  cəmləşmişdi. 

 
Bir qədər kiçik bölgələri idarə edən sancaqbəyilər, naiblər və kəndxudalar əsasən yerli feodallardan təyin olunurdu 

 
Azərbaycanın  Kürdən  şimaldakı    torpaqlarının    xüsusi  statusu  var  idi.  İstanbul  müqaviləsinə    görə  bu  ərazidə 
Osmanlılara hərbi qüvvə saxlamağa  icazə  verilmirdi və yalnız yerli hakimlər tərəfindən idarə olunurdu. Məsələn, Yerli 
feodal  -  Əli  Sultan  “paşa”  titulu  almış  və  Şəki    vilayətinin    hakimi  təsdiq  edilmişdi.  Ərəş  və  Qax  da  belə    idarə  
olunurdu. 
 
Osmanlıların Azərbaycanın işğal edilmiş torpaqlarında tətbiq etdikləri inzibati ərazi bölgüsü 
 
 
Xristianların müqaviməti 
 
Rus donanması 
 
Qazax 
 
Naxçıvan 
 
Borçalı 
 
İrəvan 
 
Ordubad 
 
Bəylərbəyilik 
Mahal 
Sancaqlıq 
Nahiyyə 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə