Dərslik II hiSSƏ 2


Təbriz  və    Ərdəbil  şəhərləri



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə6/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   142

 
12 
Təbriz  və    Ərdəbil  şəhərləri  mühüm  rol  oynayırdı.  Bəhs  edilən  dövrdə  Şamaxıdan  Hindistana  xam  ipək,  ipək  parça,  Bakıdan 
qara və ağ neft, Abşerondan zəfəran aparılırdı. 
 
XVII əsrin ikinci yarısında Osmanlıların avropalılara satmaqla böyük gəlir əldə etdikləri Azərbaycan malları
 
 
 
 
Səfəvilər dövləti ilə Rusiya arasında iqtisadi əlaqələr 
XVII əsrin ikinci yarısında Azərbaycan ilə Rusiya arasında iqtisadi və ticarət əlaqələrə aiddir: 

 
Səfəvi dövlətinin Rusiya ilə ticarət-iqtisadi əlaqələri artmışdır. 

 
Tərəflər arasında münasibətlər siyasi marağa və iqtisadi əlaqələrə əsaslanırdı. 

 
Rus tacirləri Azərbaycan şəhərləri ilə ticarət edirdilər. 

 
Rusiyanın tranzit ticarətinin mərkəzi olan Həştərxana Xəzəryanı vilayətlərindən tacirlər gedirdi. 

 
Azərbaycan tacirləri Kazan, Novqorod, Yaroslav, Arxangelsk şəhərləri ilə ticarət edirdilər. 

 
Ruslar ticarətdə Şirvana xüsusi əhəmiyyət verirdilər. 

 
Moskva Azərbaycan malının daimi ticarət yeri olaraq qalırdı. 

 
Rus tacirləri Azərbaycanın ipək parçalarına, yun  ipək xalçalarına xüsusi maraq göstərirdilər. 

 
Rusiyadan Azərbaycana xəz dəri, mis, qalay, sənətkarlıq məmulatı, kağız, mahud gətrilirdi. 

 
Rusiya dövləti Azərbaycana əlverişli satış bazarı kimi yanaşırdı. 

 
Rusiya digər gövlətlərin Azərbaycanla iqtisadi əlaqələrinə mane olmağa çalışırdı. 
 
Azərbaycanda pul dövriyyəsi 
Azərbaycanda  sikkə  zərbi  mərkəzləşmiş  xərəkter  daşımasa  da,  o  dövrün  pulları  hazırlanan  bir  çox  şəhərlərdə  -  İrəvan, 
Təbriz,  Gəncə,  Naxçıvan  və  Ərdəbildə  zərbxanalar  fəaliyyət  göstərirdi.  XVII  əsrin  ikinci  yarısında  Azərbaycan  Səfəvilər 
dövlətində nominal pul vahidi dinar (ərəbcə qızıl sikkə) idi. I Şah Abbas dövründə  buraxılan və “abbası” adlandırılan pul vahidi 
XVII  əsrin  ikinci  yarısında  da  dövriyyədə  qalmaqda  idi.  Ümumiyyətlə,  XVII  əsrin  ikinci  yarısında  Azərbaycanda  aşağıdakı  pul 
vahidlərindən istifadə edilirdi: 
1.
 
Abbası - 200 dinar dəyərində idi. 
2.
 
Mahmudi - 100 dinar dəyərində idi. 
3.
 
Şahı - 50 dinar dəyərində idi. 
4.
 
Bisti – Şah I Təhmasibin dövründə buraxılmış və 20 dinar dəyərində olan a gümüş pul idi. 
5.
 
Qızılbəyi - Şirvanşah Sultan Mahmudun dövründə kəsilən 5 dinar dəyərində mis pul vahidi idi.  
Qeyd  edildiyi  kimi  birinci  üç  sikkə  qızıl    gümüşdən,  bisti  və  qazıbəyi  isə  misdən  həzırlanırdı.  Gümüş  pulların  üzündə 
ortada “Allahdan başqa Allah yoxdur. Məhhəməd onun elçisi, Əli isə nümayəndəsidir” sözləri yazılırdı. Bu sözlərin ətrafında isə 
12 imamın adları həkk edilirdi. Pulun arxa üzündə isə hakimiyyətədə olan şahın adı, sikkənin kəsildiyi yer və tarix göstərilirdi. 
Xırda miss sikkələrin üzündə doğan günəş əks olunur, arxa üzündə isə sikkənin kəsildiyi yer, tarix göstərilirdi. Səfəvi dövləti 
ərazisində,  eləcə  də  Azərbaycanda  XVII  əsrədə  hələ  dəmir  filizi  və  başqa  yataqlar  geniş  miqyasda  aşkar  edilməməsi   səbəbi ilə 
metal qismən xaricdən gətirilirdi. XVII əsrin son onilliklərində ölkəyə gətirilən qızıl və gümüş məmulatın əsas mənbəyi olan xarici 
ticarətin tənəzzülə uğraması nəticəsində: 

 
Səfəvilər dövlətində pul dəyərdən düşmüş dövriyyədən çıxarıldı. 

 
Dövrüyyəyə çoxlu qəlp pul daxil oldu. 

 
Ölkədə maliyyə vəziyyəti acınacaqlı vəziyyətə düşdü. 
XVII əsrin ikinci yarısında Azərbaycanda pul böhranının səbəbləri aşağıdakılar idi: 
1.
 
Tədavülə çoxlu qəlb pul buraxılması. 
2.
 
Xarici ticarətin tənəzzül etməsi

XVII əsrin ikinci yarısında ölkədə baş vermiş pul böhranı Səfəvi dövlətini sarsıdan səbəblərdən biri idi. 
 
 
 
 
İpək parçalar 
 
Toxuculuq məmulatları 
 
Boyaq maddələri    
 


 
13 
XVII əsrin ikinci yarısında zərbxanalar fəaliyyət göstərən Azərbaycan şəhərləri 
 
 
XVII əsrin sonunda Azərbaycanda iqtisadi tənəzzül 
XVII əsrin sonunda Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin tənəzzül dövrü keçirirdi. Bu dövrdə Səfəvilər dövlətindən 
iqtisadi tənəzzülün daxili və xarici səbəbləri var idi. Daxili səbəblərə aşağıdakılar daxil idi: 

 
Vergi və mükəlləfiyyətlərin ağırlığı. 

 
Hakimiyyət nümayəndələrinin özbaşınalığı. 

 
Dövlətdə vəzifəli şəxslərin pul hərisliyi və satqınlığının kütləvi hal alması. 

 
Suvarma sisteminin dağılması. 

 
Səfəvilər dövlətinin hüdudlarında sikkələrin xarab olması. 

 
Qızıl və gümüş pulların dövrüyyədən çıxması ticarətin, əmtəə mübadiləsinin inkişafını  ləngitməsi . 

 
Maliyyə sahəsindəki hərc-mərclik. 

 
Şəhər iqtisadiyyatındakı tənəzzül. 
Şəhər  iqtisadiyyatındakı  tənəzzülün  Azərbaycanın  ictimai,  siyasi  həyatında  dərin  böhrana  səbəb  olmuş,  xəzinənin,  ayrı-ayrı 
feodalların gəliri azalmışdır. Hökümət böhrandan çıxış yolu tapmaq üçün əhalidən yığılan vergiləri artırırdı. 
Səfəvilər  dövlətindəni  iqtisadi  tənəzzülünün  xarici  səbəbi  isə  –  ümumdünya  ticarət  yollarının  dəyişilməsi  idi.    XVII  əsrdən 
etibarən Avropanı Asiya ilə birləşdirən və Afrika ətrafından keçən dəniz yolunun kəşfi ilə əlaqədar olaraq e.ə II əsrdə salından 
qədim İpək yolu öz əhəmiyyətini XVII əsrdə tədricən itirdi. 
Səfəvilər  dövlətinin  iqtisadi  həyatında  dərinləşən  tənəzzülü  fransız  səyyahı  Şarden  daha  aydın  göstərir:  “...on  iki  illik  qısa 
müddət  ərzində  ölkənin  sərvəti  sanki  yarıbayarı  azalmışdı.  Sikklərin  xarab  olması  göz  qabağında  idi,  tam  dəyərli  pullar  artıq 
yoxa  çıxmışdı”.  Digər  fransız  səyyahı  C.  Tavernye  isə  yazır:  “Keçmişdə  Avropaya  il  ərzində  külli  miqdarda  parça,  məxmər 
gətirilirdi… indii isə bu parçalar Avropada həmin yüksək keyfiyyətlə və daha ucuz istehsal olunmaqdadır”.  
Durğunluq ictimai həyatın bütün  sahələrinə  mənfi təsir etdi. Əkin sahələrinin azalması  və su təchizatının zəifliyi özünü daha 
kəskin büruzə verirdi. Bu da kənd təsərrüfatı məhsullarının istehsalının kəskin şəkildə azalmasına səbəb olmuşdu.  
Ticarət  və  sənətkarlıqla  məşğul  olan  əhərlərdənəhalinin  ş  kütləvi  surətdə  axını  iqtisadiyyatın  həcminin  azalmasına  gətirib 
çıxarmışdı. Məsələn, Bakı şəhərində neft hasilatının həcmi iki dəfə azalmış, Ərəş, Şabran, Zəncan, Qəbələ və.s şəhərlər acınacaqlı 
vəziyyətə düşmüşdür. Xam ipəyin istehsalı və ixracı 10 dəfə azalmışdı. Bunun əsas səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Avropa ölkələrinə istiqamətlənmiş baş ticarət yollarındakı dəyişiklikliklər. 

 
Avropada manufaktura məhsulları istehsalının artması. 

 
Sənətkarlıq məhsullarına olan tələbatın azalması. 
 
Xalq hərəkatı. Çuxursəd bəylərbəyliyində hərbçilərin qiyamı (1677) 
XVII əsrin ikinci yarısında xalqın  hakim təbəqəsinin zülmünə qarşı mübarizəsi aşağıdakı formalarda özünü göstərirdi: 

 
Kütləvi etirazlar etmək. 

 
Bürokratik aparatdan və məmurlardan şikayət etmək. 

 
Vergi və mükəlləfiyyətlərin ödənilməsindən  yayınmaq. 
Mübarizə  bəzən  də  dini  xarakter  daşıyır,  xalq  azadlıq  hərəkatı  şəklində  cərəyan  edir,  ya  da  qiyama  çevrilirdi.  Bu 
qiyamlardan biri Çuxursəd bəylərbəyiliyində əsgərlərin qiyamı idi.  
1677-ci  ildə  Səfəvilər  dövlətinin  Çuxursəd  bəylərbəyiliyində  iki  il  ərzində  maaşları  ödənilməmiş  Qacar  və  Bayat 
tayfalarından  olan  əsgərlərin  üsyanı  baş  verdi.  Çuxursəd  bəylərbəyi  Səfiqulu  xan  üsyançılar  qarşısında  davam  gətirməyərək 
qalaya sığınmağa məcbur oldu. Lakin tezliklə Səfəvi hökmdarı Şah Süleymanın (1666-1692) təyin etdiyi yeni bəylərbəyi bu üsyanı 
amansızcasına yatırtmağa nail oldu.     
 
 
   
Təbriz 
 
Gəncə 
 
İrəvan 
 
Şəhərlər 
 
Naxçıvan 
 
Ərdəbil
 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə