Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə4/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   142

 

olsa da xəzinəyə əlavə edilir,  şahın razılığı ilə xərclənirdi. Bu dövrdə xüsusi torpaq mülkiyyəti olan  mülk torpaqları azad alış və 
satış obyekti idi və irsən keçirdi. Camaat torpaqları bütün kənd sakinlərinə mənsub idi.  
QEYD: Monqol dövründə incu torpaq mülkiyyəti XVII əsrin ikinci yarısında xalisə ilə eynilik təşkil edirdi. 
 
Vergi və mükəlləfiyyətlər  
XVII əsin ikinci yarısında Səfəvilər dövlətində vergilərin ümumi sayı 35-ə çatırdı. Onlardan bəziləri bunlardı: 
1.
 
Malcəhət  -  torpaq  və  gəlir  vergisi  idi.  Torpaq  sahibkarı  ilə  dövlət  arasında  bölünürdü.  Məhsulun  1/10  hissəsini  əhatə 
edirdi. 
2.
 
Bəhrə - torpaq və gəlir vergisi idi. Məhsulun 1/5 hissəsini əhatə edirdi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən 
Azərbaycanda torpaq və sudan istifadəyə görə kəndlilərdən məhsulla alınırdı. 
3.
 
Bağbaşı – məhsulun 1/10-nə bərabər vergi növü idi. 
4.
 
Çobanbəyi (çöl pulu) – örüşdə heyvanların otarılmasına görə alınırdı. 
5.
 
Dəhyek – Azərbaycanda iri feodal torpaqlarından götürülən gəlirin 10%-i miqdarında alınırdı. 
6.
 
Cüftbaşı  –torpağı  əkib-becərmək  üçün  bir  cüt  qoşqu  vasitəsi  olanlardan  alınırdı.  Şah  II  Abbasın  fərmanı  ilə  soyurqal 
torpaqlarından alınmırdı. 
7.
 
Dəzgahbaşı – hər bir toxucu dəzgahının istehsal etdiyi məhsuldan alınan vergi idi. Əkinçilik, maldarlıq və sənətkarllıqla 
məşğul olan kəndlilərdən alınırdı. 
8.
 
İxracat  –ümumi  və  müxtəlif  vergi,  mükəlləfiyyətlərin  məcmusu  mənasında  işlənirdi  və  dövlət  canişinlərinin,  hərbi 
xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı. 
9.
 
Ot-alafa – yük heyvanları və atlar üçün alınırdı. 
10.
 
Ulafa - bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün alınırdı. 
11.
 
Künəlgə – əyanların kəndlinin evində qalmaq hüququ idi. 
12.
 
Rüsum - dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi idi. 
13.
 
Səvari  (novruzi)  –əhalinin  hakim  sülalənin  üzvlərinə,  sərkərdələrə,  yeni  fəth  edilmiş  yerlərə  (ya  Novruz  bayramı 
münasibətilə) tanınmış adamlara göndərilən hədiyyə idi. Ona görə bəzən də novruzi adlanırdı. 
14.
 
Dəstəndaz - hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün verilən vergi idi. 
15.
 
Cizyə  -  müsəlman  olmayanlardan  –  xristianlardan  alınırdı.  Can  vergisi  olmaları  monqol  ağalığı    dövründə  qopçur  və 
cizyə vergisi arasında oxşarlıq təşkil edir. 
Bu vergilərdən əlavə kəndlilər dövlət və feodal qarşısında aşağıdakı mükəlləfiyyətləri  daşıyırdı: 
1.
 
Əvrəz - daimi olmayan və natura, yaxud mükəlləfiyyət icra etməklə ödənilirdi. 
2.
 
Biyar - kəndlinin feodal və ya dövlətin nəfinə zorla, havayı işləməsi idi. Biyardan suvarma şəbəkəsində və dövlətin digər 
işlərində geniş istifadə olunurdu. Bütün ailə  üzvləri növbə ilə ildə 2 gündən 6 günə qədər biyara getməli idi. 
XVII əsrdə torpaq və gəlir vergisi olan - malcəhət və bəhrə vergilərin əsas hissəsini təşkil edirdi. 
XVII əsrin sonunda Səfəvilər dövlətində vergilərin miqdarı xeyli artırılması əhali arasında güclü narazılığa səbəb oldu. Bu 
da  dövlətin  zəifləməsinə  şərait  yaradırdı.  XVII  əsrin  sonunda  Səfəvilər  dövlətinin  zəifləməsi  ilə  məhsuldar  qüvvələrin 
inkişafı dayandı. 
 
XVII əsrin ikinci yarısında Azərbaycan şəhərləri 
XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri nəticəsində şəhərlərdə: 

 
Böyük dağıntılar baş verdi, sənətkarlıq və ticarət gerilədi. 

 
Təsərrüfat və mədəni həyat zəiflədi. 
XVII  əsrin  ortalarından  başlayaraq  şəhərlər  keçmişdə  olduğu  kim,  sənətkarlıq,  ticarət  və  mədəniyyət  mərkəzlərinə 
çevrilməkdə idi. Şəhərlərdə sənətkarlıq mühüm rol oynayırdı. Şəhər və kəndlərdə çoxlu sənətkar emalatxanaları var idi. 
XVII əsrin 60-70-ci illərdə Təbriz öz ərazisinə, zənginliyinə, ticarətinə və  əhalisinin sayına görə mühüm yer tuturdu. 
XVII əsrin 60-cı illərində Ərdəbil Səfəvilər imperiyasının iri şəhərlərindən biri idi. Ticarət yolu üzərində yerləşən bu şəhərdə 
külli miqdarda xam ipək istehsal edilirdi. Şəhər beynəlxalq ticarətdə mühüm yer tuturdu. 
Marağa qədimdən öz meyvələri və üzüm bağları ilə məşhur idi. 
Ərdəbil və Gəncə arasındakı ticarət yolu üzərində yerləşən Əhər XVII əsrin ikinci yarısında öz təbii zənginliyi və məhsuldar 
əkinçiliyi ilə Azərbaycanın inkişaf edən şəhərləri sırasına qalxmışdır. Lakin əsrin sonunda bu şəhər də tənəzzülə uğramışdı. 
Gəncə  bu  dövrdə  tədricən  oz  qüdrətini  və  şöhrətini  qaytarmaqda  idi.  XVII  əsrin  ikinci  yarısının  Azərbaycanda  nisbətən 
əmin-əmanlıq  şəraitində  keçməsi  Gəncədə  abadlıq    işlərinin  aparılması  ilə  əlamətdar  idi.  Gəncəni  Səfəvilər  dövlətinin  ən  iri 
şəhərlərindən birinə çevrilmişdir.  


 

Qədim  şəhərlərdən  biri  olan  Şamaxıda  1667-ci  il  yanvarın  4-də  baş  vermiş  zəlzələ  böyük  dağıntılarla  nəticələndi.  Lakin 
şəhər tezliklə bərpa edildi. Şamaxıda ipək toxuyan emalatxanalar işləməyə başladı. 
XVII  əsrin  ikinci  yarısında  da  Bakı  liman  şəhəri    şəhər-qala  idi.  Şəhərin  mərkəzində  minarəsiz  məscid  var  idi.  Şəhər 
tranzit ticarətində mühüm rol oynuyurdu. 
Dərbənd hərbi əhəmiyyətli şəhər kimi şöhrətini qoruyub saxlayırdı. 
 
Səfəvi-Osmanlı  müharibələri  dövründə  tənəzzül  etmiş  Naxçıvan  XVII  əsrin  ortalarında  hələ  də  əvvəlki  səviyyəyə  qalxa 
bilməmişdi. XVII əsrin sonunda da Naxçıvanın iqtisadi, ticarət və mədəni həyatı zəifləmişdi.     
 
Culfa şəhəri XVII əsrdə müharibələr nəticəsində faciəli vəziyyətə düşmüşdür.  
Ordubadın ölkə və xarici şəhərlərlə geniş ticarət əlaqələri var idi.  
Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayan Miyanə, Xalxal, Sərab şəhərləri karvan yolu üzərində  yerləşir.  
 
 
  Azərbaycanda şəhər əhalisinin sosial tərkibi 
  XVII əsrin ikinci yarısında Azərbaycanda şəhər əhalisinin sosial tərkibi aşağıdakı qruplara bölünürdü: 
1.
 
Feodal zümrəsi, hərbi feodallar, mülki bürokratiya, ali rühani, iri və kiçik torpaq sahibləri. 
2.
 
Ticarətlə məşğul olan iri, orta və kiçik tacirlər. 
3.
 
Sənətkarlar. 
4.
 
Şəhərətrafı torpaqların becərilməsi və maldarlıqla məşğul olan əkinçilər. 
 
XVII əsrin ikinci yarısında Azərbaycan şəhərlərinin ümumi xüsusiyyətləri aşağıdakılar idi: 

 
Şəhərlərdə bitün hakimiyyət iri torpaq sahibi olan bəylərbəyinin əlində idi. 

 
Şəhərlərdə ali din xadimlərinin ixtiyarında vəqf mülkləri, kəndlər, su mənbələri və.s var idi. 

 
Yerli əyanlar şəhərin feodal zümrəsi işərisində say hesabı ilə üstünlük təşkil edirdilər. 

 
Şəhərlərdə  ticarət  kapitalının  rolu  artırdı  (Səfəvi  sarayı  ticarəti  himayə  edirdi.  Tacirlər  isə  həmeşə  mərkəzi  və  yerli 
hakimiyyətin möhkəmlənməsini istəyirdilər). 

 
Şəhərlərdə sənətkarlar və  tacirlər mühüm yer tuturdular. 

 
Şəhərlərinin simasını sənətkarlıq müəyyən edirdi. 

 
Şəhərlərin əhalisi əkinçilik və maldarlıqla da məşğul olurdu. 

 
Şəhərə bəylərbəyi, xan və sultan rütbəsi olan – hakim həmçinin məlik başçılıq edirdi. 
XVII əsrin ikinci yarısında Azərbaycan şəhərlərinin idarəetmə sistemi aşağıdakı kimi idi: 
1.
 
Hakim, məlik – şəhərə başçılıq edirdi. 
2.
 
Vəzir  -  şəhərin  maliyyə  işlərinin  qaydaya  salınması  və  dövlət  xəzinəsinin  doldurulması  səlahiyyətinə  malik  idi  (vəzir 
dərəcə  etibarı  ilə  bəylərbəyidən  aşağı  olsa  da  müstəqil  fəaliyyət  göstərirdi.  O,  mərkəzi  hakimiyyət  tərəfindən  təyin 
edilirdi və birbaşa ona tabe idi). 
3.
 
Darğa - şəhərdə asayişi qoruyur, şəriət normalarına riayət olunmasına nəzarət edir, hakim təbəqələrin göstərişlərinə əməl 
edirdi. 
4.
 
Qazı  –  şəhərdə  məhkəmə  işlərinə  baxırdı  (bəzi  şəhərlərdə  qazının  vəzifəsini  rütbəcə  ondan  yuxarı  olan  şeyxülislam 
yerinə yetirirdi). 
5.
 
Kələntər  -  şəhərlərdə  sənətkar  və  tacir  təbəqəsinə  vergi  qoyulması,  daxili  problemlərin  qaydaya  salınması  ilə  məşğul 
olurdu. 
6.
 
Naib  şəhərin sənətkarlıq və ticarətin hər bir sahəsində kələntərə kömək edirdi. 
 
 
 
 
 
XVII əsrin ikinci yarısında daxili ticarətdə 
mühüm rol oynayan şəhərlər 
 
Naxçıvan 
 
Ordubad 
 
Şamaxı 
 
Ərdəbil 
 
Bakı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə