Dərslik II hiSSƏ 2


XVII əsrin ikinci yarısında Azərbaycan şəhərlərinin idarəetmə sistemi



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə5/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   142

 
10 
XVII əsrin ikinci yarısında Azərbaycan şəhərlərinin idarəetmə sistemi 
 
 
 
   
 
 
Səyyahlar XVII əsr Azərbaycan şəhərləri haqqında  
 
XVII əsr Azərbaycan şəhərləri haqqında osmanlı səyyahı Övliya Çələbi, alman səyyahı Adam Oleari, holland səyyahı Yan 
Streys və.b məlumatı vermişdir. 
 
 
Osmanlı  səyyahı  Övliya  Çələbi  yazırdı:  “Əsrin  əvvəllərində  olduğu  kimi  XVII  əsrin  ikinci  yarısında  da  Gəncə  şəhəri 
Qarabağ  bəylərbəyiliyinin  iqamətgahı  və  Qacar  sülaləsinə  məxsus  əyanların  məskəni  kimi  qalırdı”.  Alman  səyyahı  Adam 
Olearinin  məlumatına  görə  “Şamaxı  hər  iki  tərəfdən  ayrıca  divarlarla  əhatəyə  alınmışdı  və  iki  hissədən  ibarət  olan  şəhər  idi. 
Şəhərin  şimal  hissəsi  cənub  hissəsindən  bir  qədər  kiçik  idi.  Burada  daşdan  hörülmüş  beş  qapı  var  idi”.  Əsrin  ortalarına  yaxın 
Şamaxı azərbaycanlılardan başqa, gürcü, yəhudurus və hind tacirlərinin ticarətlə məşğul olduqları ticarət-sənətkarlıq mərkəzi idi.  
 
Holland səyyahı Yan Streysin məlumatına görə 1670-ci ildə Şamaxı yenə də tərəqqi etməkdə olan bir şəhər idi. 1683-cü ildə 
Bakıda olmuş Kempfer şəhər və neft mənbələri haqqında dəyərli məlumat verir. Səyyahın çəkdiyi şəkil Bakı qalasının dördkünc 
olduğunu göstərir. 
 
Ərdəbil  şəhəri  Səfəvi  şeyxlərinin  himayəsi  sayəsində  abadlaşırdı.  Bu  zaman  Ərdəbilə  gələn  Pyetro  dela  Valle  yazır  ki, 
mənbəyini Savalan dağından alan Balıqlı çayının suyu Ərdəbilin əksər küçələrindən axır və şəhər Venetsiyanı xatırladır. Ərdəbilə 
gələn  digər  səyyah  –  F.Kotovun  məlumatına  görə,  bu  şəhər  Şamaxıdan  böyük  idi.  Holland  səyyahı  Y.Streysin  məlumatına  görə 
əsrin 70-ci illərində Ərdəbil “özünün böyülküyü və qədimdən qalmış gözəlliyi ilə başqa şəhərlərdən üstün idi”. 
XVII əsrin birinci yarısında iki dəfə dağıdılmış Naxçıvan şəhəri sonralar müəyyən qədər tərəqqi etsə də, özünün əvvəlki əzəmətinə 
çata bilmədi. J. Taverniye yazırdı ki, əsrin ikici yarısında bərpa işləri aparılmış, fəqət şəhər xarabalıqlardan xilas ola bilməmişdir.  
XVII əsrin son rübündə Naxçıvana gəlmiş J.Şarden onu böyük, lakin dağıdılmış şəhər kimi təsvir edir.  
 
Sənətkarlıq 
Şəhər  əhalisinin  gəlirinin  əsas  hissəsi  sənətkarlıq  istehsalı    ticarətlə  bağlı  idi.  Əkinçilik,  maldarlıq  və  bağçılıq  əhalinin 
əksəriyyətinin – sənətkarların və xırda tacirlərin əlavə gəlir mənbəyi idi.  
XVII  sərin  ikinci  yarısında  şəhər  təsərrüfatı  bərpa  olunduqca,  əhalisi  artdıqca,  satış  bazarı  genişləndikcə  Azərbaycanda 
ayrı-ayrı səntkarlıq məmulatlarının hazırlanması üzrə ixtisaslaşma gedirdi. Ölkədə 44-dən çox sənət və peşə növü mövcud idi.  
XVII sərin ikinci yarısında yeni istehsal sahələri olan çini qablar və pəncərə şüşəsi istehsalı yaranır, odlu silah istehsalı 
isə  genişlənirdi.  Təbriz,  Ərdəbil,  Şamaxı,  Gəncə,  Naxçıvan,  Marağa,  Ərəş,  Mərənd,  Xoy,  Ordubad  mühüm  sənətkarlıq 
mərkəzləri idilər. 
Şəhərləri  iqtisadiyyatda  toxuculuq  mühüm  yer  tuturdu.  Azərbaycan  şəhərləri  parça  toxuculuğu  ilə  ixtisaslaşırdı.  Alman 
səyyahı  A.Oliari  yazırdı  ki,  Azərbaycanda  “…  sənətkarların  çoxu  pambıq  və  ipək  parçalar  istehsalı  ilə  məşğul  olan…  toxucu, 
boyaqç və ya bəzəkçi rəssamlar idilər”. Dövrün böyük toxuculuq emalatxanasını xatırladan Şirvanın xam ipəyi və ipək məmulatı 
beynəlxalq əhəmiyyət kəsb edirdi. Xam ipək istehsalı sahəsində Şirvan Yaxın və Orta Şərqdə Gilandan sonra ikinci yeri tuturdu. 
Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə də hasil edilirdi.  
Bu dövrdə Azərbaycanda ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıq idi. Xalçaçılıq həm bədii xüsusiyyətlərinə, 
həm  də  istehsalın  həcminə  görə  öz  inkişafının  yüksək  səviyyəsinə  çatmışdı.    Təbriz  Azərbaycanın  və  bütün  Şərqin  iri  xalçaçılıq 
mərkəzinə çevrilmişdi. Xarici bazarlarda Quba xalçalarına, o cümlədən Abşeron, Qarabağ, Naxçıvan xalçalarına tələbat var idi. 
Şəhərlərdə  metalişləmənin  müxtəlif  sahələri  inkişaf  edirdi.  Polad,  mis,  qızıl,  gümüş  məmulatı  istehsalında  Azərbaycan 
ustaları dünya şöhrəti qazanmışdır. Şamaxı və Lahıcda – mis məmulatı, silah və zirehli geyimlər hazırlanırdı.  
Şəhərlərinin 
idarəetmə 
 
Hakim (məlik)
 
Vəzir
 
Qazi
 
 
Kələntər
 
 
Şeyxülislam
 
 
Naib
 
Darğa
 
 


 
11 
Ağacişləmədə daha çox nəzərə çarpan nəccarlıq idi. Nəccarlar (dülgərlər) adətən palıd, fıstıq və.s ağac növlərindən müxtəlif 
məişət əşyaları düzəldirdilər. 
 
XVII əsrin ikinci yarısında yeni yaranan sənət sahələri 
 
 
 
Sənətkar qrupları 
Müxtəlif  sənətkarlıq  məhsulları  hazırlayan  sənətkarlar  –  müxtəlif  əsnaflarda  (sex  təşkilatlarında)  birləşirdilər.  XVII  ərin 
ikinci yarısında Azərbaycanda sənətkarlar əsasən üç qrupa bölünürdü: 
1.
 
Fərdi fəaliyyət göstərənlər. 
2.
 
Xüsusi təşkilatlarda birləşənlər. 
3.
 
İri feodal emalatxanalarında işləyənlər. 
 
Fərdi sənətkarlar say üstünlük təşkil edirdi. İlk iki qrupa aid olan  sənətkarların feodaldan şəxsi, hüquqi asılılığı yox idi. Lakin 
onlar  müxtəlif  inzibati  yollarla  feodaldan  asılı  vəziyyətə  salınmışdılar.  Üçüncü  qrup  sənətkarlar  hüquqi  və  iqtisadi  cəhətdən 
feodallardandaha  çox  asılı  idilər.  Hər  bir  sənətkar  sənət  vergisi  ilə  yanaşı,  şəhər  əhalisinin  aşağı  təbəqəsi  kimi  vergi  verməli, 
mükəlləfiyyətlər daşımalı idi.  
 
XVII əsrin ikinci yarısında Azərbaycanda daxili və xarici ticarət 
XVII  əsrin  ikinci  yarısında  Azərbaycanda  ticarət  inkişaf  etməkdə  idi.  Ticarətin  inkişafında  şəhərlərin  rolu  böyük  idi.  Bu 
dövrdə  ticarət  dövriyyəsi  və  sənətkarlıq  istehsalı  baxımından  Təbriz  şəhəri  xüsusilə  fərqlənirdi.  Təbrizdəki  “Qeysəriyyə”  bazarı 
Asiyada ən böyük bazar idi.  
Avropa səyyahları ölkədə hazırlanan dəri məmulatlarının, çini qabların, müxtəlif silahların, ipək və yun parçaların ticarətində 
ixtisaslaşmış mərkəzlərin adlarını sadalayırdı.  
XVII əsrdə daxili ticarətdə - Naxçıvan, Ərdəbil, Bakı  Ordubad şəhərləri müstəsna rol oynayırdı. 
Əmtəə-pul münasibətlərinin zəif inkişaf etdiyi bölgələrdə ticarət həftədə bir dəfgə, əhalinin toplaşdığı həftəbazarda gedirdi. 
Böyük  hərbi  əməliyyatlar  aparılan  vaxtlarda  ordubazarlar  təşkil  olunurdu.  Ordubazarda  malların  qiyməti  şəhər  bazarlarındakı 
qiymətlərdən  yüksək  olurdu.  Yerli  bazarlarda  qiymətlərin  səviyyəsi  mövsümdən  və  siyasi  vəziyyətdən  asılı  idi.  Yerli  hakimlər 
xalqın narazılığından ehtiyyat etdiyi üçün bazarda qiymətlərin çox artırılmasına imkan vermirdilər. 
XVII  əsrin  ikinci  yarısında  böyük  anbarları  və  dəftərxanaları  olan  karvansaralar  Azərbaycanda  və  qonşu  ölkələrdə  xarici 
ticarətin  mərkəzləri  hesab  olunurdu.  Bu  karvansaralarda  topdan  satış  ticarət  əməliyyatları  aparılırdı.  Belə  əmliyyatlar 
karvansaraçının icazəsilə aparılır və xüsusi dəftərlərdə qeyr olunurdu. Bundan başqa karvansaraçı aşağıdakı bir-çox hallara nəzarət 
edirdi: 

 
Karvansarada qayda-qanunla aparılmasına. 

 
Əmtəənin keyfiyyətinin, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılaşdırılmış qiymətlərə. 
XVII əsrin ortalarında  Azərbaycanın qonşu ölkələrlə,  həmçinin Qərblə ticarət əlaqələri  canlanmışdı. Bu dövrdə Osmanlılar 
Azərbaycandan cins atlar  və dəvələr almağa çox maraq göstərirdilər. Azərbaycan tacirləri İtaliya və başqa Avropa ölkələri ilə sıx 
iqtisadi  əlaqələr  yaratmaq  məqsədilə  Osmanlı  tranzit  ticarət  yolundan  istifadə  edirdilər.  Məhsullar  İstanbul,  İzmir,  Hələb 
şəhərlərinə vasitəsi ilə dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər Avropanın Şərq ölkələri ilə tranzit ticarətində “göndərmə 
məntəqələri” idi. 
Azərbaycanla  Şərqi  Avropa  şəhərləri  arasında  Həştərxan  vasitəsilə  daimi  ticarət  əlaqələri  yaranmışdı.  Şirvandan  aparılan 
ipək, orada xəz dəri, mis, qalay və.s məhsullara dəyişilirdi. Şərqi Avropa tacirləri dəniz yolu ilə Dərbəndə, ordan da Bakıya gəlir, 
sonra isə İrana keçib cənuba, ordan da Hindistana  gedirdilər.   
XVII  əsrin  ikinci  yarısında  Azərbaycanla  Hindistan  arasında  geniş  ticarət  əlaqələri  yaranmışdı.  Bu  dövrdə  hindlilərin 
Azərbaycanda  ticarət  məskənləri  olması  bunu  sübut  edir.  Bakı,  Şamaxı,  Təbriz,  Ərdəbil    Dərbənddə  hind  tacirlərinə  məxsus 
karvansaraların tikilməsi də Azərbaycan-ticarət əlaqələrinin genişlənməsini sübut edir. XVII əsrin 80-ci illərində Şamaxıda 200-ə 
yaxın hind taciri yaşayırdı. Bu dövrdə Azərbaycanda məskən salmış multanı adlandırılan hind tacirləri daha çox fəaliyyət göstərir, 
Bakının  ticarət  həyatında  xüsusi  mövqe  tuturdular.  Abşeronun  Suraxanı  kəndində  hindlilərin  XVII  əsrə  aid  xüsusi  atəşpərəstlik 
məbədi vardı. Hind malları  Volqa-Xəzər su yolu ilə Rusiya və Avropaya aparılırdı. Ticarət daşımalarında Bakı, Şamaxı, Şabran 
Çini qablar 
 
Pəncərə-Şüşə istehsalı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə