Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə3/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   142

 

XVII əsrin sonunda Səfəvi hökmdarı rus çarının Osmanlı imperiyasına qarşı birgə çıxış etmək  təklifinə mənfi münasibətini 
bildirdi. Bu təklifin qəbul olunmamasına Səfəvilər dövlətinin hərbi potensialının zəifləməsi ilə izah etmək olar. Bu dövrdə Rusiya 
çarları Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar.  
 
 
XVII əsrin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi vəziyyət 
 
Hakim təbəqə - Feodal zümrəsi 
XVII əsrin ikinci yarısında Azərbaycanda torpağın sahibi olan hakim təbəqə - feodal zümrəsi hüquqi
 
cəhətdən şərti olaraq 
üç qrupa bölünürdü:
 
1.
 
Hərbi feodal əyanlar. 
2.
 
İri torpaq sahibləri olan ali rühanilər. 
3.
 
Mülki əyanlar. 
Feodal zümrəsinin birinci qrupuna daxil olan Azərbaycanın hərbi-feodal əyanları da öz növbəsində üç təbəqəyə bölünürdü: 
1.
 
Qızılbaş hərbi-feodal əyanları. 
2.
 
Qızılbaş tayfasından olmayan yerli türklərdən ibarət əyanlar. 
3.
 
Şah qulamları içərisindən çıxmış hərbi sərkərdələr. 
Feodal zümrəsinin ikinci qrupuna daxil olan ali ruhani təbəqəsinin nümayəndələrinin mövcudluğu əsasən vəqf torpaqlarının 
idarə edilməsi ilə bağlı idi. Ümumiyyətlə ali ruhani təbəqəsi: 

 
Vəqf torpaqlarını idarə edir və mülki hüquqlara malik idilər. 

 
Mülki işlərə baxılması tamamilə onların əlində idi. 

 
Onlardan şəriət məhkəmələrini aparan seyxülislam, qazı təyin olunurdu. 

 
Şiəliyi yaymaqla ölkədə öz təsirini gücləndirirdilər. 

 
Ölkənin ictimai siyasi həyatın inkişafına kömək edirdilər. 

 
Rühanilərə sədr başçılıq edirdi. Sədr: 

 
Ölkənin baş rühanisi hesab edilirdi 

 
Şahın nəvvabı-müavinə sayılırdı 
Feodal zümrəsinin üçüncü qrupuna daxil olan mülki əyanlar içərisində yerli türklərin xüsusi rolu var idi.   Qızılbaş əyanları 
Azərbaycanda yaşamağı və onu idarə etməyi üstün tuturdular. Əyanların mövqeyi daha güclü olan Qarabağda və Şirvanda onların 
ali nümayəndələri məlik titulu daşıyırdılar. 
 
XVI əsr – XVII əsrin birinci yarısında Səfəvilər dövlətində 
feodal zümrəsi 
XVII əsrin ikinci yarısında Səfəvilər dövlətində 
feodal zümrəsi 
1.
 
Şah və hakim sülalə üzvləri 
2.
 
Yarımköçmə qızılbaş hərbi əyanları 
3.
 
Ali şiə ruhaniləri 
4.
 
Mülki bürokratiyanın yuxarı təbəqəsi 
5.
 
Qədim oturaq əyanlar 
 
1.
 
Hərbi feodal əyanlar. 
2.
 
İri torpaq sahibləri olan ali rühanilər. 
3.
 
Mülki əyanlar. 
 
 
 
Kəndli qrupları 
XVII  əsrdə  Azərbaycanda  cəmiyyətin  əsas  istehsalçısı  və  istismar  olunan  təbəqəsi  kəndlilər  idi.  Bu  dövrdə  vergi  verən 
kəndlilər (rəiyyət) - əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: 

 
Hampa - İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. 

 
Əkər  (rəncbər)  -  Təsərrüfatsız  və  yardımçı  kənd  təsərrüfatı  işlərində  çalışanlar  (gözətçi,  çoban,  bağban  və  s.)  və 
məşğuliyyəti olmayan yoxsul kəndlilər idi. 

 
Elat - yaylaq və qışlaq maldarlığı ilə məşğul olan və yarımköçəri həyat sürən əhali idi. 
Azərbaycan kəndliləri içərisində elatların xüsusi çəkisi var idi. Elatlara aiddir: 

 
Köçəri həyat sürür və orduda qulluq etməli idilər. 

 
Elat başçıları “elxan” titulu daşıyırdı. 

 
Hərbi yürüş elan edilən vaxt hər elat-tayfa süvari qoşun verməli idi. 

 
Hər bir elatın mövqeyi onun verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. 

 
Elatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verir və mükəlləfiyyətlər icra edirdilər. 


 

XVII əsrdə elat təsərrüfatlarının hələdə davam etməsinin və  onların oturaq həyata  keçməsini ləngidən bir çox səbəblər var 
idi. Həmin səbəblər aşağıdakılar idi: 
a)
 
Elatlar içərisində patriarxal qalıqların hələ də güclü olması . 
b)
 
Suvarma şəbəkəsinin bərbad vəziyyətdə olmaslı. 
c)
 
İrriqasiya tikililərinin çatışmazlığı. 
d)
 
Suvarılan torpaqların məhdudluğu və.s. 
 
Kənd təsərrüfatı 
XVII  əsrin  ikinci  yarısında  da  Azərbaycanın  iqtisadiyyatında  kənd  təsərrüfatı  əsas  yer  tuturdu.  Bu  dövrdə  təsərrüfatın 
əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Cəmiyyətin başlıca vergi verən təbəqəsi isə kəndlilər idi. Onlar feodallara  dövlətə 
mənsub torpaqlarda əkinçiliklə məşğul olurdular. Azərbaycanda su ehtiyatları və süni suvarma şəbəkəsi də feodalların və dövlətin 
mülkiyyətində idi. 
Azərbaycanda  demək  olar  ki,  bütün  kənd  təsərrüfatı  bitkiləri  yetişdirilirdi.  Bu  dövrdə  Azərbaycanda  olmuş  türk  səyyahı 
Övliya Çələbi - Təbriz ətrafında buğdanın 7 növü və arpa becərildiyini xüsusilə qeyd etmişdi. Arazın cənub sahilləri, xüsusilə 
Ərdəbil vilayəti buğda əkini sahələrinin məhsuldarlığı ilə seçilirdi. 
Azərbaycanda çəltik və paxla əkininə böyük əhəmiyyət verilirdi. Çəltik və paxla Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa 
 Naxçıvanda yetişdirilirdi. Əylisli Zəkəriyyə yazırdı: “Marağada Hindistan çəltiyindən də keyfiyyətli çəltik yetişdirildi”
Azərbaycanın  kənd  təsərrüfatında  pambıqçılıq  mühüm  yer  tuturdu.  Övliya  Çələbi  yazırdı  ki,  Şirvan,  Xoy,  Gəncə  və 
Naxçıvanda pambığın 7 növü yetişdirilir.  
Bağçılıq əhalinin ən böyük gəlir mənbəyi idi. Xəzəryanı vilayətlərdə sitrus bitkiləri, zeytun yetişdirilirdi. Ölkədə müxtəlif 
üzüm  növləri  var  idi.  Fransız  səyyahı  Şardenin  məlumatlarına  görə,  yalnız  Təbrizdə  üzüm  növlərinin  sayı  60-a  çatırdı.  Övliya 
Çələbinin yazdığına görə, Şəmaxıda üzümün 7 növü yetişdirilirdi. 
Azərbaycanda  tərəvəzçilik    bostançılıq  da  geniş  yayılmışdır.  Şəhərlərin  ətrafında  bostan  bitkiləri  yetişdirilən  sahələr 
olurdu. Əldə olunan məhsul yalnız daxili tələbatı ödəyirdi və satışa verilmirdi. 
Tut,  çəkil  ağaclarının  becərilməsi  ilə  əlaqədar  ipəkçilik  Şəkidə,  Şirvanda    Qarabağda  əhalinin  qədim  və  ənənəvi 
məşğuliyyət sahələrindən biri idi. 
Azərbaycanda  hələ  qədimdən  toxuculuqda  işlənən  və  öz  keyfiyyəti  ilə  fərqlənən  boyaqotu  (qızılboya)  becərilirdi.  Əsasən 
Şirvanda geniş yayılmış boyaqotu xarici ölkələrə də ixrac edilirdi. 
Abşeron ərazisində zəfəran becərilirdi. Zəfəran da qiymətli ixrac məhsullarından biri idi. 
XVII  əsrin  ikinci  yarısında  Azərbaycanın  kənd  təsərrüfatında  yeni  bitki  növü  olan  tütün  yetişdirilirdi.  Bu  dövrdə  tütün 
Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada becərilirdi. Tütün bitkisini portuqaliyalılar XVII 
əsrin sonlarında Amerika qitəsindən öz ölkələrinə və oradan da Azərbaycana gətirmişdilər. 
Əkin  üçün  yararlı  geniş  torpaq  sahələrinin  mövcudluğu  şəraitində  suyun  azlığı  keçmiş  vaxtlarda  olduğu  kimi,  XVII  əsrin 
ikinci yarısında da Azərbaycanda əkinçiliyin səciyyəvi cəhəti idi. Buna görə də əkinçilikdə  süni suvarma mühüm rol oynayırdı. 
Əkin sahələrinin məhsuldarlığı suvarma vasitələrindən asılı idi. Süni suvarmada çay, bulaq və kəhriz sularından istifadə edilirdi.  
XVII  əsrin  ikinci  yarısında  maldarlıq  da  inkişaf  etməkdə  idi.  Bu  daxili  bazarın  təlabatını  ödəməklə  yanaşı  xaricə  məhsul 
göndərməyə  imkan  verirdi.  Əhalinin  xeyli  hissəsi  köçmə  maldarlıqla  məşğul  olurdu.  Səfəvi  şahlarının  Qarabağ,  Mərənd  və 
Marağada xüsusi at ilxıları var idi. İstanbul-Təbriz-Hindistan ticarət əlaqələrində at  qatır əsas nəqliyyat vasitəsi idi. Səfəvi 
imperiyasının mövcud olduğu bütün dövrdə dəvədən əsasən yük daçınmasında  istifadə edilmişdir. 
Azərbaycanda arıçılıq da inkişaf etdirilirdi.  Arıçılığın ən çox inkişaf etdiyi bölgələr Gəncə və Ərdəbil idi. 
 
Torpaq mülkiyyəti formaları 
XVII  əsrin  ikinci  yarısında  Azərbaycanda  mövcud  olan  torpaq  mülkiyyəti  formaları  əvvəlki  dövrlərdə  olduğundan  az 
fərqlənirdi. Bu dövrdə Azərbaycanda aşağıdakı torpaq mülkiyyəti formaları mövcud idi: 
1.
 
Dövlət torpaqları (divan). 
2.
 
Şah və onun ailəsinə məxsus olan torpaqlar (xalisə). 
3.
 
Hərbi və mülki xidmət müqabilində verilən torpaqlar (tiyul və soyurqal). 
4.
 
Məscidlərə və ruhanilərə məxsus torpaqlar (vəqf). 
5.
 
Xüsusi mülkiyyətdə olan torpaqlar (mülk). 
6.
 
İcma torpaqları (camaat). 
XVII  əsrin  ikinci  yarısında  Azərbaycanda  aparıcı  mülkiyyət  formaları  -  divan    xalisə  idi.  Divan  torpaqlarından    əldə 
edilmiş bütün gəlirlər dövlət xərclərinin  ödənilməsinə sərf edilirdi. Xalisə torpaqlarından əldə olunmuş gəlirlər isə şaha mənsub 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə