Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə8/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

 
16 
 
 
AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA
 
 
XVIII əsrin birinci yarısında Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət 
 
Səfəvilər dövlətində iqtisadi və siyasi böhran 
XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  Səfəvi  dövləti  dərin  iqtisadi  və  siyasi  böhran  keçirirdi.  Azərbaycanda  xalq 
kütlələrinin  vəziyyəti  isə  xüsusilə  ağır  idi.  Dövlət  xəzinəsi  o  dərəcədə  boşalmışdı  ki,  Şah  Sultan  Hüseyn  (1694-1722)  ata-
babalarının  Ərdəbildəki  məqbərələrində  olan  qiymətli  əşyaları  əritməyi  və  onlardan  pul  kəsməyi  əmr  etmişdi.  Mərkəzi  dövlətin 
zəifləməsindən istifadə edən bəzi bəylərbəyilər və başqa iri feodallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər. 
Səfəvilər  dövlətinin  iqtisadi  həyatındakı  tənəzzülü  1716-cı  ildə  Rus  çarı  I  Pyotr  (1689-1725)  tərəfindən  İrana  göndərilən 
A.P.Volinski aydın yazır: “Səfəvilər dövlətinin taxıl anbarı hesab edilən Azərbaycanda tarlalar 7 il ərzində əkilməmişdir, ölkədə 
aclıq  hökm  sürür.  Dövlətin  ağır  xərclərini  vergilərin  hesabına  ödəyəcəyinə  ümid  edən  şah  höküməti  bu  işi  qaydaya  salmaq 
məqsədilə əhalini yenidən siyahıya aldı. Əhalinin təkcə özü deyil, əmlakı da siyahıya alındı”. 
1699-1702-ci illərdə Səfəvilər dövlətində əhalinin və onun əmlakının siyahıya alınması  nəticəsində

 
   ölkədə toplanan vergi və mükəlləfiyyətlərin sayı artırıldı 

 
   xalqın var-yoxdan çıxmasına səbəb oldu 
Toplanmış vergilərin çox az bir hissəsi xəzinəyə göndərilir, qalanı isə yerli hakimlər tərəfindən mənimsənilirdi. 
 
Azərbaycanda Səfəvi zülmü əleyhinə ilk üsyanların baş verməsi 
XVIII əsrin əvvəllərində feodal istismarının güclənməsi geniş xalq kütlələrinin müqavimətinə səbəb olurdu. Belə bir şəraitdə 
Azərbaycanda da şah hakimiyyətinə və yerli hakimlərə qarşı müqavimət hərəkatı gücləndi. 
Azərbaycanda  Səfəvi  zülmü  əleyhinə  ilk  kütləvi  xalq  çıxışı  1707-ci  ildə  Car-Balakən  bölgəsində  baş  verdi.  Şahın  cəza 
dəstələri  bu  çıxışı  çətinliklə  yatırdı.  1711-ci  ildə  Car  camaatı  yenidən  üsyan  qaldırdı.  Onlar  Şamaxı  şəhərlərinə  hücum  edib 
Səfəvilər dövlətinin Azərbaycandakı inzibati mərkəzinə od vurmaq qərarına gəldilər. Şirvanlılar da üsyana qoşuldu.  Bəylərbəyinin 
qoşunu  ilə  döyüşdə  üsyançılar  qalib  gəldi  və  Şirvan  bəylərbəyi  döyüş  meydanında  həlak  oldu.  Şah  Sultan  Hüseyn  buraya  yeni 
bəylərbəy -Keyxosrovu göndərdi. 
QEYD:  Muğan  əhalisi  birinci  olaraq  mərkəzi  hakimiyyətdən  üz  döndərdi.  A.Volinski  yazır  ki,  onlar  şahın  göndərdiyi 
nümayəndəni qovaraq, yerli əıyanlardan özlərinə hakim seçdilər və şah qoşununu darmadağın etdilər. 
Səfəvi  hakimiyyəti  əleyhinə  Azərbaycanın  cənubunda    şimal-şərqində,  o  cümlədən  Cənubi  Dağıstanda  ciddi  çıxışlar 
oldu.  1709-cu ildə Təbrizdə  sənətkar və şəhər  yoxsulları şah zülümünə qarşı çıxdılar. Tezliklə bu  mübarizə kəndliləri də bürüdü. 
1709-1715-ci illərdə kəndli çıxışları Soucbulaq və Muğanda da baş verdi. 
 
Şirvanın feodal zülmünə qarşı mübarizə mərkəzinə çevrilməsi 
XVIII  əsrinin  20-ci  illərində  Şirvan  feodal  zülmünə  qarşı  aparılan  mübarizənin  mərkəzinə  çevrildi.  Şirvandakı  xalq 
hərəkatına  Hacı  Davud  başçılıq  edirdi.  1719-cu  ildə  Şirvan  üsyançıları  başda  H.Davud  olmaqla    Dərbənd,  Şirvan    Xudata 
hücum etdilərLakin şahın hərbi hissələri hərəkatı yatıra bildilər. H.Davud həbsxanaya salındı. 
1720-1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə yenidən qızışdı. Həbsdən qaçan Hacı Davud Şirvanda və 
Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya müraciət etdi. Lakin bu, Rusiyanın mənafeyinə uyğun gəlmədiyi 
üçün onun müraciətləri cavabsız qaldı. Onda Hacı Davud öz qüvvələrini toplayıb Dağıstan feodalı – Qazıqumuxlu Surxay xanın 
köməyi  ilə  1720-ci  ildə  Şabranı  və  Xudat  qalasını  tutdu.  Müttəfiqlər  1721-ci  il  avqustun  10-da  Şamaxıya  hücum  etdi.  Şəhər 
əhalisinin  köməyi  ilə  Şamaxını  ələ  keçirdilər.  Bu  vaxt  rus  tacirlərinə  də  böyük  zərər  dəydi,  bəziləri  öldürüldü.  Laki  H.Davud  və 
Surxay xanın Azərbaycanın başqa vilayətlərinə hücum cəhdi uğursuz oldu.  
QEYD: Feodal istismarına qarşı yönəlməsi Məzdəkilər hərəkatı  ilə 1719-1721-ci illər üsyanlarını oxşar cəhətini təşkil edir.   
 
 
 
 
 
 
 
 
 
 
 
II BÖLMƏ 
 


 
17 
Hacı Davudun Qazıqumuxlu Surxay xanın köməyi ilə ələ keçirdiyi şəhərlər 
 
 
XVIII əsrin əvvəllərində Səfəvilər dövləti əleyhinə üsyanların baş verdiyi ərazilər 
 
 
 
Əfqanların Azərbaycana yürüşü və onun nəticələri (1722) 
XVIII  əsrin  20-ci  illərində  Səfəvilər  dövlətində  mərkəzi  hakimiyyətin  zəifləməsindən  istifadə  edən  əfqanlar,  ruslar  və 
osmanlılar Azərbaycana dağıdıcı yürüşlər etdilər. 
1722-ci  il  martın  8-də  əfqanlar  Səfəvilər  dövlətinin  ərazisinə  hücum  etdilər.  Əfqanların  Səfəvilər  dövlətinin  ərazisinə  bu 
yürüşü nəticəsində: 

 
Paytaxt İsfahan mühasirəyə alındı. 

 
İsfahan yaxınlığında döyüşdə Səfəvi şahı Sultan Hüseynin qoşunları məğlub edildi. 

 
Səfəvilər dövlətində mərkəzi hakimiyyət devrildi - Şah Sultan Hüseyn taxtdan salınaraq həbsə alındı. 

 
Sultan Hüseynin böyük oğlu Təhmasib Astarabadda özünü II Təhmasib adı ilə şah elan etdi. 
Mərkəzi hakimiyyətin devrilməsi müstəqil Azərbaycan dövlətini yaratmağa imkan verirdi. Lakin ölkənin ayrı-ayrı vilayətlər 
arasında  sıx  əlaqələrin  olmaması  və  qonşu  dövlətlərin  müdaxiləsi  1722-ci  ildə  Səfəvilər  dövlətində  mərkəzi  hakimiyyətin 
devrilməsi  və  Azərbaycanda  müstəqil  dövlətin  yaranmasına  mane  oldu.  Bu  zaman  Rusiya  və  Osmanlı  dövlətləri  Qafqazda 
hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular. 
 
 
Azərbaycan torpaqlarına yiyələnmək uğrunda dövlətlərarası mübarizə 
 
XVIII əsrin əvvəllərində Rusiyanın  Azərbaycana dair planları 
XVIII  əsrin  əvvəllərinə  qədər  Rusiyanın  hərbi-siyasi  təcavüz  üçün  qüvvəsi  olmadığından  Azərbaycana  qarşı    yalnız 
iqtisadi  siyasət  həyata  keçirirdi.  Lakin  XVIII  əsrin  əvvəllərində  Rusiya  çarı  I  Pyotr  hərbi  işğal  yolu  ilə  Xəzəryanı  bölgələri  ələ 
keçirməyi qərara aldı. I Pyotrun Xəzərsahili vilayətlərə 1722-1723-cü illər yürüşündə iki əsas məqsədi var idi: 
1.
 
    Cənubi Qafqazda möhkəmlənmək. 
2.
 
    Xəzərin qərb bölgələrini işğal etmək. 
Bu dövrdə I Pyotrun Xəzəryanı bölgələr üçün aşağıdakı planları var idi: 
1.
 
Xəzəryanı bölgələri işğal etmək. 
2.
 
Xəzər dənizini Rusiyanın daxili dənizinə  çevirmək. 
3.
 
Xəzər-Volqa yolu ilə  Şərq ölkələri ilə ticarət etmək. 
4.
 
Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmaq. 
5.
 
Osmanlının Cənubi Qafqaz və Xəzəryanı bölgələrdə möhkəmlənməsinə yol verməmək. 
I Pyotrun Xəzəryanı bölgələrə işğalçı yürüşünün əsil səbəbləri də elə bu planları gerçəkləşdirmək idi. 
I Pyotr Xəzəryanı ərazilərin işğalına başlamazdan əvvəl Azərbaycandakı sosial-iqtisadi və siyasi vəziyyəti öyrənmək üçün öz 
yaxın adamı A.P.Volıskiyə xüsusi və gizli  göstəriş verərək 1716-cı ildə regiona göndərdi. I Pyotr  A.P.Volınskiyə tapşırıq vermişdi 
ki, karvan yollarını, yolboyu otlaqların olmasını, yerli qoşunun, müdafiə qurğularının vəziyyətini öyrənib, buradakı xristianlarla 
əlaqə yaratsın. A.P.Volınskiyə burada rus ticarətinin inkişaf etdirilməsi prespektivinin öyrənilməsi də tapşırılmışdı.  
I Pyotr 1722-1723-cü illər kampaniyasında Təbrizə  Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulurdu. 
Rusiyanın  Cənubi  Qafqazı,  xüsusilə  də  Xəzəryanı  bölgələri  işğal  etmək  siyasəti  Osmanlı  imperiyasının  siyasəti  ilə 
toqquşurdu.  I  Pyotr  Osmanlı  imperiyası  tərəfindən  ciddi  müqavimətə  rast  gəldiyi  üçün  bu  məsələnin  həllini  gələcəyə  saxlamağa 
məcbur oldu. 
 
Xudat 
 
Şabran
 
Şamaxı
 
Təbriz üsyanı 
(1709) 
 
 
Soucbulaq və 
Muğan üsyanı 
(1709-1715) 
 
Şirvan üsyanı 
(1721-1719) 
 
 
Car-Balakən 
üsyanı 
(1707-1711) 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə