Dərslik II hiSSƏ 2


XVIII əsrin 20-ci illərində Azərbaycan uğrunda mübarizə aparan dövlətlər



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə9/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   142

 
18 
XVIII əsrin 20-ci illərində Azərbaycan uğrunda mübarizə aparan dövlətlər 
 
 
 
XVII əsrin ikinci yarısında  - XVIII əsrin əvvəllərində Rusiyanın xarici siyasət planları 
 
XVII əsrin ikinci yarısında Rusiyanın xarici siyasət 
 planları 
XVIII əsrin əvvəllərində Rusiyanın (I Pyotrun) 
Xəzəryanı bölgələr üçün planları 

 
Xəzər hövzəsində möhkəmlənmək 

 
Cənubi Qafqazda İngilis mövqelərinə zərbə 
vurmaq 

 
Ölkənin cənub sərhərlərini yeni işğallar hesabına 
genişləndirmək 

 
Osmanlı dövləti ilə Səfəvilər arasında gərginlik 
yaratmaq 
 

 
Xəzəryanı bölgələri işğal etmək  

 
Xəzər dənizini Rusiyanın daxili dənizinə  çevirmək 

 
Xəzər-Volqa yolu ilə  Şərq ölkələri ilə ticarət etmək 

 
Şərqlə Qərb ticarətində vasitəçiliyə nail olmaq 

 
Osmanlının 
Cənubi 
Qafqaz 
və 
Xəzəryanı 
bölgələrdə möhkəmlənməsinə yol verməmək 
 
 
 
Rusiyanın  Xəzəryanı bölgələrə yürüşünə bəhanə 
Rusiya hökuməti Xəzəryanı  bölgələri ələ keçirmək planını qətiləşdirmək üçün 1721-ci ildə baş verən Şirvan üsyanı vaxtı 
rus  tacirlərinin  zərər  çəkməsini  bəhanə  etdi.  I  Pyotr  yürüşün  əsl  mahiyyətini  rus  tacirlərinin    intiqamını  almaq  pərdəsi  altında 
gizlədərək, Hacı Davudu və Surxay xanı həm Səfəvi şahının, həm də  özünün düşməni kimi qələmə verdi. Şirvan üsyanının başçısı 
Hacı Davud I Pyotrun yürüşü zamanı  kömək üçün Rusiya ilə rəqabət aparan Osmanlı  sultanı III Əhmədə (1703-1730) müraciət 
etdi.  Osmanlı  sultanı  III  Əhməd  Hacı  Davudun  təklifini  müsbət  qarşıladı  və  qəbul  etdi.  Hacı  Davudun  Osmanlı    sultanına  bu 
müraciəti  osmanlıların  Azərbaycanın  daxili  işlərinə  qarışmasına  imkan  yaratdı.  Osmanlı  sultanının  Hacı  Davudun  təklifini  qəbul 
etməsinin səbəbi Cənubi Qafqazda rusların təcavüzünə  mane olmaq idi. 
 
 
Rusiyanın  Xəzəryanı bölgələrə yürüşə başlaması 
I Pyotrun Xəzəryanı vilayətləri asanlıqla işğal etməsinə iki amil şətait yaratdı: 

 
Səfəvi dövlətinin xeyli zəifləməsi və müqavimət göstərə biləcək gücünün olmaması. 

 
Hiyləgərliyi ilə Azərbaycan əhalisinin bir qismini öz tərəfinə çəkməsi. 
I Pyotr  1722-ci il iyunun 15-də,  yürüş ərəfəsində  Azərbaycan dilində  “Bəyannamə” nəşr etdirərək Şirvana  və Xəzəryanı  
bölgələrə göndərdi. “Bəyannamə”də: 

 
Rus qoşunu yürüşünün əsas səbəbi ört-basdır edilirdi. 

 
I Pyotr Xəzəryanı bölgələrdə yaşayan şiə əhalisini imnandırırdı ki, Səfəvi şahının dostudur, yürüşdən  məqsədi  bu 
yerlərdə  əmin-amanlıq  yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları  cəzalandırmaqdan ibarətdir. 

 
Səfəvilərə  qarşı  üsyan  edən  feodalların,  Osmanlı  türklərinin  bu  torpaqları  zəbt  etməsinin  qarşısını  alacaq,  burada 
Səfəvilərin hakimiyyətini bərpa edəcəkdir. 
I  Pyotr  1722-ci  il  iyunun  18-də  Həştərxandan  Azərbaycanın  Xəzəryanı  vilayətlərinə  yürüşə  başladı.  Rus  qoşunu  iki 
istiqamətdə  –  quru    dəniz  yolu  ilə  hərəkət  etdi.  Azərbaycan  ərazisinə  daxil  olan  rus  qounu  zəifləmiş  Səfəvi  qoşununun  ciddi 
müqavimətinə rast gəlmədi. Xəzəryanı vilayətlərə yürüş zamanı I Pyotr  dini amildən məharətlə istifadə edərək, Cənubi  Qafqazın  
Səfəvi 
 
Osmanlı 
 
Rusiya 
 
Cənubi Qafqazdakı xristian əhali ilə əlaqə yaratmaq 
 
Səfəvi dövlətinin ərazisində rus ticarətinin rerspektivlərini öyrənmək
 
Karvan yollarının, yerli qoşunun və müdafiə qurğularının vəziyyətini öyrənmək 
I Pyotrun 
Volinskiyə verdiyi 
gizli göstərişlər 
 


 
19 
xristian əhalisinə elan etdi ki, bu yürüşdə məqsəd  onları müsəlmanların zülmündən xilas etməkdir. I Pyotrun belə hiyləgərliyi ilk 
vaxtlar Xəzəryanı bölgələrdə əhalinin bir qisminin Rusiyaya meyl etməsinə səbəb oldu. 
1722-ci  il  avqustun  15-də    rus  eskadrası  Dərbəndə  daxil  oldu.  Şəhərin  naibi  İmamqulu  bəy  qalanın  açarlarını  rus  çarına 
təqdim etdi. I Pyotr 1722-ci il sentyabrın 7-də Peterburqa qayıtdı. Lakin Bakının tutulmasına böyük əhəmiyyət  verdiyindən bu işi 
general-mayor M.Matyuşkinə tapşırdı. I Pyotrun Peterburqa qayıtmasının əsas bəbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Avropadan İsveç tərəfindən Rusiya qarşı yeni müharibə təhlükəsinin yaranması. 

 
Xəzəryanı bölgələrə basqının Osmanlı dövlətinin kəskin etirazına səbəb olması. 

 
Hacı Davudun dağlarda qoşun toplayaraq rusların irəliləməsinin qarşısını almağa hazırlaşması. 
I  Pyotrun Xəzəryanı bölgələrə yürüşü zamanı Osmanlı ordusunun  qarşısında iki başlıca vəzifə dayanırdı: 
1.
 
Rus  hərbi hissələrinin Bakını  tutmasının  qarşısını almaq 
2.
 
Rusların Səfəvi dövlətinin qərbini və Cənubi Qafqazın şərqini ələ  keçirməsinə mane olmaq  
Osmanlı qoşununun irəliləməsi  xəbərini eşidən ruslar I Pyotrun göstərişi  ilə: 

 
    1722-ci ilin  dekabrında rus eskadrası  Rəşt şəhərini  zəbt  etdi 

 
    Şirvanda  rus konsulluğunun  açılması təşəbbüsünü  irəli sürüldü 
Səfəvi şalı II Təhmasib (1722-1732) höküməti  Şirvanda  rus konsulluğunun  açılmasına etiraz etdiyi üçün rusların bu planı 
baş tutmadı. 1722-ci ilin sonunda İsfahana konsul təyin olunmuş S.Abramov  Rəştə gələrək  burada konsulluq açdı. 
 
17 20-ci illərdə Rus ordusu Azərbaycana yürüş edərkən Osmanlı dövlətinin qarşısında duran əsas vəzifələr 
 
 
 
 
Rusların Bakını işğal etməsi (1723-cü il 28 iyul) 
Rusiyanın  Xəzəryanı  xilayətlərə  yürüşü  zamanı  Azərbaycanın  nüfuzlu  feodalları  rus  ordusuna  müqavimət  göstərməyin 
tərəfdarı idi. Onlardan biri də Bakı hakimi Məhəmməd Hüseyn bəy idi. Məhəmməd Hüseyn bəy və onun tərəfdarları öz güclərinə, 
həmçinin Hacı Davudun köməyinə arxalanaraq rus qoşunlarını Bakı qalasına buraxmamaq əzmində idilər. Odur ki, 
1723-cü  il, 
iyulun 6-da
 rus eskadrası   Bakı  körfəzinə   daxil  olarkən  Məhəmməd Hüseyn bəy I Pyotrun  məktubunu  və  rus   komandanlığının  
təslim olmaq haqqında təklifini rədd etdi və müqavimət göstərdi. Rus qoşunu  rədd cavabı  alan  kimi  şəhəri top  atəşinə tutdu, az 
sonra  isə, 
1923-cü il iyulun 28-də Bakını 
işğal etdi

I Pyortun əmri ilə Bakının alınması münasibəti ilə Peterburqda yaylım atəşi 
açıldı. Bakı işğal edildikdən sonra M.Matyuşkin Bakı hakimi   Məhəmməd Hüseyn bəyin Hacı Davudla əlaqədə olduğunu bəhanə 
edərək  onun  həbsə  alınmasını  əmr  etdi.  I  Pyotrun  göstərişi  ilə  o,  Roqaçevskə  sürgün  edildilər  və    orada  da  öldü.  Knyaz 
İ.Baryatinski Bakının  komendatı  təyin edildi. Bakı tutulduqdan sonra rus komandanlığı asanlıqla Salyanı da işğal etdi. 
Bakının  tutulmasından  ciddi  narahat  olmuş  İngiltərə    İstanbuldakı  nümayəndəsi  vasitəsilə  Osmanlı  sultanını  Rusiya  ilə 
müharibəyə təhrik etmiş, əks halda onu diplomatik münasibətləri kəsməklə hədələmişdir. 
 
I Pyotrun yürüşü zamanı tutulmuş ərazilər (ardıcıllıqla) 
 
 
 
Xəzəryanı bölgələrin Rusiyaya birləşdirilməsi. Peterburq müqaviləsi (1723) 
1723-cü il sentyabrın  12-də   Səfəvi şahı  II Təhmasibin Peterburqa  göndərdiyi elçisi   İsmayıl  bəy   şahdan icazə almadan 
müqaviləni özbaşına imzaladı. Səfəvi-Rusiya arasında imzalanam Peterburq müqaviləsinin şərtlərinə əsasən
: 
1.
 
Xəzəryanı bölgələr – Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqlarını (Dərbənd, Bakı, Salyan, Lənkəran, 
Rəşt və Ənzəli) Rusiyaya  ilhaq edildi – birləşdirildi. 
2.
 
Bunun əvəzində Rusiya Səfəvi şahına əfqanlarla müharibədə  hərbi yardım edəcəyini öhdəsinə götürd
ü 
Rusların  Səfəvi  dövlətinin  qərbini  və  Cənubi  Qafqazın  şərqini  ələ   
keçirməsinə mane olmaq  
 
Rus  hərbi hissələrinin Bakını  tutmasının  qarşısını almaq 
 
Osmanlı 
dövləti 
Bakı 
 
Rəşt 
 
Salyan 
 
Dərbənd 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə