Dərslik II hiSSƏ 2


Cənubi  Qafqaz və  digər Şərq ölkələri ilə iqtisadi əlaqələri  genişləndirmək məqsədilə



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə12/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   142

 
24 
I Pyotr Cənubi  Qafqaz və  digər Şərq ölkələri ilə iqtisadi əlaqələri  genişləndirmək məqsədilə Kürün mənsəbinə  yaxın bir 
yerdə    Peterburq  kimi  böyük  şəhər  salmaq  fikrinə    düşmüşdü.  Rusiya  tərəfindən  işğal  edilmiş  Xəzəryanı  bölgələrdə  ticarət 
dövriyyəsi xeyli artmışdı. Rusiyadan Xəzəryanı bölgələrə mahud, kətan gətrilir, yerli tacirlərdən isə xam ipək alınırdı. 
 
Rusiyanın Azərbaycanda həyata keçirdiyi hərbi-diplomatik tədbirləri 
Rusiya  işğal  edilmiş  Xəzəryanı  vilayətlərdə  öz  mövqeyiqi  möhkəmləndirmək  üçün    hərbi-diplomatik  tədbirləri 
gücləndirirdi. Rusiya işğal etdiyi  bölgələrdə hərbi-diplomatik tədbirləri gücləndirməsinin əsas səbəbi bunlar idi: 

 
Osmanlı türklərinin Azərbaycanda möhkəmlənməsi. 

 
Osmanlıların Xəzər sahillərinə yaxınlaşması. 
Rusiya Xəzəryanı bölgələrdə öz mövqeyiqi möhkəmləndirmək üçün aşağıdakı hərbi-diplomatik tədbirlər həyata keçirdi: 

 
Xəzəryanı  vilayətlərə yeni qüvvələr gətirildi. 

 
Dərbənd və Bakıya hərbi ləvazimat daşıdıldı. 
I Pyotrun vəfatından sonra taxta çıxan Rus imperatoru I Yekaterina  Səfəvi şahı II Təhmasiblə münasibətləri qaydaya salmaq  
üçün 1726-cı ildə knyaz V.Dolqorukov  Gilana göndərildi 
 
Rusiyanın Xəzəryanı bölgələrdə özünə sosial dayaq yaratmaq üçün yeritdiyi siyasət 
Çar  hökuməti    Xəzəryanı  bölgələrdə  özünə  sosial  dayaq  yaratmaq  məqsədi  ilə  -  bu  ərazilərə    xristian    əhalisini,  xüsusilə 
erməniləri    köçürməyə  çalışırdı.  I  Pyotr, 
1724-cü  ilin  noyabrında
    verdiyi  xüsusi  sərəncamda  bildirirdi  ki  -  əgər  erməni    xalqı  
bəyəndiyi  yerdə  yaşamaq  istəsə  ona  kömək  edib    torpaq  vermək  lazımdır,  şəhər  və  kəndlərdə  sahibsiz    qalan  evlər  də  onların 
ixtiyarına  verilməlidir.  Yəni  I  Pyotrun  sərəncamına  görə  -  yerli  əhalini  qovub,  bu  ərazidə  erməniləri  məskunlaşdırmaq  tələb 
olunurdu.  Şirvan  bölgəsində  ermənilərin  məskunlaşması  da  elə  I  Pyotrun  dövrünə  təsadüf  edir.  Sonrakı  dövrlərdə  də 
torpaqlarımızın zəbt edilməsinin əsasını məhz I Pyotr qoymuşdur.  
I  Pyotr    Rumyanstevə  tapşırmışdı  ki  -  erməniləri  Xəzəryanı    əyalətlərdə    istədikləri  şəhərlərdə  yerləşdirmək  üçün  lazım  
gələrsə,  yerli əhalini qovmaq lazımdır
QEYD:
 
1723-1725-ci  illərdə  regiondakı  ermənilərin  Rusiya  ilə  əlaqə  saxlayırdılar.  Bu  illərdə  ermənilərin  Rusiya  ilə  əlaqə 
saxlamaqda məqsədi Cənubi Qafqaz və Azərbaycanın işğal edilməsində ruslara yardım etmək idi. 
 
 
Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizə 
 
XVIII əsrin 30-cu illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyət 
XVIII əsrin 30-cu illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyət aşağıdakı kimi idi: 

 
Ərazisinin bir hissəsini əfqan, qərb hissəsini isə Osmanlılar zəbt etmişdir. 

 
Xəzəryanı ərazilər Rusiyanın işğalı altında qalırdı. 

 
Ölkə ərazisi Osmanlı ilə Səfəvi imperiyaları arasında gedən qanlı döyüşlər meydanına çevrilmişdir. 

 
Səfəvilər hakimiyyəti bir dövlət kimi varlığı üçün təhlükə yaranmışdı. 

 
Səfəvilər dövlətinin əvvəlki qüdrətinin bərpası üçün addımlar atılırdı. 
 
XVIII əsrin 20-ci illərin sonunda Azərbaycanda Osmanlılara qarşı üsyanlar 
Osmanlıların işğal etdikləri ərazilərdə onlara qarşı böyük narazılıq vardı. 
1726-cı ildə
 Zəngəzurda Osmanlılar əleyhinə güclü  
üsyan baş verdi. Zəngəzur üsyançıları Qafanda sultanın vergi  toplayanlarının  idarəsini tutaraq, orda Səfəvilər  dövründə qalmış 
vergi siyahıların ələ keçirib yandırdılar. Lakin Osmanlılar üsyançıları  ciddi cəzalandırdılar.  
1727-1728-ci  illərdə
  Osmanlılar  Azərbaycanın  işğal  etdiyi  bölgələrdə  əhalini  siyahıya  aldılar.  Osmanlılar  əhalini  siyahıya 
aldıqdan sonra  vergi toplanması işi Osmanlı vergi miqdarı ilə aparılırdı. Bu da Cənubi Qafqazda, xüsusilə Şirvanda  vergilərin 
xeyli artmasına, nəticədə hakim dairələrin  nümayəndəliyi ilə xalqın toqquşmalarına gətirib çıxarırdı.  
1729-cu  ildə
  Qarabağda,  Şamaxı,  Təbriz    digər  şəhərlərdə  Osmanlılar  əleyhinə    hərəkat  geniş  vüsət  aldı.  Eyni  vaxtda  
yerli əhalinin mübarizəyə qalxması Osmanlıları pis vəziyyətə  salmışdı.   Azərbaycanın  Xaçqala, Marağa, Həmrud,  Ərdəbil    
Xalxal bölgələrində  də Osmanlı hakimiyyəti əleyhinə üsyanlar baş vrmişdi.  Bu üsyanlar yalnız Kiçik Asiyadan çoxlu hərbi qüvvə 
gətirdikdən sonra 1731-ci ildə yatırıldı.  
XVIII  əsrin  20-ci  illərinin  sonunda  Azərbaycanda  Osmanlıya  qarşı  üsyanların  artması  Osmanlı  ordusunun  vəziyyətini 
xeyli çətinləşdirdi. Ümumiyyətlə, bu dövrdə Azərbaycanda Osmanlı ordusunun vəziyyətini çətinləşdirən amillər bunlar idi: 

 
Səfəvilər dövlətinin əvvəlki qüdrətinin bərpası üçün atılan addımları. 

 
Cənubi Qafqazda əhalinin mübarizə ruhunun artması. 


 
25 
 
Yeni Səfəvi - Osmanlı müharibəsinin başlanması. Kirmanşah müqaviləsi (1732) 
Səfəvilər    dövlətinin  dövlət  kimi  varlığa  üçün  təhlükə    yaranmışdı. Odur ki şah II Təhmasib və  yerli feodallar düşmənlərə 
qəraşı mübarizədə daxili qüvvələri birləşdirməyin zəruriliyini bildirdi. Bu  məsul vəzifəni  Əfşar tayfasından olan Nadir xan  öz 
üzərinə   götürdü. Əfqanların ölkədən  qovması  və Heratı tutması ölkədə Nadirin nüfuzunu artırdı. II Təhmasib Nadiri ordunun 
başçısı təyin etdi. Belə bir əlverişli şəraitdə 
1730-cu ildə
 II Təhmasibin Osmanlılardan işğal olunmuş Səfəvi torpaqlarının geri 
qaytarılmasını tələbi və Osmanlıların rədd cavabı Səfəvilərlə-Osmanlılar arasında müharibəyə səbəb oldu. 
1730-cü  ildən  etibarən  Nadir  Osmanlı    dövlətinə  qarşı  müharibəyə  başladı.    Nadir  Osmanlı  qoşunu  üzərində  ilk  böyük 
qələbəsini Marağada  qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra  Təbizi Osmanlılardan azad edildi.   
QEYD:
 Bu dövrdə Osmanlı dövlətində I Süleyman Mehmet (1730-1754) hakimiyyətdə idi. 
Osmanlı  hakim  dairələrinin  başlarının  daxili  işlərə    qarışmasından  məharətlə  istifadə  edən  Nadir  xan  Azərbaycanın  digər 
şəhərlərində olan türklərdən bu yerləri  tərk etmələrini tələb etdi. Lakin İrəvana qarşı yürüşə  hazırlaşarkən Xorasanda üsyanın baş 
verməsi səbəbi ilə Nadiri təcili qayıtmağa məcbur etdi. 
II  Təhmasib  öz    nüfuzunu  qaldırmaq  məqsədilə    Nadirin  qayıtmasını    gözləmədən 
1731-ci  ildə
  Naxçıvanı  və  İrəvanı 
Osmanlılardan  geri  almaq  üçün  hərbi  əməliyyatlara    başladı.   
1731-ci  ildə
  II  Təhmasibin  qoşunu  Üçkilsə  (Üçmüədzin) 
yaxınlığında  döyüşdə    Osmanlılar  üzərində  müvəffəqiyyət  qazansa  da,  İrəvan    afında    ağır    məğlubiyyətə  uğratdı.  Osmanlı 
komandanlığı bu uğurdan sonra itirilmiş əraziləri geri qaytarmaq qərarına gəldi. 
1731-ci  ilin  aprelində  Surxay  xan  da    Şirvandan  öz  dəstəsilə  Təbrizə  tərəf  irəlilədi  və  Gəncədən    göndərilən  Osmanlı 
qoşunları  ilə  birləşdi.  Osmanlılar    yenidən  Urmiyanı,  Təbrizi  və  Ərdəbili  tutdular. 
1731-ci  ilin  sonunda   
baş  verən
 
Həmədan 
yaxınlığındakı  döyüşdən sonra Osmanlı  qoşunları üçün İsfahana  yol  açılmış oldu. Lakin Osmanlıların ölkənin paytaxtını ələ 
keçirmək üçün kifayət qədər qüvvəsi olmadığı üçün Osmanlılar  tutduqları ərazilərlə kifayətləndilər. 
Nadir  xan  tərəfindən  geri  alınan  torpaqların  itirilməsindən  qorxuya  düşən  Şah  II  Təhmasib  isə  sülh  təklifi  ilə  Osmanlı 
komandanlığının düşərgəsinə nümayəndə göndərdi. İsfahandan xeyli uzaqda olan Nadir xan buna etiraz etsə də heçnə dəyişmədi. 
Beləlikllə, Nadir xan Xorasanda olarkən II Təhmasibin uğursuz hərbi əməliyyatları 1731-ci ildə osmanlıların əvvəlki ildə 
itirdikləri əraziləri yenidən ələ keçirməsinə imkan verdi. 
1732-ci il  yanvarın 16-da
 Səfəvilərlə Osmanlılar arasında Kirmanşah müqaviləsi imzalandı.  Müqavilənin şərtlərinə görə: 
1.
 
İrəvan, Gəncə, Şamaxı və Şirvan  bölgələri  Osmanlılara  verildi. 
2.
 
Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə  qaytarmağa razılıq verdi. 
3.
 
Araz çayı bu dövlətlər  arasında sərhəd oldu. 
 
 
 
 
Rus qoşunlarının Azərbaycandan çıxarılmasının birinci mərhələsi. Rəşt müqaviləsi (1732) 
XVIII əsrin 30-cu illərində Cənubi Qafqazda Rusiyanın vəziyyəti getdikcə gərginləşdi. Rusların işğal etdikləri ərazilərdə, o 
cümlədən    Salyan  və  Bakıda  rus  hakimiyyətinə  qraşı  çıxışlar  baş  verdi.  Bu  zaman  Nadir  xan  Osmanlıları  Azərbaycandan 
çıxartmaqla məşğul idi. 
1730-cu ildə  Osmanlılar üzərində qələbədən  
sonra 
Nadir xan Xəzəryanı  əyalətlərdə rus qoşunlarının  komandanlığından 
bu  bölgələri  qaytarmağı  tələb  etdi.  Rusiyanın  vəziyyəti  ağır  olduğu  üçün  Səfəvilər  dövləti  ilə  1732-ci  il  yanvarın  21-də  Rəşt 
müqaviləsi imzalamağa məcbur oldu. Rəşt müqaviləsinin şərtlərinə görə: 
1.
 
Kürdən  cənubda yerləşən Xəzəryanı bölgələr Səfəvilər dövlətinə qaytarıldı. 
 
Kirmanşah və Nabur sülhləri imzalandı, Nadir xan Osmanlılara 
qarşı müharibəyə başladı, əfqanlar Azərbaycandan qovuldu 
 
Osmanlılar Cənubi Qafqazı işğal etmək üçün hücuma 
başladı və ölkənin bir hissəsini işğal etdi
 
 
I Pyotr Xəzərsahili vilayətlərə hücuma başladı və 
Rusiyanın Xəzəryanı vilayətləri işğal etməsinin birinci 
mərhələsi başa çatdı 
 
Rusiya ilə Səfəvi dövləti arasında Peterburq sülh 
müqaviləsi imzalandı
 
 
Azərbaycan torpaqları Səfəvi, Osmanlı və Rusiya 
arasında bölüşdürüldü
 
 
II Təhmasibin dövrü 
(1722-1732) 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə