Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə13/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   142

 
26 
2.
 
Səfəvilər dövləti Xəzəryanı bölgələrə Osmanlıları  buraxmamağı öhdəsinə götürdü. 
3.
 
Səfəvilər dövləti ərazisində  rus tacirləri  üçün  güzəştli şərtlər nəzərdə tutuldu. 
Rusiyanın Səfəvilər dövləti ilə Rəşt müqaviləsini imzalamağa vadar edən səbəblər aşağıdakılar idi: 

 
   I Pyotrun ölümündən sonra bu yerləri  öz əlində saxlaya biləcək ikinci bir şəxsin olmaması. 

 
   Xəzəryanı ərazilərdə qoşunu saxlamaq üçün Rusiyanın lazımı qədər vəsaitinin olmaması. 

 
   Səfəvilər tərəfindən Osmanlıların Xəzəryanı bölgələrə buraxılmayacağına zəmanət verməsi. 

 
   Səfəvilər dövlətində mərkəzi hakimiyyətinin  möhkəmlənməsi  

 
   Səfəvilər dövləti ilə Osmanlı   imperiyası  arasında Kirmanşah müqaviləsi imzalandıqdan sonra Rusiyanın Səfəvilərlə  
münasibətləri gərginləşdirmək istəməməsi. 
Rəşt  müqaviləsinin  şərtlərinin  Azərbaycan  üçün  böyük  əhəmiyyəti  var  idi.  Belə  ki,  Rəşt  müqaviləsinin  bağlanması 
nəticəsində: 

 
   Torpaqlarınmızın bir hissəsini işğalçılardan azad etmək mümkün oldu 

 
   Azərbaycanın Kürdən cənubda yerləşən Xəzəryanı əyalətləri yenidən Səfəvilər dövlətinin tərkibinə qaytarıldı 
QEYD: Rusiya və Səfəvi dövlətləri arasında imzalanmış 1667-ci il və 1732-ci il müqavilələrinin bir oxşar cəhəti var idi. Belə 
ki hər iki müqavilədə də  rus tacirlərinə hüquqlar verilməsinin  nəzərdə tutan maddələrin olması idi. 
 
Rusiyanın Rəşt müqaviləsini  imzalamağa məcbur edən amillər 
 
 
 
 
Rus və Osmanlı qoşunlarının Azərbaycandan tamamilə çıxarılması 
Nadir xan özünü qəyyum elan etdikdən sonra 

 
   II Təhmasiblə  Osmanlı komandanlığı arasında bağlanmış 1732-ci il  Kirmanşah müqaviləsininin şərtlərini ləğv etdi. 

 
   Osmanlı dövlətindən 1723-cü ildən bəri işğal  etdiyi torpaqları Səfəvilərə qaytarmağı qətiyyətlə tələb etdi. 
Osmanlıların  rədd  cavabı  yeni  osmanlı  səfəvi  müharibəsinə  səbəb  oldu.  Nadir  xan  100  min  nəfərlik  qoşunla  bir-neçə 
istiqamətdə Osmanlı qoşunları üzərinə hücuma keçdi.  
Müharibənin ilk günləri Nadir qoşunu üçün uğursuz olsa da, 
1733-cü ilin yanvarında
 Bağdad  ətrafında döyüş nəticəsində  
Osmanlı qoşununa güclü  zərbə endirildi.  
1733-cü ilin fevralında
 isə Osmanlı qoşunlarının komandanı Əhməd  paşa ilə Nadir xan 
Bağdad sülh müqaviləsini imzaladı. Bağdad müqaviləsinin şərtlərinə görə: 
1.
 
Osmanlılar son on ildə işğal  edilmiş bütün torpaqları qaytarmağı öhdəsinə götürdü. 
2.
 
Azərbaycanın cənubunda hərbi əməliyyatlar dayandırılaraq Ruslar buradan çıxarıldı. 
1734-cü ilin sonunda
 Nadir xanın başçılığı ilə Şamaxı tutuldu və onun əmri ilə şəhər dağıdıldı, əhalisi isə “Yeni Şamaxıya” 
(Ağsuya) köçürüldü. 
Beləliklə, 1734-cü ildə
 Şirvanda Osmanlı hökmranlığına son qoyuldu. Sonra Qazıqumuq qarət etdikdən sonra 
Nadir xan öz ordusunu Gəncəyə tərəf yönəltdi. Lakin burada Osmanlıların  Krım türklərinin müqavimətinə rast gəldi. Mühasirə 
4  ay  davam  etdi.  Bu  zaman  Nadir  Xəzəryanı    torpaqları    rusların  əlində  qoyub  qərbə  hərəkət  etməyi  doğru  hesab  etmədiyindən 
əvvəlcə rus ordusunun bu yerlərdən  çıxarılmasını tələb etdi.  Rusiya Nadir xanın irəli sürdüyü tələblərlə razı olduqdan sonra 
1735-
ci il martın 21-də
 Rusiya ilə Səfəvi dövləti arasında Gəncə müqaviləsi imzalandı.  Gəncə müqaviləsinin şərtlərinə görə rus qoşunu 

Xəzəryanı  vilayətləri tamamilə tərk etməli idi

Nadir  xan  Xəzəryanı  bölgələrə  yiyələndikdən  sonra  Osmanlıların  Cənubi  Qafqazdan  tamamilə  çıxarılmasına  nail  oldu. 
Gəncədəki  kiçik Osmanlı qarnizonu Qars  və  İrəvandan  yardım almaq  ümidi ilə hələ  də  müqaviməti davam etdirirdi. 
1735-ci  ilin 
iyununda
    Üçmüədzinin    şimal-şərqində  Səfəvi  və  Osmanlı  qoşunu  arasında    baş  verən  döyüş 
Nadir  xanın  tam  qələbəsi  ilə  
nəticələndi
Döyüşdən  sonra  Səfəvilərlə  müharibəni  davam  etdirməyin  mənasız  olduğunu  başa  düşən  sultanın  əmri  ilə  Osmanlı 
hərbi hissələri Azərbaycan şəhərlərindən geri çağrıldı. 
Beləliklə, 
1735-ci ilin sonunda
 Osmanlı  qoşunu Cənubi Qafqazdan tamamilə çıxarıldıLakin  bu heç  də xalqın azadlığa 
çıxması deyildi.  Azərbaycan xalqının Nadir hakimiyyətinə qarşı azadlıq mübarizəsisinin  yeni mərhələsi başlandı. 
 
Xəzəryanı 
ərazilərdə qoşunu 
saxlamaq üçün 
Rusiyanın lazımı 
qədər vəsaitinin 
olmaması
 
Osmanlıların 
Xəzəryanı bölgələrə 
buraxılmayacağına 
dair Səfəvilər 
tərəfindən zəmanət 
verilməsi 
I Pyotrun 
ölümündən sonra 
bu yerləri  öz 
əlində saxlaya 
biləcək ikinci bir 
şəxsin olmaması 
 
Kirmanşah 
müqaviləsi 
imzalandıqdan 
sonra Səfəvilərlə  
münasibətləri 
gərginləşdirmək 
istəməməsi 
 
Nadir xanın 
sayəsində 
Səfəvilər 
dövlətində 
mərkəzi 
hakimiyyətinin  
möhkəmlənməsi 
 


 
27 
Nadirin Osmanlılardan azad etdiyi Azərbaycan torpaqları (ardıcıllıqla) 
 
 
 
 
XVIII əsrin 20-30-cu  illərində illərində imzalanmış sülh müqavilələri 
 
Tarix 
Ölkələr 
Müqavilənin şərtləri 
Peterburq 
(1723) 
Rusiya 
Səfəvi 
 
Səfəvilərin Dərbənddən Gilana qədər olan Xəzəryanı torpaqları Rusiyaya  ilhaq edildi və Rusiya 
əfqanlarla müharibədə  Səfəvi şahına hərbi yardım edəcəyini öhdəsinə götürdü
 
 
II İstanbul 
(1724) 
 
Rusiya 
Osmanlı 
 
Osmanlı dövləti Peterburq müqaviləsinin şərtlərini təsdiq  etdi, Rusiya, Xəzəryanı bölgələr istisna 
olmaqla,  bütün  Azərbaycan  ərazisinin osmanlılara  verilməsinə  razılıq  verdi, Şirvan  osmanlıların 
himayəsi  altında  yarımmüstəqil  xanlıq  elan  olundu,  Hacı  Davud  isə  Şirvan  xanı  təsdiq  edildi, 
Kürdən şimaldakı  torpaqlarda Osmanlılara hərbi qüvvə saxlamağa  icazə  verilmədi, bu ərazilər 
yerli hakimlər tərəfindən idarə olunmalı idi 
Nabur 
(1727) 
Rusiya 
Osmanlı 
Rusiya ilə Osmanlı  sərhədinin müəyyənləşdirilməsi barədə  imzalanan müqavilənin şərtlərinə  
əsasən ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə Quba və Təngəyə 
yiyələndilər
 
Kirmanşah 
(1732) 
Səfəvi 
Osmanlı 
 
İrəvan,  Gəncə,  Şamaxı,  Şirvan    bölgələri    osmanlılara    verildi,  Osmanlı  dövləti  Həmədan, 
Kirmanşah,  Ərdəbil  və  Təbrizi  Səfəvilərə    qaytarmağa  razılıq  verdi,  Araz  çayı  bu  dövlətlər  
arasında sərhəd oldu 
Rəşt 
(1732) 
Rusiya   
Səfəvi 
 
Kürdən  cənubda yerləşən Xəzəryanı bölgələr Səfəvilər dövlətinə qaytarıldı, Səfəvilər dövləti 
osmanlıları  Xəzəryanı bölgələrə buraxmamağı öhdəsinə götürdü, Səfəvilər dövləti ərazisində  rus 
tacirləri  üçün  güzəştli şərtlər nəzərdə tutuldu
 
Bağdad 
(1733) 
Səfəvi  
Osmanlı 
O
smanlılar son on ildə işğal  edilmiş bütün torpaqları Səfəvilərə qaytarmağı öhdəsinə götürdü, 
osmanlılar Azərbaycanın cənubunda hərbi əməliyyatları dayandıraraq əraziləri tərk etdi
 
Gəncə 
(1735) 
Səfəvi  
Rusiya 
Rus qoşunu Xəzəryanı  vilayətləri tamamilə tərk etməli idi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şirvan 
(1734-cü il) 
Təbriz 
(1734-cü il) 
Gəncə 
(1735-ci il) 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə