Dərslik II hiSSƏ 2


I Sam Mirzənin başçılığı ilə Nadir şaha qarşı Şirvan üsyanı



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə15/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   142

 
30 
 
I Sam Mirzənin başçılığı ilə Nadir şaha qarşı Şirvan üsyanı   
1743-cü  ilin  əvvəllərində    Şirvanda  Nadir  şaha  qarşı  başlanmış  üsyanlar  geniş  vüsət  aldı.  Belə  bir  şəraitdə  özlərini  Səfəvi 
şahzadələri yəni II Təhmasibin oğulları kimi təqdim edən yalançı şahzadələr – I, II, III Sam  Mirzələr meydana çıxdılar. 
I və II 
Sam Mirzələr
  Şirvanda xalq hərəkatına başçılıq etmişdi. 
Əhali  əfşar  sülaləsinin  hökmranlığından  narazı  olduğu  üçün  yalançı  şahzadəni  –  I  Sam  Mirzəni  müdafiə  etdi.  Bəzi  kiçik 
feodallar da Şirvan üsyançılarına qoşuldular. I Sam Mirzə Avarda peyda olmuş, buradan kömək aldıqdan sonra Şirvana gələrək az 
müddətdə  böyük  dəstə  toplamış,  Şirvana  gəlmiş  Qazıqumuxlu  Surxay  xan  da  kömək  etmək    üçün  öz  dəstəsilə  onun  düşərgəsinə  
gəlmiş və onlar  birlikdə Yeni Şamaxıya –Ağsuya  50 min nəfərlik qoşunla hücum etdərək şəhəri tutmuşdular. Nadirin zülmündən 
cana  gəlmiş  Ağsu  əhalisi  onu  rəğbətlə  qarşıladı.  I  Sam  Mirzə  Yeni  Şamaxını  tutduqdan  sonra  xalq    arasında    nüfuzunu  artırmaq 
məqsədi ilə əhalini verigilərdən azad etdi. 
1743-cü ildə Nadir şah Şirvanda I Sam Mirzə üsyanını yatırmaq üçün aşağıdakı tədbirləri gördü: 

 
Oğlu Nəsrullah Mirzəni I  Sam Mirzəyə qarşı ordu ilə Şamaxıya göndərdi. 

 
Hərbi hissələri  möhkəmləndirmək məqsədi ilə  Gəncə, Qarabağ, Çuxursəd, və Muğana 10-20 min nəfər əsgər göndərdi. 
1743-cü  ildə  Nəsrullah  Mirzənin  başçılığı  altında  şah  ordusu  ilə  I  Sam  Mirzə  arasında  Şamaxı  yaxınlığında  Şirvan 
düzənliyində həlledici döyüş baş verdi. Döyüş nəticəsində: 

 
I  Sam Mirzənin qoşunu darmadağın edildi 

 
Nəsrullah Mirzə Şamaxıda  Nadir  şah idarə üsulunu bərpa etdi 
 
Şirvanda II Sam Mirzə üsyanı 
1743-cü  ilin  son  rübündən  etibarən  xalq  hərəkatına  Ərdəbildən 
Şirvana
  gəlmiş 
II  Sam  Mirzə
    başçılıq    edirdi.  Əvvəllər 
hakim dairlələr II  Sam Mirzəni  ələ keçirsələr də, onu təhlükəli düşmən hesab  etmədikləri üçün buraxmışdılar. II Sam Mirzəyə 
Surxay xanın oğlu Məhəmməd xan fəal yardım göstərirdi. 
Ağsudan Dərbəndə qədər olan bütün ərazi  üsyançıların əlində idi. 
1743-cü ilin oktyabrında
 Şirvan  üsyançıları Ağsu şəhərini 
tutaraq  şahın  vergi  toplayanlarını  qovdular  və  II  Sam  Mirzəni  oraya  dəvət  .  Şamaxılıların  bu  qələbəsi  şimal-şərqi  Azərbaycanda 
əhalini  mübarizəyə  ruhlandırdı.  II  Sam  Mirzə  Yeni  Şamaxıya  -  Ağsuya  gələn  kimi  xalqın  rəğbətini  qazanmaq  məqsədi  ilə  iki 
mühüm tədbir həyata keçirdi: 

 
Ağır verigləri ləğv etdi. 

 
Əhalidən az miqdarda vergi toplanması barədə göstəriş  verdi . 
Şirvan üsyanı geniş vüsət alaraq Xəzər sahillərindən Gəncəyədək geniş bir ərazini əhatə edirdi. Hakim təbəqələrin tədbirləri  
isə heç bir nəticə vermirdi.  Nadir şahın Osmanlı dövləti ilə müharibəyə başı qarışsa da, Şirvan üsyanı onu çox narahat etdiyindən 
1743-cü  ilin  noyabrın  9-da  Nəsrullah  Mirzəni  böyük  bir  qoşunla  II  Sam  Mirzə  üsyanını  yatırmaq  üçün  Şirvana  göndərdi.  Lakin 
döyüş nəticəsində Nəsrullah Mirzə  şirvanlılalarla döyüşdə ağır məğlubiyyətə uğradı
Bu  məğlubiyyətdən  sonra  Nadir  şah  təcili  tədbirlər  görməyə  məcbur  oldu  –  birinci  növbədə  o,  Osmanlı  dövləti  ilə    sülh 
müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbayjandakı üsyaları  yatırtmağı qərara aldı.  
1743-cü  ilin  sonlarında  Nəsrullah  Mirzənin  qoşunu  Ağsu  yaxınlığındakı 
Şahbağı 
adlı  yerdə  üsyançılarla  üz-üzə  gəldi. 
Şahbağı döyüşü nəticəsində

 
Nəsrullah Mirzə qalib gəlib Ağsu qalasını tutaraq Şirvan üsyanını yatırtdı. 

 
II Sam Mirzə məğlub olaraq Gürcüstana qaçdı. 
Məğlub  olaraq  Gürcüstana  qaçan  II  Sam  Mirzəni  Kartili-Kaxetiya  çarı  Teymuraz    əsir  alaraq  Bərdəyə  -  Nəsrullah 
Mirzənin    düşərgəsinə  göndərildi.  Nəsrullah  Mirzə  onun  bir  gözünü  çıxardırıb,  bir    neç  osmanlı  hərbi  əsiri  ilə  birlikdə  Qarsa 
göndərdi.  Nadir  şah  II  Sam  Mirzənin  tutulmasında  köməyinə  və  digər  xidmətlərinə  görə  Araqvi  vilayətini    Teymuraza  hədiyyə 
etmişdi.  Araqvi  vilayətindən  başq  Nadir  hələ  şah    seçilərkən  də    Qazax  və  Borçalı  mahallarınıda  Kartili-Kaxetiya  çarlığına 
hədiyyə etmişdi. 
Şirvan  üsyanı  yatrılsa  da,  ümumən  Azərbaycanda  xalq  hərəkatı  sarsılmadı.  Həmin  dövrdə  Şəkidə  daha  böyük  üsyan  baş 
verdiyindən Nadir şah Osmanlı dövləti ilə müqavilə bağladıqdan sonra Axalsıxa, sonra isə Ahalkələyə getdi. Burada ərzaq ehtiyyatı 
toplandıqdan sonra, 1744-cü il noyabrın əvvəllərində Bərdəyə gələrək qışı orada keçirməyi qərara aldı. 
QEYD:
  I,  II  Sam  Mirzə  üsyanları  müəyyən  oxşar  cəhətlərə  malik  idi.  Həmin  cəhətlər  bunlar  idi:  Hər  iki  üsyan  eyni  ildə, 
Nadir    şah  idarə  üsuluna  qarşı,  Şirvan  ərazisində  baş  vermişdi,  hər  ikisi  də  1743-cü  ildən  Şirvanda  xalq  hərəkatına  başçılıq 
etmişdilər, ər iki üsyan eyni ildə baş vermişdi, hər ikisi də Yeni Şamaxını –Ağsunu tutaraq əhalini vergilərdən azad etmişdi, hər iki 
üsyanı Nadir şahın oğlu Nəsrullah Mirzə yatırtmışdı. 
 
 


 
31 
 
Nadir şahın Kartili-Kaxetiya çarlığına verdiyi Azərbaycan əraziləri 
 
 
 
III Sam Mirzənin  başçılığı ilə Ərdəbil və Təbriz üsyanı 
1747-ci  ildə  Nadir  şah  əleyhinə  Ərdəbil  və  Təbrizdə  yeni  üsyanlar  baş  verdi.  Üsyana  Səfəvi  hakimiyyətini  bərpa  etmək 
uğrunda mübarizə aparan III Sam Mirzə başçılıq edirdi. III Sam Mirzəyə aiddir: 

 
Təbrizdə hakimiyyəti ələ aldı, lakin İrəvana hücum etsədə  burada müqavimətə rast gəldiyindən Təbrizə qayıtdı. 

 
Nadirin əmisi oğlu, sonralar Təbriz xanlığının banisi Əmiraslan xan tərəfindən Təbrizdə qətlə yetirildi və üsyan yatırtdı.
 
QEYD: I və II Sam Mirzələrdən fərqli olaraq III Sam Mirzə qeyd olunduğu kimi Təbrizdə fəaliyyət göstərmişdi.
 
 
I, II, III Sam Mirzə üsyanları 
 
I  Sam Mirzə üsyanı 
II Sam Mirzə üsyanı 
III Sam Mirzə üsyanı 

 
Şirvan ərazisində baş vermişdi 

 
1743-cü ilin əvvəllərində  Şirvanda 
xalq hərəkatına başçılıq etmişdi 

 
Nadir  şaha qarşı baş vermişdi 

 
Yeni  Şamaxını  –Ağsunu  tutaraq 
əhalini vergilərdən azad etmişdi   

 
Nəsrullah 
Mirzənin 
başçılığı 
altında  şah  ordusu  ilə  Şamaxı 
yaxınlığında  Şirvan  düzənliyində 
döyüşdə qoşunu darmadağın edildi 

 
Nadir  şahın  oğlu  Nəsrullah  Mirzə 
tərəfindən yatırılmışdı 
 

 
Şirvan ərazisində baş vermişdi 

 
1743-cü  ilin  sonlarında  Şirvanda 
xalq hərəkatına başçılıq etmişdi 

 
Nadir  şaha qarşı baş vermişdi 

 
Yeni  Şamaxını  –Ağsunu  tutaraq 
əhalini vergilərdən azad etmişdi   

 
Surxay  xanın  oğlu  Məhəmməd 
xan ona fəal yardım göstərirdi 

 
Nəsrullah  Mirzəni    döyüşdə  ağır 
məğlubiyyətə uğratmışdı 

 
Şahbulağı döyüşündə Nadir şahın 
oğlu  Nəsrullah  Mirzə  tərəfindən 
yatırılmışdı 

 
1747-ci  ildə  Nadir  şah  əleyhinə 
baş vermişdi 

 
Ərdəbil və Təbrizdə baş vermişdi 

 
Səfəvi  hakimiyyətini  bərpa  etmək 
uğrunda mübarizə aparırdı 

 
Təbrizdə hakimiyyəti ələ almışdı 

 
İrəvana  hücum  etsədə    burada 
müqavimətə  rast  gələrək  geri 
çəkilmişdi 

 
Əmiraslan 
xan 
tərəfindən 
yatırılmışdı
 
 
 
 
Hacı Çələbinin başçılığı ilə Şəki üsyanı 
1743-1744-  cü  illərdə  Nadir  şah  rejiminə  qarşı 
Şirvan,  Şəki,  Təbriz,  Xoy 

  Salmasda
  yeni  üsyanlar  başladı.  Bu  zaman 
Şəkidə  mübarizə daha kəskin şəkil almışdı. Şəki hakimi məlik Nəcəfin xalqa əzab verməsi, qəddarlığı, üçqat vergilər toplaması 
üsyanın başlamasının başlıca səbəbi oldu. Hələ 
1741-ci ildə
 Şəki əhalisi Nadir şaha məlik Nəcəfdən şikayət etmişdi. Nadir şah da 
məlik Nəcəfin özbaşınalığının qarşısını almaq və ona nəzarət etmək üçün Şəki əyanlarına özlərinə vəkil seçməyi tapşırmışdı. 
Əhali içərisində böyük nüfuza malik olan yerli feodallardan Hacı Çələbi Qurban oğlu vəkil seçilmişdi. Lakin Hacı Çələbi 
vəkil  seçdikdən  sonra  məlik  Nəcəfin  işlərinə  qarışmağa,  açıq  surətdə  onun  əleyhinə  çıxmağa  başladı.  Bundan  qəzəblənən  məlik 
Nəcəf  şahın  düşərgəsinə  gedərək  ora  bildirmişdi  ki,  guya  Hacı  Çələbi  “şahın  tapşırıqlarını  yerinə  yetirilməsinə  mane 
olur”.Qəzəblənmiş  şah  Hacı  Çələbini  hüzuruna    çağırtdıraraq,  onun  edam  edilməsi  barədə  hökm  vermişdi.  Hacı  Çələbi  ölüm 
qarşısında Nəcəfin pis əməllərinə şahı inandıra bilmişdi. Hacı Çələbi azad edilmiş, hətta ona daha böyük səlahiyyətlər verilmişdi. 
Şahın düşərgəsindən qayıtdıqdan sonra Hacı Çələbi məlik Nəcəfin fəaliyyəti üzərində nəzarəti daha da artırdı. Məlik Nəcəf isə, öz 
növbəsində, yenidən Nadir şaha şikayət etdi. Nadir şah Hacı Çələbini yenidən hüzuruna çağırsa da, Çələbi çağırışa getmədi. Nadir 
şah Osmanlılarla yeni müharibəyə hazırlaşdığı üçün  Hacı Çələbiyə əhəmiyyət vermədi. 
1743-cü ildə şəkililərin hakim idarə  üsuluna qarşı çıxışları üçün Şirvanda Nadir şah əleyhinə ümumxalq hərəkatının xeyli 
güclənməsi  əlverişli şərait yaratdı. Bu zaman iki mühüm amil də Hacı Çələbinin fəaliyyətini genişləndirmək üçün əlverişli şərait 
yaratmışdı. Həmin amillər aşağıdakılar idi: 

 
Nadir şah dövlətin qərb sərhədini möhkəmləndirməyə daha çox əhəmiyyət verməsi. 

 
Nadir şahın  ölkənin daxilində baş verən üsyanları  yatırmaqla başını qatmaq istəməməsi. 

 
Sərhəddə hazır vəziyyətdə dayanan Osmanlı qoşununun hər an müdaxilə edəcəyinin gözlənilməsi. 
Borçalı 
 
Qazax 
 
Araqvi 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə