Dərslik II hiSSƏ 2


Osmanlıların Azərbaycanda möhkəmlənmək üçün gördüyü tədbirlər



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə11/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   142

 
22 
 
Osmanlıların Azərbaycanda möhkəmlənmək üçün gördüyü tədbirlər 
Osmanlı idarəçiliyi dövründə Osmanlılar Azərbaycanda möhkəmlənmək üçün bir sıra tədbirlər həyata keçirdilər: 

 
Gəncə, Təbriz  Ədəbil  şəhərlərinin  möhkəmləndirilməsinə böyük diqqət yetirdilər.  

 
Səfəvilər dövründə mövcud olan əvvəlki torpaq mülkiyyət formalarını saxladılar. 

 
Osmanlılara müqavimət göstərən yerli feodaollara məxsus torpaqlar alınaraq dövlətin  mülkiyyətinə çevrilirdi. 

 
Osmanlı hakimlərinin tərəfini saxlayan torpaq sahiblərinin hüquqlarını qüvvədə saxladılar. 

 
Dövlət idarəsinə  keçən torpaqlar bəylik  ağalıq adı ilə Osmanlılara xidmət edən yerli feodalların şərti mülkiyyətinə 
verildi. 

 
Əhalinin zərər  çəkdiyini nəzərə alan 1725-1728-ci illərdə  Cənubi Qafqazda qismən yumşaq vergi siyasəti  yeritdi. 

 
Gömrükxanalarda  gömrük  rəhdari, rəsmi kapan (tərəzi xərci) adlanan vergilər tətbiq olundu. 

 
Vergilərin  və  gömrük  xəclərinin  toplanmasını  müqatiəyə  (iltizama)  verildi  (“Naxçıvan  dəftərləri”  adlanan  maliyyə  
sənədlərindən məlum olur ki, Osmanlılar qadınları, uşaqları, qocaları, şikəstləri, xəstələri habelə zehni  əməklə məşğul 
olan şəxsləri vergilərdən azad etmişdilər). 

 
Ayrı-ayrı  şəhərlərin  abadlaşdırılmasına  xüsusi  fikir  verdilər  (Təbriz,  Ərdəbil    Gəncə  şəhərinin  hərbi  əməliyyatlar 
zamanı dağıdılmış abidələri bərpa etdirildi, həmçinin yeni memarlıq abidələri inşa olundu). 
Osmanlı  türkləri  Azərbaycanda  hakimiyyətdə  olduğu  müddətdə  (1724-1735-ci  illər)  Azərbaycanda    yalnız  aqrar  
münasibətlərin xarakterində  köklü dəyişiklik edə bilmədilər. Azərbaycan ərazisində bu vaxt Səfəvi və osmanlı ölçü, çəki və pul 
vahidlərindən istifadə olunurdu. 
 
Osmanlıların möhkəmləndirilməsinə xüsusi diqqət  diqqət göstərdiyi Azərbaycan şəhərləri 
 
 
XVIII əsrin 20-ci illərində Osmanlı ordusunun Azərbaycanda vəzyyyətini gərginləşdirən amillər 
 
 
Rusiyanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi. Nabur sülhü 
Rusiya  hökuməti İstanbul müqaviləsi əsasında ona  verilmiş yerlərə  yiyələnmək üçün I Pyotrun vəfatından sonra da 
(1725)
 
əməli addımlar atdı. Bu zaman  Azərbaycanın Xəzəryanı  bögələrinin çoxu   rus işğalçı ordusuna  müqavimət  göstərməyə    kifayət 
qədər  qüvvələri olmadığından, Rusiyanın hakimiyyətini qəbul etməyə  məcbur oldular. Nəticədə 
1726-cı  ildə
  Lənkəran,  Astara, 
Təngərud, Muğan, Şahsevən və digər bölgələr də Rusiyanın işğalı altına düşdü.  
1727-ci  il  dekabrın  12-də
  Rusiya  ilə  Osmanlı    sərhədinin  müəyyənləşdirilməsi  məqsədi  ilə    Şamaxı  yaxınlığında  Nabur 
kəndində  müqavilə  imzalandı.  Nabur  müqaviləsinin  şərtlərinə    əsasən  -  ruslar 
1727-ci  ildə
  Cavad,  Salyan,  Şeşpara,  Rustov, 
1728-ci ildə
 isə Quba və Təngəyə yiyələndilər. 
Hacı  Davud  Təngə  qalasını  ruslara  təhvil  verməkdən  boyun  qaçırdığı  üçün  Osmanlı    hakim  dairələri  sədaqətsizlik  kimi 
qiymətləndirərək,  onu  xanlıqdan  uzaqlaşdırdılar.    Hacı  Davud  Şamaxıda  həbs  edilib  Gəncəyə  gətrilərək,  sonra  ordan  da  Kipr 
adasına sürgün edildi. Hacı Davud 1735-ci ildə Geliboluya köçürüldü və orada da vəfat etdi. Qazıqumuxlu Surxay xan Şirvan xanı 
təyin olundu. 
XVIII  əsrin  birinci  rübündə  Azərbaycanın  bütünlüklə  Rusiyaya  qatılması    baş  tutmasa  da,  Rusiya  onu  müəyyən  zaman 
çərçivəsində  (1722-1735) öz iqtidasi və siyasi təsir dairəsində  saxlaya  bildi.  O zaman  Rusiya  Azərbaycanın bütünlüklə  Rusiyaya 
qatılması planını həyata keçirə bilməməsinin səbəbləri bunlar idi: 

 
Rusiyanın Azərbaycanı iqtisadi cəhətdən mənimsəmək imkanına malik olmaması. 

 
Qərbi  Avropa  dövlətlərinin  Osmanlı  və  Səfəvilər  dövlətini  yeni  hərbi  münaqişəyə  sövq  edərək  Rusiyanın  Cənubi 
Qafqazdakı siyasətinə ağır zərbə vurması . 
 
 
Təbriz 
 
Gəncə 
 
Ərdəbil
 
Səfəvilər dövlətinin güclənməsi
 
 
   Əhalinin mübarizə ruhunun artması 
 


 
23 
Nabur müqaviləsinə əsasən ruslara verilən ərazilər 
 
 
 
 
 
 
 
Azərbaycan torpaqlarında Rusiya idarəçiliyinin qurulması. İnzibati idarəetmə sistemi 
1722-1724-cü illərdə Rusiya Cənubi Qafqazda bir sıra hərbi əməliyyatlar keçirdi. I Pyotrun Xəzəryanı bölgələrə yürüşünün 
davamı olaraq, rus qoşunlarının Cənubi Qafqazda və Xəzər dənizi hövzəsində Rusiyanın mövqeyinin sabitləşməsində  Dərbənddə, 
Bakıda,  Rəştdə  möhkəmlənməsi  mühüm  mərhələ  idi.  Bununla  Rusiya  Dərbənd  keçidinə  və  Xəzərin  mühüm  limanlarına  nəzarət 
etməyə, Osmanlı türklərinin Xəzər sahilinə hücumlarının qarşısını almağa imkan tapdı. 
Rusiya  Azərbaycanın  işğal  edilmiş  Xəzəryanı  vilayətləri  idarə  etmək  üçün  ilk  vaxtlar  komendat  idarə  üsulu  yaradılmışdı. 
Sonralar  isə,  Səfəvilər  dövründə  olduğu  kimi,  bu  bölgələr  mahallara  bölünmüşdü.  Mahalları  darğalar    idarə  edirdilər.  Darğalar 
əsas etibarilə vergi yığırdılar. Mahallar nahiyələrə bölünür, onları yüzbaşılar, kəndləri isə kətxudalar  kovxalar idarə edirdilər. 
Rusiya  hakim dairələri Xəzəryanı  bölgələrdə inzibati ərazi idarəsini əsasən dəyişmədilər. Əyalətlərdə  hərbi-siyasi hakimiyyət rus 
zabitlərinə tapşırılmışdı. 
 
Rusiyanın işğal etdiyi bölgələrdə yaratdığı inzibati bölgüsü
 - 
komendant idarə üsulu
 
 
  
 
 
Rusiyanın Xəzəryanı bölgələrdə yeritdiyi iqtisadi siyasət  
Rusiyanın Xəzəryanı bölgələrdə yeritdiyi iqtisadi siyasət hərbi-feodal  müstəmləkə səciyyəsi daşıyırdı. I Pyotr bu yerlərin 
təbii sərvətlərindən istifadə  etmək barədə xüsusi qərar qəbul etmişdi. İpəkçiliyi, pambıqçılığı, qoyunçuluğu, zəfəran əkmək, neft 
hasilatını artırmaq, Kürün mənsəbində  balıqçılığı inkişaf etdirmək üçün  tədbirlər görülürdü. I Pyotr Azərbaycanın “ağ neft”inə 
xüsusi maraq göstərirdi. Qızıl, gümüş, mis filizi yataqlarını aşkara çıxarmaqdan ötrü Rusiyadan  Azərbaycana mütəxəssislər gəlirdi. 
Peterburq və Moskvanın ipək manufakturaları xam ipək almaq üçün öz nümayəndələrini Xəzəryanı bölgələrə göndərərək  Şirvanın 
dağılmış ipəkçilik təsərrüfatını canlandırmaq üçün Rusiya  hökuməti tədbirlər görürdü. 
Şeşpara 
Cavad 
Salyan 
Rustov 
Rusiyanın işğal etdiyi Azərbaycan torpaqları 
1722-1723 
Dərbənd 
Rəşt 
Bakı 
1726 
1727-1728 
Lənkəran, Astara, 
Təngərud, Muğan, 
Şahsevən
 
Cavad, Salyan
Şeşpara, Rustov,
 
Quba və Təngə
 
Vilayət (komendantlar idarə edirdi) 
 
Mahal (darğalar idarə edirdi) 
 
Kənd (kəndxudalar  və kovxalar idarə edirdi) 
 
Nahiyyə (yüzbaşılar idarə edirdi) 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə