Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

101
Alt standartlar:
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
İnternet resurslarından istifadə edərək seleksiyanın nailiyyətinə dair məruzə və təqdi-
mat hazırlayır.
Motivasiya zamanı təqdim olunan sualların müzakirəsi keçmiş biliklərə əsasən aparılır. 
Fərziyyələr dinlənilir və tədqiqat sualı formalaşdırılır.
Müasir seleksiya elminin nə kimi nailiyyətləri var?
Tədqiqata mentor metodun mahiyyətinin açılışı ilə başlamaq nəzərdə tutulub.
Nəzəri materialın müzakirəsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:
• 
Yeni alınmış bitki sortu və heyvan cinslərinin mühitə uyğunlaşdırılması
;
• 
Y.V.Miçurinin dominantlığın idarə edilməsi üçün apardığı seleksiya işləri
;
• 
Bitkilərin seleksiyasında aparılan uzaq hibridləşmə
;
• 
Heyvan seleksiyasında aparılan uzaq hibridləşmə
;
• 
Məhsuldar cins və sortların alınması işində seleksiyaçı alimlərin vəzifələri.
Tədqiqat F blokundakı birinci tapşırığın icrası ilə davam etdirilə bilər.
Ümumiləşdirmə zamanı məhsuldar cinslər almaq üçün seleksiyaçı alimlərin qarşılarına 
qoyduqları məqsədlərin nədən ibarət olduğu açıqlanarsa, nəticə qənaətbəxş olar.
Mövzunun tədrisində nəzərdə tutulan məruzə:
“Seleksiya işlərinin əsas məqsədlərinin reallaşması istiqaməti”
Təqdimat: 
“Azərbaycan seleksiyaçılarının nailiyyətləri”
http://www.e-qanun.az/framework/3733
https://postnauka.ru/video/40277 
Qiymətləndirmə meyarı: 
• 
təqdimetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Seleksiyanın nailiy-
yətlərinə dair hazırla-
dığı təqdimat məqsədi 
reallaşdırmır, təqdim 
edərkən çətinlik çəkir.
Seleksiyanın 
nailiyyətlərinə dair 
sistemsiz təqdimat 
hazırlayır, təqdim 
edərkən səhvlərə yol 
verir.
Seleksiyanın 
nailiyyətlərinə dair 
təqdimat hazırlayır, 
təqdimat qənaət-
bəxş olmur.
Seleksiyanın 
nailiyyətlərinə dair 
təqdimat hazırlayır, 
sistemli şəkildə 
təqdim edir.
 22.  Dominantlığın idarə edilməsi. 
Seleksiyanın digər nailiyyətləri
  LAYİHƏ


102
SELEKSİYA
1. Seleksiya elminin məqsədlərini seçin:
a) yeni növlər yaradır  
b) yeni bitki sortları yaradır 
c) mövcud sortları qoruyub saxlayır 
d) bakteriya sortları yaradır 
e) yeni göbələk ştamları yaradır 
f) cins və sortların məhsuldarlığını artırır 
2. Uyğunluğu müəyyən edin.
3.  Bitkilərin müxtəliflik mərkəzlərindən 
Cənubi Asiya tropik, Cənub-Qərbi Asi-
ya, Aralıq dənizi, Şərqi Asiya mərkəz-
lərini diaqrama uyğun yerləşdirin.
4. Həbəşistan və Cənubi Asiya tropik 
mərkəzlərinin yerləşdiyi sahələri göstərin.
N.İ.Vavilov
İ.V.Miçurin
Q.D.Karpeçenko
a)  Xaççiçəklilər fəsiləsi nümayəndəsində 
uzaq hibridləşmə zamanı dölsüzlüyün 
aradan qaldırılması metodunu işləmişdir.
b) Mentor metodu tətbiq etmişdir.
c)  Gülçiçəklilər fəsiləsinə aid olan sortlar 
yaratmışdır.
d)  Mədəni bitkilərin müxtəliflik mərkəzlə-
rini müəyyənləşdirmişdir.
e) Toxum kolleksiyası toplamışdır.
        
  LAYİHƏ


103
        
5.  Tetraploid bitkisinin endosperm hüceyrəsinin xromosom yığımı 48-dir. Bu bitkini 
kök hüceyrəsində xromosom yığımı 42 olan heksaploid bitkinin tozcuğu ilə toz-
landırmışlar. Alınan bitkinin endosperm və ləpə hüceyrəsinin xromosom yığımla-
rının cəmi nə qədər olar?
6. Uyğunluğu müəyyən edin.
7. N.İ.Vavilovun göstərdiyi müxtəliflik mərkəzlərindən neçəsi Asiya ilə əlaqəlidir?
a) 3  
b) 4  
c) 5  
d) 6  
e) 7
8. Qrafiklərə əsasən əhliləşdirmənin stabilləşdirici təbii seçməyə təsirini izah edin.
9. Heksaploid çiçəkli bitkinin müxtəlif hüceyrələrinə uyğun gələn xromosom dəst-
lərini cədvəlin müvafiq xanalarına yazın.
yarpaq
mərkəzi hüceyrə
endosperm
yumurta hüceyrə
sperm
10.  N.İ.Vavilovun homoloji sıralar qanununa əsasən, buğda bitkisinin irsi oxşarlığını 
hansı bitkilərə aid etmək olmaz? 
Seçin: çəltik, kələm, günəbaxan, qarğıdalı, şəkər qamışı, çovdar, lobya.
Cənub-Qərbi Asiya mərkəzi
Şərqi Asiya mərkəzi
Cənubi Amerika (And) mərkəzi
1) alma
2) yemiş
3) kartof
4) gavalı
5) yerkökü
6) ananas
7) turp
8) üzüm
A)
B)
  LAYİHƏ


IV bölmə. Biotexnologiya və bionika
Bölmə üzrə reallaşdırılmış məzmun standartları
1.1.1.  Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotex-
nologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələ-
rinin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
  LAYİHƏ


105
 IV. BİOTEXNOLOGİYA VƏ BİONİKA
Alt standartlar: 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:

 Biologiyanın biotexnologiya sahəsinin xüsusiyyətlərini şərh edir, təqdimatlar ha-
zırlayır.

 Biotexnologiyanın nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Şagirdlərdə  idraki  fəallıq  yaratmaq  məqsədilə  aşağıdakı  suallarla  müraciət  etmək 
olar:

 Biologiyanın hansı sahələri var? 

 Biologiya elminin nə kimi nailiyyətlərini qeyd edə bilərsiniz?
Onlar biologiyanın nailiyyətləri sırasında – təxminən sitologiya, histologiya, biofi-
zika, mikrobiologiya, seleksiya və s. tanıdıqları elm sahələrinin yaranması, orqan nəqli-
nin,  bir  sıra  virus  xəstəliklərinin  müalicəsinin  uğurla  həyata  keçirilməsini  və  s.  qeyd 
edə bilərlər. Bu sualları şagirdlər cavablandırarkən müəyyən əlavələri də siz edə bilərsi-
niz. Bununla bağlı əlavə materialı sizə təqdim edirik:
Əlavə material
Biologiya elminin inkişafı XX əsrin ikinci yarısından başlayaraq fizika, riyaziyyat 
elmlərinin və informasiya texnologiyalarının tətbiqi nəticəsində yeni istiqamətlərin ya-
ranması və inkişafı ilə səciyyələnir. Bu istiqamətdə kompüter elmləri və bioinformatika 
sahəsində böyük nailiyyətlər əldə olunmaqdadır. Bioinformatika biotexnologiyalar və 
informatika texnologiyalarının köməyi ilə bioloji problemlərin həlli üçün bioloji infor-
masiyaların toplanması, onların istifadəsi, əldə olunan biliklər və yeni kəşflərin meyda-
na çıxması, ikinci tərəfdən isə genetik məlumatların əldə edilməsi, onların təkamülü və 
istifadəsi ilə xarakterizə olunur.
Azərbaycanda  bioinformatikanın  inkişafı  ötən  əsrin  70-ci  illərinin  sonunda  bu 
sahəyə riyaziyyatçıların cəlb edilməsi ilə başlamışdır. Respublikamızda elmin bu sahə-
sinin ideya rəhbəri, yaradıcısı və himayədarı akademik Cəlal Əliyev olmuşdur. Cəlal 
 23. Biologiyanın inkişafı
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə