Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

72
•  İmmunitetin  müasir  klonlaşdırma-seleksiya  (F.Bernet)  və  molekulyar-genetik  
(C.To-Neqava) kimi nəzəriyyələrinin müəyyənləşdirilməsi. İmmunoloji tolerantlığın (P.Me-
dovar və M.Qaşek) və immunoloji yaddaşın (F.Bernet) kəşfi;
• Kliniki immunologiyanın inkişafı immun sisteminin funksiyalarında (birincili və ikin-
cili immunçatışmazlıqları) normal vəziyyətin və kənara çıxmaların müəyyən edilməsi. İm-
munmodulyatorların köməyi ilə immun sistemindəki qüsurların aradan qaldırılması;
• İmmunodefisitin gen diaqnostikası və gen terapiyası və s. 
İmmunologiyanın və mikrobiologiyanın sadalanan əsas nailiyyətləri profilaktik və kli-
niki tibb üçün böyük əhəmiyyət kəsb edirdi. İmmunologiya və mikrobiologiya sahəsində 
20-dən artıq işə Nobel Sülh mükafatının verilməsi bunu bir daha sübut edir: İ.İ.Meç nikov,  
P.Erlix,  Р.Кохuy,  F.Bernet,  D.Edelman  və  R.Porter,  P.Medovar  və  М.Qaşek,  D.Keller  və  
У.Milşteyn,  S.Toneqavey  və  başqaları.  L.Pasterin  dövründə  bu  mükafat  təsis  olunmadığı 
üçün bu mükəmməl alim onu qazana bilməmişdir. 
  LAYİHƏ


73
 
11. Mikroorqanizmlər və ətraf mühit.
Torpağın mikroflorası
Alt standartlar:  
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
4.2.2.  Regional  və  qlobal  ekoloji  problemləri  əlaqələndirir,  referat  və  təqdimatlar 
hazırlayır.
Məqsəd: 

 
Torpağın mikroflorasını şərh edir, təqdimatlar hazırlayır.
• 
Torpağın çirklənməsinin qlobal və regional ekoloji problem olduğunu əlaqələndirir.
Motivasiya mərhələsində şagirdlərə aşağıdakı suallarla müraciət edə bilərsiniz:

 
Ekosistem nədir? 

 
Hansı ekosistemləri sadalaya bilərsiniz?

 
Ekosistemdə hansı canlılar var?
Tədqiqat sualı: 
Mikroorqanizmlərin  müxtəlif  mühitlərdə  yayılması  onların  hansı  bioloji  xüsusiy-
yətləri ilə əlaqədardır? Torpaqda hansı mikroorqanizmlər vardır? Torpağın çirklənməsi 
nə üçün həm də qlobal problemdir?
Tədqiqatın aparılması fəaliyyətin icrası ilə davam etdirilir. Bu tapşırıq 4 qrupda ye-
rinə  yetirilərək  müzakirə  oluna  bilər.  Mətnin  oxunması  olduqca  vacibdir.  Bu  zaman  
İNSERT üsulundan və yaxud da mətnin hissə-hissə oxunmasından istifadə etmək olar.  
Burada məqsəd oxunacaq mətndəki faktları, hadisələri, onlar arasındakı qarşılıqlı səbəb 
və nəticə əlaqələrini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çatdırmaqdan ibarətdir. Hissə- 
hissə  oxu  prosesisində  obyekt  (mətnin  hissələri)  şagirdlərin  diqqətini  tez  və  dəqiq 
səfərbər etməyə, söylənilənləri gözləri qarşısında konkret şəkildə canlandırmağa imkan 
verir. Onlar həmin hissədəki üç-dörd faktı tez tutur, araşdırır, oxşar və fərqli cəhətləri 
müəyyənləşdirirlər. Beləliklə, az vaxt ərzində oxunan hissəni mənimsəyir, növbəti his-
səni öyrənməyə hazır olurlar.
Müzakirələr zamanı elektron təqdimat, videoçarx nümayiş etdirilə bilər.
https://www.youtube.com/watch?v=jAAZpQGHW-E 
F blokundakı tapşırıqlar mətnin oxunub müzakirə olunmasından sonra yerinə yeti-
rilə bilər. 1.1.1. Standartı təqdimatın hazırlanmasını tələb etdiyindən paylama materialı 
təqdim olunmalıdır. 
  LAYİHƏ


74
Qiymətləndirmə meyarları: 

 
şərhetmə

 
təqdimat və məruzə hazırlama

 
əlaqələndirmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Torpağın mikroflorası-
nı çətinliklə şərh edir.
Torpağın mikroflo-
rasını şərh edərkən 
səhvlərə yol verir.
Torpağın mikro-
florasını müəllimin 
köməyi ilə şərh edir.
Torpağın mikroflo-
rasını nümunələrlə 
şərh edir.
Təqdimat 
sistemsizdir.
Təqdimatda əsas 
nailiyyətlər əks 
olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Sistemli, dəqiq elmi 
mənbələrə istinadən 
təqdimat hazırlanıb.
Torpağın 
çirklənməsini 
regional-ekoloji 
problem kimi şərh 
edir.
Torpağın 
çirklənməsini 
regional və 
qlobal  ekoloji 
problem olduğunu 
əlaqələndirərkən 
səhvlərə yol verir.
Torpağın 
çirklənməsini 
regional və 
qlobal  ekoloji 
problem olduğunu 
müəllimin 
yönəldici 
sualları əsasında 
əlaqələndirir.
Torpağın 
çirklənməsini 
regional və qlobal  
ekoloji problem 
olduğunu sərbəst, 
nümunələrlə 
əlaqələndirir.
 
  LAYİHƏ


75
 
12. Suyun mikroflorası
Alt standart: 
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin  na-
iliyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
Suyun mikroflorasının öyrənilməsində Mikrobiologiya elminin roluna dair məruzə və 
təqdimat hazırlayır. 
Motivasiya məqsədilə şagirdlər A blokundakı kiçik məlumatı oxuya bilərlər. Bu, əlavə 
məlumat  olmaqla  yanaşı,  sonrakı  suallara  cavab  axtarmaq  üçün  şagirdlərdə  motivasiya 
yaratmış  olacaq.  Şagirdlərə  “Sizcə,  müxtəlif  su  mənbələrindən  götürülmüş  nümunələrdə 
hansı mikroorqanizmlərə rast gəlmək olar? Bunun səbəbini nədə görürsünüz?” və s. kimi 
suallarla müraciət etmək olar. 
Tədqiqat sualı: 
Suyun tərkibində hansı mikroorqanizmlər var və onların miqdarı necə dəyişir?
Tədqiqat  məqsədilə  dərslikdəki  təcrübələr  yerinə  yetirilməlidir.  Təcrübələr  maraqlıdır. 
Təcrübələr aparıldıqdan sonra nəticələr müzakirə olunmalı və məruzə hazırlanmalıdır. 
Təcrübə 1-in nəticəsi: Krandan götürülmüş su nümunəsində yalnız təsadüfən bura düşmüş 
toz və qum aşkar oluna bilər. Krandan gələn su təmizləyici qurğularda təmizləndiyinə və bura 
müəyyən maddələr əlavə olunduğuna görə bu suda heç bir mikroorqanizmə təsadüf olunmur.
Təcrübə 2-nin nəticəsi: Gölməçə suyunda çoxlu qum dənələri (çirkli suda bu olduqca çoxdur), 
eyni  zamanda  birhüceyrəli  mikroorqanizm  olan  infuzor  tərliyi,  birhüceyrəli  yaşıl  yosunlara  rast 
gəlinir. Bu mikroorqanizmlərə eynilə akvarium suyunda da rast gəlmək mümkündür. Müşahidə 
olunan su damcısında, heç şübhəsiz ki, çoxhüceyrəli qurdlara da rast gəlmək mümkündür. 
Mətnin oxunması zamanı “Açar sözlərin tapılması”strategiyasından istifadə edilə bilər. 
Şagird öyrəniləcək mətni oxuyarkən mətnin mənasını açan, öyrənməyə kömək edən sözü və 
ya cümlələri taparaq dəftərində qeyd edir. Beləlikə, qeyd olunmuş açar sözlər və mahiyyət 
daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. 
Müzakirələr zamanı aşağıdakı linkdən (19-cu dəqiqədən başlamaqla) istifadə oluna bilər. 
https://www.youtube.com/watch?v=ik3m17ZdVbE  
F blokundakı tapşırıqları şagirdlər cütlərdə yerinə yetirə bilərlər. Bu onlara bir-biri ilə əmək-
daşlıq etməyə, tapşırığı tez və daha dəqiq yerinə yetirməyə imkan verə bilər. 
Qiymətləndirmə meyarı: 

 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdi-
matda əsas 
nai liyyətlər əks 
olunmayıb.
Dəqiq mənbələrə 
is tinad olunsa da, 
təqdimatın hazırlan-
masında məntiqi ardı-
cıllıq gözlənilməyib.
Sistemli, dəqiq 
elmi mənbələrə 
istinadən təqdimat 
hazırlanıb.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə