Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə121/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   191

415

mühüm rol oynayır.  Xüsusi maraqlar dedikdə,  psixologiyada

insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu

fəaliyyət növü ilə əsaslı məşğül olmaq meylinə çevrilən maraq-

lar nəzərdə tutulur.  Bu baxımdan insada yaranan idrak

maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə

təhrik edir.  Nəticədə idrak maraqlarının təsiri altında

fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti

müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür

edir.  Deməli,  hər hansı bir fəaliyyət sahəsinə idrak

maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin

oyanması ilə sıx bağlıdır.

Bütün yaş dövrlərində bu cür xüsusi maraqların

təzahürünü müşahidə etmək mümkündür.  Lakin təcrübə

göstərir ki,  bu cür maraqlar heç də həmişə davamli xarakter

daşımır.  Belə olduqda həmin maraqlar qabiliyyətlərin

formalaşmasına lazımi təsir göstərə bilmir.

Qabiliyyətlərin inkişafı. Qabiliyyətlərin digər psixi

hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx

bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər

bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu

keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin

bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, müva-

fiq qabiliyyətlər dayanmadan inkişaf edir. Qabiyyətlərin inkişaf

prosesini bir neçə mərhələyə ayırmaq mümkündür.  Bu

mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji

əsasına hazırlıq baş verir, digər mərhələdə isə təbii imkanların

qeyri bioloji planda formalaşması, üçüncü mərhələdə isə zəruri

qabiliyyət müvafiq səviyyəyə çatması baş verir.  Bütün bu

proseslər paralel şəkildə çərəyan edə, bu və digər şəkildə bir bi-

rinin üzərinə düşə, bir-birini tamamlaya bilər.

Aparılmış tədqiqatlar göstərmişdirki,  elementar şəkildə

olsa da,  əsasında aydın ifadə olunan anatomik fizioloji

imkanları hiss olunan qabiliyyətlərin ilkin inkişaf mərhələsində

belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri  funk-




416

sional üzvlərin formalaşması tələb olunur.  Bu,  adətən, anadan

olandan 6-7yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün

analizatorların təkmilləşməsi beyinin ayrı-ayrı sahələrinin, 

bünlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkişafı

tələb olunur.  Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin

formalaşması və inkişafı  üçün səmərəli şərait yaradır ki, bu da

xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin rolunu oynayır.

Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması,  özünü

göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və or-

ta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir.  İlk

dövrlər bu inkişafa uşaqların müxtəlif tipli oyunları,  sonra isə

təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.

Psixoloji

tədqiqatlar

göstərmişdir

ki,  uşaqlarda

qabiliyyətlərin inkişafında kompleks şəkildə aparılan işlər, 

başqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə

qabiliyyətin inkişaf etdirilməsi daha səmərəli nəticə verir.

Çoxplanlı və müxtəlif fəaliyyət növlərindən istifadə

edən insanda qabiliyyətlərin kompleks şəkildə inkişafı üçün

şərait yaranmış olur.

Təcrübə göstərir ki,  əgər uşağın fəaliyyəti yaradıcı xa-

rakter daşıyırsa, o daima uşağı fikirləşməyə məcbur edir, onun

üçün cəzbedici olur,  öz qabiliyyətini yoxlamaq və inkişaf

etdirmək vasitəsinə çevrilir.

Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik

zonasında,  daha doğrusu onun imkanları səviyyəsində olarsa, 

bu həmin sahədə uşağın qabiliyyətinin inkişafını da öz

arxasınca aparacaqdır.  Bu zonadan kənarda olan fəaliyyət

qabiliyyətin inkişafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər

həmin fəaliyyət həddindən artıq sadə olarsa,  o sadəcə olaraq

yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir. 

Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq

mürəkkəb olarsa,  onda həmin fəaliyyət optimal çətinlik

zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni

bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.




417

            

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.  Siz qabiliyyət haqqında nə bilirsiniz?  Onun tərifini

verin.

2. B.M.Teplov qabiliyyətləri necə xarakterizə etmişdir?



3.  Qabiliyyətlərin bilik,  basarıq və vərdişlərlə vəhdəti

nədən ibarətdir?

4. İstedad nəyə deyilir?

5.  İstedadın uşaqlıq,  yeniyetməlik və gənclik dövrü

üçün xarakterik olan    hansı növləri vardır?                 

6. Qabiliyyətləri keyfiyyət baxımından necə xarakterizə

etmək olar?

7.  Qabiliyyətlərin kompensasiya imkanları haqqında

danışın.

8.    Xronoloji və ağıl yaşları bir-birindən nə ilə

fərqlənir?

9. Əqli istedad əmsalı hansı düsturla hesablanır?

10.Qabiliyyətlərin quruluşunu şərh edin.

11.Ümumi və xüsusi qabiliyyətləri xarakterizə edin.

12.Talant və dahilik haqqında danışın.

13.Təbii imkanlar qabiliyyətdə nə kimi rol oynayır?

14.Ünsiyyətin qabiliyyətdə yeri nədən ibarətdir?

15.Qabiliyyətlərin formalaşmasından danışın. Ona təsir

edən amillər hansılardır?

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Qabiliyyətlər və onların quruluşu.

2. Şagirdlərdə qabiliyətlərin inkişafı.

3. İnsan qabiliyyətlərinin sürətli inkişafı şərtləri.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə