Dərslik təLİmati msk-nin 2016-ci IL 27 iyul tarixli №52/2016 qərarı ilə təsdiq olunmuşdur



Yüklə 7,43 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix01.09.2018
ölçüsü7,43 Mb.
#66639
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

11

Sənədi və ya ərizəni qəbul etdikdən və qeydiyyat jurnalında müvafiq qeydiyyatdan keçirdikdən 



sonra  komissiyanın  katibi  sənədin  və  yaxud  ərizənin  qəbul  olunduğu  tarix  və  dəqiq  vaxt 

göstərilməklə, eləcə də jurnalda ona qeydiyyat nömrəsi verilməklə arayış verməyə borcludur. 

Komissiyanın katibi qeyd ediləni özünün imzası ilə təsdiq etməlidir (Məntəqə seçki komissiyasının 

reqlamenti –maddə 11.5).

DİQQƏT

II.Məntəqədən çıxan sənədlər

Komissiya  katibi  qeydiyyat  jurnalında  sənədin  verildiyini  çıxan  sənədlər  hissəsində

qeydə almağa borcludur.

Qeydiyyat  jurnalı  hər  gün  saat  18–də  bağlanır.  Jurnalın  hər  iki  hissəsində,  sonuncu

qeyddən  sonra  belə  bir  qeyd  verilir  “jurnal  bağlanmışdır”,  sonra  tarix  və  dəqiq  vaxt

göstərilir.  Göstərilən  qeydi  komissiyanın  katibi  öz  imzası  ilə  təsdiq  edir.  Qeydiyyat

jurnalının  bağlanmasından  sonra  həmin  tarixdə  hər  hansı  bir  sənədi  qeyd  etmək

qadağandır. (Məntəqə seçki komissiyasının reqlamenti ‒ maddə 11.15).

Səsvermə  günü  Qeydiyyat  jurnalı  bütün  səsvermə  prosesinin  paralelində  yazılırş  Səsvermə 

günü bütün prosedurların bitdikdən və müvafiq seçki sənədlərinin qeydiyyatdan keçirdikdən 

sonra  Qeydiyyat  jurnalı  komissiya  katibinin  və  sədrinin  imzalaarı  ilə  bağlanır  və  Məəntəqə 

Seçki Komissiyasının möhürü ilə təsdiqlənir.



DİQQƏT

MƏNTƏQƏ SEÇKİ KOMİSSİYASININ İCLASINDA 

SƏRƏNCAMIN QƏBUL OLUNMASI QAYDASI

Məntəqə seçki komissiyasının sərəncamlar layihəsini komissiya katibi hazırlayır (Mənt­



əqə  seçki  komissiyasının  reqlamenti  ‒  maddə  9.4).  Komissiya  sədrinin  sərəncamı

iclasda iştirak edənlərin əksəriyyəti–ən azı komissiyanın tam tərkibinin üçdə biri (ən azı

5 üzvü) tərəfdar çıxdıqları halda qəbul olunmuş hesab edilə bilər, lakin səslərin bərabər

bölündüyü  halda  isə  iclas  sədrinin  səsi  həlledici  hesab  oluna  bilər  (Seçki  məcəlləsi  ‒ 



maddə 8.4­5).


12

Seçki komissiyası üzvünə seçki təbliğatında iştirak etmək qadağan olunur (Seçki məcəlləsi – 



maddə 45.4.a).

DİQQƏT

Komissiyanın sərəncamına iclasın sədri və komissiyanın katibi imza atır. Komissiyanın

sərəncamı  ertəsi  gün  komissiya  məntəqəsində  asılır  (Seçki  məcəlləsi  ‒  maddə  26.3; 

maddə ­30.4; maddə 26.3; Məntəqə seçki komissiyasının reqlamenti ‒ maddə 6.4).

MƏNTƏQƏ SEÇKİ KOMİSSİYASININ SEÇKİQABAĞI TƏBLİĞATI 

VƏ YA KAMPANİYAYA QOŞULMASI VƏ MƏHDUDİYYƏTLƏR

Məntəqə  seçki  komissiyası  namizədlərin  siyahılarını  və  partiya  siyahılarını  səsvermə

binasında nəzərəçarpan yerdən asır (Seçki məcəlləsi ‒ maddə 58.4.d; Məntəqə seçki 

komissiyasının reqlamenti ‒ maddə 8.2­q).



SEÇKİQABAĞI DÖVRDƏ MƏNTƏQƏ 

SEÇKİ KOMİSSİYASININ FƏALİYYƏTİ

II HİSSƏ



14

SEÇİCİLƏRİN VAHİD SİYAHISI VƏ ONUN DƏRC OLUNMASI QAYDASI 

(Seçki məcəlləsi – maddə 31)

Seçicilərin  vahid  siyahısında  seçicilər  haqqında  aşağıdakı  məlumatlar  daxil 

edilir:

 Ad, soyad;



 Doğum tarixi (gün,ay,il);

 Ünvan  (Gürcüstan  vətəndaşının  şəxsiyyət  vəsiqəsində  və  ya  Dövlət  servislərinin



inkişaf agentliyinın bazasına görə);

 Gürcüstan vətəndaşının şəxsi nömrəsi;



 Faktiki  yaşayış  yeri  (Gürcüstanın  işğal  olunmuş  ərazilərindən  məcburi  köçən  şəxs

üçün, ünvanı göstərilmədən qeyd edilən şəxs üçün, yaşayış yeri üzrə qeydiyyatdan

çıxarılan  şəxs  üçün,  həmçinin  Dövlət  servislərinin  inkişaf  agentliyinın  qərarı  ilə

qeydiyyatı  ləğv  edilmiş  şəxs  üçün,  göstərilmiş  müvəqqəti  yaşayış  ünvanı,  digər

ölkədə olan şəxs üçün göstəriləcəkdir “Konsulluğun qeydiyyatına alınıb”, əgər belə

bir şəxs Gürcüstanın konsulluq qeydiyyatında deyilsə ‒ “Xaricdədir”);

 Seçicilərin vahid siyahısında qeydiyyat tarixi;



 Foto şəkil (Dövlət servislərinin inkişaf agentliyinın məlumat elektron bazasında olan

ən son fotoşəkil rəqəmsal formatda);

 Cinsi.



Dəqiqləşdirilmiş  siyahıların  son  versiyaları  səsvermə  gününə  ən  azı  2  gün  qalmış  (6

oqtyabr) Məntəqə seçki komissiyasına verilməlidir:

 Seçki komissiyası üçün nəzərdə tutulmuş versiya (masa siyahısı);



 Kütləvi informasiya üçün nəzərdə tutulmuş versiya (divar siyahısı).



I FƏSİL.

  SEÇİCİLƏRİN SİYAHILARI

  Divar  siyahılarının  ilkin  versiyası  götürülməli  və  həmin  yerdən  dəqiqləşdirilmiş  versiya 



asılmalıdır.

  Masa siyahısının və onun surətinin kütləvi informasiya şəklində göstərilməsi yolverilməzdir.



DİQQƏT

SEÇİCİLƏRİN VAHİD SİYAHI GÖSTƏRİCİLƏRİNİN YOXLANILMASI 

(Seçki məcəlləsi – maddə 26.2. b)

Məntəqə seçki komissiyası:

 Seçicilərin vahid siyahısının doğruluğunu yoxlayır; Səhvlərin və yaxud dəqiqsizliyin



aşkara çıxarıldığı təqdirdə, ertəsi gündən gec olmayaraq, lakin seçkilər gününədək


MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

15

ən azı 16 gün qalmış (22 sentyabr), siyahıda dəyişikliklər olunması təklifi ilə Dairə



Seçki Komissiyasına müraciət edir;

 Siyahılarla əlaqədar daxil olmuş ərizələri dərhal Dairə seçki komissiyasına təqdim



edir.

SEÇİCİLƏRİN XÜSUSİ SİYAHISI 

(Seçki məcəlləsi – maddə 32)

Seçicilərin xüsusi siyahısını Dairə seçki komissiyası seçki gününə ən geci 3 gün qalmış

(5 oktyabr) təyin edir və müvafiq məntəqə seçki komissiyasına verir.

Əgər  seçici  siyahıda  qeydiyyatdan  keçmək  xahişi  ilə  seçicilərin  siyahısının  dəqiqliyini

təmin  edən  komissiyaya  seçki  gününə  ən  azı  16  gün  qalmış  (22  sentyabr)  Məntəqə

seçki  komissiyasına  seçkilərdə  iştirak  etmək  xahişi  ilə  müraciət  edə  bilməmişdirsə

(xaricdən  gəlmişdir,  xəstəxanadan  çıxmışdır,  həbsxanadan  azadlığa  buraxılmışdır)

müvafiq sənədlərin təqdim olunduğu təqdirdə (sərhədi keçmək barədə arayış (pasportda

qeydiyyat), müalicə idarəsindən çıxması barədə arayış, yaxud həbsxanadan azadlığa

buraxılmaq haqqında arayış təqdim olunduğu təqdirdə) Məntəqə seçki komissiyası onu

xüsusi  siyahıda  qeydə  alır  və  təqdim  olunmuş  sənədlərin  foto  surətlərini  seçicilərin

siyahısına əlavə edir (Seçki məcəlləsi ‒ maddə 31.12).



APARILASI SEÇKİ QUTUSU SİYAHISININ TƏRTİB EDİLMƏSİ QAYDASI 

(Seçki məcəlləsi – maddə 33­34)

Aparılası seçki qutusu siyahısının tərtibinə görə Məntəqə seçki komissiyası məsuliyyət

daşıyır. Aparılası seçki qutusunun siyahısı vahid və xüsui siyahıları əsasında tərtib olunur.

Seçicini aparılası seçki qutusu siyahısına daxil edirlər, əgər:

 Sağlamlıq vəziyyəti ilə əlaqədar səsvermə binasına gedə bilməyirsə (bu cür seçicilərin



sayı  seçki  məntəqəsində  vahid  siyahıda  mövcud  olan  seçicilərin  3  faizindən  artıq

olmamalıdır. Qeyd olunan sayın doldurulmasından sonra Məntəqə seçki komissiyasının

sədri hər bir yeni daxil olan ərizə barədə dərhal Dairə Seçki Komissiyasına məlumat

verməyə və müvafiq göstərişlər gözləməyə borcludur);

 Seçki  məntəqəsinin  ərazisindədir,  lakin  çətin  gediləsi  yerdədir  (belə  halda  Dairə



Seçki Komissiyası ilə məsləhətləşmə aparmaq tövsiyə edilir);


Yüklə 7,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə