Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə77/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   80

158 
 
5. Sabitlik. Təşkilati struktur eyni vaxtda stabil (sabit) olmalıdır. Yəni ətrafda baş verən fırtınadan asılı 
olmayaraq o “işləməlidir”. Hər bir işçi müəyyən yer tutduğu ünsiyyətdə müəyyən dairəyə malik olmalıdır. İnsan 
özünü daim vağzalda olan kimi hiss etməklə işləyə bilməz. Təşkilat zaman etibarilə sabitlik, öz-özünə yeniləşmə 
və öz-özünə inkişaf qabilyyətinə malik olmalıdır. Buna isə, hər  şeydən öncə, mütəxəssislərin, yeni liderlərin 
peşakarlığının və şəxsiyyətinin inkişaf etdirilməsi hesabına nail olmaq olar.  
6. Çeviklik. Çeviklik anlayışı yalnız son zamanlarda meydana çıxmış  və açıq sosial sistemlər üçün 
səciyyəvidir.  
Təşkilati idarəetmə strukturu, hətta  ən böyüyü və mürəkkəbi  belə, “donuq”, birdəfəlik və  həmişəlik 
müəyyən olmamalıdır. Çevik struktur təşkilata (müəssisəyə) xarici şəraitin dəyişməsinə cəld reaksiya vermək və 
ona uyğunlaşmaq imkanı verir. Sözsüz, bu o demək deyildir ki, istənilən cüzi dəyişiklik bütün strukturun 
yenidən nəzərdən keçirilməsi ilə  nəticələnməlidir. Buna, məsələn, sənaye firmasında heç də  həmişə  zərurət 
olmur. Qeyd edək ki, bir sıra firmalar dəqiq müəyyən olunmuş  dəyişməz struktura malik olmaya bilər. Belə 
firmalar müvəqqəti yaradıcılıq kollektivləri (MYK) prinsipi üzrə işləyir.  
7. Təşkilati idarəetmə strukturunun göstəricisi olan homeostatiklik, yəni daxili tarazlığın 
saxlanması üzrə sistemin avtomatik reaksiya işləyib hazırlamaq qabiliyyəti sabitlik və çeviklikdən törəmədir. 
Müxtəlif növ “birdəfəlik” həyəcanlanmalara görə strukturda sapmalar (kənaraçıxmalar) nə  qədər az meydana 
gəlirsə, bu struktur bir o qədər sabit olur. Eyni zamanda struktur öz inkişafının dinamik şərtlərini nəzərə almalı 
və “böyük hesablar üzrə” təkmilləşməlidir, yəni  əhəmiyyətli, təsadüfi olmayan, böyük, çoxdəfəli və eynitipli 
(birtipli) birdəfəlik həyəcanlamalar zamanı şəklini dəyişməlidir.  
8. Struktur nə qədər mürəkkəbdirsə, onda şaxələnmələr (budaqlar) bir o qədər çox olur və aşağıdakı 
amillər idarəetmədə bir o qədər çox rol oynayır:  
- səlahiyyətlərin ötürülməsi (verilməsi).  Məsələn, gömrükxana rəisi bütün gömrük orqanının 
fəaliyyətinə  məsuliyyət daşıyır. Lakin o, funksiyalarının bir hissəsini gömrükxana rəisinin müavinlərinə, 
gömrükxananın  şöbə  rəislərinə  və gömrük postlarının rəislərinə verməyə  məcburdur. Onlar da öz növbəsində 
ayrı-ayrı  vəzifələri tabeliyindəki qruplara və ya gömrük işinin konkret mütəxəssislərinə tapşırırlar ki, həmin 
şəxslər də bu vəzifələrin yerinə yetirilməsinə görə onların qarşısında hesabat verirlər;  
- koordinasiya (əlaqələndirmə). Qarşıya qoyulmuş  vəzifələrin icra edilməsində  nə  qədər çox sayda 
mütəxəssis iştirak edirsə, onların səyləri bir o qədər çox razılaşdırılmalıdır. Burada isə informasiya bir 
səviyyədən digərinə ötürülür və üfüqi istiqamət üzrə informasiya mübadiləsi aparılır;  
- səlahiyyətlilik (səriştəlilik). Gömrük orqanının hər bir əməkdaşının məsuliyyət dairəsi ciddi olaraq 
müəyyən edilməlidir. Rəhbərin səlahiyyətliliyi (səriştəliliyi) onun öz bölməsinin və ya bütövlükdə gömrük 
orqanının işini necə təşkil edə bilməsində ifadə olunur. Rəhbər öz əməkdaşlarının səriştəsinə inanmalıdır.  
- mərkəzləşdirmə. Gömrük orqanı (bölməsi) rəisinin “əlində” funksiya və bilavasitə tabe mütəxssislər 
nə qədər çox olarsa, onun idarəçilik fəaliyyətinin mərkəzləşmə səviyəsi bir o qədər yüksək olar. Hər bir rəhbər 
idarəetmənin aşağı struktur həlqələri ilə birlikdə özü üçün müəyyənləşdirməlidir ki, səlahiyyətlərin hansı həcmi 
onun üçün qalır, hansı isə aşağı həlqələrə verilir.  
 
 


159 
 
Mövzu 19.  
Gömrük orqanları sistemində idarəetmə prosesi  
 
19.1. İdarəetmə prosesinin mahiyyəti və məzmunu  
İdarəetmə sisteminin mühüm komponenti idarəetmə prosesidir. İdarəetmə prosesi müvafiq idarəetmə 
metodlarından və prinsiplərindən istifadə edilməklə müəyyən funksiyaları reallaşdırmaq yolu ilə sistemdə 
birləşdirilmiş idarəetmə subyektlərinin (xətti və funksional rəhbərlərin, eləcə də digər idarəçilik heyətinin) idarə 
edilən obyektin keyfiyyəti vəziyyətlərinin dəyişdirilməsinə, kollektivin məqsədlərinin  əldə edilməsinə 
yönəldilmiş fəaliyyətidir.  
İdarəetmə prosesi metodoloji, funksional, iqtisadi, təşkilati, sosial və informasiya aspektlərinin seçildiyi 
spesifik məzmunu ilə fərqlənir.  
Metodoloji aspekt ondan ibarətdir ki, idarəetmə prosesi mərhələlər üzrə müəyyən ardıcıllıqla: məqsədi 
gümanetmə, vəziyyəti qiymətləndirmə, problemi müəyyən etmə, idarəçilik qərarını hazırlama üzrə reallaşdırılır. 
Məqsəd - idarə edilən sistemin necə olması barədə gömrük orqanı rəhbərlərinin təsəvvürüdür.  
İdarəçilik şəraiti - konkret idarəetmə sahəsində müəyyən zamanda meydana çıxan və rəhbərin müvafiq 
hərəkətini tələb edən bütün (daxili və xarici, obyektiv və subyektiv) şərtlərin məcmusudur.  
İdarəçilik qərarının hazırlanması - problemin həlli yollarının axtarışı, eləcə də tapılmış yolun praktiki 
reallaşdırılması ilə bağlı təşkilati işdir.  
Funksional aspekt ümumi idarəetmə funksiyalarının müəyyən ardıcıllıqla reallaşdırılmasıdır.  
İqtisadi aspekt idarə edilən sistemin resurslarının tələbatını müəyyən etməklə  və onlardan istifadəni 
qiymətləndirməklə bağlı idarə edən sistemin fəaliyyəti ilə müəyyənləşdirilir.  
Təşkilati aspekt - təşkilati - sərəncamverici metodlardan idarə edilən sistemə nizamlama, 
normalaşdırma, təlimatlandırma və məsuliyyət ardıcıllığı ilə istifadə edilməsindən ibarətdir.  
İdarəetmə prosesinin sosial aspekti idarəetmənin avtomatlaşdırılmasının bu və ya digər dərəcəsindən 
asılı olmayaraq onun bütün mərhələlərində insanın iştirakı ilə müəyyən edilir.  
İnformasiya aspekti idarəetmə prosesində informasiyanın  şəklini dəyişməsi üzrə  əməliyyatların 
müəyyən ardıcıllığından ibarətdir (informasiyanın axtarışı, toplanması, çeşidlənməsi, ilkin işlənməsi və 
ötürülməsi). 
İdarəetmə prosesinə xas olan bütün çoxsaylı əməliyyatları aşağıdakı şəkildə qruplaşdırmaq olar:  
1) məqsədi müəyyənetmə (gümanetmə) əməliyyatları;  
2) informasiya işi əməliyyatları;  
3)analitik iş və qərar variantlarının layihələndirilməsi əməliyyatları; 
 4) fəaliyyət variantını seçmə əməliyyatları;  
5) təşkilati-təcrübi iş əməliyyatları. 
 
19.2. Gömrük orqanlarında məqsədin müəyyən edilməsi  
Gömrük orqanlarının idarə edilməsinin ümumi və konkret məqsədləri Azərbaycan Respublikasının 
Gömrük Məcəlləsində, Azərbaycan Prezidentinin, hökumətinin və həmçinin, DGK-nın digər qanunvericilik və 
hüquqi normativ sənədlərində müəyyən edilmişdir.  
Məqsəd nəzəri cəhətdən  əsaslandırılmış, müəyyən edilmiş, kəmiyyətcə ölçülə bilən, aydın, mənalı  və 
əldə edilə bilən olmalıdır. Müəyyən idarəetmə situasiyasında məqsədin məzmunu, daha yüksək idarəetmə 
pilləsinə nail olmaq məqsədi, yəni idarəetmənin daha yüksək səviyyəsini əldə etmək məqsədi olmalıdır.  
Gömrük fəaliyyəti ölkənin daxili və xarici siyasətinin qovuşuğunda yerləşir və onun ən mühüm sosial-
iqtisadi və xarici iqtisadi proqramlarının və planlarının icra edilməsi ilə birbaşa  əlaqəlidir. Gömrük orqanları 
sistemində idarəetmənin başlıca məqsədi, yəni strateji idarəetmənin məqsədi Azərbaycan Respublikasının 
iqtisadi siyasətinin reallaşdırılmasını təmin etməkdir. İndiki zamanda bu, məqsədyönlü xidməti fəaliyətin keçid 
dövründə əldə edilməsi arzu olunan nəticəsidir.  
İdarəetmənin bu məqsədinin əldə edilməsi aşağıdakı şəkildə reallaşdırılır:  
- büdcə  gəlirlərinin formalaşdırılması üzrə  əsas fiskal orqan kimi gömrük orqanına verilən 
tapşırıqların icrası ilə;  
- hüquq-mühafizə orqanı kimi gömrük xidmətinin rolunun artırılması ilə; 
 -  Azərbaycan gömrük xidmətinin digər dövlətlərin gömrük xidmətləri ilə inteqrasiyasının 
möhkəmləndirilməsi üzrə iş ilə;  
-  gömrük xidməti  əməkdaşlarının sosial tələbatlrının daha da təmin edilməsi ilə bağlı müvafiq 
kompleks vəzifələrinin həlli.  
Məqsədin idarəetmə prosesində oynadığı roldan asılı olaraq, bir neçə idarəetmə tipləri fərqləndirilir. 
Gömrük orqanlarında  ən çox “kənaraçıxmalar üzrə  idarəetmə”, “proqram idarəetməsi”  və  “məqsədli 
idarəetmə” tətbiq edilir.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə