Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

66 

 

Azərbaycan Respublikası xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların idxalına gömrük 



idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdursa, onda mənşə ölkəsi həmin ölkələr 

olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxal rüsumları tətbiq edilmir.  

Fiziki  şəxslər tərəfindən ölkəmizə  gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması 

qadağan olunan mallar aşağıdakılardır:  

1) yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı 

bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;  

2) radioaktiv maddələr;  

3) narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;  

4) əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən edən materiallar;  

5) narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.  

Azərbaycandan fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsi ilə göndərilməsi qadağan 

olunan mallar aşağıdakılardır: 

1) aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya olunmasına AR Ekologiya və Təbii sərvətlər 

Nazirliyinin icarəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri;  

2) qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);  

3) yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı 

bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;  

4) radioaktiv maddələr;  

5) narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatı;  

6) əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;  

7) narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar:  

8) xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;  

9) Azərbaycan Respublikası Müdafiə Nazirliyi,  Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər 

Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri; 

10) dövlət əhmiyyətli sənədlər, ixtiralar, layihələr;  

11) xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;  

12) Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;  

13) müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin 

keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil 

olan milli mədəniyyət əmlakı olan obyektlər.  

 

 

Malların Beynəlxalq Poçt 



Göndərişləri (BPG) ilə daşınması 

 

Azərbaycan vətəndaşlarının müəyyən qismi xaricə qazanc dalınca, oxumağa, qohumlarının yanına 



qonaq gedirlər. Bir qayda olaraq, onlar Azərbaycanda qalmış qohum-əqrəbalarına və ya tanışlarına, xüsusilə də 

bayram günlərində banderol, bağlama və s. göndərirlər. Bu sayaq göndərişlər Beynəlçaxlq Poçt Göndərişləri 

(BPG) sayılır və Azərbaycan Respublikasının gömrük sərhədini keçən digər mallar kimi gömrük qeydiyyatına 

və gömrük nəzarətinə alınmalıdırlar. Poçt rabitəsi xidmətindən istifadə ilə malların göndərilməsi 

xüsusiyyətlərindən asılı olaraq onların sənədləşməsi və vergi haqqının ödənilməsi qaydası ümumi qaydadan 

fərqlidir. BPG ilə malların daşınmasına beynəlxalq poçt mübadiləsi yerlərində yerləşmiş gömrük orqanları 

tərəfindən nəzarət edilir. Hazırda bu o deməkdir ki, BPG-nin gömrük sənədləşməsini və  nəzarətini gömrük 

orqanları  həyata keçirir. BPG-də yük yerləri (palletlər, kisələr) beynəlxalq poçt mübadiləsi yerində 

gömrükçülərin yanında açılır və onlar BPG-nin gömrük dəyərini müəyyənləşdirərək üzərinə gömrük ödənişi 

hesablayırlar. Onlar eyni zamanda gömrük ödənişi məbləğinə TPO və poçt baratını da sənədləşdirirlər. Bundan 

sonra BPG və ona əlavə edilən sənədlər paketi, o cümlədən onun daxil olması haqqında bildiriş, alıcının, 

fəaliyyət regionunda olduğu poçt rabitəsi obyektinin ünvanına göndərilir. Bildirişdə ödəniş üçün tələb olunan 

gömrük ödənişi məbləği göstərilir. 

Poçt fəaliyyəti regionunda olan alıcıya, BPG ünvanına gələn adı çəkilən bildirişi bilavasitə fiziki şəxsə 

göndərir. BPG-nin özünün verilməsi, alıcının bütün gömrük ödənişlərini yerinə yetirməsinə  qədər həyata 

keçirilmir. 

BPG-nin gömrük dəyəri, eləcə  də onunla bağlı hesablanmış ödənişə  məqbul məbləğ gömrükçülər 

tərəfindən müəyyənləşdirilir.  

Qeyd etmək lazımdır ki, bağlamanın gömrük dəyəri göndərmə zamanı, malın bəyan olunmuş 

dəyərindən və göndərmə məbləğindən asılı olaraq formalaşacaq. 

 



67 

 

 



Xarici vətəndaşlar tərəfindən 

malların daşınması 

 

Söhbət xarici vətəndaşların kifayət qədər geniş kateqoriyasından gedir və onların siyahısına aşağıdakılar 



daxildir: 

1) Azərbaycan Respublikasındakı xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları; 

2) Azərbaycan Respublikasındakı xarici dövlətlərin konsulluq nümayəndəliklərinin başçıları; 

3) Diplomatik personalın üzvləri. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına 

uyğun olaraq diplomatik personalın üzvləri dedikdə - xarici dövlətin nümayəndəliyi personalının elə üzvləri 

nəzərdə tutulur ki, onlar diplomatik rütbəyə malikdirlər (1961-ci il Vyana Konvensiyasının 1-ci maddəsi); 

4) Konsulluq müəssisəsinin vəzifəli  şəxsləri. Bu vəzifədə konsulluq funksiyalarını yerinə yetirmək 

tapşırığı almış istənilən bir şəxs, o cümlədən konsulluq müəssisəsinin başçısı  həmin  şəxslər sırasına aid edilə 

bilər (Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana konvensiyasının 1-ci maddəsi); 

5) Xarici dövlətlərin diplomatik nümayəndəliklərin inzibati-texniki penrsonalının  əməkdaşları, yəni 

nümayəndəliyin inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik personalının üzvləri; 

6) Konsulluq müəssisəsində inzibati və ya texniki vəzifə yerinə yetirən konsulluq xidmətçiləri 

adlandırılan şəxslər; 

7) diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin bütün yuxarıda sadalanan işçilərinin ailə 

üzvləri; 

8) xarici dövlətlərin nümayəndələri, parlament və hökumət nümayəndəliklərinin üzvləri, habelə 

qarşılıqlı razılaşma  əsasında - dövlətlərarası danışıqlarda, beynəlxalq konfranslarda və müşavirələrdə  iştirak 

etmək üçün və ya başqa rəsmi tapşırıqlarla Azərbaycan Respublikasına gələn xarici dövlətlərin 

nümayəndəliklərinin əməkdaşları. Qarşılıqlı razılaşma prinsipi ondan ibarətdir ki, Azərbaycan Respublikası, o 

dövlətlərin nümayəndələrinə gömrük imtiyazları göstərir ki, həmin dövlətlər Azərbaycan Respublikasının 

nümayəndələrinə bu sayaq imtiyazlar göstərmiş olsunlar (bir qayda olaraq, müvafiq beynəlxalq aktlar: qərarlar, 

sazişlər, müqavilələr və s. vardır). Göstərilən  şəxsləri müşayiət eləyən ailə üzvlərinə  də eyni imtiyazlar 

göstərilir. 

Adları sadalanan şəxslərə göstərilən gömrük imtiyazlarının dərəcəsi və xarakteri imtiyazlıların özlərinin 

statusundan və Azərbaycan Respublikasının ərazisindən daşınanların xarakterindən asılı olaraq fərqlənir. Lakin 

ümumi qaydaya görə adları sadalanan şəxslərə göstərilən imtiyazların mahiyyətini qısaca olaraq belə izah etmək 

olar: 

a) diplomatik nümayəndəliklər və konsulluq müəssisələri işçilərinin daşıdıqları və ya onların ünvanına 



daxil olan malların gömrük ödənişləri haqqında azad olması (saxlanılma üçün gömrük yığımı, nəzərdə 

tutulmayan yerlərdə  və ya gömrük iş vaxtından kənarda malların gömrük sənədləşməsi və bu kimi xidmətlər 

istisna olmaqla); 

b) göstərilən kateqoriya mallar üçün sadələşdirilmiş  bəyannamə qaydasına görə gömrük bəyannaməsi 

əvəzinə  sərbəst formada tərtib olunmuş yazılı  ərizədən istifadə edilir. Həmin  ərizə iki nüsxədə  tərtib edilir, 

diplomatik nümayəndəliyin və ya konsulluq müəssisəsinin möhürü ilə təsdiq edilir və müvafiq orqanın rəhbəri 

tərəfindən imzalanır. 

Mallar və nəqliyyat vasitələri də güzəştli qaydada (yəni, gömrük ödənişlərinin yerinə yetirilməməsi və 

sadələşdirilmiş bəyannamə qaydasının tətbiqi) tərtib edilir: 

1) diplomatik nümayəndəliklərdə  və ya konsulluq müəssisələrində  rəsmi istifadə üçün nəzərdə 

tutulanlar; 

2) diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin başçıları və vəzifəli şəxslərinin, habelə 

onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulanlar. Azərbaycana mal idxal edilən 

hallarda ilkin tədarük üçün mallar da güzəşt kateqoriyasına daxil edilir; 

3) diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin inzibati-texniki personalının 

əməkdaşlarının, habelə onlarla birlikdə yaşayan ailə üzvlərinin ilkin ehtiyat tədarükləri üçün nəzərdə tutulan 

mallar. Bu kateqoriya mallar üçün gömrük güzəştlərinin göstərilməsinin labüd şərtlərindən biri göstərilən 

şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti (bir ildən az) yaşamalarıdır. 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə