Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

 

Mövzu 1. 



 

Heydər Əliyev və Azərbaycan 

Respublikasının gömrük siyasəti 

 

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 30 yanvar 1992-ci ildə 



dövlətçiliyin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi yaradıldı.  

Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici müdaxilənin zərərli 

təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin 

təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə  təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı 

elementlərindən birinin təşkilini, labüdləşdirdi. 

Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan 

üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni olmaqla, demək olar ki, sıfır səviyyəsindən 

başlanılmalı idi. Bu tədbirlər kompleks xarakterli olmalı  və onların həyata keçirilmə  mərhələləri 

müəyyənləşdirilməli idi. Lakin, o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü 

tədbirlər planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına nail olunmadı. 

Ölkə daxilində  və dövlət sərhədlərində  iş qabiliyyətli gömrük orqanları  şəbəkəsinin yaradılması  və onların 

texniki təminatı, gömrük xidməti kadrlarının hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul 

edilməsi və tətbiqi, gömrük işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi. 

1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərginliyi aradan qaldırmaq, ölkəni parçalanmaqdan 

qurtarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, ölkənin müstəqilliyini və suverenliyini itirmək təhlükəsini 

aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün xalqımız 

öz böyük oğlunu Heydər Əlirza oğlu Əliyevi ikinci dəfə hakimiyyətə təkidlə dəvət etdi.  

Ölkədəki problemləri zərgər dəqiqliyi tilə bir-bir həll edən möhtərəm H. Əliyev cənabları, 1995-ci ildən 

başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı.  Əvvəlcə Dövlət Gömrük Komitəsinin 

rəhbərliyini dəyişdirdi. Gömrük sistemi və infrastrukturu yenidən quruldu. Bütövlükdə gömrük işinin 

məzmununa yenidən baxıldı.  İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə 

cavab verən gömrük qanunvericiliyinin yaradılması  və  tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin 

digər ölkələrin gömrük xidmətləri ilə  sənədlərin və gömrük əməliyyatlarının unifikasiyası (vahid sistemə 

gətirilməsi) əsasında yaxınlaşması kimi mühüm prinsiplər bu yeniləşmənin əsasını təşkil etdi.  

Təşkilati tədbirlərlə bir vaxtda dövlətin gömrük siyasətinin də formalaşdırılmasına başlandı. Ölkənin 

gömrük qanunvericiliyi təkmilləşdirildi. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük Tarifi 

haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 

Məcəllədə, gömrük orqanlarının qarşısında qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin  əsas 

prinsipləri müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müddəalarına görə, hüquq-mühafizə 

orqanı statusu aldı. 

Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta 

nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması  və vaxtında 

yığılaraq dövlət büdcəsinə köçürülməsi tələbini qoydu. 

Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27 oktyabr 

1998-ci il tarixli 6 saylı  Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 

haqqında”  Əsasnamə mühüm yer tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan 

Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır. 

Heydər  Əliyevin təklifi ilə gömrük siyasətinin strateji məsələlərinin müəyyən edilməsi mərhələsində 

Dövlət Gömrük Komitəsinə önəmli yer verildi. Belə ki, vahid gömrük sisteminin yaradılması; xarici iqtisadi 

fəaliyyətin gömrük-tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi; milli bazarın xarici rəqabətin zərərli 

təsirindən qorunması; keyfiyyətsiz malların idxalının qarşısının alınması; ölkənin iqtisadi təhlükəsizliyinin 

təmin edilməsi; qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması  və aradan 

qaldırılması; Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin, intellektual mülkiyyətinin, nadir flora və 

fauna nümunələrinin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması; valyuta əməliyyatlarına mükəmməl nəzarət 

sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasətinin hazırlanması  və s. məsələlərdə Dövlət Gömrük 

Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə qədər uzaqgörən, bacarıqlı və əvəzolunmaz dövlət xadimi 

olmasını bir daha sübut edir.  

Gömrük orqanlarının yaradılmasının beş illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan 

Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi 

problemlərinə toxunaraq, Dövlət Gömrük Komitəsinin qarşısında duran birinci dərəcəli məsələləri belə 

xarakterizə etmişdir: “Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini 



 

qoruyub saxlamaq və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu 



istiqamətlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd edirəm, siz 

dünya təcrübəsindən istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük universiteti, nə 

də gömrük akademiyası olubdur... 

Gömrük işçilərinin  əksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə  təhsil alan 

adamlar çox azdır. Siz bu təhsili də  işləyə-işləyə almalısınız. Yəni işləyə-işləyə gömrük elminin və gömrük 

biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirisiniz, təkmilləşdirirsiniz.  Şübhəsiz ki, Gömrük 

Komitəsinin gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək, onlara xüsusi 

gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, üçillik planı olsun və onun 

əsasında siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa sahələrə nisbətən ən çox lazımdır. Ona görə də siz 

bunu etməlisiniz. 

Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, 

öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə, ölkəsinə 

sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək 

onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları 

yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir...” (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). 

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bu çıxışını 

özünün fəaliyyət Proqramı kimi qəbul edərək, bu dahi insanın fikirlərini ardıcıl olaraq həyata keçirməyə başladı. 

Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi-texniki bazası müasirləşdirməklə bərabər, 

milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı. Qısa müddət ərzində 4 cildlik “Gömrük işinin əsasları” 

(1998-2000-ci illər) “Azərbaycan gömrük xidməti yeni dünya təsərrüfat münasibətləri  şəraitində” (1998), 

“Gömrük işi iqtisadi suverenlik və  təhlükəsizlik” (1999), “Gömrük statistikası” (2000), “Gömrük işi və 

iqtisadiyyatın inkişafı” (2002), “Gömrük hüququ” (2002), “Gömrük işinin təşkili və idarə edilməsi” (2003), 

“Gömrük ekspertizası” (2003) və “Gömrük işinin  əsasları” (2004) adlı  dərsliklər, dərs vəsaitləri və  tədris 

proqramları nəşr olundu. 

Gömrük işinin təşkil edilməsi və gömrük siyasətinin formalaşdırılması ilə bağlı Ümummilli liderimiz 

H.Ə. Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir: 

1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, 1995. 

2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, 1997. 

3. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. 11 noyabr 1999-cu il. 

4. “Məhkəmə  və hüquq-mühafizə orqanları  işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan 

Respublikasının Qanunu. 11 dekabr 1998-ci il. 

5. “Gömrük orqanlarında xidmət haqqında  əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan 

Respublikasının Qanunu. 7 dekabr 1999-cu il. 

6. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikasının 

Qanunu. 1 iyun 2001-ci il. 

7. “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan 

Respublikasının Qanunu. 1 iyun 2001-ci il. 

8. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 25.07.1997-ci il tarixli, 616 saylı Fərmanı. 

9. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun və Əsasnamənin təsdiq edilməsi 

haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 1998-ci il tarixli 7 saylı Fərmanı. 

10. “Məhkəmə  və hüquq-mühafizə orqanları  işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 1999-cu il 

tarixli Fərmanı. 

11. “Gömrük orqanlarında xidmət haqqında”  Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan 

Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il 

tarixli Fərmanı. 

12. “Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 

bununla bağlı hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 

barədə Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli, 389 saylı Fərmanı. 

13. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və 

bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla 

təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan 

Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı. 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə