Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

12 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində AR-in Gömrük Məcəlləsində 



nəzərdə tutulmayan gömrük rejimlərini də tətbiq edə bilər: Məsələn, MDB respublikalarına ayrı-ayrı malların 

ixracı. 


Azərbaycan Respublikasının gömrük sərhədindən mal daşıyan  şəxs, daşınan malın xarakterindən asılı 

olaraq istədiyi gömrük rejimini seçmək hüququna malikdir. 

 

 



13 

 

Mövzu 3. 

 

Gömrük ödənişləri 

 

Gömrük ödənişləri haqqında ümumi məlumat 

 

Gömrük Yük Bəyannaməsin təqdim edilənə qədər və ya təqdim edilən vaxt, həmin bəyannamə əsasında 



aparılan gömrük rəsmiləşdirilməsi zamanı, gömrük ödənişləri də ödənilməlidir (AR Gömrük Məcəlləsi, 117-ci 

maddə). 


Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə, gömrük ödənişlərinin tam siyahısı  aşağıdakı 

kimidir: 

(AR GM, 108-ci maddə): 

1) gömrük rüsumu; 

2) əlavə dəyər vergisi; 

3) aksizlər; 

4) AR-in gömrük işini aparan icra hakimiyyəti orqanı  tərəfindən lisenziyaların verilməsi və 

lisenziyaların bərpa edilməsinə görə yığımlar; 

5) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların 

fəaliyyətinin bərpa edilməsinə görə yığımlar; 

6) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; 

7) malların saxlancına görə gömrük yığımları; 

8) malların gömrük müşayətinə görə gömrük yığımları; 

9) məlumatlandırma və məsləhətverməyə görə haqq; 

10) ilkin qərarların qəbuluna görə haqq; 

11) gömrük hərraclarında iştirak etməyə görə haqq; 

12) digər gömrük ödənişləri.  

Bu ödənişlər Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilən normativ hüquqi aktlar əsasında həyata 

keçirilir. Məsələn, Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-kommersiya məqsədi üçün keçirilən 

nəqliyyat vasitələri üçün belə ödənişlər alınır. 

Yuxarıda göstərilən gömrük ödənişlərindən aşağıdakılar bilavasitə malların gömrük rejimləri altında 

yerləşdirilməsi ilə bağlıdırlar: 

- gömrük rüsumları; 

- əlavə dəyər vergisi; 

- aksizlər; 

- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları. 

AR Gömrük Məcəlləsinin 17-ci maddəsinin 19-cu bəndinə görə, gömrük ödənişləri - müəyyən 

olunumuş qaydada Azərbaycan Respublikası gömrük orqanları  tərəfindən alınan gömrük rüsumları, vergilər, 

gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan 

yığımlar, haqqlar və digər ödənişlərdir. 

Gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük 

dəyərinə görə, vergi dərəcəsinin faizlə ifadəsinə uyğun hesablanır, yəni: 

 

=x 


Gömrük ödənişlərinin vergiqoyma bazası malın gömrük dəyəri götürülür. 

AR Gömrük Məcəlləsinin 115-ci maddəsinə görə, gömrük ödənişlərinin hesablanması üçün “Gömrük 

tarifi haqqında” Azərbaycan Respublikasının qanuna uyğun olaraq müəyyən edilən malların və  nəqliyyat 

vasitələrinin gömrük dəyəri  əsas götürülür. Gömrük dəyərinin hesablanmasına və onu təsdiqləyən sənədlərə 

xüsusi tələblər nəzərdə tutulmuşdur. Belə ki, gömrük dəyərin təyin edilməsi “Gömrük tarifi haqqında” 

Azərbaycan Respublikasının qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 12 

yanvar 1998-ci ildə 7 saylı qərarı ilə qəbul olunmuş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və 

bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları” əsasında həyata keçirilir. 

AR Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1106 saylı  əmri ilə Azərbaycan 

Respublikasının  ərazisinə  gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və  şərtləri haqqında 

Əsasnamə təsdiq edilmişdir. 

AR “Gömrük tarifi haqqında” qanunun müddəalarına uyğun olaraq, gömrük rüsumlarının dərəcələri AR 

Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. 



14 

 

Bu dərəcələr, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, respublikanın bütün ərazisində 



eynidir və kimsəyə görə dəyişilməyə məruz qala bilməz. 

Azərbaycan Respublikasının ərazisində Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun olaraq 

sistemləşdirilmiş və ölkənin gömrük sərhədindən keçirilən (idxal və ixrac) bütün mallara tətbiq edilən gömrük 

ödənişləri dərəcələrinin toplusu - Gömrük tarifi fəaliyyət göstərir. 

Əgər Dövlət Gömrük Komitəsinin normativ aktlarında digər hallar nəzərdə tutulmamışdırsa gömrük 

ödənişlərinin dərəcələri gömrük bəyannaməsinin qəbul edildiyi gün tətbiq olunur. Gömrük ödənişləri aşağıdakı 

3 əsas funksiyanı yerinə yetirir: 

1) fiskal (“fisk” latın sözü olub, “zənbil” deməkdir) - bu dövlət büdcəsinin gəlirlər hissəsinin 

bəndlərindən biri olduğu üçün, həm idxal və həm də ixrac rüsumlarına aiddir; 

2) proteksionist (müdafiə) - onun köməyi ilə dövlət milli istehsalçıları arzuolunmaz xarici rəqabətdən 

qorunduğu üçün, ancaq idxal rüsumlarına aid edilir; 

3) balanslaşdırıcı - daxili qiymətləri bu və ya digər səbəbdən dünya qiymətlərindən aşağı olan malların 

ixracının arzuolunmazlığını həyata keçirmək üçün ixrac rüsumlarına aiddir. 

Növlərinə görə gömrük rüsumlarını aşağıdakı kimi təsnifatlandırmaq olar (cədvəl 1). 

 

gömrük rüsumlarının tƏsnifat növlƏri 



 

Cədvəl 1. 

Alınma qaydalarına görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır: 

1) advolar (latınca “ad valorem” sözündən götürülüb, mənası “dəyərdən” deməkdir) - rüsuma cəlb 

olunan malların gömrük dəyərindən faizlə hesablanır. 

Gömrük rüsumlarının bu cür hesablanması aşağıdakı düsturla həyata keçirilir: 

 

Advolar rüsumlar satışa qoyulan vergiylə eynilik təşkil edir və adətən eyni mal qrupu daxilində müxtəlif 



keyfiyyət xüsusiyyətlərinə aid olan mallar rüsuma cəlb olunduqda tətbiq olunur. Advolar rüsumların müsbət 

cəhəti ondan ibarətdir ki, malların qiymətlərinin dəyişməsindən asılı olmayaraq daxili bazarın qorunması 

səviyyəsini eyni qaydada saxlayır. Bu zaman yalnız büdcənin gəlirləri dəyişikliklərə məruz qalır. Məsələn, əgər 

rüsumun dərəcəsi 20%-dirsə, onda malın qiyməti 100 avro olduqda, büdcənin gəliri 20 avro olacaqdır. Malın 

qiyməti 200 avroya qədər artarsa, müvafiq olaraq büdcənin gəliri də 40 avroya çatacaqdır və ya qiyməti aşağı 

düşəcəksə büdcənin gəliri azalacaqdır. Lakin bütün hallarda idxal olunan malın qiyməti advolar rüsumun faizi 

qədər artacaqdır. 

Advolar rüsumun mənfi cəhəti ondan ibarətdir ki, bu halda rüsuma cəlb olunan mallar üçün gömrük 

dəyərinin hesablanmasını zəruri edir. Bildiyimiz kimi, malların qiyməti çoxsaylı iqtisadi (mübadilə məzənnəsi, 

faiz dərəcələri və s.) və inzibati (gömrük tənzimlənməsi) amillərdən asılıdır ki, bu da advolar rüsumların tətbiqi 

zamanı qiymətləndirmənin subyektivliyinə səbəb olur. 

2) Spesifik - rüsuma cəlb olunmuş malların hər vahidinə müəyyənləşdirilmiş qaydada hesablanır 

(məsələn, hər kq-a görə avro ilə). 

Spesifik gömrük rüsumları aşağıdakı düsturla hesablanır:* 

 

 

Spesifik rüsumlar adətən standart mallara qoyulur və mühüm üstünlükləri vardır. Belə ki, inzibati 



cəhətdən çox sadədir və  əksər hallarda sui-istifadə üçün heç bir imkan yeri qoymur. Ancaq spesifik rüsumlar 

qiymətlərin dəyişilməsindən daha çox asılı olduğundan, onların köməyi ilə bazarın gömrük vasitəsi ilə 

qorunması  səviyyəsi qənaətbəxş deyildir. Məsələn, idxal qiymətləri qalxan zaman, daxili bazarın spesifik 

tariflərlə qorunması  səviyyəsi aşağı düşür. Belə ki, avtomobilin qiyməti 10 000 avro olduqda, spesifik rüsum 

10% olduğundan 1000 avro rüsum alınırsa, onun qiyməti 12 000 avroa olduqda spesifik rüsum 8,3% təşkil 

etdiyindən alınan rüsum 996 avro təşkil edəcəkdir. Nəzərə almaq lazımdır ki, idxal mallarının qiyməti düşən 

zaman, spesifik tarif artır. 

Qoyulma obyektinə görə gömrük rüsumları 3 qrupa bölünür: 

1) idxal - ölkənin daxili bazarına sərbəst dövriyyə üçün buraxılan idxal mallarına qoyulan rüsumlar. 

Rüsumların ən üstün forması olub, bütün dünya ölkələri tərəfindən milli istehsalçıları xarici rəqabətdən qorumaq 

üçün tətbiq olunur. Müxtəlif ölkələr öz inkişafının ayrı-ayrı mərhlələrində idxal rüsumlarının köməyi ilə vergi 

gəlirlərini təmin ediblər, lakin onların kəmiyyəti sonradan kəskin azalıb, fiskal funksiyanı isə digər vergi 

gəlirləri əvəzləyib. Məsələn, gəlir vergisi. Əgər XIX yüzilliyin axırlarında ABŞ büdcə mədaxilinin 50%-ni idxal 

gəlirləri ilə doldururdusa, hal-hazırda idxal gəlirləri büdcə mədaxilinin cəmisi 1,5%-ni təşkil edir. 

2) ixrac - ölkənin gömrük ərazisindən kənara çıxarılan mallara qoyulan rüsumlar. Adətən çox nadir 

hallarda yerli qiymətlə dünya bazarı qiymətləri arasında kəskin fərq olduqda, büdcə mədaxilini artırmaq üçün 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə