Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

 

Ölkə prezidenti olarkən, bütün türk dünyasının lideri səviyyəsinədək yüksəlmiş,  İslam aləminin 



liderlərindən biri olan H. Əliyevin təklifi və  təşəbbüsü ilə  həyata keçirilmiş, Azərbaycan Respublikasının 

iqtisadi və siyasi həyatında mühüm əhəmiyyət kəsb edən aşağıdakı xidmətləri qeyd etmək lazımdır: 

1. İndi H. Əliyevin adını daşıyan Binə hava limanının tikilməsi. Burada gömrük işi dünya standartları 

səviyyəsində qurulmuşdur; 

2. Naxçıvanda beynəlxalq stadartlara cavab verən hava limanının tikilməsi və orada müasir tələblərə 

cavab verən gömrük işinin təşkili; 

3. Bakı, Naxçıvan, Biləsuvar, Astara, Xaçmaz, Tovuz, Lənkəran, Qusar, Qazax və Balakəndə müasir 

standartlara cavab verən gömrük orqanlarının binalarının və keçidlərinin tikilməsi və ya rekonstruksiyası; 

4.  İran  İslam Respublikası  və Türkiyə Cümhuriyyəti ilə  sərhədyanı vizasız gediş-gəliş üçün sazişin 

imzalanması; 

5. Qəzet kağızlarının əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilməsi; 

6. Ölkəyə gətirilən qəzet və jurnalların əlavə dəyər vergisindən azad olunması; 

7.  İran  İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astara-Astara dəmir yolunun 

çəkilməsinə razılığın alınması; 

8. Gömrük sisteminin təmərküzləşməsi, vahid uniforma və digər atrubutların hazırlanıb, qəbul edilməsi; 

9. Dövlət Gömrük Komitəsinin dünya arenasında özünəməxsus yer tutması  və Ümumdünya Gömrük 

Təşkilatında aparıcı gömrük orqanlarından birinə çevrilməsi

10. Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı gördüyü tədbirlərin nəticəsində 

qaçaqmalçılığın və narkotik vasitələrin ölkə ərazisindən keçirilməsinin tamamilə qarşısının alınması; 

11. Gömrük terminallarının yaradılması; 

12. Mütərəqqi gömrük siyasətinin formalaşdırılması; 

13. MDB məkanında ən yaxşı, müasir texniki təchizatı olan gömrük sisteminin yaradılması; 

14. Dövlətin mühüm atributlarından biri olan gömrük sisteminə  sərbəst fəaliyyətin qazandırılması  və 

onun mühüm ideologiyaya çevrilməsi; 

15. Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliliyinin qorunması sahəsində Dövlət 

Gömrük Komitəsinin mühüm nailiyyətlər qazanması. 

 

Müstəqil Azərbaycan dövlətinin memarı Hey 



dər  Əliyev tərəfindən  əsası qoyulmuş gömrük siyasətini onun layiqli davamçısı, Azərbaycan Respublikasının 

Prezidenti, Azərbaycanı  işıqlı  gələcəyə  və nurlu sabahlara inamla aparan, bütün Qafqazın vahid lideri, İlham 

Əliyev cənabları çox uğurla həyata keçirir. 

 

 




 

Mövzu 2. 

 

Gömrük nəzarətinin təşkili və gömrük rejimləri 

 

Mövcud qanunvericiliyə görə mallar və  nəqliyyat vasitələri bəyan ediləndən, gömrük rejimi altında 



yerləşdirilənə qədər gömrük nəzarəti altında olurlar. 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 17-ci maddəsinin 17-ci bəndinə görə, gömrük 

nəzarəti-gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət 

Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər 

qanunvericiliyinə  və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək 

məqsədilə həyata keçirilən tədbirlər toplusudur. 

Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir-birindən seçilir. 

Mallara gömrük nəzarəti dedikdə, idxal (gətirilən), ixrac (aparılan) və tranzit mallarına gömrük nəzarəti 

növləri nəzərdə tutulur. 

Gömrük nəzarətinin həyata keçririlməsində malların ayrı-ayrı mühüm xassələri böyük əhəmiyyət kəsb 

etdiyindən gömrük nəzarətinin yarımnövləri kimi əl yükünə, müşayiət olunan və olunmayan baqaja gömrük 

nəzarətini göstərmək olar. 

Nəqliyyat vasitələrinə gömrük nəzarəti onların növündən asılı olaraq aşağıdakı kimi təsnifatlandırılır: 

a) dəniz gəmilərinə gömrük nəzarəti; 

b) çay gəmilərinə gömrük nəzarəti; 

c) dəmiryol qatarlarına gömrük nəzarəti; 

ç) hava gəmilərinə gömrük nəzarəti

d) avtonəqliyfyat vasitələrinə gömrük nəzarəti. 

Əməkdaşlıq edən ölkələrin gömrük orqanlarının gömrük nəzarətində  iştirakının xarakterindən asılı 

olaraq aşağıdakı nəzarət növləri seçilə bilər: 

1) ikitərəfli gömrük nəzarəti (hər ölkənin gömrük orqanı ayrılıqda gömrük müayinəsi həyata keçirir); 

2) birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi) həyata 

keçirir; 

3) birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti (müayinəsi) 

həyata keçirilir). 

Gömrük nəzarəti birdəfəlik və təkrar ola bilər. 

Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulur ki, gömrük sərhədi ancaq bir istiqamətdə keçilir və 

gömrük nəzarəti (müayinəsi) bir dəfə keçirilir. Əgər mal və  nəqliyyat vasitələri nisbətən qısa müddət  ərzində 

gömrük sərhədini iki dəfə keçirsə, onlar təkrar gömrük nəzarəti altına düşür. Təkrar gömrük nəzarətinin həyata 

keçirilməsi üçün gömrük sərhədinin bir neçə dəfə keçilməsi hər vaxt tələb olunmur. Belə ki, xaricə üzən dəniz 

gəmisi təyinat limanına gələndə gömrük məntəqəsini keçərkən gömrük müayinəsinə cəlb edilmişsə, bir qayda 

olaraq təkrar gömrük nəzarəti həyata keçirilmir. Lakin qaçaqmalçılıq barədə  məlumat olduqda gömrük 

orqanlarının gəmini liman suları hüdudunda və limanda dayanarkən, təkrar gömrük müayinəsini təşkil etmək 

hüququ var. Analoji qaydalar digər nəqliyyat vasitələrinə də şamil edilir. 

Gömrük nəzarətinin həyata keçirilmə formalarına görə aşağıdakı növləri var: 

1) mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması; 

2) mal və nəqliyyat vasitələrinə gömrük baxışı; 

3) mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi. 

Gömrük nəzarətinin birinci forması sənədli, ikinci və üçüncü formaları faktiki nəzarət kimi xarakterizə 

edilir. 


Gömrük nəzarətini gömrük orqanlarının vəzifəli  şəxsləri həyata keçirir. Gömrük Məcəlləsinə gömrük 

nəzarətinin formaları: gömrük məqsədləri üçün lazım olan sənəd və  məlumatların yoxlanılması; gömrük 

müayinəsi (yoxlanması) (mal və nəqliyyat vasitələrinin müayinəsi, şəxsi müayinə - gömrük nəzarətinin xüsusi 

forması); mal və  nəqliyyat vasitələrinin uçotu; fiziki və  vəzifəli  şəxslərin  şifahi sorğusu; uçot və hesabat 

sisteminin yoxlanılması; müvəqqəti saxlanc anbarlarına, gömrük anbarlarına, sərbəst anbarlara, sərbəst gömrük 

zonalarına, rüsumsuz ticarət mağazalarına, mal və nəqliyyat vasitələri yerləşən digər ərazilərə, tikililərə gömrük 

baxışıdır. 

Bu siyahı gömrük nəzarətinin digər formaları: müşahidə, tədqiqat, təhqiqat, proqnozların hazırlanması 

və başqa bu kimi nəzarət funksiyalarını obyektlə bilavasitə təmasdan çıxarmağa və kənardan yerinə yetirməyə 

imkan verən sair formalardır. 

Gömrük nəzarətinin həyata keçirilməsinin  əsası Yük Gömrük Bəyannaməsidir (YGB). Gömrük 

nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə