Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

15 

 

istifadə olunur. İxrac rüsumları malın dünya bazarındakı dəyərini artırdığından, onun rəqabət qabiliyyətini aşağı 



salır. Başqa hallarda isə, ölkələr yerli xammalın ölkədən axınının qarşısını almaq üçün tətbiq olunur. Belə hallar 

Tailand və Myamadan (keçmiş Birma) düyü ixracı, Braziliyada isə kofe ixracı zamanı olmuşdur. Məsələn, 

Avstriya ölkədən emal olunmamış oduncaq məmulatlarının çıxarılmasını  məhdudlaşdırmaq üçün ixrax 

rüsumları tətbiq edir. Anoloji hala Rusiyada da rast gəlmək olur. 

Hal-hazırda idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri 05.VIII.1998-ci il tarixli 167 

saylı, 30.X.1998-ci il tarixli 218 saylı, 27.02.1999-cu il tarixli 25 saylı, 25.05.2000-ci il tarixli 94 saylı, 6 iyul 

2000-ci il tarixli 112 saylı, 15.VIII.2000-ci il tarixli 138 saylı, 07.09.2000-ci il tarixli 164 saylı, 25.09.2000-ci il 

tarixli 173 saylı, 26.09.2000-ci il tarixli 174 saylı, 26.X.2000-ci il tarixli 195 saylı, 07.03.2001-ci il tarixli 62 

saylı, 12.04.2001-ci il tarixli 80 saylı, 13.VIII.2001-ci il tarixli 138  saylı, 15.04.2002-ci il tarixli 65 saylı, 

27.04.2002-ci il tarixli 71 saylı, 31.01.2005-ci il tarixli 12 saylı  və 01.02.2006-cı il tarixli 31 saylı  qərarlara 

əsasən dəyişikliklər və  əlavələr edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan 

Respublikasında ixrac-idxald əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22.04.1998-ci il 

tarixli 91 saylı Qərarı ilə tənzimlənir (bax. Əlavələrə). 

3) tranzit - ölkə  ərazisindən keçirilib aparılan mallara qoyulan rüsumlar. Bu rüsumların miqdarı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. 

Xarakterinə görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlaşdırılır: 

1) fəsili (müvəqqəti) - fəsili xarakter daşıyan məhsulların, xüsusilə  də  kənd təsərrüfatı  məhsullarının 

beynəlxalq ticarətini operativ tənzimləmək üçün tətbiq olunan rüsumlardır. Adətən onlardan istifadə müddəti il 

ərzində bir neçə ay olur. Həmin vaxt ərzində bu mallara tətbiq olunan gömrük tarifinin fəaliyyəti dayandırılır. 

(“Gömrük tarifi haqqında” Qanun, 5-ci maddə); 

2) antidempinq (ingiliscə “dumping” hərfi mənada “dağıtma” deməkdir) - ölkə  ərazisinə normal 

qiymətlərdən daha ucuz mal gətirildikdə  və bu cür idxal yerli mallara və ya yerli sahibkarlara ciddi ziyan 

vurduqda, habelə belə malların yerli istehsalını genişləndirdikdə istifadə olunan rüsumlardır (“Gömrük tarifi 

haqqında” Qanun, 8-ci maddə); 

3) kompensasiya (latınca “compensatio” sözündən olub, hərfi mənası “ödəmə” deməkdir) - ölkənin 

gömrük  ərazisinə  gətirilən malların istehsalı  və ya ixracı zamanı birbaşa və ya dolayı yolla subsidiyalardan 

(latınca “subsidium” sözündən olub, mənası “yardım”, “kömək” deməkdir) istifadə olunduqda və belə bir idxal 

bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və yaxud bu hal istisna edilmədikdə tətbiq olunur 

(“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə); 

4) xüsusi - əgər ölkənin gömrük ərazisinə gətirilən malların miqdarı və gətirilmə şərtləri, həmin malların 

yerli istehsalçılarına ziyan vurursa və ya ziyan vura bilərsə, onda müdafiə tədbiri kimi tətbiq olunan rüsumlardır. 

Adətən xüsusi rüsumlar, ölkəni onun ticarət tərəfdaşlarından haqsız rəqabətbən qorumaq, yaxud da digər 

dövlətlər tərəfindən onun maraqlarına ziyan vuranlara qarşı cavab tədbiri kimi, birtərəfli qaydada istifadə 

olunur. Bu cür rüsumlar ölkə hökumətinin və ya parlamentinin tapşırığı ilə ölkə bazarında aparılan xüsusi 

təhqiqatlardan sonra həyata keçirilir. Təhqiqat zamanı ticarət ortaqları ilə ikitərəfli danışıqlar aparılır, tərəflərin 

mövqeyi müəyyənləşdirilir, mövcud situasiyadan əmələ  gələn mümkün izahatlar araşdırılır və  əmələ  gəlmiş 

narazılığı aradan qaldırmaq üçün siyasi vasitələr və yollardan istifadə olunur. 

Əgər ticarət razılığını  tənzimləyən bütün cəhdlər boşa çıxarsa, onda xüsusi rüsumlar sonuncu vasitə 

kimi tətbiq olunur. 

Mənşəyinə (əmələ gəlməsinə) görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır: 

1) avtonom - ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada tətbiq olunan rüsumlardır. 

Adətən gömrük tarifinin tətbiqi ölkə parlamenti tərəfindən qəbul olunan qanunla, gömrük rüsumlarının 

dərəcələri isə ölkə hökuməti tərəfindən qəbul olunmuş qərarla həyata keçirilir

2) konvension (müqavilə yolu ilə) - ikitərəfli və ya çoxtərəfli razılaşmalar  əsasında tətbiq olunan 

rüsumlardır. Məsələn, Tariflər və Ticarət haqqında Baş Sazişə - TTBS (CATT - General Agreementon Tariffs 

and Trade, 1995-ci ildən Ümumdünya Ticarət Təşkilatı - WTO - World Trade Organization adlanır) görə; 

3) preferensial (güzəştli) - çoxtərəfli razılaşmalar  əsasında inkişaf etməkdə olan ölkələrin mallarına 

mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı  dərəcələrin tətbiq olunduğu rüsumlardır. Güzəştli 

rüsumların əsas məqsədi, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını ixracı genişləndirmək yolu ilə köməklik 

göstərməkdir.  İnkişaf etməkdə olan ölkələrdən alınan hazır məhsullara, inkişaf etmiş ölkələr tərəfindən idxal 

tarif dərəcələrini kifayət qədər aşağı salan Ümumi güzəştlər sistemi 1907-ci ildən fəaliyyət göstərir. Stavkaya 

(dərəcəyə) görə gömrük rüsumları 2 yerə ayrılır: 

1) daimi (sabit) - dövlət orqanları  tərəfindən müəyyənləşdirilən və  şəraitdən asılı olaraq dəyişilməyə 

məruz qalmayan gömrük tarifi. Dünya ölkələrinin əksəriyyətində daimi tariflərdən istifadə olunur

2) dəyişkən - mövcud şəraitdən asılı olaraq (dünya və ya yerli qiymətlərin səviyyəsi dəyişdikdə, dövlət 

subsidiyalarının səviyyəsi dəyişdikdə) hökumət tərəfindən dəyişdirilən gömrük rüsumları. Bu cür tariflərdən az 

da olsa, Qərbi Avropada vahid aqrar siyasət çərçivəsində istifadə olunur. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə