Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

18 

 

Azərbaycan Respublikasının Qanununa əsasən Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodların 



Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılaraq 10 rəqəmli sistemə keçilmişdir.  

Gömrük rüsumlarına və aksizlərə cəlb olunan idxal malları üçün ƏDV aşağıdakı düsturla hesablanır: 

 

=x 


 

İdxal gömrük rüsumlarına cəlb olunan, lakin aksiz vergisindən azad olunan mallar üçün ƏDV aşağıdakı 

düsturla hesablanır: 

 

=x 



 

İdxal gömrük rüsumlarından azad olan, lakin aksiz vergisinə cəlb olunan mallar üçün ƏDV aşağıdakı 

düsturla hesablanır: 

 

=x 



 

İdxal gömrük rüsumlarından və aksizlər azad olunan mallar üçün ƏDV aşağıdakı düsturla tapılır: 

=x 

 

 



Aksizlər 

 

Aksiz, fransızca “accise”, latınca “accido” sözlərindən götürülüb, mənası “kəsirəm” deməkdir. 



Aksiz dolayı vergi olub, malın qiymətinə daxil edilir. Kütləvi istehlak mallarına (duz, çay, tütün və s.) 

və hər cürə xidmətlərə qoyulur (Vergi Məcəlləsi, 182-ci maddə). 

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 saylı  qərarı 

qüvvədədir. “Azərbaycan Respublikasının  ərazisinə  gətirilən aksiz vergisinə  cəlb olunan malların aksiz 

dərəcələrinin təsdiq edilməsi haqqındakı bu qərara görə, aşağıdakı idxal malları aksiz vergisinə cəlb olunurlar: 

1) içməli spirt, pivə və spirtli içkilərin bütün növləri; 

2) tütün məmulatları; 

3) neft məhsulları. 

Aksizin miqdarı vergi bazasından faiz hesabı ilə müvafiq vergi dərəcəsi əsasında müəyyən edilir: 

 

=x 



Aksiz dərəcələrinin növündən asılı olaraq vergi bazası aşağıdakı kimi qəbul edilir: 

1) natural ifadədə idxal olunan aksizli malların həcmi; 

2) malın gömrük dəyəri və ödəniləcək gömrük rüsumlarının cəmi. 

Ölkənin gömrük ərazisinə gətirilən aksizli malların hər bir dəsti üçün vergi bazası müəyyənləşdirilir.  

Əgər ölkənin gömrük ərazisinə  gətirilən aksizli mal dəstinin içərisində müxtəlif aksiz dərəcəli mallar 

olarsa, onda hər mal qrupu üçün ayrıca vergi bazası müəyyən edilir. Sonra isə alınan nəticələr cəmlənərək bütün 

mal dəsti üçün aksiz hesablanır. 

Aksiz dərəcələrinin aşağıdakı növləri vardır: 

1) advolar - vergi bazasına faizlərlə hesablanır. Bu hesablama aşağıdakı düsturla həyata keçirilir: 

 

=x 



2) Spesifik - vergi tutulan hər mal vahidi üzrə müəyyənləşdirilmiş miqdarda hesablanır. 

Spesifik dərəcə aksizli malların hər biri üçün manatla ifadə olunur. 

Spesifik stavka üzrə vergiyə cəlb olunan mallar üçün aksiz aşağıdakı düsturla hesablanır: 

 

=x 



Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən aksizli malların aksiz dərəcələri Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 saylı qərarı ilə təsdiqlənmişdir. Bu qərara görə 

aksiz dərəcələri hər bir ölçü vahidi (litr, ədəd, ton) üçün ABŞ dolları ilə müəyyən edilmişdir. 

Aksiz markaları, idxalçı  tərəfindən aksizli malları ölkə  ərazisinə  gətirənə  qədər alınmalıdır. Aksiz 

markaları üçün ödənilən vəsait, faktiki olaraq “əvvəlcədən ödənilmiş” hesab olunur və  aşağıdakı düsturla 

hesablanır:  

 

=- 



19 

 

  



Aksiz vergilərindən azad etmə  və ya güzəşt edilmə  səlahiyyəti mövcud qanunvericiliyə görə AR 

Nazirlər Kabinetinə məxsusdur. 

 

 



20 

 

Mövzu 4. 



 

Gömrük rəsmiləşdirilməsinə 

Görə gömrük yığımları 

 

Mal qismində ölkənin gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin, həmçinin seçilmiş 

gömrük rejiminin dəyişdirilməsi və ya onun qurtarması zamanı gömrük orqanları  tərəfindən həyata keçirilən 

gömrük rəsmiləşdirilməsinə görə alınan məcburi ödənişlərə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları 

deyilir. 

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mal və  nəqliyyat vasitələrini keçirən  şəxslərdən 

(fiziki və ya hüquqi), gömrük sərhədini keçirilməsi üsul və vasitələrindən (özü keçməsi və ya keçirilməsi

beynəlxalq poçt göndərişləri ilə, yüklə və s.) və təyinatından (kommersiya məqsədləri üçün, şəxsi istifadə üçün, 

tranzit və s.) asılı olmayaraq ödənilməlidir (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla). 

Azərbaycan Respublikasının  ərazisində “Gömrük Məcəlləsi”nin 112-ci maddəsinə görə gömrük 

rəsmiləşdirilməsi üçün gömrük yığımlarının vahid dərəcələri fəaliyyət göstərir. Hal-hazırda Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı  qərarı ilə  qəbul edilmiş gömrük 

yığımlarının miqdarı qüvvədədir. Bu qərara AR Nazirlər Kabineti 30.09.2002-ci il tarixli 151 saylı, 22.04.2003-

cü il tarixli 55 saylı, 03.XI.2003-cü il tarixli 129 saylı və 20.04.2004-cü il tarixli 58 saylı qərarları ilə əlavələr 

edilmişdir (bax Əlavələrə). 

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları xarakterinə əsasən aşağıdakı kimi təsnifatlandırıla 

bilər: 

1) advolar - rəsmiləşdirilən mallara gömrük dəyərinə görə faizlə hesablanır. Advolar dərəcə üzrə 



gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları aşağıdakı düsturla hesablanır: 

 

=x 



2) spesifik - müəyyən olunmuş miqdarda bir gömrük rəsmiləşdirilməsi faktına (daha doğrusu bir 

gömrük bəyannaməsinin təqdim olunması faktı) görə hesablanır. 

Spesifik dərəcələr müxtəlif valyutalarla müəyyənləşdirilsə  də yalnız Azərbaycan manatı ilə 

ödənilməlidir. 

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları spesifik dərəcələr üzrə  aşağıdakı düsturla 

hesablanır: 

 

=xxx 


 

Hal-hazırda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının qarışıq dərəcələrlə hesablanmasının 

iki növü tətbiq olunur: 

1) gömrük rəsmiləşdirilməsi faktına görə, malın gömrük dəyərindən faizlə hesablanmış  dərəcəsindən 

çox olmamaq (daha doğrusu, gömrük yığımının daha az miqdarda alındığı  dərəcə  qəbul olunur) şərti ilə 

hesablanmış dərəcə; 

2) malın gömrük dəyərindən faizlə hesablanan dərəcə ilə gömrük rəsmiləşdirilməsi faktına görə xarici 

valyuta ilə olan dərəcənin cəmi. 

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının baza dərəcəsi Azərbaycan Respublikasının 

Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarına görə gömrük dəyərinin 0,15%-idir. 

Mallar və nəqliyyat vasitələri, gömrük orqanlarının iş vaxtından kənar vaxtda müəyyən edilmiş ərazidən 

aralıda rəsmiləşdirilərsə, onda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarının ikinci bəndin 

görə, “Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi 

alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində 

yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin  şəxsi istifadəsi üçün keçirilən 

mallardan və nəqliyyat vasitələrindən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır”. 

 

Gömrük ödənişlərinin ödənilməsi 



müddətləri və qaydaları 

 

Ümumi qaydalara görə, gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə 



uyğun olaraq bilavasitə deklarant və yaxud digər məsul şəxs tərəfindən ödənilir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə