Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

23 

 

1) mal qismində ölkənin gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o 



cümlədən müşayiət olunmayan baqajda beynəlxalq poçt göndərişlərində keçirilən malların və yüklərin (dəyəri 

100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayaraq), nəqliyyat vasitələrinin, həmçinin 

Azərbaycan Respublikasının Milli Bankı  tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda 

sifariş verilməklə (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və s. çəkilən xərclər nəzərə alınmaqla) 

gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici valyuta sərvətlərinin isə 

normal dəyərinin 0,15 faizi miqdarında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri 

arasında hasilatın pay bölgüsü haqqında sazişlərə  əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət 

karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş 

aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxalı üzrə hər bir yük gömrük bəyannaməsi 

üçün malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının MB tərəfindən 

müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımlar alınır;  

2) Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara)  əsasən qrant 

kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının 

ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin  şəxsi istifadəsi üçün 

keçirilən mallardan və nəqliyyat vasitələrindən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır;  

3) Yük Gömrük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 

ABŞ dolları  həcmində Azərbaycan Respublikasının Milli Bankı  tərəfindən müəyyən edilən məzənnəyə görə 

manatla ödənc alınır;  

4) Azərbaycan Respublikasının gömrük srhədindən tranzit gömrük rejimi altında keçirilən malların 

gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dollar, hər  əlavə tranzit yük bəyannamələri üçün 10 ABŞ dolları 

miqdarında Azərbaycan Respublikasının Milli Bankı  tərəfindən müəyyən edilən məzənnəyə görə manatla 

gömrük yığımları alınır;  

5) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən (o cümlədən 

müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:  

- yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 ABŞ dolları;  

- digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları  məbləğində Azərbaycan Respublikasının Milli Bankı 

tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.  

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanlarının iş vaxtından kənar 

vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.  

 

 




24 

 

Mövzu 5. 



 

Gömrük rəsmiləşdirilməsinin 

Əsas prinsipləri  

 

Gömrük rəsmiləşdirilməsi - mal və  nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun 



olaraq müəyyən gömrük rejimi altında yerləşdirilməsi və bu rejimin təsirinin (fəaliyyətinin) bitirilməsi 

əməliyyatlarının məcmusudur. 

Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən 

keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimləmə vasitələrinin tətbiq 

edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli  şəxsləri tərəfindən aparılan  əməliyyatların məcmusu kimi də 

anlaşıla bilər. 

Gömrük rəsmiləşdirilməsi qaydaları  həm Gömrük Məcəlləsinin müddəaları, həm də Azərbaycan 

Respublikası Qanunvericiliyinin digər aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə, təkcə qanunlar 

deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük 

Komitəsinin qanun qüvvəli aktları nəzərdə tutulur. 

Məsələn, “Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya 

fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları üzrə Təlimat”. 

Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq 

konvensiyalarda nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər. BYD kitabçaları  tətbiq edilməklə 

Beynəlxalq yük daşımaları Konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin gömrük 

rəsmiləşdirilməsinin qayda və  şərtlərini tənzimləməklə ümumilikdə  qəbul edilmiş normalar kimi mühüm 

əhəmiyyət kəsb edir. 

 

 



Gömrük rəsmiləşdirilməsi 

icraatının yeri və vaxtı 

 

Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanının fəaliyyət göstərdiyi, 



mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerləşdiyi ərazidə, xüsusi müəyyən edilmiş 

yerlərdə həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi gömrük orqanının müəyyən edilmiş iş vaxtı ərzində həyata 

keçirilməlidir. Gömrük orqanlarının iş rejimi DGK ilə razılaşdırılmalıdır. Bununla belə, Gömrük Məcəlləsi 

gömrük rəsmiləşdirilməsinin digər yerlərdə  və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da həyata 

keçirilməsini mümkün sayır. Bunun üçün maraqlı  şəxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının 

razılığını almalıdır və bu halda meydana çıxan bütün xərclər maraqlı şəxs tərəfindən ödənilir. Başqa yerlərdə və 

iş vaxtından kənar vaxtda da aparılan gömrük rəsmiləşdirilməsi əməliyyatları üçün ikiqat haqq alınır. 

Dövlət Gömrük Komitəsi ayrı-ayrı kateqoriyalı malların və  nəqliyyat vasitələrinin gömrük 

rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər. Məsələn, DGK-nın 20 fevral 

1998-ci il tarixli 002 saylı  əmri ilə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük 

rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası 

bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan yeni struktur vahidi - Aksiz gömrük postu 

yaradılmışdır. 

Xarici iqtisadi fəaliyyət iştirakçıları  tərəfindən, idxal olunan və gömrük ərazisindən keçirilən etil 

(yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının gömrük rəsmiləşdirilməsini bu post həyata 

keçirir. 

Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsi bir sıra faktorlardan asılıdır: 

1) keçirilən malın xarakteri və xassələri (məsələn, aksizli malların gömrük rəsmiləşdirilməsinin 

xüsusiyyətləri və s.); 

2) malların daşındığı nəqliyyat növü (gəmi, qatar (vaqon), avtomobil); 

3) keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri; 

4) keçirilən malların mənşə ölkəsi; 

5) malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer. 

Gömrük rəsmiləşdirilməsi yerləri müvafi 

q gömrük rejimləri üzrə hazırlanan təlimatlarla da müəyyən edilə bilər. 

Əgər mallar gömrük sərhədindən keçənədək birdən artıq nəqliyyat növündən istifadə edilirsə (boru 

kəməri - dəmiryol, gəmi-dəmiryol və s.), ixracatçı yükləmə-boşaltma əməliyyatlarının yerinə yetirildiyi zonaya 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə