Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

27 

 

Malların təhlükəsizliyini və onların müəyyən edilmiş  tələblərə uyğun olduğunu təsdiq edən sənəd - 



sertifikasiya sistemi qaydalarına əsasən verilmiş sertifikat hesab edilir. Sertifikat bir nüsxədə verilir. O həmçinin 

xarici sertifikatın tanınması barədə şəhadətnamə rolunu oynayır. 

Bir qayda olaraq Azərbaycan ərazisinə gətirilən malların təhlükəsizlik tələblərinə uyğun olması zərurəti 

və bunun təsdiqi olaraq malların sertifikatlaşdırılması xarici ticarət müqavilələri və sazişlərinin tərtibini nəzərdə 

tutmalıdır. 

Sertifikatlaşdırılması məcburi olan mallar sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal, gömrük nəzarəti 

altında malların emalı (emal məhsullarının sərbəst dövriyyə üçün buraxılması üçün), gömrük ərazisindən 

kənarda malların emalı (emal məhsullarının geri gətirilməsi üçün) gömrük rejimləri altında yerləşdirilmiş mallar 

yalnız sertifikatlar gömrük orqanlarına təqdim edildikdən sonra buraxılır. Seçilmiş gömrük rejimindən asılı 

olmayaraq aşağıdakı mallar sertifikatsız buraxılır: 

1) xarici dövlətlərin təmsilçiliklərinin və beynəlxalq dövlətlərarası  təşkilatlarının və onların 

personallarının rəsmi istifadəsi üçün nəzərdə tutulmuş mallar; 

2) fiziki şəxslər tərəfindən gətirilən, istehsalat və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış 

(müəyyən edilmiş hədlərdən artıq olan mallar istisna olmaqla) mallar. 

Qanunvericilik, həmçinin, vahid miqdarda gətirilən və yalnız gətirən  şəxsin istifadəsi üçün nəzərdə 

tutulan malların sertifikat təqdim edilmədən buraxılmaq imkanını nəzərdə tutur. 

Aşağıdakı hallarda mallar şərti olaraq buraxıla bilər: 

a) mallar - sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal, gömrük nəzarəti altında emal və gömrük 

ərazisindən kənarda emal rejimlərində bəyan edilmək üçün hazırlanır; 

b) gömrük orqanına müəyyən öhdəliklə müraciət edildikdə (mallar özgəninkiləşdirilərkən müəyyən 

edilmiş qaydada sertifikatlaşdırılmalıdır). 

Gömrük rəsmiləşdirilməsi zamanı aşağıdakılar yoxlanılmalıdır: 

- sertifikatdakı (surətindəki) imza və möhürlər; 

- sertifikatı vermiş orqanın səlahiyyəti; 

- gətirilən malın sertifikata uyğun olması; 

- sertifikatın etibarlılıq müddəti; 

- gömrük rəsmiləşdirilməsi üçün digər məlumatlar.  

Heyvandarlıq məhsullarının bütün növləri hər hansı  nəqliyyat vasitəsi ilə idxal və ixrac olunduqda 

məcburi baytarlıq nəzarətindən keçməlidir. Heyvanların, heyvandarlıq məhsullarının və yemlərin, hərbi 

nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasına, yalnız sərhəd baytarlıq nəzarət məntəqələri təşkil 

edilmiş yerlərdə yol verilir. 

Bütün nəqliyyat və göndəriş növləri ilə, o cümlədən  əl yükləri daxil olmaqla keçirilən: bütün növ 

heyvan və quşlar (heyvanların rüşeym və spermaları, mayalanmış kürü də daxil olmaqla); heyvan mənşəli 

məhsullar (ət və  ət məhsulları, süd və süd məhsulları, balıq, yumurtalar, arıçılıq məhsulları); heyvan mənşəli 

xammal (dəri, yun, xəz, tük, lələk, qan, sümük və digər məhsullar); heyvanlar üçün yemlər; baytarlıq 

preparatları, bioloji materiallar və heyvan mənşəli kolleksiya əşyaları dövlət sərhəd baytarlıq nəzarətindən 

keçməlidir. Sərhəd nəzarət-baytarlıq məntəqələri baytarlıq sertifikatı  və baytarlıq  şəhadətnamələri verirlər, 

həmçinin malların sərhəddən idxal, ixrac və tranziti üçün digər sənədlər rəsmiləşdirilir. Son zamanlar “quş 

qripi” xəstəliyinin yayılması bu tədbirlərin vacibliyini ikiqat artırır. 

Bu funksiyaların yerinə yetirilməsi üçün sərhəd baytarlıq nəzarəti orqanlarına aşağıdakı hüquqlar verilir: 

- xarici dövlətlərdən daxil olan və sərhəddən kənara çıxarılan nəzarətə cəlb edilməli olan yüklərə baxış 

keçirmək və onların daşınılmasına davam edilməsinin mümkünlüyü və şərtləri barədə qərar qəbul etmək; 

- nəzarətə cəlb edilməli olan yüklərin tədarükü, saxlanılması, emalı və daşınması ilə məşğul olan dəniz 

və çay limanlarının, aeroportların, dəmir yol stansiyalarının, poçtamtların, müəssisələrin  ərazisinə maneəsiz 

girmək; 

- gömrükxana, dəniz və çay limanları 

 (körpüləri), aeroport, dəmiryol stansiyaları  və i.a. müəssisələrin rəhbərliyindən gətirilən, saxlanılan və 

göndərilən heyvan mənşəli yüklər barədə məlumatlar və müvafiq sənədlər almaq; 

- Kənd Təsərrüfatı Nazirliyinin müvafiq icazəsi olmadan Azərbaycan ərazisinə gətirilən, nəzarətə cəlb 

edilməli olan yüklərin boşaldılmasını, bu yüklərin yüklənməsini və tranzitini, onların göndərilməsinin baytarlıq 

şərtlərinin pozulduğu təqdirdə saxlamaq və ya qadağan etmək; 

- nəzarətə cəlb edilməli olan yüklərin daşınması zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması 

üçün icrası məcburi olan göstərişlər vermək; 

- müayinə və laboratoriya ekspertizası məqsədi ilə prob və nümunələr götürmək. 

Azərbaycanın gömrük sərhədindən bitkilər keçirilərkən, xarici ölkələrdən karantin və digər 

zərərvericilərin, həmçinin, bitki xəstəliklərinin daxil olmasının qarşısını almaq məqsədi ilə dövlət nəzarəti təşkil 

edilir. 



28 

 

Karantin xidmətinin əsas vəzifələri aşağıdakılardır: 



- xarici ölkələrdən gətirilən bitki mənşəli məhsulların, o cümlədən baqaj, poçt göndərişləri və 

sərnişinlərin  əl yükü ilə daxil olan digər materialların karantin müayinəsi və laboratoriya ekspertizasının 

aparılması; 

- digər ölkələrdən gələn bitki mənşəli məhsulların və digər materialların, həmçinin nəqliyyat 

vasitələrinin sağlamlaşdırılması və karantin zərərsizləşdirilməsinin təşkil edilməsi; 

- ixrac edilən bitki mənşəli məhsullar və digər materiallara karantin baxışının keçirilməsi. 

Karantin xidməti orqanlarına verilən hüquqlar, baytarlıq xidməti orqanlarına verilən hüquqlarla əsasən 

uyğun gəlir. 

Karantin nəzarətinə cəlb edilən mallar aşağıdakılardır: 

1) kənd təsərrüfatı, meşə  və dekorativ bitkilərin toxumları,  əkin materialları  və onların hissələri 

(çubuqlar, soğanaqlar, köklər, gül kəsimləri, dibçəkdə güllər və s.); 

2) təzə meyvə, tərəvəz və giləmeyvələr; 

3) ərzaq, məqsədli furaj və texniki taxıl, maya, jmıx, pambıq, kətan və digər lifli-toxuma bitkilərinin lifi, 

dərman-bitki xammalı, dəri xammalı və yun; 

4) düyü, hər növ qoz, araxis, un, yarma, dənəvər kofe və kakao, qurudulmuş meyvə  və  tərəvəz, xam 

tütün, yeyinti xarakterli ətriyyat və ədviyyatlar; 

5) canlı göbələk, bakteriya, virus və törədiciləri; 

6) həşərat, toxum, herbari kolleksiyaları; 

7) tara, oduncaq, bitki mənşəli ayrı-ayrı sənaye malları, qablaşdırma materialları və məmulatlar; 

8) monolitlər və əkin (torpaq) süxurları nümunələri; 

9) furaj (quru ot, saman, kombinə edilmiş yem və s.), həmçinin heyvanlar keçirilərkən təmizlik üçün 

altlıq (salma, toxuma və s.); 

10) gömrük nəzarətinə cəlb edilməli yükləri daşıyan və xaricdən gələn nəqliyyat vasitələri; 

11) bitki mənşəli idxal məhsullarının saxlanıldığı anbarlar. 

Karantin nəzarətinə cəlb edilən malların ixracı yerli karantin müfəttişliyi tərəfindən verilən fitosanitar 

sertifikatların müşayiəti ilə aparılır. 

Karantin nəzarətinə cəlb edilən malların idxalı üçün əsas olaraq aşağıdakı sənədlər tələb olunur: 

- idxal karantin icazəsi; 

- ixrac ölkəsinin karantin üzrə dövlət orqanlarının verdiyi fitosanitar sertifikatı. 

İdxal məntəqələrində bitki karantin üzrə dövlət müfəttişlərinin fiosanitar müayinəsindən sonra müəyyən 

olunmuş qaydada rəsmiləşdirilmiş sertifikat verilir. 

 

 



 

6.1. Barəsində gömrük rəsmiləşdirilməsi  

 bitməmiş mal və nəqliyyat vasitələrindən  

 istifadə edilməsi və üzərində sərəncam  

 verilməsi 

 

Gömrük qanunvericiliyində  nəzərdə tutulmuş hallar istisna olunmaqla, gömrük rəsmiləşdirilməsi 



tamamlanmamış mal və  nəqliyyat vasitələrindən istifadə edilməsi və onların üzərində  sərəncam verilməsi 

qadağan edilir. 

Gömrük Məcəlləsinin 132-ci maddəsinə görə, gömrük orqanlarının icazəsi ilə belə mallar və nəqliyyat 

vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar aparıla bilər. 

Bu qadağanın yerinə yetirilməsi üçün gömrük rəsmiləşdirilməsi mərhələsində, bir qayda olaraq

yüklərin daşınması bağlı nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirilir. Ağırçəkili, irihəcmli mallar, 

həmçinin qum, çınqıl və s. açıq nəqliyyat vasitələrində (məsələn, dəmiryol platformalarında) daşına bilər. 

Bu halda belə malların dəyişdirilməsinə yol verməmək üçün gömrük orqanları bütün tədbirləri 

görməlidirlər (yol-nəqliyyat sənədlərində müfəssəl məlumat olmalı, mallara tanınma nişanları  və digər 

eyniləşdirilmə vasitələri vurulmalıdır). 

Barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmış mal və nəqliyyat vasitələrindən istifadə olunması və 

onlar üzərində sərəncam verilməsi üzrə şərtlər müəyyən edilməsi və məhdudiyyətlər qoyulması hüququ Dövlət 

Gömrük Komitəsinə məxsusdur. 

 

 



 

6.2. Gömrük 

rəsmiləşdirilməsinin 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə