Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

31 

 

Həm gömrük sərhədindən keçirilən malların özü, həm də gömrük, mal-müşayiət sənədlərində və digər 



sənədlərdə olan bu mallar haqqında məlumat gömrük ekspertizasının obyekti ola bilər. 

Gömrük Məcəlləsində ekspertizaların maliyyələşdirilməsi prinsipi müəyyən edilmişdir. 

Bir tərəfdən, gömrük orqanları prob və nümunələrin götürülməsi nəticəsində  şəxsə  dəymiş  zərəri 

ödəmirlər. Digər tərəfdən prob və nümunələrin tədqiqinə gömrük orqanları  və gömrük laboratoriyalarının 

çəkdiyi xərclər, mallar barəsində səlahiyyətlərə malik şəxslər tərəfindən (əgər belə təhqiqat bu şəxsin təşəbbüsü 

ilə keçirilmirsə) ödənilmir. 

Gömrük ekspertizasının keçirilməsi ilə bağlı sənədləşmələrə aşağıdakılar aiddir: 

a) ekspertizanın keçirilməsi üçün təqdim edilən sənədlər (ekspertizanın keçirilməsi üçün göstəriş, 

ekspertiza təyin edilməsi barədə qərar); 

b) ekspertiza aktı. 

Gömrük nəzarəti keçirilməsi və ya gömrük rəsmiləşdirilməsi prosesində ekspertizanın keçirilməsinə 

ehtiyac yaranırsa, ekspertiza keçirilməsi barədə tapşırıq hazırlanır. Bütün hallarda belə tapşırıq gömrük 

qaydalarının pozulması üzrə iş açılana qədər (yəni, ondan əvvəl) tərtib edilir. Ekspertiza təyin edilməsi barədə 

qərar isə, həm gömrük qaydalarının pozulması üzrə artıq açılmış işin icraatı prosesində, həm də cinayət işi üzrə 

təhqiqat aparılması zamanı verilə bilər. 

Ekspertizanın nəticələrinə görə  rəy (ekspertiza aktı) yazılır. Akt iki nüsxədə hazırlanır: birinci nüsxə 

ekspertiza təyin etmiş gömrük orqanına göndərilir; ikinci nüsxə gömrük laboratoriyasında qalır. Bir qayda 

olaraq ekspertiza aktı quruluşca aşağıdakılardan ibarət olur: 

a) giriş hissəsi (ekspertizanın adı, ekspertiza təyin edən orqanın adı, ekspertlər barədə  məlumat, 

ekspertiza təyin edilməsi üçün əsas, malların ekspertizaya daxil olma tarixi, ekspertizaya daxil olmuş material 

və digər tədqiqat obyektlərinin adı, ekspertizanın keçirildiyi yer və ekspertin müəyyən etməli olduğu məsələlər); 

b) tədqiqat hissəsi (tədqiqat prosesinin və onun nəticələrinin təfsiri, müəyyən edilmiş faktlara elmi izah). 

c) nəticələr (qoyulmuş suallara cavablar). 

Əgər rəy (ekspertiza aktı) verilməsi mümkün olmazsa, bu haqda əsaslandırılmış  məlumat verilir. Rəy 

ekspertizanı aparan ekspertlər tərəfindən imzalanır və gömrük laboratoriyasının möhürü ilə  təsdiq edilir. 

Gömrük ekspertizası obyektləri olmuş əşyalar (prob və nümunələr) və sənədlər ekspertizanı təyin etmiş orqana 

qaytarılmalıdır. 

 

 



 

6.4. Malların gömrük nəzarəti 

 altında daşınması 

 

Malların gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları mövcud qanunvericiliyə riayət 



olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Bu tədbirlər mal və nəqliyyat vasitələrinin 

qorunmasına zəmanət verməli, malların əsas keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını, 

nəhayət gömrük nəzarəti altında daşınan mallara münasibətdə  hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının 

alınmasını təmin etməlidir. 

Gömrük orqanları gömrük nəzarəti altında malların daşınmasının marşrut və müddətlərini müəyyən 

etmək hüququna malikdirlər. 

Daşınma müddətlərini təyin edərkən gömrük orqanı adi halda yerinə çatdırma müddətlərini, konkret 

nəqliyyat növünün imkanlarını, seçilmiş marşrut və digər daşınma şərtlərini nəzərə almaqla qərar qəbul edir. 

Daşıyıcı gömrük orqanının göstərdiyi marşrutla hərəkət etməlidir. Quru ərazidən idxal edilən bütün 

mallar, gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan gömrük orqanına, leqal, yaxud gömrük yolu adlanan ən qısa 

marşrutla çatdırılmalıdır. Bilavasitə təyinat gömrük orqanına aparan dəmir yolu, çay və s. leqal (gömrük) yolu 

hesab edilir. 

Dünya təcrübəsi gömrük əməkdaşlarına leqal yollarla hərəkət edən nəqliyyatı saxlamaq və daşınmaya 

əsas verən nəqliyyat sənədlərini tələb etmək hüququ verir. Belə  nəzarətin məqsədi, daşıyıcının öz yükünü 

təyinat gömrükxanasına aparmasına  əmin olmaqdır. Məsələn, Bakı Baş Gömrük İdarəsinin Qaradağ xüsusi 

nəzarət postu adı çəkilən və digər operativ məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir. 

Gömrük orqanlarının bu hüququna, daşıyıcının mal, nəqliyyat vasitəsi və yol-nəqliyyat sənədlərinin 

müəyyən edilmiş marşrut üzrə və daşınma müddətlərinə ciddi əməl etməklə təyinat gömrükxanasına çatdırmaq 

vəzifəsi uyğun gəlir. 

Gömrük qanunvericiliyi nəzərə alır ki, malların gətirilməsi (aparılması) barədə  xəbərdarlıq edildikdən 

dərhal sonra daşıyıcının mal və  nəqliyyat vasitələrinin, həmçinin, mal-müşayiət sənədlərinin təbii aşınma və 

itkidən başqa qablaşdırma vasitələrini və malın vəziyyətini dəyişmədən, tam qorunmaqla təyinat 

gömrükxanasına çatdırmaq vəzifəsi yaranır. Yükün müəyyən gömrük rejimi altında yerləşdirilməsi anınadək 



32 

 

gömrük ödənişlərinin ödənilməsi məsuliyyəti daşıyıcının üzərinə düşür. Qəza, yaxud qarşısıalınmaz qüvvənin 



təsiri şəraitində daşıyıcı aşağıdakı hallarda məsuliyyətdən azad edilir. Əgər o: 

1) yükün saxlanması və ondan qeyri-qanuni istifadənin qarşısının alınması üçün tədbirlər görmüşsə

2) yaranmış  vəziyyət barədə yaxınlıqdakı gömrük orqanına nəqliyyat vasitəsinin yeri dəqiq 

göstərilməklə məlumat vermişsə. 

Yüklərin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riayət edilməsi məqsədi ilə görülən 

əsas tədbirlər aşağıdakılardır: 

1) gömrük müşayiəti; 

2) gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi; 

3) nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsi üzrə  təşkilat-texniki tədbirlər 

kompleksi. 

Axırıncı  tədbir həm müstəqil, həm də birinci iki tədbirə  zəmanət kimi tətbiq edilə bilər. Bu zaman 

nəqliyyat vasitələrinin təchiz edilməsi üzrə daşıyıcının çəkdiyi xərclər gömrük orqanları tərəfindən ödənilmir. 

Gömrük orqanları bu tədbirlərdən o zaman istifadə edir ki, adi daşınmanın gömrük qanunvericiliyinə 

əməl edilməsinə  zəmanət verə bilməyəcəyini, mal və  nəqliyyat vasitələrinin yerinə çatdırılmayacağını, yaxud 

ödənişlərin ödənməyəcəyini güman etməyə əsas olsun. Yaranmış vəziyyət başqa şərtlər də tələb edə bilər. Ona 

görə də qərar qəbul edərkən aşağıdakı məsələlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir: 

a) daşıyıcının nəqliyyat vasitələrinin təchizatının gömrük orqanlarının tələblərinə uyğunluğu; 

b) daşıyıcı barədə gömrük orqanlarının müfəssəl məlumatı; 

c) malın xarakteri (aksizli mallar, digər dövlət orqanlarının nəzarətinə cəlb edilən mallar); 

ç) malın gömrük statusu (rejimindən asılı olaraq tarif və qeyri-tarif tədbirlərinin tətbiqi üçün). 

Əgər sadalanan tədbirlər daşınmada qanunvericiliyin tələblərinə riayət edilməsini təyin etmək üçün 

kifayət deyilsə, gömrük orqanı gömrük ödənişlərinin təmin edilməsini tələb edə bilər (girov, bank zəmanəti

depozit). 

 

 



6.5. Gömrük 

müşayiəti anlayışı 

 

Gömrük müşayiəti dedikdə, mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mərhələsində elə 



daşınma üsulu başa düşülür ki, bilavasitə gömrük əməkdaşları tərəfindən müşayiəti olunur. Gömrük müşayiəti 

daşınılan yüklərin yüksək qorunma dərəcəsinə  və gömrük qanunvericiliyinə riayət olunmasına zəmanət verir. 

Bu tədbirin istifadə edilməsi nəqliyyat xərclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılması və bu 

səbəbdən çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən digər tədbirlər gömrük nəzarətini 

təmin etmək üçün yetərli olmadıqda, istifadə edilir. 

Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda verirlər: 

1) gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı  tərəfindən həyata keçirilə 

bilmədikdə; 

2)  əgər sərhəd gömrük orqanı  tərəfindən sərhəd müvəqqəti saxlanc anbarlarında mallara baxış 

keçirilməsi barədə qərar qəbul edilmişsə; 

3) gömrük qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi digər üsullarla mümkün olmursa. 

Gömrük müşayiəti, malların gömrük nəzarəti altında daşınması qaydaları  nəzərə alınmaqla həyata 

keçirilməlidir. 

Gömrük müşayiəti həmin qərar qəbul edildikdən sonrakı gündən gec olmayaraq təşkil edilməlidir. 

Gömrük müşayiəti zamanı gömrük orqanlarının vəzifəli  şəxsləri, Gömrük Məcəlləsində göstərilmiş 

normaları rəhbər tutaraq fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malikdirlər. 

Müşayiət avtomobilinin sıradan çıxması, qəza və qarşısıalınmaz hadisə zamanı avtomobilin təmiri başa 

çatanadək və ya mallar başqa nəqliyyat növünə yüklənənə qədər marşrut təxirə salınır. Baş vermiş hadisə barədə 

sərbəst formada akt tərtib olunur.  

 

 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə