Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

35 

 

Adətən,  əgər məntəqələrarası yüklərin boşaldılıb, yüklənməsi və  həmçinin yükün bir nəqliyyat 



vasitəsindən digərinə keçirilməsi də daxil olmaqla daşınma bir neçə daşınma kontraktı ilə  həyata keçirilirsə, 

onda bu əməliyyatlar üçün bütün xərclər satıcı  tərəfindən ödənilir. Yox, əgər daşıyıcı öz hüquqlarını  həyata 

keçirərkən malı bir nəqliyyat vasitəsindən digərinə yükləyirsə və bu hərəkətləri ilə baş verə biləcək hadisələrdən 

uzaq olmaq üçün (yolun buz bağlaması, gəmilərin hərəkətsizliyi,  əmək mübahisələri, dövlət sərəncamları, 

müharibə  və müharibə  əməliyyatları) digər tədbirlər görərsə, onda hər hansı  əlavə  xərclər alıcının hesabına 

ödənilir.  

Satıcı və alıcı arasında riskin bölünməsi hissəsində “CFR” və “CİF” ifadələrinin adi mənəsanı o zaman 

saxlamaq mümkündür ki, hadisə (malın satılmasının) satış müqaviləsi yenicə qüvvəyə minməsindən sonra baş 

versin və alıcı bu hidisədən sonra riski öz üzərinə götürməyə razılıq versin. Digər mümkün variant - riskə keçid 

momenti ilə satış müqaviləsinin bağlanmasının üst-üstə düşməsindən ibarətdir. Birinci variantın imkanı olduqca 

realdır, necə ki, daşınma zamanı malın vəziyyətini təyin etmək qeyi-mümkündür.  

Buna görə, BMT-nin 1980-cı il tarixli malların Beynəlxalq ticarətinə aid Konvensiyasının 68-ci 

maddəsində  nəzərə alınmışdır ki, əgər vəziyyət belə  tələb edərsə, daşınma müqaviləsində göstərilən və 

daşınmanı əks etdirən sənədlər daşıyıcı tərəfindən yazıldıqdan və mal daşıyıcıya verildiyi andan sonra gələcəkdə 

mümkün olan riski alıcı öz üzərinə götürür.  

“D” şərti (“DAF”, “DES”,”DEQ”, DDU və DDP) 

“Ç”  şərtindən fərqlənir, belə ki, “D” şərtinə görə malın “D” tipli şərt öz mahiyyəti etibarı ilə malın 

razılaşdırılmış  təyinat yerinə daxil olanadək məsuliyyəti satıcı daşıyır. Satıcı mal təyinat yerinə çatanadək 

daşınmaya görə bütün riski və xərcləri satıcı daşıyır. “C” şərtində olduğu kimi “D” tipli şərtdə də malın gəlməsi 

ilə malın göndərilməsi təsdiq olunur. “D” şərti iki kateqoriyaya bölünür: “DAF”, “DES” və “DDU” şərtlərinə 

görə satıcı malın idxalına görə əməliyyat aparmır, ancaq DEQ və DDP şərtlərinə uyğun olaraq o bu əməliyyatı 

həyata keçirir.  

Dəmir yolu daşınmalarında tez-tez DAF şərtindən istifadə olunur ki, burada keçid sənədlərinin dəmir 

yolundan alınması adət halını almışdır. Bu keçid sənədləri malın təyinat yerinə çatmasına qədər, sığorta da daxil 

olmaqla, daşınmanı əhatə edir.  

Bununla  əlaqədar “DAF” şərti A.8 bəndində xüsusi məna kəsb edir. Bunun nəticəsi olaraq qeyd 

edilməlidir ki, həmin keçid sənədlərinin alıcıya təqdim olunanadək mümkün risk və  xərclər satıcının payına 

düşür və o bu barədə öhdəçilik götürür. Buna uyğun olaraq sığorta və vaxta görə, həmçinin, satıcının malı 

sərhədə qədər gətirilməsi üçün çəkilən hər hansı xərc alıcının hesabına olmalıdır.  

“DDU”  şərti 1990-cı il “İnkoterms”in mətninə daxil edilmişdir. Satıcı malı  təyinat ölkəsinə 

çatdırılmasına hazır olduqda bu şərt əsas rol oynayır.  

Qeyd edilməlidir ki, “İnkoterms” yalnız satış kontraktlarında istifadə olunan ticarət şərtlərini izah edir, 

beləliklə o, bu və ya buna bənzər məzmunlu müqavilələrdə istifadə olunan ifadələrlə, xüsusilə müxtəlif Çarter-

Partiya terminlərinə aid deyildir.  

Çarterin  şərti malların yüklənmə, boşaltma  əməliyyatları üçün çəkilən xərclərə  və bu əməliyyatların 

yerinə yetirilməsi üçün ayrılan vaxta (“demerc” adlanan) görə daha spesifik xarakterə malikdir.  

Satış müqaviləsinin tərəflərinə  təklif olunur ki, müqavilə bağlanarkən bu hissəyə aid xüsusi şərtlər 

tamamilə aydın olmalıdır, yəni satıcıya malın gəmiyə və ya digər nəqliyyat vasitəsinə yüklənməsinə nə qədər 

vaxtın ayrılması  və  həmçinin, alıcıya malın daşıyıcıdan təyinat məntəqəsinə çatdırılması üçün ayrılan müddət 

bəlli olmalıdır. Sonra, satıcıya “F” tipli şərtə görə yükləmə, “C” tipli şərtə görə isə boşaltma  əməliyyatları 

zamanı mümkün risk və xərcin həcmi məlum olmalıdır.  

Bu da faktdır ki, satıcı Çarter-Partiya “Fri aut” şərtinə əsasən daşınma müqaviləsini elə bağlayır ki, bu 

şərtə görə daşıyıcı daşınma zamanı boşaldılma əməliyyatından azaddır, ancaq bu demək deyildir ki, bağlanmış 

müqaviləyə görə bu əməliyyat zamanı bütün risk və xərclər alıcının üzərinə düşür, necə ki, limanın ənənəsinə 

görə hesab edilir ki, satıcı ilə bağlanmış daşınma müqaviləsinə yükün boşaldılması əməliyyatı da daxildir.  

BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük 

daşımaları barədə gömrük konvensiyasının Azərbaycan Respublikası  ərazisində  tətbiqinə Azərbaycan 

Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı Sərəncamı ilə başlanılmışdır.  

 

 



36 

 

Mövzu 8. 



 

BYD (Beynəlxalq Yük Daşımaları)  

Barədə gömrük Konvensiyasının  

Tətbiqi 

 

BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük 



daşımaları barədə gömrük Konvensiyasının Azərbaycan Respublikası  ərazisində  tətbiqinə Azərbaycan 

Respublikası Prezidenti Heydər  Əliyev cənablarının 31 mart 1997-ci il tarixli 527 saylı  Sərəncamı ilə 

başlanılmışdır. 

BYD kitabçası  tətbiq edilməklə yük daşımaları barədə gömrük konvensiyasının Azərbaycan 

Respublikası  ərazisində  tətbiqi qaydaları haqqında  Əsasnamə Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinin 25 may 1998-ci il tarixli 024 saylı əmri ilə təsdiq edilmiş, 26 may 1998-ci il tarixdə Azərbaycan 

Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə razılaşdırılaraq, 30 may 1998-ci il tarixdə 

Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir. 

BYD konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq boşaltma-yükləmələri 

həyata keçirilmədən yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda və konteynerlərdə 

müqavilə  tərəflərindən birinin göndərilmə gömrükxanasından bir və ya bir neçə  sərhəddən keçməklə digər 

müqavilə  iştirakçısı  tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir. Bu zaman BYD əməliyyatının 

başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir. 

Azərbaycan Respublikasında BYD prosedurasına  əməl olunmaqla daşınan mallar aralıq 

gömrükxanalarında (idxal zamanı giriş, tranzit zamanı giriş  və  çıxış) idxal və ya ixrac rüsumlarının və 

vergilərinin ödənilməsindən və depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD 

kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur.  

BYD prosedurasına  əməl olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış yol 

nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar, bir qayda olaraq, aralıq 

gömrükxanalarında gömrük baxışından azad olunurlar. Gömrük baxışı müstəsna hal kimi, nəqliyyat 

vasitələrinin plomblanmış bölmələrində və ya konteynerlərdə BYD kitabçasının yük manifestində göstərilməyən 

əşyalar olmasını güman etməyə kifayət qədər əsaslar olduğu təqdirdə həyata keçirilə bilər. 

BYD Konvensiyasının müddəaları Azərbaycan Respublikasında ictimai mənəviyyat, ictimai asayiş, 

səhiyyə  və ya gigiyena, eləcə  də baytarlıq və ya fitosanitar nəzarət mülahizələrindən irəli gələn 

məhdudiyyətlərin tətbiq olunması üçün maneçilik törədilməsinə xidmət etməməlidir. 

BYD prosedurası Azərbaycan Respublikasında o şərtlə tətbiq olunur ki, mallar: 

- BYD Konvensiyasına və  təsdiq edilmiş  Əsasnaməyə uyğun olaraq doldurulmuş  və  sənədləşdirilmiş 

BYD kitabçası ilə müşayiət olunsun; 

- zəmanətverici birliyin zəmanəti (təminatı) ilə təmin olunsun

-  əvvəlcədən gömrük möhür və plombları altında (ağırçəkili və irihəcmli malların daşınması istisna 

olmaqla) daşınmaya buraxılmış (icazə verilmiş) avtomobillərdə, yol nəqliyyat vasitələrindən ibarət qatarlarda 

(karvanlarda) və ya konteynerlərdə daşınsın. 

Nəqliyyat vasitələrinə “TİR” yazısı olan düzbucaqlı lövhəcik qabaqda yerləşdirilir, digər bu cür 

lövhəcik isə yol nəqliyyat vasitələrinin qatarının arxasına elə bərkidilir ki, onlar aydın görünsün. Bu lövhəciklər 

çıxarıla bilən olmalıdırlar. 

Göndərilmə gömrükxanaları yalnız bir ölkədə, təyinat gömrükxanaları isə ikidən artıq olmayan 

ölkələrdə yerləşməlidirlər. Göndərilmə  və  təyinat gömrükxanalarının ümumi sayı dörddən artıq olmamalıdır. 

Azərbaycan Respublikasının giriş və çıxış gömrükxanaları malların müvafiq olaraq Azərbaycan Respublikasının 

təyinat və ya çıxış gömrükxanalarına çatdırılma müddətini müəyyən edə  və  nəqliyyat vasitələrinin hərəkət 

marşrutunu təyin edə bilərlər. 

Daşınan mallar üçün ödənilməli olan gömrük rüsum və  yığımlarının məbləği verilmiş  təminatın 

məbləğindən çox olduğu və ya daşıyıcının Azərbaycan Respublikası gömrük qanunvericiliyinin müddəalarına 

əməl olunmasına zəmanət verə bilməyəcəyini güman etməyə kifayət qədər əsas olduğu halda, malların gömrük 

orqanlarının vəzifəli şəxsləri tərəfindən müşayiət edilməsi tətbiq oluna bilər. 

BYD kitabçası tətbiq edilməklə daşınmanın bir hissəsi BYD Konvensiyası və ya BYD prosedurasının 

müqavilə  tərəfi olmayan ölkənin  ərazisindən keçən zaman daha güzəştli nəqliyyat sistemləri ilə aparılırsa, bu 

zaman BYD əməliyyatı yolun bu hissəsində dayandırılır. BYD prosedurasına əməl olunmaqla daşıma, gömrük 

möhürləri və plombları  və digər identifikasiya (eyniləşdirmə) vasitələrinin zədələnmədiyi təqdirdə yenidən 

davam etdirilir.  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə