Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

29 

 

 sadələşdirilmiş qaydası 



 

Azərbaycan  

gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş 

formada və prioritet qaydada aparıla bilər. Belə mal kateqoriyalarına təbii fəlakətlərin, qəzaların, bədbəxt 

hadisələrin nəticələrinin ləğv edilməsi üçün tələb olunan mallar, canlı heyvanlar, tez xarab olan mallar, 

radioaktiv maddələr, kütləvi informasiya məqsədləri üçün məlumatlar, Azərbaycan Respublikasının ali 

qanunvericilik, icra və  məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan 

mallar aid edilir. 

Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi qaydalarının tətbiqinin hal və  şərtlərini Dövlət Gömrük 

Komitəsi müəyyən edir. 

Bu cür gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini açıqlamağa çalışaq. 

Belə malların rəsmiləşdirilməsinin prioritetliyi - gömrük orqanlarına təqdim edildikdən sonra həmin 

malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir. 

Sadələşdirilmiş qayda mal müşayiət, nəqliyyat və digər sənədlərin - (əgər bu sənədlərdə daşıyıcının, mal 

göndərən və alan şəxslərin barəsində  və  həmçinin malların özünün adı, mənşəyi, miqdarı  və  dəyəri barədə 

məlumatlar varsa), gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir. 

Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini, təqdim edilən sənədlərin 

lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət qədər əsas varsa, onlar deklarantdan çatışmayan 

məlumatları  əks etdirən  əlavə  sənədlər tələb edə bilərlər (Bəzi hallarda qoyulan tələbləri özündə  əks etdirən 

sərbəst formada yazılmış ərizə də kifayət edə bilər). 

Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan verir. 

Mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa 

əməliyyatlar dedikdə, malların daşınması, çəkilməsi və ya miqdarının digər üsulla təyini, malların yüklənməsi, 

boşaldılması, başqa nəqliyyat vahidinə keçirilməsi, zədələnmiş qablamaların düzəldilməsi, taranın açılması, 

qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, 

mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur. 

Gömrük rəsmiləşdirilməsi üçün yük və digər  əməliyyatların aparılması, yalnız gömrük orqanının 

müvafiq tələbi olduqda məcburi hesab edilir. 

Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamışsa, yük və digər 

əməliyyatlar, yalnız gömrük orqanının icazəsi ilə aparıla bilər. 

Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır. 

 

6.3. Gömrük 



nəzarəti məqsədləri üçün 

 mallardan prob və nümunələrin 

 götürülməsi 

 

Prob və nümunələr onların tədqiqatı (ekspertizası) üçün götürülür. Prob və nümunələrin götürülməsi - 



gömrük orqanları  tərəfindən, yaxud onların icazəsi ilə mallara münasibətdə  səlahiyyətə malik şəxslər, bu 

şəxslərin nümayəndələri və digər dövlət orqanları (məsələn, ekoloji, baytarlıq nəzarəti orqanları) tərəfindən 

nəzarətin həyata keçirilməsi məqsədilə - tətbiq edilir. (Əlavə 1,2). 

Gömrük Məcəlləsində probların götürülməsi prinsipi müəyyən edilir. Onlar tədqiqata imkan verən 

minimal miqdarlarda götürülür. Prob (nümunə) - bütün malın (partiyanın) təcəssümü hesab edilir, buna görə də 

laboratoriya təcrübəsi üçün onun elə minimal hissəsi götürülməlidir ki, malın gömrük sərhədini keçdiyi halında 

bütün keyfiyyət xarakteristikasını müəyyən etmək mümkün olsun. Təhlil nəticəsində nümunə götürüldüyü malın 

tərkibi və xassələri barədə laboratoriya tədqiqatlarının dəqiqliyi hüdudlarında fikir söyləmək mümkündür. 

Problar - birdəfəlik, birləşdirilmiş və yoxlama kimi üç qrupla təsnifatlandırılır: 

a) birdəfəlik (nöqtəvi) prob dedikdə bir qəbul (analiz) üçün götürülən prob nəzərdə tutulur. Bu cür 

problar malıe bir bağlısında, rezervuarın, yaxud nəqliyyat vasitəsinin verilmiş səviyyəsində malın keyfiyyətini 

xarakterizə edir. 

b) birləşdirilmiş (orta) prob bir neçə nöqtəvi probun səylə qarışdırılması  nəticəsində  tərtib edilir. 

Nöqtəvi problar uyğun qaydada və uyğun mütənasibliklə seçilməlidir. 

c) yoxlama (arbitraj) probu birləşdirilmiş probun analiz üçün istifadə olunan hissəsidir və arbitraj 

sınaqları tələb olunduqda istifadə etmək üçün qorunub saxlanılır. 

Probların götürülməsi üç mərhələdə aparılır: 

1) mal partiyasına ümumi baxış; 

2) nöqtəvi probların və ya nümunə götürüləcək hissələrin seçilməsi; 

3) orta probun tərtib edilməsi. 




30 

 

Əgər prob və nümunələr gömrük orqanları tərəfindən götürülürsə, mal barəsində səlahiyyətli şəxslər və 



onların nümayəndələrinin bu əməliyyatlarda iştirak etmək hüququ var. Sonuncular problar götürülərkən gömrük 

orqanlarına kömək etməlidirlər (məsələn, yük əməliyyatlarını öz hesablarına aparmalıdırlar). 

Əgər prob və nümunələrin götürülməsinə mal barəsində  səlahiyyətləri olan şəxslər və onların 

nümayəndələri təşəbbüs göstərirsə, bu zaman gömrük orqanlarının səlahiyyətli  şəxsləri iştirak etməlidirlər. 

Gömrük  əməkdaşları - həmçinin digər dövlət nəzarət orqanlarının səlahiyyətli  şəxsləri tərəfindən prob və 

nümunələrin götürülməsi prosesində  iştirak etməlidirlər. Bu halda aparılmış  tədqiqatların nəticələri barədə 

gömrük orqanlarına məlumat verilməlidir. 

Aşağıdakı hallarda mallar barədə  səlahiyyətli  şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan 

gömrük orqanları tərəfindən prob və nümunələrin götürülməsinə yol verilir: 

1) mallar gömrük orqaqlarına təqdim olunduqdan sonra 10 gün müddətində bu şəxslər gəlib 

çıxmadıqda; 

2) təxirə salınması mümkün olmayan hallarda. 

Belə hallarda probların götürülməsi zamanı  tədqiqatın nəticələrində maraqlı olmayan şəxslər iştirak 

etməlidirlər. 

Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin onların malından götürülmüş prob 

və nümunələrin tədqiqatının nəticələri ilə tanış olmaq hüququ var. 

Götürülmüş prob və nümunələr gömrük ekspertizasına daxil olur. Bu əməliyyat altında - xüsusi 

biliklərdən istifadə edilməsi ilə gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin icraatı zamanı meydana çıxan 

məsələlərin həll edilmə prosedurası başa düşülür. 

Gömrük ekspertizası ilkin qərar qəbul edilmə prosesində və digər gömrük məqsədləri ilə aparıla bilər. 

Bu zaman bütün hallar üçün müəyyən olunan prob və nümunə götürmə proseduralarından istifadə olunur. 

Gömrük Məcəlləsinin 8-ci maddəsinə  əsasən gömrük məqsədləri ilə ekspertiza və  tədqiqatların 

aparılması gömrük laboratoriyalarına həvalə olunur. Beləliklə, gömrük ekspertizası - gömrük orqanının 

səlahiyyətli vəzifəli şəxsi tərəfindən gömrük laboratoriyasına tapşırılmış prosessual hərəkətlərdir. 

Ekspertiza təyin edilməsinin, ekspertlərin iştirakının, prob və nümunələr götürülməsinin, təqdim edilən 

məlumatın dəqiqliyinə məsuliyyət və digər məsələlərin hüququ əsası Gömrük Məcəlləsi ilə müəyyən edilmişdir. 

Gömrük laboratoriyalarında ekspertizalar gömrük və digər hüquq mühafizə orqanlarının - həm gömrük 

rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı olaraq, həm də gömrük qaydalarının 

pozulması üzrə  işlərin icraatı  və dinlənilməsi ilə bağlı olaraq (bəzi hallarda gömrük ekspertizası cinayət və 

mülki işlərin məhkəmə araşdırılması ilə bağlı olaraq təyin edilə bilər) aparılır. Gömrük laboratoriyalarında, 

həmçinin, digər dövlət orqanlarının, müəssisələrin, vətəndaşların müraciəti əsasında, əgər onlar cinayət və mülki 

işlərin icraatı ilə, iqtisad məhkəmələrində mübahisələrin həll edilməsi və gömrük qaydalarının pozulması işləri 

ilə bağlı deyilsə, aparıla bilər. 

Lazım gəldikdə təkrar ekspertizalar aparıla bilər. Gömrük rəsmiləşdirilməsi mərhələsində ekspertizanın 

əsas vəzifəsi - gömrük bəyannaməsində göstərilən məlumatların malların real xassə  və xarakteristikalarına 

uyğun gəlib-gəlmədiyini araşdırmaqdan ibarətdir. Bu iş müxtəlif məqsədlər üçün nəzərdə tutulur: gömrük 

ödənişlərinin  əsaslandırılmış  və  dəqiq müəyyən edilməsi üçün; gömrük sərhədindən keçirilən mallara iqtisadi 

siyasət tədbirlərinin tətbiq edilib-edilməyəcəyini müəyyən etmək üçün və i.a. 

Gömrük ekspertizası - malların kimyəvi, fiziki analizlərindən, texniki, əmtəəşünaslıq ekspertizalarından 

ibarət olur. 

Gömrük laboratoriyalarında aşağıdaklar müəyyən edilir: 

- malın XİFMN-da nəzərdə tutulmuş kodu; 

- malın fiziki və kimyəvi strukturu, həmçinin, markası, növü və keyfiyyəti; 

- malın mənşə ölkəsi və gömrük dəyəri; 

- malın istismar və ekoloji təhlükəsizliyi

- malın bədii, tarixi və arxeoloji dəyərlərə aidiyyatı. 

Gömrük rəsmiləşdirilməsi mərhələsində ekspertizanın aşağıdakı növləri mühüm əhəmiyyət kəsb edir: 

a) malların mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizalar. Belə ekspertizanın nəticələrindən gömrük 

rəsmiləşdirilməsi və gömrük nəzarəti rejimi, həmçinin gömrük rüsumlarının miqdarı bilavasitə asılı olur; 

b) tarif təsnifatında malların yerinin təyin edilməsi məqsədilə aparılan ekspertizalar. 

Bunun üçün fiziki və kimyəvi tədqiqatlardan istifadə edilir, gömrük nəzarəti rejimi, həmçinin gömrük 

tarifi stavkaları bu tədqiqatların nəticələrindən asılı olur. 

c) mal və xidmətlərin sertifikatlaşdırılması ilə bağlı olan ekspertizalar. 

Gömrük ekspertizaları, həmçinin, malların ayrı-ayrı gömrük rejimləri altında yerləşdirilməsi ilə bağlı 

olaraq aparılır (məsələn, emal rejimlərində). Bu hallarda gömrük laboratoriyalarında malların eyniləşdirilməsi 

(identifikasiyası), o cümlədən xammalın emal əməliyyatlarından sonra identifikasiyası aparılır, xammalın 

emalında məhsulun çıxım normaları müəyyən edilir. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə