Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

45 

 

Buraxılma prosedurası DGK-nin “Nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük möhürləri və 



plombları ilə yük daşımalarına buraxılması qaydaları haqqında” Təlimatı ilə müəyyənləşdirilir. 

Nəqliyyat vasitəsinin buraxılışı haqqında  şəhadətnamə almaqdan ötrü onun ülkiyyətçisi, yaxud sahibi 

nəqliyyat vasitəsinin növünü, cinsi və  fərdi  əlamətlərini, dövlət qeydiyyat nömrələrini, buraxılış haqqında 

qərarın qəbul edilməsindən ötrü istifadə oluna bilən digər məlumatları göstərməklə müəyyənləşdirilmiş regional 

gömrük orqanlarına yazılı surətdə ərizə təqdim edir. Ərizə sərbəst formada tərtib olunur. 

Ərizəyə  nəqliyyat vasitəsinin foto-şəkilləri, habelə  nəqliyyat vasitəsinə dair mülkiyyətçilik, tam 

təsərrüfat idarəetməsi, operativ idarəetmə, yaxud sahibkarlıq hüququnu təsdiq edən sənədlər də əlavə olunur. 

Ərizə verildiyi gündən 10 gün müddətində gömrük orqanları tərəfindən baxılmalıdır. Bu müddət ərzində 

gömrük xidməti nəqliyyat vasitəsinin təchizat qaydaları ilə  nəzərdə tutulan texniki tələblərə müvafiqliyini 

yoxlayır. 

Əgər nəqliyyat vasitəsi nəzərdə tutulan texniki tələblərə müvafiqdirsə, gömrükxana tərəfindən buraxılış 

barədə şəhadətnamə verilir. 

 

 

Nəqliyyat vasitələrinin buraxılışı 



haqqında şəhadətnamə 

 

Buraxılış haqqında şəhadətnamə iki nüsxədə tərtib olunur; onun biri gömrük orqanında saxlanılır, digəri 



isə  nəqliyyat vasitəsinin mülkiyyətçisinə, yaxud sahibinə verilir (Şəhadətnamənin nümunəsi 5 saylı  əlavədə 

göstərilmişdir). 

Buraxılış haqqında  şəhadətnaməyə  sıra nömrəsi verilir. Şəhadətnamə, onu verən gömrük orqanının 

möhürü ilə təsdiq edilir. 

Əgər  şəhadətnamə vermiş gömrük orqanı zəruri hesab edərsə, həmin gömrük orqanı tərəfindən təsdiq 

edilmiş foto-şəkillər və yaxud şəkillər  şəhadətnaməyə  əlavə olunur. Belə halda həmin sənədlərin miqdarı 

şəhadətnamənin 6-cı qrafasında göstərilir. 

Yol-nəqliyyat vasitəsinin buraxılışı haqqında  şəhadətnamənin üz tərəfindən  əlavə olaraq aşağıdakılar 

çap edilməlidir: 

“1975-ci il 14 noyabr tarixli BYD Konvensiyası”, “TİR Convention of November 1975”. 

Buraxılış haqqında şəhadətnamə nəqliyyat vasitəsini müşayiət etməlidir. 

Gömrük möhürləri və plombları altında yük daşınmasına buraxılan nəqliyyat vasitələrinin 

mülkiyyətçiləri və sahibləri verilmiş şəhadətnamənin yaxşı saxlanılmasını təmin etməlidirlər. 

Şəhadətnamə 2 ill müddətinə verilir. 

Nəqliyyat vasitələri hər iki ildən bir fəaliyyət regionunda olduğu (nəqliyyat vasitələrinin 

mülkiyyətçisinin, yaxud sahibinin daimi yaşadığı) gömrük orqanı  tərəfindən yoxlanılmaq və  şəhadətnaməni 

təzələmək üçün təqdim edilir. 

Əgər nəqliyyat vasitəsi təchiz qaydaları ilə nəzərdə tutulan texniki tələblərə daha müvafiq deyilsə, bu 

zaman gömrük möhürləri və plombları altında yüklərin daşınmasından ötrü, ondan istifadə etməyin mümkün 

olması üçün nəqliyyat vasitəsi buraxılışa cavab verən vəziyyətə gətirilməlidir. 

Əgər nəqliyyat vasitəsinin əsas xarakteristikaları dəyişilmişsə, onda bu nəqliyyat vasitəsinin buraxılışı 

qüvvədən düşmüş hesab olunur və gömrük möhürləri və plombları altında yüklərin daşınmasından ötrü istifadə 

etməyin mümkün olması üçün nəqliyyat vasitəsi yenidən buraxılışdan keçirilməlidir. 

Belə halda üstündən xətt çəkilməklə  və üzərində baş  hərflərlə “Ləğv olunmuşdur” sözləri yazılmaqla 

şəhadətnamə  ləğv edilir. Bununla bərabər ləğv etmənin tarixi və gömrük orqanının vəzifəli  şəxsinin soyadı 

göstərilir. Ləğvetmə barədə göstərilən qeyd vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq olunur. 

Əgər gömrük möhürləri və plombları altında yük daşınması üçün buraxılan nəqliyyat vasitəsində  hər 

hansı gömrük orqanı ciddi nasazlıqlar aşkar edərsə, o, gömrük plombları  və möhürləri altında yüklərin 

daşınması məqsədilə bu kimi nəqliyyat vasitəsinin hərəkətinin davam etdirilməsini ya qadağan edə bilər, ya da 

gömrük nəzarətinin təmin edilməsi üzrə lazımi tədbirlər görərək, bu kimi nəqliyyat vasitəsinin hərəkətinin 

davam etdirilməsinə icazə verə bilər. Buraxılan nəqliyyat vasitəsi mümkün qədər qısa müddətdə və hər halda 

gömrük möhürləri və plombları altında yüklərin daşınmasından ötrü yenidən istifadə olunana qədər lazımi 

vəziyyətə gətirilməlidir. 

Gömrük orqanı nasazlıq barədə  nəqliyyat vasitəsinin buraxılışı haqqında  şəhadətnamənin 10-cu 

qrafasında müvafiq qeyd edir. Nəqliyyat vasitəsi təmirdən sonra gömrük orqanına təqdim olunmalıdır ki, o, 

bundan əvvəlki qrafanın qeydini ləğv etmək üçün 11-ci qrafaya müvafiq qeyd etmək yolu ilə şəhadətnamənin 

etibarlılığını  bərpa etsin. Şəhadətnamənin 10-cu qrafasına nasazlıq barədə qeyd edilən nəqliyyat vasitəsi 

müvafiq təmir aparılanadək və 10-cu qrafanın qeydi ləğv olunanadək gömrük möhürləri və plombları altında 

yüklərin daşınmasından ötrü istifadə edilə bilməz. 



46 

 

Şəhadətnaməyə edilən hər bir qeydin tarixi göstərilmək şərtilə, gömrük orqanının vəzifəli şəxsinin şəxsi 



nömrəli möhürü ilə təsdiq olunmalıdır. 

Əgər nəqliyyat vasitəsinin, gömrük orqanının vəzifəli  şəxslərinin fikrincə, ciddi xarakterə malik 

olmayan nasazlıqları varsa, onda gömrük möhürləri və plombları altında yüklərin daşınmasından ötrü həmin 

nəqliyyat vasitəsindən istifadə edilməsinə icazə verilə bilər. Buraxılış  şəhadətnaməsinin sahibinə  həmin 

nasazlıqlar barədə  xəbərdarlıq edilir, o isə  əlverişli vaxtda, lakin gömrükxana möhürləri və plombları altında 

yüklərin daşınmasından ötrü yenidən istifadə edilməyə  qədər, qısa müddətdə  həmin nəqliyyat vasitəsinin 

müvafiq tərzdə təmir olunmasını təmin etməlidir. 

Yol nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ölkənin səlahiyyətli orqanı  tərəfindən verilmiş buraxılış 

haqqında şəhadətnamə, Azərbaycan Respublikası gömrük orqanları tərəfindən o halda etibarlı hesab edilə bilər 

ki, əgər bu ölkə 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin BYD Konvensiyasının üzvü olsun. 

Azərbaycan Respublikasının gömrük orqanları 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin 

BYD Konvensiyasının, yaxud da konteynerlərə aid 1972-ci il Gömrük Konvensiyasının iştirakçısı olan dövlətin 

səlahiyyətli orqanı  tərəfindən verilən konteynelərin buraxılışını  və buraxılış haqqında  şəhadətnaməni etibarlı 

hesab edirlər. 

Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan Respublikasının mənafeyinə ciddi zərər 

gətirə biləcək qaçaqmalçılığın və gömrük işi, yaxud gömrük qaydalarının pozuntusu sahəsində digər 

cinayətlərin baş verməsindən ötrü imkan yaradan ciddi nasazlıqlar aşkar olunduqda, 1959-cu ilin BYD 

Konvensiyasının, yaxud 1975-ci ilin BYD Konvensiyasının, yaxud da konteynerlərə aid 1972-ci ilin Gömrük 

Konvensiyasının iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş yol nəqliyyat vasitələrinin 

və konteynerlərin buraxılışını etibarlı hesab etməmək hüququna malikdir. 

İcazə fərdi qaydada verilir. İcazə prosedurasını həyata keçirən gömrük orqanı icazə şəhadətnaməsi verir. 

Konteynerin mülkiyyətçisi və ya sahibi yük daşınmasına buraxılması üçün müvafiq gömrükxanaya ərizə 

ilə müraciət etməlidir. Ərizədə istehsalçı zavod tərəfinən konteynerə verilmiş nömrə, onun əsas əlamətləri, eləcə 

də buraxılmaya icazə verilməsi üçün zəruri olan digər məlumatlar göstərilməlidir. 

Verilmiş  ərizəyə 10 gün maddətində baxılmalıdır. Göstərilən müddət  ərzində konteynerin texniki 

tələblərə cavab verməsi yoxlanılmalıdır. Texniki tələblərə cavab verən konteynerlərə yük daşınmasına 

buraxılması barədə gömrükxana tərəfindən şəhadətnamə verilir. 

Yük daşınmasına buraxılması haqqında şəhadətnamənin verilməsi ərizəçiyə həmin konteynerə buraxılış 

haqqında lövhəcik vurmaq hüququ verir. 

Buraxılma haqqında lövhəcik aydın görünən yerdə, xüsusi məqsədlər üçün verilmiş nömrələrlə yanaşı 

vurulmalıdır. 

Yük daşınmasına buraxılması barədə konteynerə vurulan metal plastikadan ibarət lövhəciyin ölçüsü 20 

sm x 10 sm olmalıdır. Onun üzərində Azərbaycan və ingilis dillərində “Gömrük möhürü və plombu altında yük 

daşınmasına buraxılmışdır” sözləri yazılmalıdır. Bununla yanaşı lövhəcikdə şəhadətnamə verən ölkənin adı tam 

və ya fərqləndirici nişanı formasında, buraxılma ili Azərbaycan və ingilis dilində yazılmalıdır (məsələn, 

AZ/00100-8/97 - ölkənin adı Azərbaycan,  şəhadətnamənin nömrəsi 8, buraxılma ili 1997-ci il). Lövhəcikdə 

istehsalçı zavodun konteynerə verdiyi nömrə mütləq göstərilməlidir. 

Gömrük rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşı konteynerə lövhəciyin vurulmasını, orada yazılan 

məlumatların həqiqiliyini, eləcə  də konteynerə baxış keçirərək texniki tələblərə müvafiq olub-olmadığını 

yoxlayır. 

Əgər konteynerin əsas xarakteristikası dəyişdirilmişdirsə, onda verilmiş şəhadətnamə öz qüvvəsini itirir 

və yük daşımaya buraxılmamışdan  əvvəl həmin konteynerə yenidən baxış keçirilməli, texniki tələblərə cavab 

verdiyi təqdirdə yeni şəhadətnamə yazılmalıdır. 

Azərbaycan gömrük orqanları  tərəfindən daşınmaya buraxılmış  nəqliyyat vasitələrinin getdiyi BYD 

kitabçası tətbiq etməklə Beynəlxalq Yük Daşınması Gömrük Konvensiyasının üzvü olan ölkədə yenidən həmin 

proseduranı keçmək ehtiyacı qalmır. 

50-dən artıq üzvü olan bu Konvensiyaya Azərbaycan Respublikası da qoşulmuşdur. 

 

 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə