Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

61 

 

- “malı göndərən” - gömrük bəyannaməsinə  təqdim olunmuş malları  nəqliyyat sənədində göstərilən



alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən, habelə, 

daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir; 

- “malı alan” - nəqliyyat sənədinə müvafiq daşıyıcı  tərəfindən və ya göndərənin göstərişi  əsasında 

gömrük sərhədindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və 

ya fiziki şəxsdir; 

- “maliyyə  tənzimlənməsi üzrə  məsul  şəxs” - ödənişli  əsasda xarici-ticarət  əməliyyatları üzrə 

müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara 

məsul olan vətəndaşlardır; 

- “faktura dəyəri” - ödənişli  əsasda xarici-ticarət  əməliyyatı  şərtlərinə müvafiq olaraq malların faktiki 

ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir; 

- “gömrük dəyəri”: 

- idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyən olunan dəyəridir; 

- ixrac olunan mallar üçün: 

- ödənişli əsasda sövdələşmələr üçün - gömrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, 

yükləmə, boşalma, sığorta) üçün xərclər, habelə digər lazımi dəqiqləşdirmələr də nəzərə alınmaqla, ixrac olunan 

malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında təyin olunan dəyərdir; 

- ödənişsiz  əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə çatdırılması  xərcləri 

nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri haqqında məlumat - 

kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedici sənədlə təyin olunan qiymətlər əsasında müəyyən 

olunan dəyərdir; 

- “ticarət edən ölkə” - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyyətdən asılı olmayaraq müqavilə 

bağlayan şəxsin qeydiyyata düşdüyü (yaşadığı) ərazinin olduğu ölkədir. 

Gömrük qanunvericiliyində bəyanetmə yeri mal və nəqliyyat vasitələri üçün ayrılıqda müəyyən olunur. 

Malların bəyanolunma yeri gömrük rəsmiləşdirilməsinin aparıldığı yer üzrə müəyyən olunur. 

Nəqliyyat vasitələrinin bəyanolunma yerinin təyin edilmə qaydası  nəqliyyat vasitəsinin növündən və 

daşınmanın xarakterindən (nəqliyyat, yaxud yük) asılıdır. 

Malları daşıyan nəqliyyat vasitələri (çay, dəniz) hava gəmilərindən başqa) mallarla bir vaxtda bəyan 

edilir. Dəniz, çay və hava gəmiləri limanda Azərbaycan Respublikası  ərazisinə  gələrkən, yaxud onu tərk 

edərkən bəyan edilir. 

Sərnişin daşıyan digər nəqliyyat vasitələri, həmçinin boş nəqliyyat vasitələri gömrük sərhədini keçərkən 

bəyan edilir. 

DGK nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin bəyan edilməsinin xüsusi qaydalarını müəyyən edə 

bilər. 

Dövri gömrük bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi qaydaları DGK-nin 22.11.1997-ci 



il tarixli 1095 saylı  əmri ilə  təsdiq edilmiş, Respublika Ədliyyə Nazirliyində 31 mart 1998-ci ildə qeydə 

alınmışdır. 

Bu qaydalar sərhədyanı rayonlarda yaşayan fiziki şəxslər, yəni Azərbaycan Respublikasının 

vətəndaşları, vətəndaşlığı olmayan və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikasının gömrük 

buraxılış postlarından istehsalat və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar şəxsi nəqliyyat 

vasitələri ilə eyni bmr şəxs tərəfindən müntəzəm (daimi) olaraq keçirildikdə, bir dövri gömrük bəyannaməsinin 

verilməsi, tətbiqi və sənədləşdirilməsi qaydalarını tənzimləyir. 

Fiziki  şəxslər bu Qaydalarla və Azərbaycan Respublikasının gömrük məsələlərinə aid digər normativ 

aktları ilə müəyyən olunmuş qaydada, Azərbaycan Respublikası  ərazisindən aparılması  və Azərbaycan 

Respublikası ərazisinə gətirilməsi qadağan olunmuş və icazəsi müvafiq orqanlar tərəfindən verilən mallar istisna 

olmaqla, istənilən malları Azərbaycan Respublikasının gömrük buraxılış postlarından keçirə bilərlər. 

Dövri gömrük bəyannaməsi verilməsi üçün fiziki şəxs sərhəd gömrük buraxılış postunun rəisinin adına 

ərizə ilə müraciət edir. 

Fiziki  şəxs  ərizə ilə birlikdə  şəxsiyyəti təsdiq edən sənədin və  nəqliyyat vasitəsinin texniki sənədinin 

surətlərini təqdim etməlidir. 

Dövri gömrük bəyannaməsinin verilməsinə icazə fiziki şəxsin ərizəsi üzərinə gömrük buraxılış postunun 

rəisi tərəfindən müvafiq dərkənar qoyulduqdan sonra verilir. 

Dövri gömrük bəyannaməsi 3 (üç) aydan artıq olmayan müddətə verilir və ondan istifadə bu müddətən 

artıq olmamalıdır. 

Gömrük buraxılış postunun rəisi dövri gömrük bəyannaməsinin verilməsinə icazə verdikdən sonra, 

fiziki şəxs dövri gömrük bəyannaməsini doldurur və gömrük nəzarətini həyata keçirmək üçün gömrük nəzarətini 

həyata keçirən gömrük əməkdaşına təqdim edir. 




62 

 

Dövri gömrük bəyannaməsi (bundan sonra “bəyannamə”) fiziki şəxslərə  məxsus olan mallara və 



əşyalara gömrük nəzarətini həyata keçirən zaman tətbiq olunur. 

Eyni mallar və  nəqliyyat vasitələri sərhədyanı rayonlarda yaşayan eyni bir fiziki şəxs tərəfindən 

müntəzəm olaraq (hər gün və ya tez-tez) eyni gömrük buraxılış postundan keçirildikdə, gömrük orqanının icazə 

verdiyi müddət ərzində bir nüsxədən ibarət bəyannamə imza etməklə doldurulur. 

16 yaşına çatmış  hər bir şəxsin bəyannamə doldurması  nəzərdə tutulur. 16 yaşına çatmamış  şəxslərə 

məxsus mallar haqda məlumat onlarla birlikdə gedən şəxslərin bəyannamələrində göstərilir. 

Bəyannamədə bütün qrafalar doldurulmalı, “hə” və ya “yox” yazılmış damaların üstündən xətt 

çəkməklə bütün suallara cavab verilməlidir. Məlumatlar bəyannamədə sığışmadıqda əlavə vərəqlərdən istifadə 

etmək olar. Bu zaman 1-ci bənddəki məlumatlar  əlavə  vərəqlərdə  təkrar olunmalı, istifadə olunmayan boş 

qalmış yerlərin isə üstündən xətt çəkilməlidir. 

Bəyannamənin 1-ci bəndində nəzərdə tutulan məlumatlar pasportdan götürülür. 

Bəyannamənin 3.1 və 4.1 bəndlərindəki malların və  əşyaların təsviri, imkan daxilində onların 

hazırlandıqları materialların səciyyəvi xüsusiyyətləri, qiymətli metalların  əyyarları (probları), rəngləri

formaları, markaları  və s. göstərilməklə yerinə yetirilir. 4.1 bəndində malların və  əşyaların dəyəri ABŞ 

dollarında və yaxud da milli valyutada göstərilir. 

Gömrük nəzarəti başa çatdıqdan sonra bəyannamə gömrük nəzarətini həyata keçirən gömrükxana 

əməkdaşının  şəxsi nömrəli möhürü ilə  təsdiqlənir. Gömrükxana əməkdaşının  şəxsi nömrəli möhürü gömrük 

bəyannaməsinin 3.1 bəndinə və bəyannamənin arxa tərərfinin axırına vurulur. 

Bəyannamə gömrük rəsmiləşdirilməsi aparan gömrük əməkdaşı  tərəfindən nömrələnir və qeydiyyat 

jurnalında qeyd edilərək, gömrük orqanları  tərəfindən icazə verilmiş müddət  ərzində  hər dəfə gömrük 

ərazisindən keçdikdə gömrük orqanına təqdim etmək üçün fiziki şəxsə qaytarılır. 

Gömrük orqanı  əməkdaşının təsdiq etdiyi bəyannamə orada göstərilən malların və  əşyaların maneəsiz 

gətirilməsi, yaxud uyğun olaraq çıxarılması üçün mal və əşya sahibinin özünə verilir. 

Bəyannamənin “Xidməti qeydlər” qrafası aşağıdakı məqsədlər üçün istifadə oluna bilər: 

- gömrük qaydalarının pozulması hallarını qeyd etmək üçün (protokolun N-si və tarixi); 

- gömrük orqanının verdiyi sənədləri (qəbz, vəsiqə  və s.), rekvizitlərini (adlarını, nömrələrini, 

tarixlərini) göstərmək üçün; 

- lazımi hallarda fitosanitariya, baytarlıq və s. başqa nəzarət xidmətlərinin möhürlərini vurmaq üçün. 

Dövri gömrük bəyannaməsinin istifadə müddəti bitdikdə bəyannamə fiziki şəxslərdən alınır və qovluğa 

tikilir. 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən hazırlanmış bu Qaydaların tələblərinin yerinə 

yetirilməməsinə görə gömrük əməkdaşları  İntizam Nizamnaməsində  və eləcə  də qanunvericilikdə  nəzərdə 

tutulan qaydada məsuliyyət daşıyırlar. 

 

Deklarant 



 

Gömrük qanunvericiliyində deklarant anlayışı özünəməxsus yer tutur. Mal və  nəqliyyat vasitələrini 

gömrük sərhədindən keçirən şəxslər və gömrük brokerləri deklarant ola bilər. 

Deklarantın hüquqi statusu müəyyən edilərkən, onun malları gömrük sərhədindən keçirən şəxs, yaxud 

gömrük brokeri olub-olmamasından asılı olmayaraq, mövcud qanunvericiliklə müəyyən edilmiş  vəzifələri 

yerinə yetirməli olduğu və məsuliyyət daşıdığı müəyyən edilir. 

Bəyanetmə institutunun bütün əsas xüsusiyyətləri gömrük tənzimlənməsinin “sərhəd” xarakteri ilə 

bağlıdır. 

Gömrük-tarif mexanizmində deklarant yalnız gömrük orqanına bəyannamə vermək hüququ olan şəxs 

deyil (bəzi hallarda gömrük orqanı bu bəyannamədə göstərilən məlumatlarla razılaşmaya da bilər), o ilk 

növbədə gömrük rüsum və vergilərinin ödənilməsi öhdəliyini üzərinə götürən şəxsdir. 

Deklarant və  bəyanetməni həyata keçirən  şəxs anlayışlarını bir-birindən ayırmaq lazımdır.  Əgər 

deklarant hüquqi şəxsdirsə, bu anlayışlar üst-üstə düşmür. Bəyanetməni deklarant - təşkilat adından bu iş üçün 

xüsusi səlahiyyət verilmiş fiziki şəxs (şəxslər) - aparır (vəkalət və ya ona bərabər sənəd  əsasında). Bilavasitə 

bəyanetməni həyata keçirən  şəxs gömrük ödənclərinə görə üzərinə mülkiyyət öhdəliyi götürdüyündən, ona 

verilən vəkalətnamə müəyyən edilmiş tələblərə cavab verməlidir. 

Bəyanetməni həyata keçirən  şəxs təşkilatın rəhbərliyi tərəfindən müstəqil seçilir. Bununla belə,  əgər 

gömrük orqanı  tərəfindən keçirilən yoxlama müvəkkil edilmiş  şəxsin biliyinin səviyyəsinin kifayət qədər 

olmadığını müəyyən etsə, yaxud bu şəxsin gömrük orqanı qarşısındakı öhdəliklərini vicdanla yerinə yetirmədiyi 

aşkarlansa, bu şəxsin başqası ilə əvəz edilməsi gömrük orqanının vəzifəli şəxsi tərəfindən tələb edilə bilər. 

Bu Məcəllədə  nəzərdə tutulan digər hüquqlardan başqa deklarantın bəyannaməni verməzdən  əvvəl 

malları  və  nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək və onlar üzərində ölçü aparmaq, 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə