Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

55 

 

Mövzu 12. 



 

Müvəqqəti saxlanc 

 

İlk növbədə müvəqqəti saxlanc anbarı  və gömrük rejimlərinin bir növü olan gömrük anbarı 



məfhumlarını bir-birindən ayırmaq lazımdır. 

Gömrük anbarı rejimində  gətirilən mallar gömrük nəzarəti altında gömrük rüsum və vergiləri 

tutulmadan və iqtisadi siyasət tədbirləri tətbiq edilmədən 3 il müddətində saxlanıla bilər. 

Mallar müvəqqəti saxlanc anbarına isə  bəyannamə verilməsi və gömrük rejimi seçilməsinə hazırlıq 

ərəfəsində yerləşdirilir. Müvəqqəti saxlanc anbarı elə bir yerdir ki, mallar gömrük orqanına təqdim edildiyi 

andan, müəyyən gömrük rejiminin seçilib, onların buraxılmasına qədər gömrük nəzarəti altında yerləşdirilir. 

Beləliklə, elə hal ola bilər ki, mal müvəqqəti saxlanc anbarından gömrük anbarına göndərilsin və gömrük 

anbarlaşdırılması rejimində saxlanılması davam etsin. 

Mal və  əşyaların gömrük nəzarəti altında müvəqqəti saxlanma rejimində yerləşdirilməsinin texnoloji 

sxemi DGK tərəfindən 14 aprel 1995-ci il tarixli əmrlə  təsdiq edilmiş 22.01.98-ci il tarixli 035 saylı  əmrlə 

dəqiqləşdirilmişdir. 

Müvəqqəti saxlanc anbarında malların və  nəqliyyat vasitələrinin saxlanmasının ümumi müddəti iki 

aydan, Gömrük Məcəlləsində nəzərdə tutulan digər müddətlər üçün isə həmin müddətlərdən artıq olmamalıdır. 

Dövlət Gömrük Komitəsi malların ayrı-ayrı kateqoriyaları üçün daha qısa saxlanc müddətinin son həddini 

müəyyən edə bilər. Tez xarab olan malların, canlı heyvanların, bitkilərin və  həmçinin Azərbaycan 

Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan edilən malların saxlancı üçün Dövlət Gömrük 

Komitəsi tərəfindən minimum vaxt müəyyən edilir (məsələn, üç günə qədər). 

Müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi prosedurası üçün məcburi mərhələ sayılmır.  Əgər xarici 

ticarət yükü gömrük orqanına təqdim edildiyi gün, gömrük rəsmiləşdirilməsi bitirilirsə müvəqqəti saxlanc 

əməliyyatına ehtiyac qalmır.  

Bütün digər hallarda yük avtomatik olaraq müvəqqəti saxlanca verilmiş mal statusu alır və bir sutka 

ərzində gömrük orqanının icazəsi ilə anbara yerləşdirilir. Bu zaman mühüm məsələlərdən biri də odur ki

malların müvəqqəti saxlanca verilməsi, qabaqcadan baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarət 

tədbirlərinin həyata keçirilməsindən asılı olmur. 

Müvəqqəti saxlanc daxil olan yüklərin uçotunun aparılmasını  nəzərdə tutur. (Əlavə 7). Bu məqsədlə 

daşıyıcı malların gəldiyi barədə gömrük orqanlarına xəbər verdikdən iki gündən gec olmayaraq nəqliyyat, mal-

müşayiət və digər kommersiya sənədlərini təqdim etməlidir ki, mal və nəqliyyat vasitələrini identifikasiya etmək 

mümkün olsun. Əgər bu müddət ərzində sənədlər təqdim edilə bilmirsə, qısa bəyannamə verilir. 

Müvəqqəti saxlanca yüklərin yalnız məxsusi müvəqqəti saxlanc üçün məqbul olan tikililərə (yerlərə) 

yerləşdirilməsi şərti ilə yol verilir. Qanunvericiliyə riayət olunmasını təmin etmək üçün müvafiq maddi-texniki 

baza yaradılmalıdır. Bu məqsədlə, xarici ticarət yüklərinin daşındığı hava və  dəniz limanlarında, yük 

həyətlərində, stansiya meydanlarında, həmçinin beynəlxalq avtomobil yollarının keçdiyi sərhəd buraxılış 

məntəqələrində müvəqqəti saxlanc anbarlarının açılmasının məcburi qaydaları müəyyən edilir. 

Müvəqqəti saxlanc anbarı həm gömrük orqanları, həm də ayrı-ayrı Azərbaycan şəxsləri tərəfindən təsis 

edilə bilər. 

Dövlət Gömrük Komitəsi, yalnız gömrük orqanının müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə 

verilən malların siyahısını müəyyən edə bilər. 

Gömrük orqanı tərəfindən təsis edilmiş müvəqqəti saxlanc anbarı fəaliyyət zonasında yerləşdiyi gömrük 

orqanının struktur bölməsi sayılır. 

Müvəqqəti saxlancx anbarı təsis edən digər şəxslər: 

a) Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hüquqi şəxs statusuna malik olmalıdır; 

b) müvəqqəti saxlanc anbarı  təsis etmək üçün Dövlət Gömrük Komitəsindən müvafiq lisenziya 

almalıdır. 

Müvəqqəti saxlanc anbarının sahibinə müəyyən öhdəliklər həvalə edilir. Anbar sahələrinə irəli sürülən 

texniki tələblər - mal və  nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar daxil olunmasını  və  çıxarılmasını 

istisna etməlidir. 

Gömrük orqanlarının müvəqqəti saxlanc anbarının quruluşu, avadanlığı və yerləşdiyi yerlərə aid tələblər 

müəyyən etmək hüququ var. O cümlədən açarının biri gömrük orqanlarında qalan ikiqat qıfılla bağlanılması 

belə tələblərdən biri ola bilər. 

Anbar sahibi kənar şəxslərin anbara daxil olmasını qeyri-mümkün etməlidir. 

Anbara daxil olmaq hüququ olan şəxslərin siyahısı  tərtib edilib, aidiyyəti üzrə Gömrük orqanlarına 

təqdim edilməlidir. Bu siyahı, təsdiq edildikdən sonra, gömrük orqanının vəzifəli  şəxsləri ilə anbar sahibi 




56 

 

arasında gömrük nəzarətinin təşkili üzrə münasibətlərin tənzimlənməsində mühüm sənəd olaraq qəbul edilir. 



Anbarın mühafizəsi və buraxılış rejiminin təşkili üçün çəkilən xərcləri anbar sahibi ödəyir. 

Müvəqqəti saxlanc anbarı rejiminin pozulmasına görə, bilavasitə qanun pozuntusunun obyekti olan mal 

və nəqliyyat vasitələri müsadirə oluna bilər. 

Qanunvericilik müvəqqəti saxlanc anbarlarının, qapalı və açıq olmaqla, iki tipini nəzərdə tutur. 

Açıq tipli anbarların xidmətindən bütün şəxslər istifadə edə bilər. Qapalı anbarlarda yalnız müəyyən 

şəxslərin mal və nəqliyyat vasitələri saxlanıla bilər. 

Gömrük orqanları tərəfindən təsis edilən anbarlar açıq tipli anbarlardır. Qapalı anbar təsis etmək istəyən 

şəxslər açıq tipli anbarın məqsədə müvafiq olmaması barədə əsas təqdim etməlidirlər. 

Anbar sahibi və anbara saxlanmaq üçün mal verən şəxslər arasındakı münasibətlər bu barədə bağlanan 

müqavilələrlə  tənzimlənir. Bu müqavilənin mətni qanunvericiliyin tələblərinə zidd olmamalı, nəzərdə tutduğu 

müddət gömrük orqanının müəyyən etdiyi müddətləri olmalıdır. Müvəqqəti saxlanc anbarlarında yalnız gömrük 

sərhədindən keçirilməsi (idxal, ixrac) nəzərdə tutulan mal və  nəqliyyat vasitələri yerləşdirilə bilər. Bu 

məhdudiyyət gömrük orqanları tərəfindən təsis edilmiş anbarlara şamil edilmir. 

Müvəqqəti saxlanc anbarına yerləşdirilən mal və nəqliyyat vasitələri uçot kitabında qeydiyyata salınır. 

Bu sənəd gömrük orqanları tərəfindən aparılan müxtəlif yoxlamalarda hesabat sənədi kimi istifadə olunur. 

Həqiqi əqd olaraq saxlanc müqaviləsi mal və nəqliyyat vasitələrinin anbara yerləşdiyi andan qüvvəyə 

minir. Gömrük orqanına məxsus olmayan anbarlarda anbara yerləşdirilmə faktının və vaxtının təsdiq edilməsi 

üçün gömrük uçot sənədindən istifadə olunur. Belə  sənəd kimi, adətən yük gömrük bəyannaməsi, qısa 

bəyannamə, yaxud nəqliyyat və mal müşayiət sənədləri istifadə edilə bilər. Bir qayda olaraq, bu sənədlərə 

gömrük orqanının səlahiyyətli  şəxsi iki ştamp vurur. Birinci ştampr təsvirində daşıyıcı  təhvil verdiyini, anbar 

sahibi isə aldığını  təsdiq edir. İkinci  ştamp təsvirində isə anbar sahibi malı  və ya nəqliyyat vasitəsini təhvil 

verdiyini, alıcı isə  qəbul etdiyini təsdiqləyir. Yükün təhvil-təslim  əməliyyatı gömrük orqanı  vəzifəli  şəxsinin 

şəxsi nömrəli möhürü ilə təsdiq edilir. 

Gömrük anbarı sahibinin hüquqi statusu qanunvericiliklə müəyyən edilir. 

Anbar sahibinin hüquqları şərti olaraq iki qrupa bölünür: 

1) anbara yerləşdirilmiş mallarla davranış hüququ; 

2) müvəqqəti saxlanca görə xidmətlərin ödənilməsi hüququ (müəyyən edilmiş stavkalara və ya 

razılaşmaya görə). 

Birinci qrupa daxil edilən hüquqlar - baxış, malların ölçülməsi, anbar daxilində yerlərinin 

dəyişdirilməsi, zədələnmiş taranın düzəldilməsi və s. yalnız gömrük orqanının icazəsi ilə reallaşa bilər. 

Anbar sahibinin əsas vəzifələri mülki qanunvericiliklə müəyyən edilirr: əmlakın qorunub saxlanılması 

üçün tədbirlər görülməsi; ona saxlanca verilmiş  əmlakdan istifadə etməmək. Gömrük hüququ gömrük 

nəzarətinin həyata keçirilməsi üçün normal şəraitin yaradılmasına görə anbar sahibinə əlavə öhdəliklər müəyyən 

edir. 


Müvəqqəti saxlanc prosedurası ilə bağlı olan mühüm məsələlərdən biri gömrük ödənclərinin 

ödənməsinə görə məsuliyyətdir. Qanunvericiliyə görə anbar sahibi bu məsuliyyəti daşıyır. Bu səbəbdən gömrük 

orqanı anbar sahibinin ödəməqabiliyyətli olduğunu müəyyən etməli, lazım gəldikdə bank zəmanəti tələb etməli 

və ya digər əlaqədar tədbirlər görməlidir. 

Müvəqqəti saxlanc barədə müqavilə gömrük ödənişləri üçün məsuliyyəti malı anbara yerləşdirən şəxsin 

daşımasını nəzərdə tuta bilər. Amma bu halda da anbar sahibi mal sahibi ilə birgə məsuliyyət daşıyır. 

Əgər müvəqqəti saxlanc anbarının sahibi gömrük orqanıdırsa, gömrük ödənişlərinin ödənilməsinə görə 

mal və nəqliyyat vasitələrini bu anbara verən şəxs, bu cür şəxs olmadıqda isə mallar və nəqliyyat vasitələrinin 

mülkiyyətçisi məsuliyyət daşıyır. 

 

 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə