Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

53 

 

Mövzu 11. 



 

Gömrük rəsmiləşdirilməsində 

ilkin əməliyyatların rolu 

 

İlkin əməliyyatların mahiyyəti 



 

İlkin  əməliyyatlar mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması  və 

sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq 

mərhələsi hesab edilir. 

İlkin  əməliyyatlar, gömrük sərhədindən Azərbaycan  ərazisinə  gətirilməsi qadağan edilmiş mal və 

nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir. Bu mərhələdə mallar gömrük məqsədləri 

üçün identifikasiya edilir. 

İlkin əməliyyatlara aşağıdakılar aiddir: 

- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya malların, nəqliyyat vasitələrinin 

gömrük  ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük orqanlarına məlumat 

verilməsi; 

- malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi yerlərə 

çatdırılması; 

- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi. 

Xarici ticarət praktikasında elə hallar olur ki, fors-major şəraitin təsiri altında zədələnmiş mallar, 

sanitar-gigiyena və bəzi digər mülahizələrdən (məsələn, xarab olmuş meyvə və tərəvəz, konservlər və s.) təxirə 

salmadan məhv edilməli olur. Maraqlı olan kəs, fors-major şəraitin təsiri altında malların məhv edilməsinin 

sübut olunmasını  təmin etməlidir. Belə ki, birincisi, mülki-hüquqi məsuliyyətdən yaxa qurtarmaq (əgər yük 

sahibi daşıyıcıya, nəqliyyat  şirkətinə iddia irəli sürürsə), ikincisi isə  tələb olunan gömrük rüsumundan azad 

olunmaq mümkün olsun. Bu halda notarius lazım gələn köməyi göstərə bilər. 

 

 

Dəniz protesti 



 

Dəniz daşımalarının xüsusiyyətləri gəmi sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi 

üçün sübutlar təmin edilməsinin əlahiddə prosedurasından istifadə olunmasını nəzərdə tutur. 

Bu məqsədlərlə notarius gəmi kapitanından gəmi üzən və ya dayanan müddətdə baş vermiş fövqəladə 

hadisə barədə ərizə qəbul edir. Bu ərizə kapitana və ya gəmi sahibinə əmlak tələbləri, o cümlədən də daşınan 

mallara görə gömrük rüsumlarının və  yığımlarının ödənilməsi üzrə  tələblər üçün əsas sayıla bilər. Belə  ərizə 

dəniz ticarət təcrübəsində dəniz protesti adlanır. 

Gömrük ödənişlərindən azad olmaq məqsədi ilə kapitana məsləhət görülür ki, təbii fəlakət zamanı 

ekipajın zəruri tədbirlərin görülməsi hərəkətlərini təfsilatı ilə göstərsin. Gəmi kapitanı, həmçinin, gəmi 

jurnalından təsdiq edilmiş  çıxarışı notariusa təqdim etməlidir. Gəmi kapitanının  ərizəsi, gəmi jurnalındakı 

qeydlər və dörd nəfərdən az olmayan şahidlərin sorğu-sual (iki nəfər gəmi heyəti, iki nəfər komanda heyəti) 

əsasında notarius dəniz protesti aktı  tərtib edir. Bu akt dəniz daşımalarında gömrük ödənişlərinin 

ödənilməsindən azad edilmək üçün hüquqi əsas ola bilər. 

 

 



Malların və nəqliyyat vasitələrinin 

çatdırıldığı yerdə gömrük nəzarətinə 

təqdim edilməsi 

 

Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yüklər bəyan edilməlidir. Deklarant, mal 



göndərişinin bir hissəsini - hətta bu hissə tam göndərişin digər hissələri ilə bir vaxtda və eyni xarici ticarət 

müqaviləsi əsasında göndərilmiş və ünvana tez çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz. 

Hələ  gəlib, çatmamış malların bəyan edilməsini istisna etmək məqsədi ilə yüklərin gömrük 

rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və  nəqliyyat vasitələrinin gömrük nəzarətinə  təqdim edilməsi 

prosedurası daxil edilir. Belə  təqdim etmə daşıyıcı  tərəfindən malların və  nəqliyyat vasitələrinin çatdırıldığı 

barədə gömrük orqanlarının xəbərdar edilməsi ilə ifadə olunur. İş vaxtından sonra gəlmiş mal və  nəqliyyat 

vasitələri gömrük nəzarəti zonasında yerləşdirilməlidir. 



54 

 

Gömrük orqanı gətirilmiş mal və nəqliyyat vasitələrinin faktiki olaraq təqdim edilməsini tələb edə bilər. 



Malların idxalı zamanı təqdim etmə - malları keçirən şəxsə, yaxud daşıyıcı və ya onun səlahiyyətli nümayəndəsi 

tərəfindən mal və  nəqliyyat vasitələrinin gömrük ərazisinə, ya da təyinat gömrükxanasına çatdırılması barədə 

xəbər verilməsi kimi ifadə edilir. 

Mal və  nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana qədər gömrük nəzarəti 

altında müvəqqəti saxlancda qalır. 

 

 



Qısa bəyannamə  

 

Qısa bəyannamə  təqdim edilməsi, gömrük sərhədinin keçilməsi barədə gömrük orqanlarına məlumat 



verilməklə iki halda zərurdir: 

a) xarici gömrük ərazisindən Azərbaycanın gömrük ərazisinə mal və nəqliyyat vasitələrinin gətirilməsi 

zamanı; 

b) Azərbaycanın gömrük ərazisi hüdudlarında - sərbəst gömrük zonası və sərbəst anbarlardan mallar və 

nəqliyyat vasitələrinin gömrük ərazisinin qalan hissəsinə çıxarılması zamanı. 

Belə  məlumatın verilməsi daşıyıcının vəzifəsidir. Mal və  nəqliyyat vasitələrinin gömrük ərazisindən 

çıxarılması niyyəti barədə məlumat - onları çıxaran şəxs tərəfindən verilməlidir. Əgər malları çıxaran şəxs bu 

məlumatı verməmişsə, bu vəzifə daşıyıcıya həvalə olunur. 

Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilənə qədər qısa bəyannamə 

tətbiq edilə bilər. Qısa bəyannamə gömrük rəsmiləşdirilməsi üçün məcburi atribut hesab edilmir. 

Qısa bəyannamə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bir vaxtda, 

yaxud təqdim edilmədən sonrakı iş günü ərzində verilir. Axırıncı halda gömrük orqanının xüsusi icazəsi tələb 

olunur. 

Əgər mallar təqdim edilmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında 

yerləşdirilirsə, qısa bəyannamə verilmir. Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 

- mal göndərən şəxs, mal göndərən ölkə; 

- malı alan şəxs, təyinat ölkəsi; 

- daşıyıcı; 

- nəqliyyat vasitəsi barədə məlumat; 

- nəqliyyat sənədlərinin nömrələri; 

- malın adı; 

- yerlərin sayı; 

- brutto çəkisi

- plomblar və digər identifikasiya vasitələri; 

- digər məlumatlar. 

Əgər gömrük daşıyıcısı  tərəfindən qısa bəyannamə vermək üçün səlahiyyətli  şəxs müəyyən 

edilməmişsə, yaxud gəlməmişsə, gömrük məqsədləri üçün belə şəxs gəmi kapitanı, sürücü ola bilər. 

Gömrük Məcəlləsi gömrük orqanlarının icazəsi ilə  qısa bəyannamə kimi, nəqliyyat, kommersiya və 

digər sənədlərin istifadə edilməsinə yol verir, bu şərtlə ki, bu sənədlər qısa bəyannamədə  tələb olunan 

məlumatları özündə əks etdirmiş olsun. 

Gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə kimi əmtəə və nəqliyyat sənədləri istifadə olunur. Bu 

sənədlər, bir qayda olaraq göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək yükü müşayiət edir və ona görə də 

mal-müşayiət sənədləri adlanır. 

Əmtəə sənədləri malın dəyər, keyfiyyət və miqdar xassələri barədə məlumatları əks etdirir. 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə