Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

51 

 

 



Mövzu 10. 

 

Azərbaycan Respublikası gömrük  

Sərhədindən boru kəməri nəqliyyatı  

Və elektrik ötürücü xətləri üzrə  

Keçirilən malların gömrük  

Rəsmiləşdirilməsi qaydaları 

 

Boru kəməri nəqliyyatı  və elektrik ötürücü xətləri ilə malların Azərbaycan Respublikası gömrük 



sərhədindən müvafiq gömrük rejiminə uyğun keçirilməsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və 

gömrük işinə dair digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

Boru kəməri nəqliyyatı  və elektrik ötürücü xətləri ilə Azərbaycan Respublikası gömrük sərhədindən 

keçirilən mallar mövcud təlimata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin digər normativ 

aktlarına uyğun olaraq gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçməlidirlər. Gömrük 

orqanlarının icazəsi olmadan malların keçirilməsinə yol verilmir. Gömrük orqanlarının icazəsi olmadan malları 

keçirən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.  

Malları keçirən şəxslər gömrük və valyuta nəzarəti üçün zəruri olan sənədləri və məlumatları gömrük 

orqanlarına təqdim etməlidirlər. Tələb olunan sənədlər və  məlumatlar, onların gömrük orqanlarına təqdimat 

qaydası, Gömrük Məcəlləsinə, valyuta qanunvericiliyinə  və Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinin digər normativ aktlarına əsasən müəyyən edilir. 

Malların gömrük rəsmiləşdirilməsi, ixracatçının və ya idxalatçının yerləşdiyi yeri əhatə edən  ərazi 

gömrükxanasında həyata keçirilir. Malların keçirilməsi zamanı bir neçə  nəqliyyat növü (boru kəməri, dəmir 

yolu, boru kəməri - avtomobil və s.) istifadə olunursa, ixracatçı onun yerləşdiyi yeri əhatə edən  ərazi 

gömrükxanasında müvafiq qaydada rəsmiləşdirilmiş  və  təsdiq edilmiş yük gömrük bəyannaməsinin 

kserosurətini, malların yüklənib-boşaldılması yerini əhatə edən ərazi gömrükxanasına təqdim etməlidir. 

Kserosurət rəsmiləşdirmə aparmış gömrük orqanının rəisi və onun müavinin imzası ilə imzalanmalı və 

möhürlə  təsdiqlənməlidir. Mallar, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanında bəyan 

edilməlidir. Həcmindən asılı olmayaraq mallar bir təqvim ayı  ərzində, elektrik enerjisi isə bir rüb ərzində bir 

müqavilə üzrə göndərilirsə, bir mal partiyası kimi bəyan edilə bilər. 

Tam yük gömrük bəyannaməsi (bundan sonra YGB) 4 nüsxədən ibarət olaraq doldurulur və gömrük 

rəsmiləşdirilməsi başa çatdıqdan sonra aşağıdakı qaydada paylanılır: 

1. Birinci vərəq - gömrükxananın statistika bölməsində qalır; 

2. İkinci vərəq - gömrükxananın maliyyə-tarif şöbəsinə verilir; 

3. Üçüncü vərəq - deklaranta qaytarılır və malın nəql edilməsi üçün icazə kimi istifadə edilir; 

4. Dördüncü vərəq - Dövlət Gömrük Komitəsinə göndərilir. 

Müxtəlif nəqliyyat növlərindən istifadə edilməklə, malların Azərbaycan Respublikası gömrük 

ərazisindən aparılması üçün, daşınma sənədlərində gömrük orqanının “buraxılsın” ştampının basqısı və YGB-

nin nömrəsi, gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhürü ilə təsdiqlənməlidir. 

Bu müqavilə üzrə göndərilən mallar bir mal partiyası kimi bəyan edilərkən, YGB-nin 31 qrafasında 

deklarant tərəfindən əlavə olaraq təqvim ayının və ilin və ya rübün və ilin adı göstərilməklə “_____________ 

göndərilir” qeydiyyatı aparılır. Məsələn, 2006-cı il ərzində göndərilir”. Mallar Azərbaycan Respublikasının 

gömrük sərhədindən daşıyıcı tərəfindən yalnız YGB-də göstərilən dövr ərzində keçirilməlidir. 

 

 



10.1. Müvəqqəti yük gömrük bəyannaməsi  

   verilməklə malların gömrük 

   rəsmiləşdirilməsi 

 

Deklarant xüsusi səbəblərə görə YGB-ni verə bilmədiyi hallarda, onun tərəfindən müvəqqəti yük 



gömrük bəyannaməsinin (bundan sonra MYGB) təqdim edilməsinə icazə verilir. 

Xüsusi səbəblər deyildikdə aşağıdakılar nəzərdə tutulur: 

- YGB verildiyi vaxtda gömrük orqanına faktiki olaraq təqdim oluna biləcək formalaşdırılmış mal 

partiyasının olmaması; 

- YGB verildiyi vaxtda malın miqdarını, keyfiyyətini və dəyərini müəyyən etmək qeyri-mümkün olduğu 

halda. 



52 

 

Deklarant tərəfindən MYGB, mallar üçün göndərilmə ayından əvvəlki ay ərzində, elektrik enerjisi üçün 



isə göndərilmə rübündən  əvvəlki ay ərzində gömrük orqanına verilməlidir. Bəyan edilmiş gömrük rejiminə 

uyğun, gömrük və valyuta nəzarətinin keçirilməsi və gömrük rəsmiləşdirilməsinin aparılması üçün MYGB ilə 

eyni zamanda Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş  zəruri sənədlər və  məlumatlar təqdim 

edilməlidir. Əsaslandırılmış hallarda, MYGB malın göndərildiyi ayda gömrük orqanına verilə bilər. 

MYGB aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla, müvafiq gömrük rejimində YGB-nin doldurulması 

qaydalarına uyğun doldurulur: 

a) “Bəyannamə tipi” qrafasının üçüncü yarımbəndində “MB” - müvəqqəti bəyannamə  hərfi indeksi 

göstərilir; 

b) nəqliyyat sənədlərinin nömrəsi və tarixi göstərilmədən malın planlaşdırılmış miqdarı göstərilir; 

c) göndərilən malın planlaşdırılmış miqdarı  nəzərə alınmaqla, YGB-də  bəyan edilən keyfiyyət və 

miqdardan asılı olan digər məlumatlar təxmini olaraq göstərilir; 

ç) malın dəyəri, xarici ticarət əqdində göstərilən qiymət nəzərə alınmaqla bəyan edilir. 

Əgər müqavilədə malın qəti müəyyən edilmiş (dəqiq) qiyməti yoxdursa, yalnız qiymətin təyin edilmə 

şərtləri göstərilmişsə, eləcə  də MYGB verilən vaxtda aparılan malın miqdarı  və keyfiyyəti barədə  dəqiq 

informasiya yoxdursa, aparılan-gətirilən malın  şərti (müvəqqəti) qiymətləndirilməsi üçün, müqavilədə  təsbit 

olunmuş ilkin (təxmini) qiymətdən, yaxud MYGB verilən vaxt müqavilənin hesablaşma qiymətlərinə uyğun 

hesablanmış qiymətdən istifadə olunur. 

Qiymətin təyin edilmə şərtləri aşağıdakılardan ibarət ola bilər: 

- qiymətin, müəyyən vaxtla əlaqələndirilərək təyin edilməsi; 

- qiymətin, malın satışı zamanı birja məzənnələri ilə müəyyən edilməsi. 

Bu cür hesablamaların aparılması mümkün olmadığı  təqdirdə, aparılan (gətirilən) malın  şərti 

qiymətləndirilməsi üçün gömrük orqanının sərəncamında olan qiymət informasiyasından istifadə etmək olar. 

e) 31 qrafada deklarant tərəfindən  əlavə olaraq təqvim ayının və ilin və ya rübün və ilin adı 

göstərilməklə “________________ ərzində göndərilir” qeydiyyatı aparılır. 

Mallar Azərbaycan Respublikasının gömrük sərhədindən daşıyıcı  tərəfindən yalnız MYGB-də 

göstərilən dövr ərzində keçirilməlidir. MYGB-nin gömrük orqanı  tərəfindən rəsmiləşdirilməsi, YGB-nin 

rəsmiləşdirilməsi qaydalarına uyğun həyata keçirilir. 

MYGB-də  bəyan edilən mal göndərildikdən sonra, 20 gündən gec olmayaraq, deklarant MYGB-də 

bəyan edilmiş malın tam YGB-ni, gömrük rəsmiləşdirilməsi aparılan gömrük orqanına təqdim etməlidir. 

Göstərilən müddət, konosamentin, təhvil-təslim aktının və ya daşıyıcı  tərəfindən tərtib olunan digər sənədin 

(bundan sonra nəqliyyat sənədinin) sənədləşdirildiyi gündən etibarən hesablanır. Bəyan edilən mala dair bir 

neçə ardıcıl nəqliyyat sənədi tərtib olunubsa, yuxarıda göstərilən müddət sonuncu nəqliyyat sənədinin 

sənədləşdirildiyi tarixdən etibarən hesablanır. 

Təbii qaz və elektrik enerjisi üçün yuxarıda göstərilən müddət malın göndərildiyi ayın sonuncu 

günündən etibarən sayılır. Müstəsna hallarda YGB-nin verilmə müddəti gömrükxaan rəisinin icazəsi ilə 10 

gündən çox olmayaraq artırıla bilər. 

YGB-nin deklarant tərəfindən doldurulub verilməsi və gömrük orqanı  tərəfindən rəsmiləşdirilməsi 

MYGB-nin, qəbul edildiyi tarixdə qüvvədə olan normativ aktlara uyğun olaraq həyata keçirilir. YGB ilə birgə 

deklarant eyni vaxtda gömrük orqanına hesab qaimələrini, nəqliyyat sənədlərini, təhvil-təslim aktlarını  və ya 

onların Azərbaycan ixracatçısı (idxalatçı) tərəfindən təsdiq edilmiş kserosurətlərini təqdim etməlidir. 

YGB aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla doldurulur: 

- 1-ci “Bəyannamə tipi” qrafasının üçüncü yarımbəndində “TB - tam bəyannamə” hərfi indeksi qeyd 

edilir; 

- 40-cı (ümumi bəyannamə / əvvəlki sənəd) qrafasında MYGB-nin qeydiyyat nömrəsi göstərilir; 

- D “Gömrük nəzarəti” qrafasında gömrük orqanının vəzifəli  şəxsi  əlavə olaraq nəqliyyat sənədinin 

tərtib olunma tarixini, təbii qaz və elektrik enerjisi üçün isə göndərilmə ayının son gününü qeyd edir; 

YGB-nin vərəqləri aşağıdakı qaydada paylanılır: 

- 1-ci vərəq statistika bölməsində qalır; 

- 2-ci vərəq maliyyə-tarif şöbəsinə verilir; 

- 3-cü vərəq deklaranta qaytarılır; 

- 4-cü vərəq Dövlət Gömrük Komitəsinə göndərilir. 

 

 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə